Şəmil
Sadiq
23
orta məktəbin sonuncu sinfində bir alim övlad görmək və
ya yetişdirmək uğrunda mübarizə aparırlar. Hələ də başa
düşmürük ki, çağdaş dünyamızın orta məktəbdən gözlən-
tisi tamam başqa mətləbdir. Axı, orta statistik bir vətəndaş
üçün elmin dərinliklərinə bu qədər varması o qədər də va-
cib deyil. Alqoritmin, qarşılaşdırma budaq cümləli tabeli
mürəkkəb cümlənin nəzəri əsaslarının ana və ya atanın bir
ailə başçısı, yaxşı insan olmasına nə dəxli var? Nə vaxtadək
orta məktəbdən bu qədər ağır iş tələb edəcəyik. BDU-dakı
müəllimlərim məndən inciməsin, amma mən universitetə
hazırlaşanda Azərbaycan dilinin qrammatikasını öyrəndi-
yim qədər BDU-nun 4 kursunda öyrənmədim. Daha doğ-
rusu, hazırlıqda qrammatikanın dərinliyinə o qədər var-
mışdıq ki, ali təhsilin geniş izahatına ehtiyac yox idi. Eləcə
də indiki qəbul qaydaları... Bir filoloq, bir tarixçi, bir fizik
bu nəzəri məsələləri savadlı abituriyent səviyyəsində belə
bilmir. Bu da, sözsüz ki, valideynləri orta məktəbdən uzaq-
laşdırmağa, təhsildən əlini üzməyə gətirib çıxarır. Beləcə,
rəqəm sevdası yaranır.
Dünya universitetləri barədə kiçik araşdırma aparsaq,
görərik ki, onlar heç bir halda universitetə dərin elmi bi-
lik əsasında tələbə qəbul etmirlər. Sadəcə, mükəmməl dil
bilgisi və məntiqi təfəkkürün yerində olması Oksfordda,
ODTÜ də oxumaq üçün yetərlidir. Prinsip belədir ki, bir
insanın məntiqi təfəkkürünün, anlama və anlatma qabiliy-
yətini ifadə etmək üçün dil bilgisinin normal olması yetir
ki, onu həkim də edəsən, tarixçi də, mühəndis də. Məgər
biz bu yolu seçə bilmərik? Əlbəttə, mümkündür və gərəkli
olan da elə budur. Amma bu yolu seçmək və yolda addım-
lamaq üçün hökmən şüurumuzda inqilab etməliyik. Bun-
dan sonra təhsilimizi də, onu qiymətləndirməni də başqa
cür edəcəyik.
Məncə, bir Azərbaycan ziyalısı övladına elm-bilik
yox, rəqəm istədiyi müddətcə bu inqilab baş verməyəcək.
Dəfələrlə professor, akademik olan valideynlər məndən
övladına, nəvəsinə sadəcə, “5” yazmağı xahiş edib müxtəlif
yollarla buna nail olmağa çalışıblar. Xalqın “parlaq sima-
lar”ı hesab etdiyimiz belələri cəmiyyətin qaranlıq üzüdür.
Qiymətləndirmə anlayışı bizimlə dünyanın inkişaf et-
Şəmil
Sadiq
24
miş tərəfləri arasında tamam fərqli şəkildədir. Azərbaycan
təhsilində qiymət dedikdə, sadəcə jurnala yazılan rəqəm
nəzərdə tutulur. Qiymət təhsil səviyyəsi yüksək olan
ölkələrdə həyata keçirilən, bizdə isə yeni təhsil adlandırı-
lan sistemdə sadəcə şagirdin əldə etdiyi bilik və bacarığın
ölçü vahididir. Nə şagird müəlliminə qiymətə görə hörmət
etmək məcburiyyətindədir, nə də müəllim şagirdini qiy-
mətlə qorxudacaq səviyyədə.
Bu ölçü meyarı isə şagirdlərin bilik və bacarıqlarının
bir-birindən fərqlənməyinə və imkanlarının ölçülməsinə
xidmət edir. Kurikulum sənədindəki nəticəyönümlü tə-
limdə qeyd edilir ki, şagird nailiyyətlərinin qiymətləndi-
rilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə
etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların
toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsəd-
lərə xidmət edir:
●şagirdin irəliləyişlərinin (geriləməmələrinin) izlənil-
məsi (monitorinqi);
● təlim prosesində qərarların qəbulu;
● şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.
Məncə, təhsilə və qiymətləndirməyə bu cür yanaşmanı
həyata keçirmək üçün müəllimlərdən yox, birbaşa validey-
nlərdən başlamaq lazımdır. Çünki valideyn yeni sistemi
anlamadığı və dərk etmədiyi təqdirdə müəllimin sinifdəki
zəhməti hədərdir. Çin təhsilində uşağın nəticələrinin aşağı
olmasına görə ilk valideyn günahkar görülür. Hətta övladı
məktəbdə aşağı nəticə göstərən valideynə müəyyən cəza-
lar da tətbiq edilir.
Bir rus, türk, avropalı məktəblisinə ünvanlayacağın
sualın cavabını nə qədər dolğun eşidə bilərsənsə, bir azər-
baycanlı məktəblisindən bir o qədər natamam cavab eşi-
dərsən. Çünki o çərçivələr, şablonlar içində övladlarımız
daima boğulur, bunun da səbəbkarı biz müəllimlər və biz
valideynlərik.
2007-2008-ci illərdə dünyanın 30-dan çox ölkəsində
keçirilən müsabiqələrdən birində azərbaycanlı uşaqlarının
yazılarını yoxlayan komissiyanın üzvlərindən biri də mən
idim. Qiymətləndirməyə başlamazdan öncə bizim üçün
Şəmil
Sadiq
25
təşkil olunmuş seminarın əsas qayəsi o idi ki, bir uşağın
verdiyi düzgün cavaba yox, onu necə əsaslandırdığına
“əla” qiymət yazılmalıdır. Təəssüflər olsun ki, həmin mü-
sabiqədə Azərbaycan məktəbliləri sonuncu yerdə qərarlaş-
dı. Yaxşı ki, riyaziyyat üzrə ilk üçlükdə yer aldılar. Bu da o
deməkdir ki, Azərbaycanlı şagirdin məntiqi güclüdür, sa-
dəcə, bunu duyub dəyərləndirmək lazımdır. Nə qədər ki,
valideynlərimiz məktəbdəki təhsilin qarşılığını bir kağız
parçasında görəcək, oxumaq deyəndə sadəcə həyati baca-
rıqları yox, elmi biliyi nəzərdə tutacaq, Azərbaycan müəl-
limi sinifdə tərif, qayda əzbərlətdirərək xronoloji ardıcıllıq
soruşacaq, o vaxta kimi də əsl insan və vətandaş olmaqda
qüsurlu olacağıq.
Bir dəfə 5-ci sinif şagirdlərinə lüğətdən istifadə qay-
dalarını öyrətmək üçün onları kitabxanaya aparmışdım.
Tapşırıq da bu olmuşdu ki, hər kəs ona verilən vaxt ər-
zində müəyyən sözlərin ingiliscə tərcüməsini və düzgün
yazılışını müəyyənləşdirsin. Tapşırığı verdiyim andan bi-
zim təsəvvürümüzdə formalaşdırdığımız yaxşı oxuyan şa-
girdlər kitabxananı alt-üst etdilər. Kitabların içində bir növ
itib-batdılar. “Oxumayan” damğasını vurduğum iki şagird
isə bir kənara çəkilib telefonla oynadılar. Sanki, bu tapşırıq
onlara aid deyil. Sonda isə “oxumayan” o iki uşaq düzgün
nəticəni hamıdan tez təqdim etdi. Səbəb isə onların tele-
fonla internetə daxil olub elektron tərcümə lüğətindən is-
tifadə etməklə sözlərin düzgün yazılışlarını tapmaları idi.
Bizim orta məktəb şagirdindən istəyəcəyimiz bu olma-
lıdır. Yoxsa ki riyazi düsturları mükəmməl bilib büdcəsini
idarə edə bilməmək, anatomiyadakı sümüklərin adlarını
əzbər bilib burnunun qanının kəsilməsi üçün ilkin tibbi
yardım etməyi bacarmamaq, fizikanın təriflərini əzbərlə-
yib, evdəki adi bir lampanı dəyişə bilməmək, tarixi faktları
ardıcıllıqla sadalayıb, kim olduğunu unutmaq, Nizaminin,
Füzulinin doğum və ölüm tarixlərini, əsərlərinin yazılma
tarixini əzbərləyib mənəviyyatdan və insanlıqdan uzaq
olmaq, konstitusiyanın bəndlərini tutuquşu kimi əzbərlə-
yib, pozulmuş haqqını belə tələb edə bilməmək, vasitəli,
vasitəsiz nitqin qaydalarını, sxemlərini əzbərləyib fikrini
əsaslandırmaq üçün kimdənsə bir sitat gətirə bilməmək,
Dostları ilə paylaş: |