Şəmil
Sadiq
104
BİZİM KƏNDDƏ AŞURA
Ağlım kəsən vaxtları kəndimizin – Nehrəmin dinə
olan fanatik münasibətini görüb bir növ üsyankara çevril-
mişdim. Oxuduqlarımla həyat üst-üstə düşmürdü. Və bir
də ikiüzlü insanların əməlləri adamı cəmiyyətə nifrət et-
məyə vadar edirdi. 11-ci sinfə qədər bu fanatik dindarlığın
fəal iştirakçısı olmuşam. Hətta zəncir də vurmuşam, mər-
siyə də demişəm. Hətta anam mən instituta qəbul olsam,
başımı yarmağımı da nəzir demişdi. Necə oldu bilmirəm,
bu xalq təsəvvürümdəki “din”ə 11-ci sinifdən münasibə-
tim tamam dəyişdi. Və bunun mövhumatdan başqa bir
şey olmadığını görüb uzaqlaşdım. Sonra müqəddəs ki-
tabla yaxından tanış oldum. Dinə olan münasibətim oldu-
ğu kimi qalsa da, kəndimizdə yaşanan ümumxalq dininə
hörmətim artmağa başladı. Çünki bizim kəndin saf, mərd
və xeyirxah insanları bu ayinləri o qədər pak icra edib, ya-
şadırdılar ki, indi dərk etməyə başlayıram. Bəlkə də neçə
onillikdən sonra daha yaxşı dərk edəcəm. Həm aşuranın,
həm də məhərrəmliyin insanlara bəxş etdiyi sevgidən ya-
dımda qalanları sadalamaq istəyirəm:
Şirbala adlı bir seyidin ələmi vardı. Kişi il boyu gö-
zünü həmin ələmə dikərdi. Düzü, pis adam da deyildi.
Amma elə də müqəddəsliyi yox idi. Bunu bir neçə cahil
qadından başqa hamı bilirdi. Buna baxmayaraq, kasıbçılıq-
dan əziyyət çəkən Şirbalanın ələminə hamı pul bağlayırdı.
Heç onun ələm haqqında uydurduğu əfsanələrə də inan-
mırdılar, amma insanlıq naminə əlindən heç nə gəlməyən
bu binəvaya hamı kömək edirdi.
İmkanı olan da, olmayan da, Tanrı yolunda əziyyətə
qatlaşanlara şərbət paylayardı. Bəzən bu şərbət, dovğa,
ayran, çay, su da olurdu Bu ehsanı paylamaq üçün bü-
tün uşaqlar sinov gedirdi. Yayın istisində susuzluqdan ya-
nan bir kimsəyə bir stəkan su verməyin sevincini yaşamaq
üçün “biz də bu il şərbət paylayacağıq!” – deyib, məhəllə
uşaqlarının yanında bu xoş niyyətlə öyünürdük... Əgər
şərbəti paylayıb qayıdırdıqsa bundan xoşbəxt an ola bil-
məzdi bizim üçün.
İmam Rızanın qardaşının qəbri bizim kənddə oldu-