Şəmil
Sadiq
124
zuli təxəllüsünü götürdüyünü belə izah edir: “Əvvəla,
mən özümü ruzigarın yeganəsi görmək istəyirəm. Bunu
təxəllüsüm təmin etdi. Fərziyyətimin ətəyi ortaqlıq əlin-
dən qurtardı. İkincisi, mən
bütün ülum və fünunu özündə
toplamış bir insan olmaq üçün çalışırdım. Bunu ifadə edən
bir təxəllüs tapdım. Çünki füzul lüğətdə ülum və fünun
kimi fəzlin cəmidir. Füzulinin xalq arasında başqa mənası
“ədəbə müxalif” deməkdir”.
Şair öncə ərəb və türk (Azərbaycan) dillərində divan-
larını tamamlamış, ömrünün yetkin çağlarında isə fars di-
lində divanı üzərində işləmişdir. Özünün dediyinə görə,
onu çox qısa müddətdə bir fars gözəlinin xahişi və təkidi
ilə yazmışdır. Füzuli hələ yeniyetmə çağlarında Bağdadın
Şah İsmayıl Xətai tərəfindən alınmasının şahidi olmuşdur.
İki böyük türk dövlətinin arasında olan ixtilafın Sultan
Səlimlə Şah İsmayıl Xətayi arasında müharibəyə gətirib
çıxarması, 1514-cü ildə baş vermiş Çaldıran döyüşü, Təb-
rizin osmanlılar tərəfindən işğalı şairi çox məyus etmişdir.
Bu münasibətlə o, ilk böyük məsnəvisini, alleqorik “Bən-
gü-Badə” poemasını yazmışdır. Sonralar şair “Bəngü-Ba-
də”nin məntiqi və tarixi davamı olan daha bir alleqorik
poemasını – “Söhbətül-əsmar” əsərini yazmışdır.
Şah İsmayıla böyük hörmət və məhəbbət bəsləmiş Fü-
zulinin Xətainin vəfatından sonra Səfəvilərə qarşı göstər-
diyi soyuq münasibətin səbəbləri hələ də araşdırılıb ay-
dınlaşdırılmamışdır. Səfəvi hökmdarı Şah Təhmasibin
məddahı olmuş Heyrətiyə yazdığı bir şeirdən Füzulinin
ruhən Nizamiyə çox yaxın olmuş, sarayda yaşayıb minnət
yükünü çəkməyi xoşlamayan vüqarlı və nəcib bir şəxsiy-
yət olduğu qənaətinə gəlirik.
1534-cü ildə Bağdad Osmanlı qoşunları tərəfindən iş-
ğal olunarkən Füzuli bu tarixi hadisəni ürəkdən qarşıla-
mışdır. Lakin çox tezliklə o, başa düşdü ki, xəyalında ya-
ratdığı incə, zərif, nəcib ruhlu xülyaları tamam əsassız bir
şeydir. Onun dövründə əsl şeirə, sənətə qiymət verə bilə-
cək hökmdar, hakim yoxdur. Bu barədə Füzuli öz fikrini
1537-ci ildə tamamladığı “Leyli və Məcnun” poemasında
belə ifadə edir:
Şəmil
Sadiq
125
Yoxdur elə bir mülk bu cahanda
Kim nəzm rəvacı ola onda.
Tarixi mənbələrdən Füzulinin Fəzli adında bir oğlu
olduğu, onun da atası kimi şair olduğu bizə məlumdur.
Xüsusilə, şairin oğluna yazdığı “Fəzliyə nəsihət” didaktik
bir əsər kimi ədəbiyyat müəllimləri üçün çox diqqətəlayiq-
dir. Yuxarıda adlarını çəkdiyimiz əsərlərdən başqa Füzuli-
nin ədəbiyyat aləminə “Həft cam”, “Ənisül qəlb”, “Rindü
Zahid”, “Səhhət və Mərəz”, “Mətləül-etiqad”, “Hədisi-ər-
bəin”, “Hədiqətüs-süəda” və s. bir sıra qəsidə və mənzum
məktubları məlumdur.
Çox mürəkkəb və ziddiyyətli bir dövrdə yaşamış şair
özü də dövrü kimi ziddiyyətli bir şəxsiyyət olmuşdur. O,
bir sıra əsərlərində mövhumat əleyhinə çıxaraq dünyəvi-
liyi təbliğ etdiyi halda, başqa əsərlərində şiə, tərki-dün-
ya sufi təriqətli bir şair kimi çıxış etmişdir. Bununla belə,
Füzulinin yaradıcılığında həyatiliyə, dünyəviliyə, reallığa
olan meyil daha üstündür. Bu, onun həyatında da nikbin
ruhlu, real dü-şüncəli bir şəxsiyyət olduğuna dəlalət edir.
Bir müəllim kimi borcumuz dahi sənətkarı məhz bu cəhət-
dən şagirdlərimizə tanıtmaq və təbliğ etməkdir.
1556-cı ildə Kərbəla tərəflərdə tüğyan edən dəhşətli
taun xəstəliyi çox adamın vaxtsız ölümünə səbəb olmuş-
dur. Onların içində Azərbaycan xalqının böyük oğlu, əsri-
nin yeganəsi, könüllər fatehi, dahi sənətkar, şair, Mövlanə
Məhəmməd Füzuli Bağdadi rəhmətullah da var idi.
Füzulinin yaradıcılığı
Füzuli kimi şəxsiyyətləri zaman tez-tez yetişdirmir,
yetişdirəndə isə onlara o qədər istedad, ruh, yaradıcı qüv-
və verir ki, ətrafda olanların hamısı uzun müddət kölgədə
qalır. Bu baxımdan Füzuli özündən sonra məzmunca çox-
cəhətli, formaca rəngarəng bir bədii irs qoyub getmişdir.
Məlum həqiqətdir ki, Füzuli bütün əsərlərini əruz vəz-
nində yazmışdır. Hələ XIII əsrdən formalaşmış və inkişaf
edən ədəbi dilimizi əruz vəzninin qəliblərinə uyğunlaşdır-
maq, bu vəzndə Azərbaycan dilində səlis, rəvan, ahəngdar