Şəmil
Sadiq
127
və Məcnun” yazmaq eşqinə düşməsin. Hətta elm aləminə
1525-ci ildə təbrizli şair Həqiri tərəfindən ilk dəfə Azər-
baycan dilində yazılmış “Leyli və Məcnun” da məlumdur.
Ancaq bütün türk aləmində məzmun, forma və dil gözəl-
liyinə görə Füzulinin “Leyli və Məcnun”una bərabər əsər
yoxdur. Dahi şairin öz dövründə Türkiyədə bir neçə “Leyli
və Məcnun” yazılsa da, onların heç biri çap olunmamış-
dır. Türklərin dönə-dönə çap etdirib, sevə-sevə oxuduqları
“Leyli və Məcnun” ancaq və ancaq böyük şairimizin poe-
ması olmuşdur. Bütün “Leyli və Məcnun”ların məzmun-
ları arasında böyük bir yaxınlıq vardır. Bu da qüdrət və
izzət sahibi olmuş Nizaminin güclü təsiri ilə əlaqədardır.
Füzulinin poemasını ən çox sevdirən onun dili, bədiiyyatı
və poemanın formasına gətirdiyi yeniliklərdir. Məzmun
cəhətdən isə onun qəhrəmanlarının real həyatla daha çox
səsləşməsi, əsərdə yeganə romantik qəhrəman olan Məc-
nunun faciəli eşqinin daha real təsviridir. Əsərin surətləri-
nin hamısı müsbət səciyyəli olsa da, sonluq faciə ilə bitir.
Bu faciənin səbəblərini təkcə şagirdlərə yox, yaşlı adamla-
ra da izah etmək çətin olur. Əsl faciə isə istəklə imkan, real
gerçəklik arasında olan ziddiyyətdən törəyir. Tarix boyun-
ca hər dövrün öz məcnunları olub. Bu baxımdan həyat-
ları faciəli sonluqla bitmiş Məzdək də, Babək də, Mənsur
Həllac da, Nəsimi də – hərəsi öz dövrünün Məcnunu olub.
Onların istəkləri ilə imkanları arasında yaranmış təzad
əvvəl-axır hamısına faciəli bir sonluq gətirib. İstəklərində
olan təmizlik, saflıq ətrafdakı ictimai qanunlarla uyuşma-
dığından böyük ictimai hərəkatlar sayılmış Məzdəkilər,
Xürrəmilər, Əxəvilər, Hürufilər sonda nə qədər azadlıq,
bərabərlik carçısı olsalar da, məğlubiyyətə düçar olublar.
Bu azadlıq nurunun qatı zülmət içində özünə yol tapa bil-
məməsi Məcnunun öz Leylisinə qovuşa bilməməsi ilə səs-
ləşir, eyniyyət təşkil edir. Füzuli bu xüsusda qəzəllərinin
birində çox gözəl deyib:
Ey Füzuli, nə gözəldir sözü azadəliyin,
Hanı bir sərv bu aləmdə ki, olsun səməri?!
Dünyada kiməsə, nəyəsə ancaq sözlə, ideya ilə qalib
gəlmək yalnız Allaha məxsus xüsusiyyətdir. Bizə isə öz fik-
rini ya qılıncla qəbul etdirmək, ya da sözlə uzun müddət
Şəmil
Sadiq
129
namə” ilə kifayətlənməyimiz Füzulinin divanlarına yaz-
dığı dibaçələri, “Səhhət və Mərəz”, “Rindü Zahid” kimi
əsərləri, bir sıra məktubları haqqında şagirdlərimizə ver-
diyimiz məlumat heç də qənaətbəxş deyil. Füzulinin bədii
nəsri haqqında təsəvvürü və biliyi daha da genişləndirmək
üçün fars divanının “Dibaçə”sindən bir hissəni tədris pla-
nına salmaq (bir tərcümə əsəri kimi dili sadə olduğundan)
məqsədəuyğun olardı.
XIX əsrdən etibarən ədəbiyyatımızda realizmin inki-
şafı ilə əlaqədar olaraq satira janrı da inkişaf etməyə baş-
ladı. Milli satiramız öz kökləri üstündə pöhrələnib inkişaf
etmişdir. Həmin o kökləri isə Füzulinin yaradıcılığında ax-
tarmaq lazımdır. Çünki realist ədəbiyyatın məhsulu olan
satiranın ilk gözəl nümunələrini Füzulidə görürük. Lakin
nədənsə dərsliklərdə şairin satirik əsərləri dedikdə ancaq
“Şikayətnamə” əsəri haqqında danışılır. Təmsillərində
olan öldürücü gülüşü də bura əlavə etsək, məktəb kursun-
da olan Füzuli satirası mövzusunu tamamlamış oluruq.
Halbuki şairin satirik məzmunlu bir sıra qitələrindən bəhs
etməmək böyük qəbahətdir. Füzulinin ictimai məzmunlu
“Padişahi-mülk” qitəsindən başqa satirik məzmunlu bir
neçə qitəsi var. Bunlar aşağıdakılardır:
Necə bir nəfs təmmənası ilə
Yeməgü içmək ola dilahi.
Zülm ilə ağçalar alıb zalim
Eylər ənam xalqa minnət ilə
Müddəi eylər mənə təqlid nəzmi nəsrdə
Leyk namərbut əlfazi, mükəddər zatı var.
Hər kimin var isə zatında şərarət küfrü,
İtilahəti –ülum ilə müsəlman olmaz.
Daha geniş tədqiqat nəticəsində yuxarıda mətlələri
qeyd olunan şeirlərdən Füzuli satirasına aid qat-qat artıq
misal və nümunə tapmaq olar.
Füzuli yaradıcılığında az işlənən mövzulardan biri də
onun əsərlərində tez-tez rast gəlinən canlı və məzəli yu-
mor dilidir. Bədii əsərə gətirilən yumor oxucuda xoş əhva-
li-ruhiyyə və gülüş yaratmaq üçündür. Yumorun çox vaxt