Şəmil
Sadiq
130
islahedici əhəmiyyəti də olur. Şairin yumor dili haqqında
şagirdlərə heç olmasa bir neçə beyt həcmində misallar
göstərərək məlumat vermək faydasız olmazdı. Məsələn,
“Leyli və Məcnun” poemasındakı məktəb səhnəsinin və
oğlanla qız arasında yarana biləcək sevginin real təsvirin-
dən sonra şairin “bu eşq bazarında”
Oğlan necə səbr nişə qılsın
Gər səbr həm olsa,nişə qılsın?
– deməsi oxucuda xoş bir təbəssüm, şirin bir gülüş do-
ğurmurmu?
Qəzəllərin birində:
Daşa çəkdi xəlq üçün Fərhad Şirin surətin
Ərz qıldı xəlqə məhbubun əcəb biar imiş.
– deməklə, şair nə məqsəd güdürmüş? Ya da ki,
Keçdi meyxanədən ey məst meyi-eşqin olub
Nə mələksən ki, xarab etdin evin şeytanın?
Olsa məhbubların eşqi cəhənnəm səbəbi
Huri qılman qalar kəndisinə Rizvanın
– kimi beytlərin məzmunundan doğan incə yumor Fü-
zulini bizə daha da yaxınlaşdırır, onu hamımızın sevgilisi
olan real, dünyəvi bir şəxsiyyət kimi tanıdır.
Füzuli şeiriyyəti bədii dil cəhətdən son dərəcə zəngin-
dir. Onun yaradıcılığı əsrlərlə gəlib-gedən nəsillər üçün bir
örnək, məktəb olmuşdur. Şairin:
Bülbüli- qəmzədəyəm, bağü-baharım sənsən,
Dəhənü qəddü rüxün-qönçəvü sərvü səmənim.
– beytində bülbüli-qəmzədə olan aşiqin öz yarını ba-
har fəslindəki bağa bənzətməsi, bu bənzətməni davam
etdirərək ikinci bağdakı qönçələri yarın ağzına, sərv ağa-
cını sevgilisinin qəddü-qamətinə, yasəmənləri isə cananın
üzünə bənzətməsi az sözlə böyük poetik fikrin ifadəsinə
gözəl misal deyilmi? Başqa bir qəzəldə şair bir beyt daxi-
lində olan bənzətmələrinin sayını daha da artıraraq, bizi öz
sənətkarlığı qarşısında daha da heyran qoyur:
Necə qəddü xalü xətü ruxun,qəmü rəncü dərdü
bəla
Bükə qəddimi, tökə yaşımı, yıxa könlümü, yaxa canımı.
Şəmil
Sadiq
131
Şair burada bir poetik vasitə kimi ləff və nəşrdən is-
tifadə etmişdir. Bu poetik kateqoriya tələb edir ki, birinci
misrada verilən sözlər ikinci misrada izah olunsun. Ləff
və nəşr alt-alta düşərsə və eyni sırada olarsa, daha gözəl
və daha ürəyəyatımlı olur. Füzuli
bu beytdə demək istəyir
ki, qəm, rənc, dərd və bəla ilə yarın qəddi qəddimi bükür,
xalı göz yaşlarımı tökür, xətti könlümü yıxır, ruhu canımı
yaxır. Təşbeh, istiarə və digər bənzətmələrə aid ən gözəl,
ən zəngin nümunələrə Füzuli yaradıcılığında rast gəlirik.
Qərb poetika sisteminə və terminologiyasına əsaslana-
raq, Füzulinin şeir sənətini anlamaq və təhlil etmək müm-
kün olan şey deyil. Buna görə də Füzulini tədris edərkən
Şərq poetikasının tələblərindən çıxış etmək lazımdır. Şərq
poetikasında isə şeir qarşısında qoyulan tələblər, yəni şei-
rin əsas xüsusiyyətləri aşağıdakılardır: məani, bəyan, bə-
dii, qafiyə, vəzn.
Həm orta, həm ali məktəb üçün nəşr olunmuş “Ədə-
biyyatşünaslığın əsasları”, “Ədəbiyyat nəzəriyyəsi” dərs-
likləri Qərb poetikası sisteminə əsaslandığından, klassik
şeirimizi öyrənmək baxımından bizim üçün əlverişli mən-
bə ola bilməz. Ona görə də digər mənbələrə müraciət et-
məliyik. Klassik şeir vəznimizi öyrənmək üçün mərhum
professorumuz Əkrəm Cəfərin “Əruzun nəzəri əsasları və
Azərbaycan əruzu”, məani, bəyan, bədii kimi mövzuları
mənimsəmək üçün Mahirə Quliyevanın “Klassik Şərq po-
etikası” kitabları bizim üçün hazırda əvəzolunmaz bir elmi
mənbədir. Şərq şeirinin əsas xüsusiyyətlərindən biri olan
qafiyə haqqında əlimizdə dəyərli və müasir dil tələblərinə
cavab verəcək bir mənbə olmadığından bu barədə çətinli-
yimiz hələ çox olacaqdır.
Füzuli yaradıcılığının tədrisini çətinləşdirən problem-
lərdən, həlli vacib olan məsələlərdən biri də onun vəznidir.
Şairin işlətdiyi bəhr və növlərin qəlibləri, ümumən əruz
vəznli milli ədəbiyyatımızın ən çox işlənən ölçüləridir. Bu
baxımdan Füzuli şeirinin vəzni mövzusunu daha geniş və
ətraflı tədris etsək son dövrlərə qədər yazılan, bundan son-
ra daha da inkişaf edəcək əruz vəznli poeziyamızın öyrə-
nilməsi sahəsində mühüm bir iş görmüş olarıq.
Bütün yuxarıda yazılanları nəzərə alaraq orta mək-