Şəmil
Sadiq
133
radıcılığını həm məzmun, həm də forma cəhətdən mənim-
səmək üçün şagirdlərimizə çox faydalı olardı.
Digər vasitələrdən – marağa görə dərslərdən, ədəbiy-
yat dərnəklərinin imkanlarından da istifadə etməklə, bu
mövzunun öhdəsindən layiqincə gəlmək mümkündür.
“Elm” qəzeti, 16 yanvar, 2003-cü il. № 1-2
Şəmil
Sadiq
134
AZƏRBAYCAN DİLÇİLİYİ DİLİMİZLƏ
AYAQLAŞA BİLMİR
Ölkə başçısının Azərbaycan dili ilə bağlı müxtəlif fər-
manlarının olmasına baxmayaraq, dilimizin inkişafını tə-
min edən ən ali qurum olan AMEA Nəsimi adına Dilçilik
İnstitutu dilin inkişafını nəinki təmin edə, heç izləyə də bil-
mir. Dilin inkişafını öz arxasınca aparmalı olduğu halda,
dildən dəfələrlə geridə qalır desək yanılmarıq.
Artıq nə deməyə, nə də yazmağa gərək var, Azərbay-
can dili zəngin dillər içərisində önəmli yerlərdən birini
tutur. Dilimizin kökü, ana xətti, genetikası o qədər möh-
kəmdir ki, əsrlərlə təzyiq və təhriflərə məruz qalmasına
baxmayaraq, bu gün də yaşayır. Amma təəssüflər olsun ki,
dilçilik elmimiz bu məğrurluğun arxasında layiqincə da-
yana bilmir.
Dilin zənginləşməsi bu gün birbaşa televiziya və mət-
buat orqanlarının fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, bu in-
kişafda bədii ədəbiyyatın rolunu kənara qoymaq olmaz.
Bunun üçün də hər kəs yazıçı və jurnalistlərin ədəbi dilin
normalarını pozduqlarını görür, ağızdolusu təndiq edir.
Təbii ki, bu tənqidlərimiz haqlıdır. Zövqsüz verilişlərə
baxmaq gözlərimizi ağrıtdığı kimi, kobud şəkildə pozu-
lan dil normaları qulaqlarımızı dəng edir. Televiziyaların
simasını təşkil edən xəbər proqramlarında belə “həmin”
sözü hə`min, “başqa” sözü ba`şqa, “Paris” sözü Pa`ris,
“Azərbaycan” sözü Azə`rbaycan kimi tələffüz edilir. Son
zamanlar Türkiyə türkcəsinin diksiyasına uyğun bütün
sözlərin vurğusunun sonda deyilməsi sadə tamaşaçını
belə əsəbləşdirir.
Şəxsən mən bir çox jurnalist və yazıçı dostuma müəy-
yən qüsurları deyərək, niyə belə etdiklərini soruşduqda
aldığım cavab sual formasında olur: Elə bir kitab varmı
ki, biz ora baxıb bəzi məsələləri müəyyənləşdirək? Sən
bizə normal bir mənbə göstər. Nədir bu insanların istədiyi
“normal mənbə”? Əlbəttə ki, AMEA-nın hazırladığı orfoq-
rafiya lüğəti, izahlı lüğət, orfoepiya lüğəti, neologizmlər
lüğəti və s.
Düzdür, Azərbaycan dili daima ölkə başçısının diqqət
Şəmil
Sadiq
135
mərkəzində olub. Məhz bunun nəticəsidir ki, Azərbaycan
Respublikası Nazirlər Kabineti ictimaiyyətə orfoqrafiya
qaydalarını təqdim etdi və bunun da əsasında orfoqrafiya
və izahlı lüğət kitabları nəşr edildi.
Tərtib edilmiş lüğətlər isə guya həmin sənəd əsasında
hazırlandı. Lakin “Orfoqrafiya lüğəti”ni (“Lider nəşriyya-
tı” 2004) ötəri şəkildə vərəqləyəndə aydın olur ki, həmin
lüğət sadəcə kirildən latın əlifbasına çevrilib və kitabın
önünə təsdiq olunmuş sənədi yapışdırıblar. Bir-iki faktı
demək yetərlidir: Orfoqrafiya qaydalarında “super” sözü
ilə bağlı yazılıb ki, bundan sonra “super” sözü digər söz-
lərlə işləndikdə defislə yazılmalıdır. Amma kitabın içində
bu sözlə başlayan bütün sözlər bitişik yazılıb. (Orfoqrafiya
lüğəti. 2004. Səh.591). Və ya -varı şəkilçisinin bundan sonra
-vari kimi yazılması tövsiyə olunsa da, lüğətin içindəki söz-
lər igidvarı, üzükvarı kimi yazıldı. TQDK-nın 2012-ci ildə
nəşr etdiyi lüğətdə isə yenidən elə -varı kimi yazıldı.
Bu cür hallar çoxdur. Heç də məqsədim bunları sada-
lamaq deyil. Çünki yeni bir lüğətin hazırlandığı haqda mə-
lumatlar yayılıb. Lap yaxşı, bu, sevindirici haldır. İnşallah
ki, məlum problemlər yeni lüğətdə öz həllini tapar. Amma
çox gec olduğunu düşünürəm. Kurikulum sənədi əsasın-
da artıq 1 və 5-ci sinif dərslikləri hazırlanıb və nəşr olu-
nub. Təhsilin əsasının ibtidai sinifdə qoyulduğunu nəzər
alsaq, 500000 övladımız yüzlərlə sözü yanlış öyrənəcək.
Və ya fəal müəllimlər yeni nəşr edilən lüğətə baxaraq, “ay
uşaqlar, “sətirdən sətirə” sözü ayrı yazılır” dediyi zaman,
diqqətli şagirdlərimiz dərsliyi gətirib müəllimə göstərərək
– “Müəllim, axı kitabda defislə yazılıb”, – deyəcək. Müəl-
lim həmin ibtidai sinif şagirdini necə inandıracaq, onu bir
Allah bilir. Yaxud şagird 5-ci sinfə keçəndə müəllimləri
dəyişəcək. Yuxarı sinif müəllimləri də TQDK-nın qəbul
imtahanına şagird hazırladığı üçün həmin tələblərə uyğun
yazılış tələffüzləri öyrətdikdə müəllimlərdən biri savadsız
kimi qəbul ediləcək. Onsuz da bir hörmət sahibi olmayan
müəllimlər, özlərini təsdiq etmək üçün dərdlərini bir-bi-
rinə müəllimlər otağından kənara çıxa bilməyəcək səslə
danışacaqlar.
Ona görə də yaxşı olardı ki, bu müqəddəs iş vaxtında
Şəmil
Sadiq
136
baş verəydi. Çünki dərslikləri yazan müəlliflər hansı sözü
necə yazacağını bilər və şagirdlərə düzgün informasiya
verərdilər. Müəllimlər də hansı sözü necə yazacaqlarını
bilər, məcbur olub TQDK-nın qəbul qaydalarını əsas tut-
mazdılar. Gülünc də olsa, deməliyəm ki, müəllimlər ara-
sında belə bir fikir məşhurdur: “Mən bilmirəm, TQDK belə
götürür, siz də belə öyrənin, inşallah, bir gün düzələr”. Bu
da bizim müəllimlərin çıxış yolu.
Çox maraqlıdır öz müstəqilliyini bərpa edəndən Azər-
baycan Respublikası yarandığı gündən bu günə Dilçilik
İnstitutu nə orfoepiya, nə də vurğu lüğətləri nəşr etdirib.
Orfoepiyanın vəziyyəti isə hələ də bərbad durumdadır.
Əlimizdə olan Əziz Əfəndizadənin (1989) orfoepiya lüğəti-
dir hələ də. O lüğəti də müxtəlif nəşriyyatlar müxtəlif illər-
də biznes məqsədi ilə nəşr edir, olduğu kimi ictimaiyyətə
sırıyırlar. Yenə də sağ olsunlar ki, hər nəşrdə orfoqrafiya
qaydalarını yeniləməyə çalışırlar.
TQDK isə qəbul testlərini hazırlayanda daha çox əziy-
yət çəkir. İş o yerə çatıb ki, bu boşluğu doldurmaq üçün
2012-ci ildə orfoepiya, orfoqrafiya və vurğu bir arada olan
lüğət nəşr etdi. Məncə, bu, TQDK-nın işi deyildi. Sadəcə,
problemin həlli yolunu bu cür gördülər, müəllim və şa-
girdləri çaşqınlıqdan qurtardılar. Görəsən, Nəsimi adına
Dilçilik İnstitutu vəzifələrini niyə başqasına həvalə edir?
Halbuki həmin lüğəti hazırlayan alimlərin bir çoxu, bəlkə
də, elə adı çəkilən bu İnstitutun işçiləridir.
Dilçilik İnstitutu dilçi alimlərimizi bir yerə toplayıb
ayda bir dəfə bu məsələləri müzakirə etsə, cəmiyyət də
bundan layiqincə yararlanar. Televiziyada müxbir xalqın
qarşısında çıxış edərkən bilər ki, “dramaturgiya” sözündə
vurğu hara düşür. Sovet dövründə hazırlanmış lüğətləri-
mizdə tələffüz başqa olsa da, daima inkişafda olan dildə
bəzi sözlər indi ayrı cür tələffüz edilir. Olmazmı ki, bunla-
rın müasir qaydalara uyğun tələffüzünə qərar verilsin? Ya-
radılan şəraiti xeyrimizə yox, əleyhimizə istifadə etmək bir
azərbaycanlı kimi məni də narahat edir. Təsəvvür edin, lü-
ğətlərimizdə dialo`q, epilo`q, prolo`q, epite`t, dramaturgi`-
ya, enerji` kimi sözlərdə vurğu göstərildiyi kimidir. Amma
xalqın əksəriyyəti bu sözləri dia`loq, epi`loq, pro`loq, epi`-
Dostları ilə paylaş: |