Şəmil
Sadiq
26
romantikanın nəzəriyyəsini öyrənib sevib, sevilməyi ba-
carmamaq, insan və cəmiyyət dərsində “5” alıb, insanla
heyvana olan münasibəti fərqləndirməyi bacarmamaq
hələ şəxsiyyət olmaq deyil. Sadəcə ruhsuz, cansız, şüursuz
bir robotdur.
Bu gün dünyada bilikli olmağın yox, biliyi tətbiq et-
məyin, nümayiş etdirməyin təntənəli qələbəsi hökm sürür.
P.S. İş yoldaşıma verdiyim sual belə idi: uşaq necədir,
oxuya bilir barı? Cavab bu olmuşdu: “Əşşi, oxuyanların
barmağı bala batıb, o da oxusun?”
Şəmil
Sadiq
27
ALİM YETİŞDİRMƏK ADAM YETİŞDİRMƏKDƏN
ÇOX ASANDIR
Kurikulum sənədi 2006-cı ildən təsdiqlənsə də, bu ifa-
də meydana gələn gündən elə bil ögey uşaq oldu. Mahiy-
yətinə vara bilməyənlər sadəcə “Kurrikulum” (Əvvəllər
dilimizdə bu cür işlədilirdi, sonradan bir az da sadələşdi-
rilib “kurikulum” kimi yazıldı) ifadəsinin “r”sından tuta-
raq ta bütün MDB-ni, Avropanı, Amerikanı belə gəzdilər.
Onun nə demək, tələblərinin nədən ibarət olduğunu araş-
dırıb bilmək əvəzinə, bütün ictimaiyyət bu sözün niyə di-
limizə gətirildiyi davasını apardı. Üstündən 6 il keçsə də,
hələ indi-indi bəzi müəllim və mütəxəssislər bilir ki, sən
demə, bu elə tədris proqramı, tədris planı və sairədir.
Nəinki respublika ictimaiyyəti, hətta bu sənədin bir-
başa icraçıları (müəllimlər) yeni təlim üsullarını tövsiyə
edən “bəyənilməyən gəlinin” (“Bəyənilməyən gəlinin
yerişi adama xoş gəlməz”. (Atalar sözü)) artıq 8-9-cu si-
nif şagirdlərinə tədris edildiyinin fərqinə varsaq, deməli,
kim nə deyir-desin, o ayaq tutub yeriyir deməkdir. Dünya
bankının dəstəyi ilə həyata keçirilən bu layihənin bütün
köhnə ənənələri darmadağın edib yenidən qurulmasını
düşünənlər bu işi öyrənəndən sonra bir daha yanıldıqları-
na əmin oldular. Çünki millətini, vətənini sevən, alim yox,
vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyan istənilən
vicdanlı müəllim dərsini yeni təlim metodları ilə qurmağa
çalışır və bilmədiklərini araşdırıb öyrənir. Onlar dünyanın
qabaqcıl müəllimlərinin metodikalarından yararlanırlar.
Hətta kurikulum olmasa belə... Amma oxumağı, araşdır-
mağı çoxdan unutmuş bəzi müəllim yoldaşlarımız məsələ-
nin həllini “Sovet təhsilinə nə olmuşdu ki, bəyəm bugünkü
alimlərimizi yetişdirən həmin təhsil deyilmi?” – deyərək,
çözmüş sanırlar. Soruşanda ki, ay müəllim, sən bu təklif
edilən layihə haqqında nəsə oxumusanmı? “Heç lazım da
deyil” – deyib, bununla kifayətlənirlər.
Etiraf edək ki, müəllimlərimizin əksəriyyəti özünə
zəhmət vermədən bu işin baş tutmayacağına ürəkdən ina-
nır, “kimlərəsə pul mənbəyi üçün lazım idi” – deyərək
bunu ironiya ilə qarşılayırlar. Məncə, bunun səbəbini bir
Şəmil
Sadiq
28
neçə istiqamətdə axtarmaq olar. Birincisi, uzun illər tu-
tuquşu kimi əzbərlədiyi dərslərin əvəzində yenisini öy-
rənmək xofu; ikincisi, repetitorluqda “bazarı” tutan və
dəyişəcək testologiyaya uyğunlaşınca, ortalığa yeni repiti-
torların çıxacağı qorxusu. Hər iki istiqamətin tərəfdarları
yetərincədir. Azərbaycan dilinin qrammatikasını bir dəfə
öyrənib, 30 il, 40 il dərs deməyə nə var ki? Və ya dar dü-
şüncəli kəslər üçün hər hansı bir şeiri qolunu, qabırğasını
sındıraraq ucadan, pafosla səsləndirib ədəbiyyat müəllimi
olmağa nə var ki? Qızğın müzakirəli, mübahisəli, işgüzar
və səs-küylü sinifdən müəllimin dediklərini və ya kitabda
yazılanları oxuyub, sabah gəlib lövhənin qarşısında danı-
şan və ya müəllimin tapşırığı ilə mənasını dərk etmədən
şeir deyən şagirdlərin olduğu sinif daha yaxşıdır. Bu fonda
müəllimin səsi gözəl, sözə baxan, əli əl üstə oturan şagirdi
heç bir standart olmadan, keyfinə görə qiymətləndirmə-
sindən asan nə ola bilər ki? Axı, birinci qrup müəllimlər bu
layihənin həyata keçməsini niyə istəsinlər?..
İkinci qrup müəllimlər uzun illərdir “bunker” müəl-
lim və ya repetitor müəllim olaraq həyat tərzini bu yolla
nizama salanlardır. İyirmi ildir ki, TQDK-nın test bankına
yetərincə test verərək, həmin testləri bir mənbə kimi özün-
də saxlayıb şagirdlərinə ilin sonunda pulla işlədən, təsa-
düfən bankın fırlanması zamanı onların yazdığı bir testin
qəbul imtahanına düşməsindən TQDK-nın da adına ləkə
yaxaraq “bu testi mən özüm bilərəkdən salmışam” – deyib
bunkerin işindən xəbəri olmayan valideynləri açıqca soyan
bir qisim müəllimlər bu sistemin dəyişməsini niyə istəsin-
lər? Bir də ki, yeni təlim metodlarına görə bütün banklar
dəyişməlidir axı. Yenidən oturub baş sındıraraq yeni, dü-
şündürücü, məntiqi təfəkkürün inkişafına xidmət edən
testlər yazmaq və ya onları həll etmək o qədər də asan de-
yil.
Dərs dediyim, tez-tez görüşüb müzakirə apardığım
müəllimlərin əksəriyyəti, adətən, məntiqi testlərin şagird-
lərə ağır gəldiyini söyləyirlər. Səbəb kimi məktəbdə mən-
tiq dərsinin keçirilməməsini göstərirlər. Qəribi elə burada
ağlamaq tutur. Hər bir elmin, fənnin öz məntiqi olduğunu
bilməyən bu “müəllim” şagirddən dəfələrlə geridə qaldığı-
Şəmil
Sadiq
29
nı bir daha sübut edir. Hətta dəfələrlə özləri də sübut edib
ki, məntiqi testləri şagirdlər bizdən daha tez həll edirlər.
Deməli, bu gündən geridə qalmış keçmişin adamlarının
gələcəyə töhfə verməsi çox şübhəlidir.
Mən bu kurikulum layihəsinin Azərbaycan dili üzrə
milli məsləhətçisi kimi bir neçə il işləmişəm. Sonda özüm
üçün bunu dərk etmişəm ki, şagirdi məktəbdən alim kimi
yox, insan kimi cəmiyyətə yola salmaq lazımdır. Bunun da
yolu düşünən və dərk edən, dinləməyi bacaran, öz haqqını
tələb edən, vəzifəsini bilən, inandırmağı və inanmağı ba-
caran, düşündürən, özünü təqdim edə bilən bir vətəndaş
kimi yetişdirmək lazımdır. Bu gün Azərbaycan dili dərs-
lərimizdə, universitetlərdə keyfiyyətsiz dərəcədə dilçilik,
ədəbiyyat dərslərimizdə isə ədəbiyyat öyrədirik. Nəzəri
bilikləri şagirdlərimizə əzbərlətdirir, hər hansı bir univer-
sitetə qəbul olmasını nəticə hesab edirik. Axı atalarımız
yaxşı deyib ki, alim olmaq asandır, adam olmaq çətin.
Şəxsən mən övladımın bütün elmlərə yiyələnərək en-
siklopedik bir şəxs olub, ac-yalavac yaşamasını heç vaxt
istəmərəm. Əgər bir alim bildiklərini təqdim edib, cəmiy-
yəti öz fikirlərinə inandıra bilmirsə, bu öyrəndiklərini
müsbət istiqamətdə həyata keçirə, cəmiyyət üçün nəyin
pis, nəyin yaxşı olduğunu anlaya bilmirsə, onda heç nə.
Şair demiş, bir kəndin ki yolgöstərəni mən oldum, o kənd
yazıq dağılmasın, neynəsin?!
Adətən, mühazirələrimdə qrammatikanın birmənalı
tərəfdarlarına belə bir sual verirəm: doğmalarınızdan kim-
sə uzun müddət sizdən uzaqda olarsa və sizə bir məktub
yazarsa, o zaman həmin məktubun məzmunu, mənası
sizi çox maraqlandırır, yoxsa lazımi yerdə “ki”dən sonra
vergül qoymaması, “məhəbbət” sözünü “məhəpbət” kimi
yazması? Əlbəttə, heç kim orada hər hansı bir hərf səhvi ax-
tarmır, məktubda yazılanları acgözlüklə birnəfəsə oxuyub,
ürəyinin başına qoyur. İstər yazılı, istərsə də şifahi nitq in-
sanlar arasında sadəcə bir ünsiyyət vasitəsidir. Qrammatik
qaydalar isə bu ünsiyyət vasitəsinin sadəcə daha düzgün,
səliqəli olması üçündür.
Bir dəfə hörmət etdiyim alimlərimizdən biri yeni 5-ci
sinif dərsliyini əlinə alaraq demişdi ki, bu boyda kitabda
Dostları ilə paylaş: |