Şəmil
Sadiq
100
salmaq istəyənin özü elə fənər sahiblərinin də qulbeçəsi-
dir. Hadisələrə qərəzlə yanaşmasa idi və normal tənqid
edilsə idi, bu qədər qınağa gəlməzdi ingilis fənəri. Əgər
bir yadın işığı ilə aydınlığa çıxacağıqsa, kor olmaq ondan
yaxşıdır.
Heç olmasa, öz içimizi görərik.
Dil insan fikirlərinin ifadə edilməsi üçün bir vasitədir.
Böyük sənətkar da bu vasitədən istifadə edib, haqlı olaraq
ideologiyasını ortaya qoyub. Sovet rejimi olmasa idi və
müstəqil dövlətimiz yaşasa idi, bu gün kimsə bu iki dil ara-
sında olan fərqi görməz və filosof olmaq eşqinə düşməzdi.
Hüseyn Cavidi müdafiə etmək bizim işimiz deyil,
çünki onun hər bir cümləsi Cavidin ifadəçisidir. “Uçu-
rum” əsərində Avropaya üz tutan Cəlala Uluğ bəyin dili
ilə lazım olan hər şeyi demişdir:
Haydı, yavrum, gedin, uğurlar olsun!
Gedin böyük Tanrı sizə yar olsun!
Fəqət bilməli ki, Firəng elləri
Həm bəslər, həm soldurar əməlləri.
Avropada işıq da var, zülmət də
Orda səyahət də var, fəzilət də.
O bir zəngin dəniz ki, çox qorxuncdur,
İnsan gah inci bilir, gah boğulur.
Ayıq davranmalı, mətin olmalı,
Həp nura qoşmalı, haqqın bulmalı.
Həmin Cəlallardır ki, indi Avropada özgə sevgisi ilə
yaşayırlar. Cəlal Parisi, Luvru gəzib, Fransa mədəniyyəti-
nin inciləri ilə tanış ola bilərdi. O, Russo, Didro kimi alim
və filosofların dünyagörüşünə yiyələnə bilərdi. İtaliyada
Leonardo da Vinçi, Rafael, Mikelancelo kimi sənətkarların
ecazkar sənəti barədə öyrənə bilərdi. Lakin millət, dövlət
təəssübkeşliyindən uzaq, öz qoynuna sığınır. Xalqını, ailə-
sini düşünmək, nadir sənət inciləri yaratmaq əvəzinə, təəs-
süf ki, başqa işlərlə məşğul olur.
Cavid, Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını,
Demokratik Cümhuriyyətin yaranmasını və yıxılmasını, So-
vet hökumətinin qurulmasını, 1930-cu illər repressiyalarını
görüb, yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik
ictimai mühitin şahidi olub, yaşayıb, yaradıb amma bu ha-
Şəmil
Sadiq
101
disələrdən yüz ilə yaxın bir zaman keçməsinə baxmayaraq,
tarixin verdiyi düzgün qiymət yalnız dahilərə məxsusdur.
Cavid də belə bir şəxsiyyətlərdəndir. O, nə həyatında, nə
yaradıcılığında, nə şəxsi keyfiyyətlərində, nə də ailəsində
heç bir ləkəyə bulaşmamış, kiçik qığılcımlara, böyük part-
layışlara gözü qamaşmamış, özünün müəyyənləşdirdiyi
gerçəkliyi uzaqgörənliklə yaşamış və yaşatmış bir dühadır.
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqayisə
etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı
və bulduğu, həqiqətdən, bir an da olsun uzaqlaşmayasan,
Arif kimi İblislə, şərlə mübarizəyə qalxan, “Peyğəmbər”
kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi
ədalət məhkəməsi qurub, dünyanı ədalətsizlikdən xilas et-
mək arzusunda olan, Səyavuş və Azər kimi Odla Suyun
qovuşduğu torpaqdan doğulub, odla saflaşan, Xəyyam
kimi şərlənməsinə, ləkələnməsinə baxmayaraq, öz paklığı
və idrakı ilə mübariz olduğunu görərik. Cavid yaradıcılı-
ğında da öz taleyini yazmışdır. Onun taleyi isə millətinin,
dövlətinin taleyi idi.
Cavidə xas böyüklükdən danışmaq kitabara sığmaz.
Əlbəttə, Cavid zirvəsinə qalxa bilməsək də, başımızı qaldı-
rıb o zirvəyə boylanmaqdan da doymuruq. Amma böyük
mütəfəkkirdən bir-iki aforizmi sitat gətirməklə düşündüm
ki, bəlkə, tutarlı bir sillə kimi yapışa sırtılmış yanaqlara.
Versə də bayquşlar əgər səs-səsə,
Qayğı yaraşmaz bu gülər məclisə...
...
Naəhl olana mətləbi qandırmaq olurmu?
Söz qanmayana zor ilə qandırmaq olurmu?
...
Hər kimin korsa qəlbi-vicdanı,
Edəməz dərk o nuri-qəzdanı...
...
Eşq olsun intiqam və ölüm sərxoşlarına!
Eşq olsun dəhşət və kin bayquşlarına!
...
Xayır, alçalmam, istəyən gəlsin,
Məni hər kim sevərsə yüksəlsin...