Şəmil
Sadiq
84
Axşam isə hamımız ailəliklə yığışardıq tonqal başına,
hallabaca keçirərdik. Bu hallabaca sözünün etimologiyası
nədir, hələ indi də dəqiqləşdirə bilməmişəm. Amma bir
onu bilirəm ki, həmin gün bizim üçün çox maraqlı gün
olardı. Tonqalı yandırıb, üstündən tullanardıq. Sonra atam
sönmüş ocağın külünü bu ilanın, bu çayanın, bu tısbağanın,
bu kərtənkələnin və s. deyərək, yeddi yerə dağıdardı. Son-
ra yeddiləvin payımızı almaq üçün evə tələsərdik. Atam
yeddi torbanı yanına qoyar, əlinə aldığı nəlbəki ilə hərə-
mizə hər çərəzdən, meyvədən bir nəlbəki verərdi. Bizim də
hərəmizin bir torbası olardı. Amma anama iki və ya üç nəl-
bəki verərdi. Deyərdi ki, “mənim də payım səndə qalsın,
bu bir pay da sənin qonaqlarının”. Bu ədalətli pay bölgüsü
o qədər gözəl idi ki, bəlkə də indi mənim üçün Novruzu
öz imkanlarına uyğunlaşdırmış ailəmizin bu ənənəsi bü-
tün Novruza bərabərdi. Hərə öz torbasını götürüb kənara
çəkilər, yumurtaları da ora qoyub ağzını bağlardı. Elə olur-
du ki, paylarımız bir aydan da çox qalırdı. Bilirdik ki, hər
kəs öz payının ağasıdır, əgər kimsə yeyib qurtarsa, sabah
digərinə möhtac olacaq. Ona görə də qənaətlə yeyər, ay-
dan da çox qoruyardıq. Bu da bir büdcə idarəçiliyi idi ki,
atam bizə öyrətmişdi. Hə, bir də “cəviz-cəviz” oynardıq.
Yastıqdan hellədib dəydirəndə udardıq. Bir cığal qardaşım
da vardı... (indi də var, amma daha cəviz-fındıq hellətmi-
rik) Bizdə həm kişmiş, həm də meviz, (möyüc, mövüc) də
vardı ki, bunu da anam özü hazırlayardı yayda. Bu, tumlu
üzümün qurudulmuşu idi. Kişmiş isə tumsuz olardı.
Və həmin axşam “papaqatdı”, “açarsaldı” mərasimlə-
ri ilə davam edirdi. Biz heç vaxt yaxın qohumlarımızdan,
qapıbir qonşularımızdan başqa heç kimə papaq atmaz,
açar salmazdıq. “Ay nə gözəl qaydadı şal sallamaq”. Düz-
dür, uşaqlıqdan açar salmanın qadınların işi olduğu deyi-
lirdi. Amma əmiqızlarımızı, bacımızı tək qoymamaq üçün
mərasimi
onlarla birgə həyata keçirir, doyunca əylənirdik.
Bakıya gələndən hər dəfə bu ənənəyə heyranlıqla bax-
sam da, həm yaş, həm mühit imkan vermir. Sadəcə Şəhri-
yarın “Heydərbabaya salam” şeiri ilə təsəlli tapırıq.
Sonra isə “Görüş günü”nü gözləyərdik. Azərbaycanın
bir çox yerində bayram ilin təhvil alındığı gün qeyd edilir-
Şəmil
Sadiq
85
disə, bizdə onun səhəri – martın 21-də keçirilirdi.
Bu günü isə uşaqlar bayramın ən pik zirvəsi hesab
edirdi. Çünki hamı məhz həmin gün aldığı təzə paltarı
geyərək, bütün qonşuları, qohumları görməyə gedəcək
və yumurta qazanacaqdı. Həmin gün insanlar görüşəndə
bir-birinin ovcuna konfet və ya alma qoyardı. Bu konfet və
alma isə belə bölünürdü: Həmin şəxs həmyaşıdın və ya bir
az səndən böyük idisə onunla görüşəndə konfet, yox əgər
yaşca səndən böyük və hörmətli-izzətli insan idisə, alma
qoyardın ovcuna. İnsanın yaşına və məqamına görə alma-
ların da rəngi dəyişərdi. Qıpqırmızı alma ən hörmətlisi idi.
Əmiuşaqlarımızla bəhsə girərdik, görək kim sabah
səhər yuxudan tez duracaq. Babalarımızı, əmilərimizi sa-
bah-sabah yorğan-döşəkdə təbrik etmək bir şərəf idi. Son-
ra da ailəmizlə birgə ağsaqqalları, ağbirçəkləri görməyə
gedərdik. Yumurtalarımızı alıb günortaya yaxın başlaya-
caq “Xan”a tələsərdik. Peşəkar yumurtaçılara yumurtamı-
zı uduzar, evə əliboş qayıdardıq.
Əziz dostlar, virtual da olsa, hamınızın əlini konfetlə,
alma ilə sıxıb, “Bayramınız mübarək!” – deyirəm.
Yaltaqlığa sərmayə qoyaq?!
Bu gün söz verdiyim kimi uşaqları Gənc Tamaşaçılar
Teatrına apardım. Tamaşa Bolqar xalq nağılı əsasında ha-
zırlanmışdı. “Dörd əkizin nağılı” adlanırdı. Çox maraqlı
bir tamaşa idi. Uşaqlardan çox özümə ləzzət elədi. Uşaq-
lar lap yaddan çıxdı. Səbəbi, bəlkə də, uşaqlıqda teatr, ta-
maşa görmədiyimdən idi. Amma xeyli güldük. Antrakt
elan ediləndə foyeyə çıxdım, afişalara baxanda “Şeyx Sə-
nan” tamaşasının oynandığını qaçırdığımı gördüm. Ta-
maşanın başlanmasına az vaxtın qaldığını
görüb profilimə
göz atdım, linkini Aydınxan Əbilovun göndərdiyi Kulis.
az saytındakı afişaya nəzər yetirdim. Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşasının
oynanılacağını gördüm. Yoldaşıma getməyi təklif etsəm
də, uşaqları necə edəcəyimizi düşündük, amma çarə tapıl-
madı. Yaxında olan qohumların evdə olmayacağı məlum
oldu. Çarə qaldı sənətə və sənətkara hörmət edən, sözün