Şəmil
Sadiq
80
sənə üç şeyi əmanət qoyub gedirəm: dilimiz, qeyrətimiz,
vətənimiz” – deyərək, vəsiyyət etmişdir. Onun qurduğu
Türk-Azərbaycan dövlətinin apardığı siyasət Azərbaycan
dilinin saray dili səviyyəsinə gəlişini təmin etmişdir. Şair
və yazıçılarımız bundan ruhlanıb öz ana dilində yazıb-ya-
ratmağın yollarını axtarmış, onu nəzmə çəkərək cilalamış-
dır.
Ol səbəbdən farsiləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazim TÜRK ləfziləi kənd işvar olur.
Məndə tovfiq olsa, bu düşvari asan eylərəm,
Növbahar olgaç tikandan bərgü gül izhar olur.
Misralarının müəllifi böyük şairimiz Məhəmməd Fü-
zuli, adətən döyüş dili kimi sərt olan bu dildən ilk bahar
gəldiyində – Necə ki, quru tikanlardan gül yarpaqları çıx-
maya başlar, mən də türk dilində gül yarpağı kimi incə şe-
irlər söylərəm – deyə, özünə söz vermişdir.
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim, dərdimi izhar qıldım istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.
Və beləcə poetik çalarla zəngin, dilin imkanlarını
özündə ehtiva edən mükəmməl nümunələr yaratmış şair
Azərbaycan-türk dilinin incə, zərif, böyük mənalar daşı-
yan bir dil olduğunu sübut etmişdir.
Azərbaycan-türk dilinin saflığı daima şair və sənət
adamlarımızı düşündürmüşdür. Cənubi Azərbaycanda
yaşayan 50 milyonluq bir xalqın dilini nə qədər sərhəd-
lər içində boğub öldürməyə çalışsalar da, Şəhriyar kimi
dahiləri olan bir xalqın təfəkkürünü sarsıda bilməmişlər.
Əgər XVI əsrdə Füzuli bu dildə şeir yazmağın çətinliyin-
dən danışırdısa, Məhəmmədhüseyn Şəhriyar türk dilinin
gözəlliyini onun başqa dillərlə qarışmamasında görürdü.
Bu dilin sevimliliyinin yaşaması onun öz kökündən qida-
lanması ilə mümkündür:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
– demişdir ustad sənətkar.
Şəmil
Sadiq
81
Şair Məmməd Aslan isə sanki dilin xarakterini, onun
sevimli, istəkli, əziz olmasının səbəblərini belə təsvir et-
mişdir:
Mənim dilim - yırğalanan bir dəniz,
Qayalardan süzüb gələn çeşmədi.
Gahdan onu quzu təki görərsiz,
Gah görərsiz, bulud kimi kişnədi.
Dil bir xalqın varlığıdır, təfəkkürüdür, tarixidir, yad-
daşıdır. Onun köməyi ilə biz xalqımızın var olmasını is-
batlaya bilirik. O bizim əlimizdən tutub qanlı-qadalı, şan-
lı-şöhrətli keçmişləri yorğa bir atın belindəki kimi gəzdirir,
bizə həqiqətləri açıb göstərir. Xalq şairi Bəxtiyar Vahabza-
dənin yaradıcılığı ilə bütün Türk dünyası XX əsrdə Azər-
baycan dilinin rəvanlığına və rəngarəngliyinə heyran qal-
mışdır. Ömrünün çox, yaradıcılığının əsas hissəsini xalq
üçün sərf etmiş şairimiz dilimiz haqqında böyük qürurla
danışmışdır:
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bəli dilimiz bizim namusumuz, qeyrətimizdir. Mil-
li kimliyimiz onun varlığından keçir. Azərbaycan-Türk
dilinin soykökü tarixin dərinliklərinə gedib çıxır. Hətta
dünyanın sirləri belə bu gün bu dildə gizlənib. Min illər
bundan öncə böyük bir mədəniyyətə sahib olmuş şumer-
lər bu dildə danışmış, bu dildə yazmışlar. Bu gün bütün
türkoloqlar, dilşünaslar bunu deməkdən bəzən qorxurlar,
amma bu bir həqiqətdir. Bu dilin yaşı dünyanın yaşı qə-
dərdir. Elmin gəldiyi bu qənaətləri Zəlimxan Yaqub bu cür
ifadə etmişdir:
Şəmil
Sadiq
83
ÇƏRŞƏNBƏXATUN ADAMIN ÜZÜNƏ TÜPÜRƏR
Bizim Naxçıvanda, Nehrəmdə Çərşənbə bayramını
“yeddiləvin günü”, uşaqlar isə daha çox “hallabaca günü”
kimi adlandırır. Adından da məlum olduğu kimi, çərşənbə
günündə yeddi cür meyvənin olmasını “yeddiləvin”, ax-
şam yandırılan tonqalı isə “hallabaca” ifadəsi əvəz edir.
Nənəm hər çərşənbə səhəri bizi obaşdan, yəni sübh-
dən oyadardı. Məhəlləmizdəki bulağa (Bizim kənddə bu-
laq olmadığı üçün krana) göndərərdi ki, əl-üzümüzü yu-
yaq. Deyərdi, Çərşənbə günü sübhdən duranlar sağlam
olarlar. Hətta onu da deyərdi ki, Günəş ilk dəfə kimi görüb
göz vursa, onun adaxlısı gözəl olar.
Gəlinlərə qan uddurardı ki, Çərşənbəxatunun qaba-
ğına yaxşı çıxsınlar. Yoxsa Çərşənbəxatun gəlib görsəymiş
ki, evdə hansısa bir küncdə toz var, elə ordaca evin xanı-
mının üzünə tüpürərmiş. Gəlinlər Çərşənbəxatunun gəlişi
şərəfinə ev tökərdi. Sanki, ilahi bir qüvvə bizə qonaq gələ-
cəkdi. Elə gəlirdi də. Çərşənbəyə qədər bu evtökmə məra-
simi bitər, yumurtalar boyanar, “kökə”lər bişirilər, əppək,
çörək yapılardı.
Uşaqlar üçün ən çox gözlənilən adət pay aparmaq idi.
Çünki həmin gün qardaşlar bacılarına, oğullar analarına,
analar qızlarına, əmilər gəlin olmuş qardaşqızlarına pay
göndərərdi. Çərşənbə payına meyvələr və xələt daxil idi.
Bunu ona görə göndərirdilər ki, yeni ailə qurmuş gəlinə öz
dəstəklərini nümayiş etdirsinlər.
Uşaqlar bunu ona görə gözlərdilər ki, həmin gün
payları onlar aparardı. Apardığı payın müqabilində qır-
mızı-qırmızı yumurtalar alardılar. Onlar kimin yumurtası
çoxdur deyə mübahisə edərdilər. Pay apardığın adamın
xəsisliyi, etinasızlığı xoşagəlməz hal sayılardı. Həmin evə
heç birimiz getmək istəmirdik. Dörd qardaş idik. Ona görə
əvvəlcədən bölünürdü. Evin böyüyü mən olduğum üçün
az yumurta verən qohumlar adətən mənim üstümdə qa-
lardı. Amma bibimgilə hamımız birdən gedərdik. Nəinki
biz, hətta bütün əmiuşaqları birgə gedərdi. Bibimin qırmı-
zı rəngə boyanmış bayram yumurtaları bol olardı. Hətta
hərəmizə iki-iki verərdi.