Şəmil
Sadiq
146
ey sənəm, şamu səhər yanaram”, Məhəmməd Füzulinin
“Usanmazmı” qəzəlinin yerinə “Əql yar olsaydı” qəzəli sa-
lınmışdı. Bir müəllim olaraq, o zaman bunun mahiyyətini
anlaya bilmirdim. Sözsüz ki, təsəlli olaraq, “böyüklərimiz
nəsə bilir”, – deyib, susurduq. Çünki müəllimin mayasın-
da azadlıq olmalı olsa da, biz müəllimlər, adətən, “yuxarı-
lar daha dəqiq bilir”, – deyərək, səsimizi çıxarmamağı üs-
tün tuturuq. Mən də bu durumda olmağıma baxmayaraq,
aspiranturada oxuduğum üçün professor Zaman Əsgərli
ilə tez-tez ünsiyyətdə olurdum. Məktəbdə bu sual tez-tez
səsləndiyi üçün mən də o suallardan birini eynilə Zaman
müəllimə verdim: – bu şeirləri dəyişməkdə məqsəd nə idi?
Zaman müəllimin cavabı belə olmuşdu: Mən ədəbiyyatda
nə edə bilərəm, nazirlik qarşımızda yeni tələb qoydu ki,
dərslik dəyişilməlidir. Biz də Nəsimini çıxarası deyildik ki
proqramdan, bunun ən yaxşı yolu müəlliflərin əsərlərini
dəyişməklə yeni dərslik yaratmaq idi ki, biz də onu etdik.
Əminəm ki, bu izahı heç bir müəllim qəbul etməz. Çün-
ki “Sığmazam” qəzəlinin istər bədii, istərsə də nəzəri yükü
dəyişdirilən qəzəldən qat-qat güclüdür. Dərsliklər dəyişil-
məlidir deyiləndə də hansısa şeirin, hekayənin dəyişilməsi
vacib deyil, məncə, ən önəmli olan yanaşmanın dəyişilmə-
sidir. Çünki bunu zaman tələb edir. Düzdür, həmin dərslik
nəşr ediləndə “Milli kurikulum” təsdiq edilməmişdi. Və
bütün dərsliklər müstəqil dövlət olandan sonra ikinci dəfə
idi ki, yenidən əsaslı şəkildə yenilənirdi. Ənənəvi metod-
la dərs keçən müəllimlər hardasa bütün fənlərdə olduğu
kimi ədəbiyyatı da mühazirə üsulu ilə keçirdi. Bunun da
nəticəsi olaraq şagirdlərimiz həmişə konkret etalonları əz-
bərləyir, dərslikdə hansısa bir müəllifin verdiyi təhlili əsas
tutaraq nə dərslikdəki müəllifə, nə əsərə, nə də əsər qəh-
rəmanlarına fərqli baxış sərgiləyə bilmirdi. Təəssüflər ol-
sun ki, bu indi də belədir. Belə ki, “Ölülər” əsərində bütün
obrazlar mənfi, İskəndər müsbət obraz, Vaqif xalqın şairi,
Nizami, Sabir kasıb bir sənət adamı və sairə kimi təbliğ və
təhlil edilir. Şagirdlər də bunları əzbərləyib bizə danışır,
verilmiş bütün şeirlər durğu işarələrinə kimi əzbərlədi-
lib qiymət alınır. Hansısa bir şagird M.Ə.Sabirin ərəb-fars
izafətləri zəngin olan “Səttarxana” şeirinin bir misrasını
Şəmil
Sadiq
147
unudarsa, qiyməti aşağı salınır. Hətta müəllimlər arasın-
da bir zarafata çevrilən şablon suallar da var: Koroğlunun
hansı atının, hansı qıçına nə batmışdı, Yusif Sərracın evi
Göy məscidin hansı tərəfində idi?.. və sairə. Bu, yaddaş
məktəbinin qalıqlarıdır. Bugünkü təhsil isə sırf təfəkkür
məktəbinə keçidi dəstəkləyir ki, bunu da təhsil ekspertləri
düz on ildir uca səslə ifadə edirlər. Bir şeyi də qeyd edim
ki, TQDK-nın Universitetlərə qəbul formatı dəyişməsə, bu
cür də gedəcək. Universitetə qəbulda şagirddən dünya-
görüş, təfəkkür, məntiq, sərbəst düşüncə qiymətləndirmə
meyarı olmadıqca, bilik yönümlü tədrisdən qaça bilməyə-
cəyimiz qənaətindəyəm.
Diqqətinizə çatdırım ki, bu gün təhsili ilə öndə olan
ölkələrin heç birində şeirin əzbərlənməsi bir tələb kimi qo-
yulmur. Mahiyyət və məzmun daha önəmlidir və insan
institutları buna istiqamətlənib. Hansısa bir poemanı əzbər
bilməklə yaxşı adam olmaq mümkün deyil.
Sovet ideoloji maşınının bizə sırıdığı “Şair xalq” me-
yarından hələ də çıxa bilməməyimiz bu faciənin indi də
davam etməsini göstərir. Hətta xalq arasında da bir şeiri
belə əzbər bilməyən adamı savadsız kimi qəbul edirik.
Halbuki türk milləti sözü də, qılıncı da bir yerdə sevənlər-
dəndir. Buna sərkərdə Tonyukukun yazılarını, hökmdar
Qazi Bürhanəddinin, Şah İsmayıl Xətainin şeirlərini misal
göstərmək olar. Hətta əfsanəvi xalq qəhrəmanı olan Ko-
roğlunun da qılıncını sözləri itiləyirdi. Mövzudan yayın-
maq istəmirəm. Bu məsələyə “Türk hökmdarlarının sözü
və qılıncı” adlı məqaləmdə ayrıca toxunmuşam.
Deməyim odur ki, bizim indiyə qədərki təhsilimizdə
şagirdə düşünməyə, fərqli fikir sərgiləməyə şərait yaradıl-
mayıb, əksinə, onlara şablon fikirlər ifadə etməyi öyrətmi-
şik. Təhsilin qarşısında duran müasir tələblərdən birincisi
öyrənməyi yox, öyrənməyi öyrətmək durur.
2006-cı ildə təsdiqlənmiş “Milli Kurikulum”da Ədə-
biyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun
olaraq məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdiril-
mişdir.
Şəmil
Sadiq
148
– ədəbiyyat və həyat həqiqətləri;
– şifahi nitq;
– yazılı nitq.
Bu məzmun xətti onu göstərir ki, bütün dərsliklər
bu ana xətt üzrə yazılmalı, dərslər də bu xətlər üzrə təd-
ris edilməlidir. Gördüyünüz kimi, bu məzmun xətlərində
nəzəri biliklər də minumuma endirilib. Çünki orta mək-
təbdə şagirdə nə ədəbiyyat tarixi, nə də ədəbiyyat nəzə-
riyyəsi vacibdir. Bir vətəndaş kimi ona ədəbiyyatın nəzəri
və tarixi materialları yox, ədəbi yolla təqdim edilən həyat
həqiqətlərini öyrənib dərs çıxarması vacibdir. Bu məzmun
xətlərinin izahında da bu aydın görünür. “Milli Kuriku-
lum”dan çıxarış edərək, sizə təqdim edirəm.
“Ədəbiyyat” fənni üzrə şagird:
● oxuduğu ədəbi nümunələri bədii-emosional və ob-
razlı qavradığını nümayiş etdirir;
● ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradı-
cı xarakterli yazılar təqdim edir;
● mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə va-
sitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nü-
munələr üzərində araşdırmalar aparır;
● ədəbi nümunələri mövzu, janr, problem baxımından
müqayisə edir, əsaslandırılmış rəy bildirir;
● ədəbi əsərin məzmununa və ideyasına onun yaran-
dığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik
dəyərlər kontekstində qiymət verir;
● ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak
edir, ədəbi nailiyyətlərə münasibət bildirir;
● mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyət-
lər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər
barədə materiallar toplayır, müxtəlif ədəbi mövzular-
da təqdimatlar hazırlayır. (Milli Kurikulum, 2006)
Ədəbiyyat fənninin qarşısında bir nömrəli məqsəd
kimi qoyulmuş fikirlərin vurğulu sözlərini seçərək ayrıca
təqdim edirəm ki, fikrimin izahında anlaşılmazlıq qalma-
sın.
“nümayiş etdirir”, “təqdim edir”, “araşdırmalar apa-
rır”, “qiymət verir”, “münasibət bildirir”, “təqdimatlar ha-
Şəmil
Sadiq
149
zırlayır”...
Ümid edirəm ki, yeni hazırlanan dərsliklər alimlərin
öz prizmasından etdiyi təhlillərlə doldurulmayacaq, müəl-
limlər də bu mətnləri şagirdlərə əzbərlətməyəcək. Sadəcə
verilən mətnlər müzakirə ediləcək, öz fikrini ifadə etmək
imkanı tapacaq şagirdlər bununla gələcəyimizi xilas edə-
cək. Çünki hörmətli alimlərin gəldiyi qənaəti kor-koranə
qəbul etmək, o çərçivədən kənara çıxa bilməmək müti in-
san yetişdirməkdən başqa bir şey deyil. Bir sinfin gəldiyi
qənaət daha önəmlidir, nəinki bizim onlara sırıdığımız fi-
kirlər. Çünki dünya dəyişdiyi kimi, düşüncələr də dəyişir.
Qoy şagird ədəbiyyatımızın dühası hesab etdiyimiz Niza-
mini belə tənqid edə bilmə cürətinə sahib olsunlar. Hamı
Nizami Gəncəvini sevməlidir prinsipini hamı Nizamini
anlamalıdır prinsipinə keçirməsək, ədəbiyyat bizim üçün
sadəcə ədəbiyyat tarixi olaraq qalacaqdır. Bizim millətə
xas olan bütləşdirmə düşüncəsi onu xristian dünyasın-
dan geri salan ən birinci amildir. Xristian dünyası XV-XVI
əsrdən İsa Peyğəmbəri də, onun təqdim etdiyi Allahı da
müzakirə etməkdən çəkinmədiyi üçün bu gün bizə örnək
halına gəlmişdir.
Necə ki, b
ir şagirdim orta məktəbdə “Ölülər” əsəri-
nin müzakirəsi zamanı mənə demişdi ki, müəllim, İskən-
dər obrazını az tərifləyin. Dedim: – “Niyə?” Dedi: “O, kişi
deyil. Kişi olsaydı, Şeyx Nəsrullahı öldürərdi. Gözünün
qabağında az qalır ki, bacısını ələ keçirsin, bu isə boş-boş
danışır”. O vaxt şagirdimə ciddi bir cavab verə bilmədim.
Cavan idim, səriştəsiz idim. Birtəhər yola vermişdim.
Amma sonralar o uşağın, o fikri həmişə məni narahat et-
mişdi. Bunun cavabını isə əsərdə Kefli İskəndərin özü
verir: “Əgər mən bir şey olsaydım, cibimdən bir bomba
çıxarıb bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan
lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Yox,
yox, o mənim işim deyil. O igid işidir. Siz tək camaatın da
igidi mən tək olar”.
Şəmil
Sadiq
150
OPERATİV DİL MƏRKƏZİNƏ EHTİYAC VAR
On ildən çoxdur ki, ixtisasım üzrə Azərbaycan dili və
ədəbiyyat fənnini tədris edirəm. Şagirdlərimlə də, tələbələ-
rimlə də, cəmiyyətin müxtəlif peşə sahibləri ilə də söhbət-
lərimizdə dilimizlə bağlı qarşımıza çoxlu sayda problem-
lər çıxır. Əvvəllər bunun yalnız dilçilik elmində olduğunu
düşündüyüm üçün “elm mübahisələri sevər, müxtəlif ya-
naşmalar ola bilər”, – deyirdim. Hətta bəzi məsələləri mü-
zakirə edərkən TQDK qəbul qaydalarını dərsliklərin də
üstünə atmaqla düşdüyümüz çətin vəziyyətdən çıxmağa
çalışırdıq. Lakin bəzən cavabsız qalmış suallar da olur.
“Müəllim, “vkluçatel”, “vilka” sözlərinin azərbaycanca
qarşılığı varmı, yoxsa bunu dilimizdə elə bu cür işlədək?”
– deyib, maraq və ümidlə cavab gözləyən şagirdimizin,
“ismarıc, yoxsa ismarış?” – deyə, sual verən jurnalistin,
“lüğətdə şeriyyət yazılıb, sizcə, bu, düzdürmü? “i” səsi
düşməlidirmi? Apostrof əlifbamızdan çıxarılandan sonra
“Kənan”, “sürət” sözlərini hecalara necə bölməliyik? Axı
apostrof həm də bəzi sözlərin hecalara bölünməsini göstə-
rirdi” – deyə, sual verən müəllimlərin qarşısında nə deyə-
cəyimizi bilmirik.
Hələ 2013-cü ildə çap edilən sonuncu “Orfoqrafiya lü-
ğəti”ni AMEA Nəsimi adına Dilçilik İnstitutunun direkto-
ru, akademik, əziz müəllimim Tofiq Hacıyevin çıxışlarında
tənqid etməsi və qüsurların olduğunu qeyd etməsi, yenə
əziz müəllimim akademik Nizami Cəfərovun Tofiq müəl-
limin haqlı olduğunu deməsi, əlbəttə, bu lüğət haqqında
danışmağa qətiyyən bizə haqq vermir.) sosial şəbəkələrdə
fəal olduğum üçün hər gün, bəlkə, onlarla bu cür sualla
qarşılaşdığımı demirəm.
Bu yaxınlarda jurnalist və yazıçı Dilqəm Əhmədin
“Ərzurum valisinin adı Ahmet Altıparmakdır. Azərbay-
can dilində necə yazaq? 1. Ahmet Altıparmak 2. Əhməd
Altıbarmaq 3. Əhməd Altıparmak” statusu və ora yazılan
rəylər bu mövzuya toxunmağıma səbəb oldu. İndi azacıq
Azərbaycan dili savadı olan biri deyəcək ki, burada nə var
ki?! Əhməd Altıbarmaq olmalıdır. Bəli, elə mən də məhz
bu cür cavab yazdım. Cavabında da Dilqəm yazdı ki, bəs
Şəmil
Sadiq
151
Orhan Pamuku necə edəcəyik?
Lakin problemin mahiyyətinə bir az uzaqdan, bir az
da yaxından baxanda, bu sahədəki problemlərdən məlu-
matlı şəxs çətin bir sual olduğunu bilir. Əslində, bu cür
sualları hansısa bir statusda qoymaqla həll etmək müm-
kün deyil. Hətta akademiklərimizdən soruşulsa belə, aşa-
ğı-yuxarı yaxın bir cavab olacaq. Çünki dilimizə gələn alın-
ma sözlərin hansı prinsiplərlə uyğunlaşdırılması qaydaları
XX əsrin 70-80-ci illərində yazılıb. Həmin qaydalarda Tür-
kiyə türkcəsindən gələn sözlər nəzərdə tutulmayıb. Haqlı
idilər, əlbəttə, Mirzə Ələkbər Sabir demiş:
Mümkün iki dil bir-birinə tərcümə, amma
Osmanlıcadan tərcümə türkə nə deməkdir?!
Amma indi şərtlər başqadır. Ən azından uyğunlaşdı-
rılmaların aparılması üçün qaydalara ehtiyac var. Doğru,
yaxud yanlış olması ayrı məsələ, amma nizamlayıcı bir
sənədin olmaması hamını çaşbaş qoyur. Hələ tərcümə işi
ilə məşğul olan şəxslərin çəkdiyi əzab-əziyyəti demirəm.
Axı dilimizə son illər gələn sözlərin, yaranan sözlərin sayı
idarə olunmaz bir durumdadır. Belə ki, beynəlxalq futbol
klubları, brendlər, maşın markaları, tanınmış şəxslərin ad-
ları və s. kimi xüsusi adların dilimizdə necə işlənməsi bir
problem olaraq qalır.
Yadıma bir hadisə düşür. Orta məktəbdə müəllim işlə-
diyim vaxtlarda sinifdə bir söz mübahisəyə səbəb oldu. Şa-
girdlərimdən biri şəkilçi formasında olan “-mı
4
” ədatının
adlarla işlənən ədatlardan sonra (Dilçilikdə bu məqamda
olan “də” bağlayıcı kimi qəbul edilib, lakin ədat deyənlər
də var. Hətta 2004-cü ildə “Lider” nəşriyyatında çap edil-
miş “Orfoqrafiya” lüğətində də ədat kimi veriblər) gəl-
dikdə sözə bitişikmi, ayrımı yazıldığı sualını eşitdim. Ki-
tablardan tapa bilmədim. Ümidim ona qaldı ki, BDU-nun
Filologiya fakültəsinə gedib dəyərli alimimiz, rəhmətlik
professor Yusif Seyidovdan soruşum. Hətta nə isə yeni bir
şey tapdığımı düşünüb bir az həvəslənmişdim də. Yusif
müəllim dedi ki, yox, bala, dilin qrammatik qaydaları on-
ları ayrı yazmağa imkan vermir. Dedim, axı Yusif müəllim,
“Sən də mi atdın məni, gülüm” cümləsində vurğu tələb
Şəmil
Sadiq
152
edir ki, ayrı yazaq. Yusif müəllim: “Biz -mı
4
ədatını ayrı
yaza bilmərik”, – dedi. Sonra bir az da düşündü, düşün-
dü, amma razılaşmadı. Elə mən də. Mübahisə edə bilmə-
dim. Fikirli halda geri qayıtdım. Amma hər soruşulanda
bu məqamda ayrı yazılmalı olduğunu deyirdim. 2004-cü
ildə “Təhsil xəbərləri” bülletenində bu sözün belə məqam-
da ayrı yazılması qərarının Azərbaycan Respublikası Na-
zirlər Kabineti tərəfindən təsdiqləndiyini oxudum, amma
mənim sualımdan iki il sonra. Yəqin, mənim kimi o qədər
müəllim soruşmuşdu ki, bu qərarın verilməsi zərurəti ya-
ranmışdı. Bu cür operativ qərarlar ən az ayda bir dəfə çap
olunub kütləviləşdirilməlidir. Necə ki “selfi” anlayışının
yaranığı bir zamanda Türk dil qurumu vaxtında qərar ver-
di ki, “özçəkim” kimi lüğətə daxil edilməlidir.
Hamımızın hər gün az qala bir dəfə işlətdiyimiz bir
sözün düzgün yazılışı ilə bağlı məhz bu məqalə üçün “fa-
cebook” (?) dostları arasında bir sorğu keçirdim. Aşağıdakı
sözlərdən hansı düzgün yazılmışdır?
1.kompyuter
2.komputer
3.kompüter
4. Kompyüter
Nəticə isə belə oldu:
“Kompyuter” – 28, “komputer” – 14, “kompüter” – 34,
“kompyüter”– 4 nəfər oldu. Düzdür, sözün düzgün yazılı-
şını bilənlərin sayı digərlərindən daha çoxdur. Sevindirici
ola bilər. Lakin “kompyuter” yazanların da sayı çox ciddi
rəqəmdir: 28. Nəzərə alsaq ki, ixtisasca filoloq olduğu üçün
dostluğumda olanların əksəriyyəti də bu sahəyə yaxındır
və yaxud məhz bu sahənin adamlarıdır. Bu göstəricinin
əsas səbəbi odur ki, cəmi on il bundan öncəki “Orfoqrafi-
ya” lüğətində (Lider, Bakı 2004) “kompyuter” yazılıb. Yeni
lüğətin çapından isə əksəriyyətin xəbəri yoxdur.
Əslində, bütün bu kimi problemləri nizamlayan bir
dil qurumuna və hətta bu dil qurumunun qaynar xəttinin
olmasına böyük ehtiyac var. Çünki elm və texnikanın inki-
şafı, dünyada gedən inteqrasiya prosesinin pik nöqtəsinə
gəldiyimiz bir zamanda dil də canlı orqanizm kimi inkişaf
edir. Hələ Azərbaycanımızın inkişafda olması, müxtəlif
Şəmil
Sadiq
153
dövlətlər və xalqlarla münasibətlərin ürəkaçan bir vaxtın-
da dilimiz də sürətlə inkişaf edəcək, yeni sözlərin yaranma
zərurəti ortaya çıxacaq. Bu da o deməkdir ki, dilin bu cür
inkişafına diqqət yetirilməsinə və düzgün istiqamətləndi-
rilməsinə ehtiyac var. Ümummilli lider Heydər Əliyevin,
cənab prezident İlham Əliyevin Azərbaycan dilinin inki-
şafı ilə bağlı imzaladığı sərəncam və fərmanlar da bu zə-
rurətdən doğmuşdur və zamanında verilmiş qərarlardır.
Lakin aidiyyəti qurumların, dilçi alimlərimizin üzə-
rinə daha çox məsuliyyət düşür. Bu gün dilimizdə belə
problemlərin vaxtında həll edilməsi, yeniliklərin xalqa çat-
dırılması üçün, düşünürəm ki, bir çox işlərin görülməsinə
hələ də ehtiyac var. Bir vətəndaş kimi, müəllim kimi mə-
nim düşündüklərim bunlardır;
1. Qaynar xəttin (telefon, sosial şəbəkə) yaradılması,
2. Mütəxəssislər tərəfindən hazırlanan yazılışı və
tələffüzü müəyyənləşmiş sözlər (lüğəvi mənası da ya-
zılmaqla) olan bir dərginin aylıq kütləvi nəşri,
3. Dilin yalnız praktikada qarşılaşdığı problemlərin
müzakirəsinin aparıldığı televiziya verilişinin olması,
4. Neologizmlər lüğətinin çap edilməsi (nəzərə alsaq
ki, son 10 ildə dilimizdə yeni sözlər yaranmışdır, bu
məsələ çox vacibdir),
5. Dilimizə gələn sözlərin imkan daxilində özləşdiril-
məsi, yəni qarşılığının tapılıb istifadə olunması.
6. Lüğətlərin (orfoqrafiya-orfoepiya, izahlı lüğətlərin)
proqram təminatının hazırlanması və internetdə yer-
ləşdirilməsi və s.
Zənnimcə, bütün bunların yeganə həlli son vaxtlar hər
kəs tərəfindən arzu edilən “Azərbaycan dil qurumu” və ya
“Operativ dil mərkəzi” kimi bir təşkilatın yaradılmasıdır.
Bəlkə də, bu səlahiyyətləri son vaxtlar bir çox cəsarətli ad-
dımlar atan AMEA Dilçilik İnstitutunun Monitorinq şöbə-
sinə vermək olar. Amma istərdik ki, daha yeni ab-hava ilə
bütün dilçi alimlərimizin tərəddüdsüz yığışıb müzakirələr
apara biləcəkləri bir mərkəz olsun.
ŞƏMİL SADİQ
MƏN BİR
MÜƏLLİMƏM
Çapa imzalanıb: 24.01.2018
Formatı: 70x100 1/16. Ofset çapı
Həcmi: 9.75
Sifariş № 8/245
Document Outline - Samil Sadiq cover
- Samil Sadiq. Men Bir Muellimem. Təsdiq üçün
Dostları ilə paylaş: |