III FƏSİL
PEDAQOJİ HƏYAT
Şəmil
Sadiq
121
FÜZULİNİN HƏYAT VƏ YARADICILIĞININ
TƏDRİSİ HAQQINDA
(Həmmüəllif Zülfəli Zülfəliyev)
Çox zəngin tarixi və qədim mədəniyyəti olan Azər-
baycan xalqının dünya mədəniyyəti səhnəsinə çıxardığı
əvəzedilməz, şəxsiyyətlər arasında Mövlanə Məhəmməd
Süleyman oğlu Füzuli Bağdadinin xüsusi yeri vardır.
Türkdilli sənətkarlar arasında bütün türk xalqları tərəfin-
dən Füzuli qədər dərin məhəbbətlə oxunan, sevilən və tə-
dqiq olunan ikinci bir şair tapmaq çox çətindir. Tarix bəzən
elə şəxsiyyətlər yetişdirir ki, mənsub olduqları xalqı məhz
onlara görə tanıyırlar. Füzuli məhz belə dühalardandır.
Ədəbiyyatımız əsrlərlə saysız-hesabsız şairi öz ardınca çə-
kib aparmış özündən sonra böyük bir ədəbi məktəb qoyub
getmiş, iki böyük ustad şair yaratmışdır. Onlardan biri Ni-
zami, digəri isə Füzulidir.
1958-ci ildə dahi şairin vəfatının 400 illiyi münasibə-
tilə onun həyat və yaradıcılığının tədqiqi və təbliği sahə-
sində çox işlər görülmüşdü və indi də anadan olmasının
500 illiyi ilə əlaqədar daha geniş vüsətlə görülməkdədir.
Son dövrün elə bir ədəbiyyatşünas alimi yoxdur ki, Füzu-
li haqqında öz sözünü deməmiş olsun. Xüsusən, mərhum
alimlərimiz Həmid Araslı və Əkrəm Cəfərin apardığı tə-
dqiqatlar daha diqqətəlayiqdir. Lakin görülən tədbirlərin,
aparılan tədqiqatların, araşdırmaların sayı nə qədər çox
olsa da, onları xalqın əksər hissəsinə çatdıran, daha anla-
şıqlı edən biz ədəbiyyat müəllimlərinin üzərinə düşən və-
zifə bir o qədər də çətin, gərəkli və məsuliyyətli olacaqdır.
Yubileylər, tədbirlər hər il olmur, elmi tədqiqatlar da elm
aləminə məxsus bir işdir. Şagird-müəllim münasibəti, təd-
ris prosesi, öyrənərək öyrətmək məsuliyyəti isə bizim üçün
hər gün var və olacaqdır. Xalqımız bundan sonra Füzulini
necə oxuyacaq, necə sevəcək, necə öyrənəcək – bu, ilk növ-
bədə, bizdən – ədəbiyyat müəllimlərindən asılıdır. Buna
görə də Füzulinin tədrisi ilə əlaqədar dərs proqramlarına
salınan mövzulara daha yaradıcı yanaşmalı, bu mövzuya
ayrılan dərs saatlarından daha səmərəli istifadə etməli-
Şəmil
Sadiq
122
yik. İndiyə qədər istifadə etdiyimiz proqram və dərsliklər
köhnəldiyindən, yeni proqram və dərsliklər hələ qüvvəyə
minmədiyindən vəziyyətimizin gərginliyi göz qabağında-
dır. Bununla belə, həm yeni proqrama, həm də çap oluna-
caq yeni dərsliklərə bizim yaradıcı və tənqidi münasibət
hüququmuzu heç kim əlimizdən ala bilməz. Bu hüquq-
dan istifadə etmək, yeni proqramı Füzulinin tədrisinə dair
səmərəli fikir və təkliflərlə zənginləşdirmək bizim vəzifə
borcumuzdur.
Füzulinin həyatı
Əfzələddin Xaqani, Nizami Gəncəvi, Şah İsmayıl Xə-
tai kimi böyük şairlərlə müqayisədə Məhəmməd Füzu-
linin həyatı haqqında əlimizdə olan məlumat çox azdır.
Təzkirələrdə və müasirlərinin əlyazmalarında şairin həyatı
haqqında çox az məlumat var. Füzuli “Leyli və Məcnun”
poemasında, Azərbaycan və fars divanlarının dibaçələrin-
də, “Şikayətnamə” və başqa əsərlərində öz həyatı barədə
bir sıra məlumatlar vermişdir ki, ən etibarlı mənbə də elə
ancaq bunları hesab etmək olar.
Füzulişünas alimlərin ümumi rəyinə əsasən, şairin
təvəllüd ili 1494-cü il müəyyən olunmuşdur. Kərbəla şəhə-
rində doğulmuş şair bütün ömrünü İraqi-ərəbin Bağdad
vilayətində keçirmişdir. Onun başqa yerlərə səyahət etmə-
si və ya köç edib yaşaması barədə heç bir dəqiq məlumat
yoxdur. Füzuli anadan olduğu yerin adını qitələrinin bi-
rində böyük hörmət, fəxr və məhəbbətlə çəkir:
Ey Füzuli, məskənin çün Kərbəladır, şeirimin
Hörməti hər yanda vardır, xalq onun müştaqıdır.
Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.
Dağlıq Qarabağ tərəflərdə söylənilən bir əfsanəyə
görə, şairin atası Süleyman indiki Ağcabədi ərazisində Bo-
yat kəndində yaşamış, sonralar aralığa qan düşmənçiliyi
düşmüş və Süleyman kişi oradan uzaqlaşaraq İraqi-ərəbin
Bağdad vilayətinə köçməyə məcbur olmuşdur. Həmin əf-
sanədə Füzulinin sonralar bir neçə dəfə qohum-əqrəbasını
görmək üçün Qarabağa gəlib-getdiyindən də bəhs olunur.
Şəmil
Sadiq
123
Bəlkə də, şair məhz bu hadisəyə işarə edərək qəzəllərinin
birində yanıqlı-yanıqlı belə söyləmişdir:
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbir,
Tərki qürbət eyləyib, əzmi-diyar etməzmidim?
Bundan maraqlı bir sual yaranır: əgər şair diyar deyən-
də Kərbəlanı nəzərdə tuturdusa, hansı qürbətdən danışır?
Yox, əgər qürbət deyəndə Kərbəlanı nəzərdə tuturdu, ha-
ranı öz diyarı adlandırıb ora əzm etmək istəyir? Füzulinin
“Saqiya, cam tut ol aşiqə kim qayğuludur” misrası ilə baş-
lanan qəzəlində bir başqa beytə nəzər salaq:
Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər,
Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.
İkinci misradakı ahu vətən sözlərini izafət tərkibi
kimi, yəni ahu-vətən şəklində oxusaq, onda beytin mənası
tamam dəyişər və aşağıdakı kimi ifadə olunar:
Ey Füzuli, nərgisin fikri, xəyalı və gözü könlündə
gəzər (doğrudan da, daim aşiqin könlündən keçən sev-
gilisinin fikri və tez-tez yada düşən yarın gözləri olur),
ahu-vətən otlu, sulu, axar-baxarlı yerdə tutar (çəkilər).
Məncə, şair Kərbəla kimi susuz bir səhranı yox, Qaraba-
ğın Boyat eli kimi bir cənnəti yada salıb vətən həsrəti ilə
ah çəkə bilərdi. Beytin birinci misrasındakı “nərgis” sözü-
nü xüsusi isim, yəni bizim xalq danışıq dilimizdə tez-tez
rast gəlinən “Nərgiz” qız adı kimi qəbul etsək, onda bi-
zim hamımızı düşündürən “Füzulinin şeir pərisi, Leylisi,
sevgilisi kim olmuşdur? sualına (ehtimal formasında olsa
da) cavab tapa bilərik. Daha dərindən düşünsək, ortaya di-
gər maraqlı bir məsələnin də çıxdığını müşahidə edərik.
Bu da ondan ibarətdir ki, bütün ömrünü Kərbəlanın quru,
bitki sarıdan kasad mühitində yaşamış bir adam “Söhbə-
tül-əsmar”, “Bahariyyə” kimi əsərlərini yazarkən, nə qədər
istəsə də, öz gözləri ilə görməsə, nəbatatla zəngin olan bir
aləmi-gül, çiçək – yaşıllıq, hər çeşiddən olan meyvələri o
cür təbii, zəngin boyalarla təsvir edə bilməzdi. Bütün bun-
lar bizi şairin, qısa müddətə də olsa, Kərbəlanı tərk edib
başqa yerlərə getməsi gümanına gətirir.
Füzuli çox erkən yaşlarından şeir yazmağa başlamış,
yeniyetmə çağlarında bir şair kimi məşhurlaşmışdır. Daha
sonralar əsrinin yeganə şairi olmuş bu insan nə üçün Fü-
Dostları ilə paylaş: |