Şəmil
Sadiq
30
(208 səhifə) qrammatik qaydaları, tərifləri bir yerə topla-
san, cəmi 6 səhifə edər. Bunun faciə kimi təqdim edilməsi-
nin özü bir faciədir. Əgər Mübariz İbrahimov kimi qəhrə-
manı olan xalqın istənilən bir övladı onun haqqında bir-iki
kəlmə söz deyəndə qürurla, iftixar hissi ilə məhvərindən
silkələnmirsə, Vətənin keşiyində – səngərdə duran bir əs-
gər efir vasitəsilə “atama, anama salam deyirəm, mən-
dən nigaran qalmasınlar, tezliklə qələbə müjdəsi ilə qayı-
dacağıq!..” – deyib, ona baxan milyonlarla insanda sabaha
ümid, mübarizə ruhu, ordumuza inam yarada bilmirsə,
düşmən saytların təxribatyönümlü məlumatlarının altın-
da savadlı, tutarlı cavab yazmaqdansa, onu söyürsə, sosial
şəbəkələrdəki müzakirələrdə yersiz və etikadan kənar ifa-
dələrlə çıxış edirsə, özünün haqlı olduğunu dəlillərlə sü-
but edə bilmirsə, onda biz Azərbaycan dilini niyə öyrədi-
rik? Axı unutmamalıyıq ki, Azərbaycan dili dərsliklərinin
üstündə Azərbaycan dilinin qrammatikası yazılmayıb.
Dərslərimin birində bir müəllim Azərbaycan dili dərs-
liyini tənqid edərək belə demişdi: Dərslikdə bir mətndə
yazılıb ki, “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yu-
vasının qabağında bitər” atalar sözünün mənşəyi belədir:
“İlanın zəhləsi yarbuzdan gedər, o da gəlib yuvasının qa-
bağında bitər”. Əslində “yarpız” yox, “yarbuz” olmalıdır.
Çünki quraqlıqda yaşayan ilanla, sulu yerdə bitən yarpız
arasında heç bir əlaqə yoxdur. “Yarbuz” bir heyvan, “bit-
mək” isə “dikilmək” mənasındadır. Bunu əlində əsas tutan
“müəllim” deyir ki, bəyəm indi biz bundan sonra uşaqlara
deyəcəyik ki, atalar sözünü belə deyin? Bu nə biabırçılıq-
dır?! Müəllimə “su kiçiyin, yol böyüyün” yox, “suç kiçiyin,
yol ulunun” olmalıdır, deyib, fikrimi izah etmək istəyirəm
ki, sözümü kəsib deyir: onda bunu televiziyadan elan elə-
sinlər, qoy hamı bilsin də. Daha uşaqların başını niyə xa-
rab edirik? Bunu deyən müəllim yeni təlim metodunun nə
olduğunu hardan biləcək? Yeni dünyanın dəyişdiyini qə-
bul etmək istəməyən müəllim, məncə, gələcəyini qurmaq
istəyən gəncliyə heç nə öyrədə bilməz. Dövlətin bu qədər
vəsait ayırıb vətəndaşını çağdaş tələblərlə ayaqlaşdırmaq
istəyini dərk etməyən, onu “boş şey” kimi qələmə verənin,
məncə, müəllim olmağa haqqı yoxdur. Şahidi olduğum va-
Şəmil
Sadiq
31
lideyn iclaslarının birində müəllim yeni dərsliyi əlinə alıb
– Əziz valideynlər, bu ildən dərslərimiz kurikulumdur-nə-
dir, bilmirəm, onunla keçiriləcək. Məndən soruşsanız, bu,
boş şeydir. İndi bizə deyirlər ki, gündəlik yığışdırılacaq.
Bəs mən bu qiymətləri hara yazım? Siz istəmirsinizmi
uşaqlarınız savadlı olsun? Sizə nə var, mən onlara istədi-
yim kimi öyrədəcəm, direktordan gizlincə gündəlikləri-
nizə də qiymət yazacağam. Yox, əgər istəmirsinizsə, mən
onlar dediyi kimi edim? – deyərək, sərsəmləmişdi.
Müəllimin dövlətin dəstəklədiyi sənədi bu cür təqdim
etməsindən sonra ona ilahi qüvvə kimi baxan, yeni təlimin
tələblərinin nədən ibarət olduğunu bilməyən valideynlər
isə demişdilər: “Yox, ay müəllim, siz necə istəyirsiniz, elə
də edin”. Kurikulumdan xəbəri olan bir valideyn də əlini
qaldırıb, yeni təlimin tələblərindən birinin “müəllim hər
həftə valideynə qiymət əvəzinə, hesabat verməli oldu-
ğunu” demək istəyəndə müəllim: “Bax, görürsünüz? Ta
özünüz bilərsiniz”, – deyərək, məsuliyyətdən yayınmağa
çalışdı. Bütün valideynlər kurikulumdan xəbəri olan vali-
deynə tərəf dönüb: “Köhnə hamama təzə tas qoymayın”
– deyib, qeyzləndilər. Və beləcə, valideynin gözündə döv-
lət də, millət də, təhsil də heç oldu. Müəllim getdiyi və
ya adını yazdırıb müxtəlif yollarla yayındığı yeni kursları,
o kurslara dövlətin çəkdiyi xərci dəyərsizləşdirir. Bu lap
İbrahimxəlil kimyagərin “ay camaat, istəyirsiniz ki, mislə-
riniz qızıla dönsün, onda ağlınızdan meymun keçirməyin”
fikrinə oxşayır.
Kurikulumun faydalı olduğunu birtəhər inandırdıq-
da, müəllimlərin son sözü belə oldu: “Müəllimə verilən
əməkhaqqı ilə, istənilən tələblər ayaqlaşmır”. Buna sözüm
yoxdur, amma mənim düşüncəmə görə, müəllimin dərsi-
nin keyfiyyəti veriləcək məbləğlə heç vaxt dəyişməməli-
dir. Əgər müəllimsənsə, bu adı şərəflə daşı, fədakarlığını
maddiyyata görə, hesablama. Çünki sənin yetişdirdiyin
vətəndaş şəxsiyyət kimi gələcəkdə nəinki sənə, millətinə,
dövlətinə başucalığı gətirə bilər.
Məncə, vətəndaş kimi yetişdirmək istədiyimiz öv-
ladlarımız düşünməli, düşündürməli, yeri gələndə haqqa
inanıb, ona inandırmağı bacarmalı, həyatda ayaq üstə dur-
Şəmil
Sadiq
32
mağın düzgün yollarını anlamalı, böyüyə, kiçiyə hörmət
etməyi dərk etməlidir. Əziz müəllimlər, birmənalı şəkildə
qəbul etməliyik ki, vicdanlı, əqidəli, şərəfli, əxlaqlı insanla-
rın heç birini məktəbdə öyrədilən nə qrammatika, nə ədə-
biyyat tarixi, nə də ədəbiyyat nəzəriyyəsi yetişdirib. Onları
yetişdirən həyat məktəbidir, el tərbiyəsidir, böyüklərin
düzgün məsləhətidir, oxuduğu bədii əsərlərin, eşitdiyi
şifahi xalq ədəbi nümunələrinin ideyasından çıxardığı nə-
ticələrdir. Bəzən bir-birimizə təhqir kimi səsləndirdiyimiz
“çoban” peşəsinin nümayəndələri bir akademikdən daha
yararlı, ağıllı, bacarıqlı, əxlaqlı adamlar kimi bəşəriyyətdə,
cəmiyyətdə yüksək mövqe sahibi ola bilərlər.
Kurikulum olmadan da, cəmiyyət üçün yararlı insan-
lar yetişdirmək mümkündür. Bu da o deməkdir ki, əlləri
öpüləsi müəllimlərimiz indi də az deyil. Amma belə müəl-
limlər təəssüf ki, çox azdır. Yeni təlim metodlarını öyrənib
onun yaxşı tərəflərini əldə əsas tutmaq pis bir şey deyil.
Sadəcə, bir az zəhmət çəkmiş olacağıq. Şagird belə olmalı-
dır: hansı ki, məktəbdə paltarımızın ətəyinin toza batdığı-
nı görüb onu təmizləməyi müəllimə deməkdən həya etsin,
müəllimin qiymət zopasından qorxaraq yalan danışmasın,
həqiqəti deməkdən çəkinməsin, müəllimin xoşuna gəl-
mək üçün vətən mövzusunda yazılacaq inşanı haradansa
köçürməsin, “2” alıb sinifdə qalmaq qorxusundan mək-
təbdən yayınıb bara, tinlərə, kompüter klublarına gedib
vaxtını orda keçirməsin. O şagird ki, müəllimə və məktəbə
nifrət hissi ilə baxmasın, sifətin tərifini bilib əlaməti key-
fiyyətdən ayıra bilsinlər, “Mənim tanrım gözəllikdir, sev-
gidir” misrasını dinə təhqir hesab edib, şeiri öyrənməkdən
vaz keçməsinlər. Qoy onlar həqiqəti deyib haqqını tələb
edən, ürəyindən keçən arzusunu çəkinmədən dilə gətirib
xarakterini açan, sevib-sevilməyi, ağı qaradan seçməyi
bacaran, təbiətdəki gözəllikləri görüb, Tanrının qayəsinin
sevgi olduğunu dərk edən açıqfikirli, intellektli, cəmiyyət-
lə sıx təmasda olan, hisləri ilə deyil, ağlı ilə gələcəyə işıq
salan bir şəxsiyyət olsunlar.
Ümidvaram bu yazının hansısa proqramın, layihə-
nin, dərsliyin ideallaşdırmasına xidmət etdiyinə heç kim
inanmaz. Əlbəttə, dərsliklərimiz də, proqramlarımız da
Dostları ilə paylaş: |