Şəmil
Sadiq
110
MÜŞFİQ XANA AÇIQ MƏKTUB
Ümidlərin gözü ilə...
Azərbaycan Yazıçılar Birliyində Müşfiq XANla birgə
qələmə aldığımız “Ümidlərin izi ilə” romanının müzakirə-
si keçirildi. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar
Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan təd-
birdə tənqidçi f.ü.f.d. Nərgiz Cabbarlı, kitabın redaktorları
Elxan Nəcəfov, f.ü.f.d. Arif Əsədov və şairə Nuranə Nur
da iştirak edirdi.
Əlbəttə, hər bir yazıçı üçün əsərinin müzakirə edil-
məsi çox önəmli hadisədir. İstər tənqid edilsin, istərsə də
tərif. Axı yazılan istənilən yazı kimlər üçünsə yazılıb və
mütəxəssis rəyləri də çox önəmlidir. Mənim üçün əsərimin
müzakirəsi iki məqamda önəmlidir, birincisi, özümün də
görmədiyim qüsurlarımı yenidən görmək, ikincisi, əsərlə
tanış olmayanlara və ya olanlara istiqamət verilməsi baxı-
mından. Hələ klassik ədəbiyyatşünaslıq ədəbi tənqidə tərif
verəndə deyirdi ki, “ədəbi tənqid yazıçı ilə oxucu arasında
bir vasitəçi, körpü rolunu oynamalıdır”. Əlbəttə, söhbət
ədəbi tənqiddən gedir, ədəbi tərifdən, ədəbi qərəzdən yox.
Bu müzakirədə şəxsən mən nə ədəbi qərəzin, nə də ədəbi
tərifin at oynatdığını görmədim. Amma düzünü deyim ki,
tənqid ürəyimcə olmadı. Bu da təbiidir, çünki müzakirə
iştirakçıları ayrıca bir yazı ilə əsəri təhlil etsə idilər, bax o
zaman hamımızın istədiyi kimi tənqidi münasibət görər-
dik. Lakin hərə əsərin bir qanadından yapışanda istədiyin
kimi fikrini yekunlaşdıra bilmirsən, fikirlər dağılır, onları
yığıb-yığışdırmaq olmur. “Ümidlərin izi ilə” romanı AYB
kimi bir qurumda müzakirə edilirsə və yetərincə işinin
peşəkarı olan şəxslər vaxt ayırıb müzakirəyə qoşulurlarsa,
bu bir yazıçı üçün sevindirici xəbər olmalı, buna görə də
təşəkkür borcu hiss edilməlidir. Müzakirə sənin ürəyincə
olsa da, olmasa da. Axı bu gün hamımızın təmənnasız mü-
nasibətə ehtiyacı var.
Müzakirə materiallarını oxuyandan sonra fikrimi
bildirməyi düşünürdüm. Hətta bəzi tənqidi fikirlərlə ra-
zılaşmadığımı da geniş yazacaqdım. Di gəl, həmmüəllif