Şəmil
Sadiq
20
axşamlar onun əzabını çəkirsənsə, deməli, sən yaxşı adam-
san. Bu əzabı da çəkməmiş deyiləm. Hərdən hamı kimi
fərqinə varmadan etdiyim səhvlərim olur, amma bunun
üçün özümü sorğu-sual edib, imtahana çəkməyi bacarı-
ram. Düzgün qərar verə bilməsəm də, özümlə söhbət edə
bilirəm.
İnsanlardan da ona görə qorxmuram ki, onlardan hə-
mişə hər şeyi gözləyirəm. İnsanın vəziyyətə görə dəyişdiyi
qənaətindəyəm. Ən sadiq bildiyimin belə bir gün üzünün
dönə biləcəyi ehtimalına, ən dürüst bildiyimin isə nə vaxt-
sa əyriliyini görə biləcəyimə şübhəm yoxdur. Amma bun-
ları yaşamamaq üçün ən sadiq, ən dürüst bildiyinə o şərai-
tin yaradılmadığı təqdirdə baş verməyəcəyinə də əminəm.
Münbit şəraitdə gül də inkişaf edər, tikan da. Yetər ki, sən
gül ək, tikanlardan alaq etməyi bacar. Nəsirəddin Tusinin
Marağa rəsədxanasını açmaq üçün Hülakü xana göstərdi-
yi sübutu yadınıza salın. Bir insan təhlükənin hardan gəl-
diyini bilirsə, ondan qorxmaz, ona qarşı durmağa çalışar.
“Əgər fövqəlbəşər olmaq dilərsən, kənar ol cinsi-bəşər-
dən” (H.Cavid) Mənimsə fövqəlbəşər olmaq şansım da, ar-
zum da yoxdur, “zəmin şairi, insanıyam”. Onun üçün də
insanlardan kənar ola bilmərik, bu təqdirdə onlarla ehti-
yatlı olmağa məcburuq, alacağımız yaradan da inciməmə-
liyik, çünki bu, gec-tez baş verəcək.
Bu gün əlimdə olan şöhrəti, dövləti itirsəm belə dərdi-
ni çəkmərəm. Çünki vicdan, ağıl, çalışqanlıq olduğu yerdə
insanların da sevgisini qazanmaq olar, Tanrının da...
Millət mənim üçün həmişə dindən öncə olub. Bu
günsə mənim üçün yalnız millət var. Bir də Tanrı-Yaradan.
Ağıllı və əməlisaleh bir cəmiyyətin dinə ehtiyacı yoxdur,
ona görə də dünyanı gizlin idarə edən qüvvələr ağılsız cə-
miyyətlər yaratmaq, dinin əsirinə çevirmək və idarə etmək
arzusundadırlar. Tolstoyun dili ilə desək, yerdəki dinlərin
göydəki Yaradana heç bir aidiyyatı yoxdur.
Azərbaycandakı Türkiyə təhsil ocaqlarında işləyəndən
sonra bu mövzuların əsirinə çevrildim. Böyüdüyüm kənd
mühiti qatı şiə mənsəbi idi. Ağlım kəsəndən dini fanatiz-
mə yox demişəm. Onsuz da dini baxışlarımda haçalanma
yaranmışdı, birdən-birə sünnilərin içinə düşəndə bunun
Şəmil
Sadiq
21
fərqinə daha çox vardım. Necə ki Robinzon Cüməyə de-
yir: sadəcə ikimiz varıq və bizi bir-birimizə düşmən edən
isə, dini baxışımızdır. Dinin insanları bir-birinə düşmən et-
məkdən başqa bir şey olmadığı qənaətindəyəm.
İştə gördünmü din nələr doğurur?
Nə bəlalar, nə fitnələr doğurur?
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olardı cinsi bəşər.
(H.Cavid, “Şeyx Sənan”)
Bərabərliyin yox, ədalətin tərəfdarıyam. Ədalətli olan-
da isə Femidadakı kimi, həmişə tərəzinin bir tərəfi ağır
olur.
Əgər nə vaxtsa hansısa bir din və ya təriqətə inanmaq
kimi bir məcburiyyətim olsa, vicdan adlı dinə inanardım.
Hərdən dostlara deyirəm vicdan adlı təriqət yaradacağam.
İşimi sevməsəm belə, vəzifəmə həmişə hörmətlə ya-
naşmışam.
Məncə, həyatda mümkün olmayan heç nə yoxdur.
Fikrimcə, bunun da həllinin üç yolu var: sevgi, çalışmaq
və inam.
Bu gün isə şair Qanun Ümmanın dediyi kimi “fağır
kənd balası” böyük bir şirkətə sahiblik edir, onlarla insa-
nın rəhbəri, tanınmış müəllimlərdən biri, 30-dan çox kita-
bın müəllifidir. İctimaiyyətdə tanınmağımın məsuliyyətini
daim çiynimdə hiss edirəm. “Azacıq varsa sənin şöhrətilə
şanın əgər, oxu, Sadiq, oxu sən, şöhrətinə etmə ümid” –
deyib, həm özüm maariflənir, həm də maarifləndirirəm.
Gələcəyə ümidlə baxır, “yox” sözünə nifrət edir, özüm və
ətrafım üçün xoş güzəran axtarışındayam.
Dünyanı elmin yox, insanlığın xilas edəcəyini düşü-
nürəm. Əlimdə olanlardan maksimum yararlanmağı ba-
carır, bacardıqlarımı göstərməyi sevirəm. Niyyətin pak
olması mənim üçün əsasdır.
Dəyişikliyi sevən, yeniliyə meyilliyəm. Sözsüz ki,
bunu ailəyə şamil etmək olmaz. Bu mənəvi dəyərlər toxu-
nulmazdır. Ruhumu xəyanətkarlığa qarşı tərbiyə etmişəm.
Çünki mən hər şeydən öncə müəlliməm. Müəllim isə öyrə-
dəndən çox öyrənəndir.
Şəmil
Sadiq
22
KƏRƏM KİŞİDİR, YOXSA ARVAD?
Hər dəfə dərs keçəndə, valideynlərlə görüşəndə qiy-
mətləndirmə ilə bağlı müzakirələr zamanı bir xeyli ideya
yaranır. Bunları qeyd eləmək üçün kompüterin qarşısına
keçəndə reallıqlar və faktlar sanki üstümə hücum edir, ba-
şımı itirib yazını yarımçıq qoyuram. Lakin bu dəfə iş yol-
daşlarımdan birinə məişət zəminində verdiyim suala aldı-
ğım cavab bu məqaləni yazmağıma səbəb oldu.
Artıq 8 ildir ki, orta məktəb təhsilində kurikulum isla-
hatı həyata keçirilir, amma müəllimlərimiz və valideynlə-
rimiz bu layihəni bilmərrə qəbul etmək istəmirlər ki, istə-
mirlər. Hətta iş o yerə çatıb ki, müəllimlərin təkmilləşmə
kurslarında apardığım seminardan birində müəllimlərdən
biri dedi ki, yeni təyin olunmuş nazirimiz yəqin kuriku-
lumu ləğv edər. Bunu o zaman dedi ki, mən həmin müəl-
limlərə 90 dəqiqə kurikulumun nəzəri məsələlərini kənara
qoyub, vətəndaşyönümlü təhsilin mahiyyətindən danış-
mışdım. Elə dərsdə yadıma bir əhvalat düşmüşdü. Ora-
da deyə bilməsəm də, indi yazmağı vacib bilirəm. Bizim
kənddə İbad adlı idman müəllimimiz var idi (İndi rəhmətə
gedib. Allah rəhmət eləsin). Rəhmətlik rayon üzrə 60 metr-
lik qaçış yarışına çıxmaq üçün bizi iki ay hazırlaşdırmışdı.
Yarış günü bizə son tövsiyələrini verəndə komandamızda-
kı qızlardan biri dedi ki, İbad müəllim, mən qaçıb birinci
gəlsəm, o finiş xəttini keçim, ya üstündə durum? Rəhmət-
lik, yaman əsəbiləşdi. Amma yumoru güclü olduğundan
bir məsəl çəkdi. Dedi ay qızım, elə bil, mən neçə saatdır
sənə deyirəm ki, Kərəm Əslini belə sevdi, belə əzablar çək-
di, belə evləndi, belə toy günü oldu, belə alışıb-yandı, indi
sən mənə deyirsən ki, bu Kərəm kişidir, yoxsa arvad?
Vallah, müəllimin verdiyi sual bundan o tərəfə keç-
mir. 8 ildir ki, külli-aləm bu təhsil sənədindən, onun ma-
hiyyətindən danışır, amma hələ də bəzi müəllimlərimiz bu
haqda primitiv formada da olsa, məlumata sahib deyillər.
Hamı elə bilir ki, kurikulum əsasında dərs keçirildik-
də şagirdlərimiz ya elm öyrənməyəcək, ya da kurikulum
gəlibsə, təhsildə hər şey həll ediləcək.
Həm müəllimlərimiz, həm də valideynlərimiz, sanki
Dostları ilə paylaş: |