I FƏSİL
MƏN BİR MÜƏLLİMƏM
HƏYAT HEKAYƏM
P.S. Bu həyat hekayəmi “facebook”dakı müəllim qrup-
larından birində həmkarlarımızın təşkil etdiyi bir rubrika
üçün yazmışdım. 40 yaşı belə olmayan birinin xatirə yaz-
masını o qədər xoş qarşılamasam da, yazdıqlarımı cırıb
atmağı bacarmadığım kimi nə vaxtsa belə bir xatirə yaza-
cağıma əmin olduğum üçün bunun arxivlərdə yaşamasına
qərar verdim.
Şəmil
Sadiq
11
I HİSSƏ
Olsa əgər imkanım, lap dünyanı mən şad edərəm.
Qüssələri məhv edərək, qəlbləri abad edərəm.
Mən – Hüseynin nəvəsi, Kamilin oğlu Şəmil Sadıqo-
vam. 1978-ci ilin sentyabr ayında adına və ənənələrinə qi-
btə etdiyim Qədim Naxçıvanın Nehrəm kəndində dəmir-
yolçu ailəsində anadan olmuşam. Naxçıvanlı olduğumla
qürur duysam da, heç vaxt təkəbbürlü olmamışam. Sadə-
liyimi qoruyub saxlamağa çalışmışam. Mənim üçün öncə
insan amili qiymətlidir. Millət-türk, Azərbaycan və Naxçı-
van amili isə ruhumun sevgi xronologiyasıdır.
Babamın ilk oğlan nəvəsiyəm. Məndən əvvəl əmimin
3 qızı olmuşdu.
At ilindən, qız bürcündənəm. Günləri sınağa çəkib,
mövhumata inanmasam da, şənbə günü uğurlu günüm
hesab edilə bilər.
Atam-anam evlənənə qədər heç bir-birilərini görmə-
yiblər, ailə sadəcə böyüklərin təklifi və gənclərin sayğısı
üzərində qurulub. Bir də “al, sonra sevərsən” prinsipi.
Əgər bu əhvalatı bilməsə idim, atamla anamın bir-birini
dəlicəsinə sevib evləndiklərini düşünərdim.
Deyilənə görə, babamın sevimlisi olmuşam. Hətta
rəhmətə gedəndə belə (4 yaşım olub) onun cənazəsinin
yanına qaçıb qıdıqlamışam ki, “baba ölməyib ki, gözlərini
yumub”.
Uşaqlıq xatirələrim daha çox nənəmgillə yaşadığımız
illərlə bağlıdır. Ağlımın kəsdiyi dövrlər, hardasa 7-14 ya-
şıma qədərki dövrü uşaqlıq çağı kimi xatırlaya bilmirəm.
Çünki uşaqlıq edə bilməmişəm, uşağın necə olduğunun
belə fərqinə varmamışam. Atam 10 ildən çox yataq xəstə-
si olub. Fəqərə ağrısından əziyyət çəkirdi. Bu xəstəlikdən
mən tələbə olanda qurtuldu. Buna görə də, güzaranımızın
yaxşı olması üçün nənəmin buyruqları ilə uşaqlıqdan zəh-
mətə alışmışam.
Atamın səhhəti yaxşılaşanda ticarətlə məşğul olmağa
başladı. O dövrdə Naxçıvanda çoxlarının xırda alış-veriş-
dən başı çıxırdı. Xəyalən uşaqlıq illərimə qayıdanda ya-
Şəmil
Sadiq
12
dıma düşənlər yenidən kövrəldir məni: satdığım tumun
torbasını məndən böyük uşaqların gizlincə oğurlaması və
həmin gecəni evə pulsuz, əlim ətəyimdən uzun gəlməyim,
Naxçıvanın sərt soyuğunda Arazın üstündəki körpüdən
ağır-ağır çuvalları daşımağım, soyuqdan barmaqlarımın
olduğunu belə unutduğum, böyüklərdən geri qalma-
yım deyə özümü guya kişi kimi aparmağım, “polka”mızı
dəfələrlə polislərin dağıtdığı, malları müsadirə etdiyi və
mənim onları qaytarmaq üçün atama sığınmağını, piş-
taxtanın arxasında instituta hazırlaşdığım və daha nələr,
nələr...
Bütün bunlara baxmayaraq, atam savadsız olsa da,
həmişə bizi oxumağa yönləndirirdi. Dərslərimizə xüsusi
nəzarət edirdi... Həmişə deyirdi ki, bala, get oxu, evlən,
qal oralarda. Sən getsən, ardı gələcək, nəsildə dəyişik-
lik olacaq. Özü də bunu çox əminliklə deyirdi. Onun bu
tövsiyələri indi də qulaqlarımdadır. Elə də oldu... Bakıya
gəldim, oxudum, evləndim, elə burda da qaldım. Məndən
sonra isə dalımca iki qardaşım və əmiqızım oxumaq üçün
gəldilər...
İlk oxuduğum bədii kitab isə 15 yaşımda Nizaminin
“Yeddi gözəl”i olub. Onu da deyim ki, bu kitaba görə
atamdan danlaq almışam. Səbəb kitabda “Qarageyimlinin
hekayəti”nin bir neçə yerində erotik məqamların olması
idi.
Kitabsız, amma kitaba dəyər verən bir ailəmiz olub.
Ailəmizdə dörd oğlan, bir qız var. Böyükləri də
mənəm. Bu böyüklüyün çətinliyini evin böyüyü olanlar
daha yaxşı bilər. Anam da sadə evdar qadındır. Sevgisi-
ni dillə yox, maral baxışları ilə ifadə edən həyalı bir kənd
qızı. Üzüyola, mübahisəni sevməyən, tez razılaşan, oldu-
ğu kimi görünən, yalan danışmağı bacarmayan, ifallı (Nax-
çıvan ləhcəsində) bir ana... Kasıb ailə həyatımızda ən çox
əziyyət çəkən o olub. Palçıqdan yoğrulmuş kərpic kəsib
satardıq. İncəliyinə baxmayaraq 20-25 kiloluq kərpic qəlibi
qaldırardı. Hərdən qəlibin bir qulpundan mən də yapışar-
dım, amma gücüm çatmazdı.
Beləcə, keşməkeşli uşaqlıq illərimdə böyük kimi bö-
yüdüm.
Şəmil
Sadiq
13
II HİSSƏ
Birinci il instituta ödənişli qəbul oldum, amma ailə du-
rumumuz imkan vermədiyi üçün ikinci il yenidən sənəd
verməli oldum. Həmişə qorxurdum ki, birdən “Filologi-
ya”ya qəbul olaram. Seçdiyim 15 fakültədən sadəcə “Fi-
lologiya”nın kodunu əzbərləmişdim ki, bura düşməyim,
qalan nə olur-olsun. Qəbul olmağımla bağlı şad xəbəri elə
də xoş qarşılamamışdım. Atamdan yeganə xahişim o ol-
muşdu ki, imkan düşən kimi istədiyim universitetə köçür-
sün məni. Lakin birinci kursun ortasında bu istəyimdən
vaz keçdim. Sevgi öz işini görmüşdü: ömür-gün yoldaşım
Zülfiyyə xanımı gördüm və aşiq oldum. Beləcə, Zülfiyyə
xanımın sayəsində “Filologiya”ya da vuruldum. Bəyən-
mədiyim “Filologiya” mənə həm hüquq olmuşdu, həm ta-
rix, həm də politologiya.
Ədəbiyyata gəlişim də belə oldu. Ara-sıra nəsə yazsam
da, ustadım, əruzşünas alim, qayınatam Zülfəli Zülfəliyev
mənə əruzu öyrətdi, şeiriyyatı sevdirdi. Yazdığım şeirlə-
ri soyuqqanlılıqla cırıb zibil qabına atdı və məni ədəbiy-
yata gətirdi. Müəllimliyi, şeir yazmağı öyrətdi. Hərtərəfli
savadlı insan olduğu üçün bütün məsləhətləri ondan alır-
dım. Təəssüflər olsun ki, müdafiəmi görmədi. 2006-cı ildə
vəfat etdi. Allah rəhmət eləsin.
Zülfəli müəllimin yoxluğu çox böyük itki idi mənim
üçün. Həmişə məni tənqid edən ustad ölümündən bir gün
əvvəl bizə gəldi. «Ədəbiyyat» vəsaitimi vermişdim baxsın.
Dedi ki, indiyə qədər yazdığın şeir kitablarına görə bir gün
utanacaqsan. Bunu səbəbsiz demirdi, çünki onun iradəsinə
zidd olaraq gəncliyimin çılğınlığına salıb şeirlərimi çap et-
dirmişdim. Qəfildən ayağa qalxıb alnımdan öpdü. Dedi,
bu kitab sənə uğur gətirəcək, şeirdən əl çək, bu yolu davam
etdir. Sonra da qızını çağırıb, məni ona tapşırdı. Dedi, kişi-
dən muğayat ol! Bir xeyli güldük, “kefi sazdır” deyib kişini
yola verdik. Həmin gün birinci dəfə idi ki, bizdə qalırdı.
Yatanda məni çağırdı ki, gecə gəlib mənə baxarsan. Gülüb
sağollaşdım ustadımla. Səhər mən işə, o isə evlərinə get-
di... Sabahı gün ölüm xəbərini aldıq... Onun son gecə mənə
Dostları ilə paylaş: |