Şəmil
Sadiq
76
verənləri evdə danışıb, ürəyini boşaldardı həmişə. Amma
bu dəfə bacarmadı. Əgər danışsaydı, ömür-gün yoldaşının
qürurlu hesab etdiyi, güvəndiyi ərinin ağladığını görə-
cəkdi. Bəlkə də, həmişə incə belindən tutub oxşadığı, tel-
lərini əlinin dalı ilə yanaqlarından kənar edən, məhəbbət
dolu baxışların yerini çarəsiz, alçaldılmış, çarəsiz bir adam
əvəzləyəcək.
Keçəl, şəkər xəstəliyindən arıqlayaraq əcaib bir görkəm
almış, yekəburun, əyninə böyük kostyum geyməyi xoşla-
yan ev sahibinin oğluna verdiyi məsləhəti eşidən müəllim
bilmirdi
peşəsinə nifrət etsin, zəmanəni qınasın, yoxsa...
Buna cavab tapmağa çalışan “Qayə” şirkətlər qrupu-
nun sahibi qələmi dəftərin üzərində qoyub düzəliş etmək
istəyirdi ki, katibəsi içəri girib: “Bağışlayın, Mətin müəl-
lim, Sumqayıtdakı binanın tikintisində işləyən fəhlələri ça-
ğırmışdınız. Müdir müavini dedi ki, onlar artıq yeməkxa-
nada toplaşıblar. Süfrənin açılması üçün sizi gözləyirlər”,
– dedi.
2015-ci il
Şəmil
Sadiq
79
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Sözün bu qədər qüdrətli, kəsərli olduğu dövrdə əsr-
lərin süzgəcindən keçib durularaq günümüzə gəlib çıxan
zəngin bir dilin olduğu üçün özünü xoşbəxt hesab etmək
ən ali hisdir. Mənim də dilim var – Azərbaycan-türk dili.
Azərbaycan dili köklü və əbədi yaşayacaq bir dildir.
Heç bir dil bu qədər təsirə məruz qalmayıb. Sasanilərin,
ərəblərin, Çar Rusiyasının repressiyalarına məruz qalmış
Azərbaycan türk dili, təkcə keçən əsrdə adı 4 dəfə dəyiş-
dirilib. Amma bütün bunlara baxmayaraq, dilimiz bu gün
dünyanın zəngin dilləri içərisində öz yerini qoruyub saxla-
maqdadır. Bu dilimizin tarixi keçmişindən, sağlam bünöv-
rəsindən xəbər verir.
Bunun səbəblərindən biri də dilimizə olan dövlət
qayğısıdır. Hörmətli Prezidentimizin dil haqqındakı mə-
lum sərəncamları bunun bariz nümunəsidir. Hər bir təş-
kilat, institut, hər bir vətəndaş bu sərəncamdan irəli gələn
məsələlərə öz töhfəsini versə və dilin inkişafı üçün müba-
rizə aparsa, Ana dilimiz günbəgün saflaşar və inkişaf edər.
Azərbaycan türk dilinin yaşamasında, zənginləşmə-
sində bədii nümunələrin rolu çox böyükdür. Dilin yaşadığı
problemləri zaman-zaman istər xalq, istərsə də aşıq və şa-
irlərimiz öz şeirlərində canlandırıb, onun ifadə imkanları-
nı müxtəlif bədii çalarlarla sözlərlə rəngləmişlər.
Bu dünyada bir haqq divan,
О dünyada cənnət məkan,
Qoy var olsun TÜRKİ zəban,
Şah Xətai, Şah Xətai.
Deyən Qurbani, hələ XVI əsrdə Azərbaycan dilində
ilk dəfə rəsmi sənəd hazırlatdırıb təsdiq etmiş Şah İsma-
yıl Xətaiyə üz tutaraq Azərbaycan türkcəsinin yaşama-
sı üçün dua etmişdir. Dilin var olmasında, yaşamasında
xalqın təxəyyülü, mədəni irsi nə qədər zəngin olsa da, onu
qorumaq və düzgün istiqamətləndirmək üçün liderlərə,
sərkərdələrə böyük ehtiyac olmuşdur. Çünki xalqın məhv
olmasının bir səbəbi də dilin məhv olmasıdır. Xalqı məhv
etmək üçün onun dilini unutdurub, yox etmək kifayətdir.
Söz və qılınc ustadı olmuş Şah İsmayıl Xətai “Ey millətim,