Şəmil
Sadiq
33
qüsurdan və xətadan xali deyil. Aparılan müzakirələr,
təhlillər,yanaşmalar nikbin olarsa, əldə olanlardan daha
yaxşılarına sahib ola bilərik. Ən azından bu il tenderdən
keçməyən dərslik müəlliflərindən biri də mənəm. Amma
bugünkü sinfin nə istədiyini bilib, o tələblərə cavab ver-
mək istəməyən və bu yolda zərrə qədər də iş görməyən,
hər şeyə birtərəfli baxan bəzi müəllimlərimiz bu haqda
yaxşı-yaxşı düşünməlidirlər. Bunun adını kurikulum yox,
nə qoyursunuz qoyun, amma bugünkü dünya bizdən
başqa şey umur. “Seyrə balonlarla çıxan” camaat
sadəcə
zəkanın hesabına əldə edib bu mərtəbəni. Biz hələ də hər
şeyə qulp qoyur, istiqamətdən yayınırıq. Necə ki biz “Qu-
ran”ı oxuyub hələ də ağladığımızda, onu oxuyan “kafir”
ordakı elmi fikri əsas tutaraq elmi ixtiralar edir, eləcə də
müəllimlərimizin bir qismi Yusif Sərracı
bəyənməyən küt-
lə kimidir. Düzgün vətəndaş yetişdirib heç olmasa övlad-
larının gələcək taleyinə yardım etmək istəmirlər.
“Məndən hazır düşüncələri deyil, düşünməyi öyrənə-
cəksiniz”. İ.Kant
“Mənə oxuduğum kitabların ən gözəlinin hansı oldu-
ğunu soruşsanız, “müəllimim” deyərdim”. B.Məmmədov
“Təhsil-öyrənilənlərin hamısı unudulduqdan sonra
yadda qalanlardır”. M.Fon
Şəmil
Sadiq
34
MÜƏLLİMLƏRƏ CAVAB
Əziz müəllim həmkarlarım, bu yaxınlarda “Faktor.
az” saytında bir neçə il öncə yazdığım “Alim yetişdirmək
adam yetişdirməkdən asandır” adlı məqaləm yayımlandı.
Yazıya qarşı müəllimlərin və təhsil ictimaiyyətinin cid-
di reaksiyasını gördüm. Öncədən deyim ki, həmkarlarımın
mövzuya bu qədər diqqət yetirdiyini və ciddi yanaşdığı-
nı görüb şad oldum. Məhz buna görə onlara təşəkkürü-
mü bildirirəm. Yazıdakı fikirlərə qarşı sayğı göstərənə də,
göstərməyənə də... Amma qeyd
etmək istərdim ki, sadəcə
yazının başlığını oxuyub münasibət bildirənlər də az ol-
madı. Mən yenə də fərq qoymaq istəmirəm, kim zəhmət
çəkib münasibətini bildiribsə, çox sağ olsun.
Onu da deyim ki, bu yazı dərc olunandan sonra bir
məsələdə əminliyim daha da artdı: təəssüf ki, hələ də tən-
bəl müəllimlərimiz çoxdur. Yazımdakı fikrimin üstündə
dayanıram və yenə də israrla deyirəm ki, təhsilə yanaş-
ma dəyişməlidir. Bunun da yolu yalnız oxumaq və maarif-
lənməklə mümkündür. Heç nə oxumadan, araşdırmadan
yeni yanaşmanı tənqid etmək düzgün deyil.
Haqqında danışdığım yazı sosial şəbəkələrdə də geniş
yayıldı. Yazını bəyənərək və ya bəyənməyərək paylaşan-
lar oldu. Həmin paylaşımların altında çoxlu sayda fikirlə-
rimlə razılaşanlar olsa da, yazıdakı fikirlərimi bəyənməyib
məni buna görə qınayıb tənqid edənlər də oldu. Sanki
mən müəllimlərə düşmənəm. “Mən də müsəlmanam, a
şirvanlılar’’ misrasını xatırlayıb gülümsündüm... Qəribəsi
də budur ki, bir nəfər xanım paylaşımların birində “pala-
za bürün, el ilə sürün”
prinsipini əsas tutaraq, yazını oxu-
madan ciddi şəkildə tənqid etmişdi. Daha sonra isə həmin
xanım eyni yazını başqa yerdə oxuyub bəyənmişdi və bu
dəfə xoş sözlərlə birgə özü də paylaşmışdı. Təkcə bu fakt
göstərir ki, əksəriyyətimiz mahiyyətə bələd olmadan ön-
yarğılı oluruq!
Redaktorun yazı oxunsun deyə qoyduğu başlığa görə,
qınaq obyektinə çevrilmişdim. Saytın redaktoru olan dos-
tumuz Əziz Əlibəyliyə yazının başlığına qoyduğu sensasi-