Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   14

 

 



Şəkil 1.Keyfiyyət məfhumunun evolyusiyası 

 



10 

 

Keyfiyyət  barəsində  ABŞ  təcrübəsini  təhlil  edərkən  onun  aşağıdakı 



səciyyəvi  xüsusiyyətlərini  qeyd  etmək  lazımdır:  riyazi  statistika  üsullarından 

istifadə  edərək  məhsulun  hazırlanma  keyfiyyətinə  ciddi  nəzarət,  istehsalın  həcmi 

və  keyfiyyət  göstəricilərinin  planlaşdırılması  prosesinə  diqqətin  artıtılması,  planın 

yerinə  yetirilməsinə  inzibati  nəzarət,  bütövlkdə  firmanın  idarəedilməsinin 

təkmilləşməsi. 

Yaponiyanın  təcrübəsi  göstəir  ki,  keyfiyyətin  yüksəldilməsi  işi  heç  vaxt 

bitən  deyildir.  Keyfiyyət  məsələsində  Yapon  təcrübəsinin  fərqləndirici  cəhəti 

aşağıdakılardan  ibarətdir:  bütün  bölmələrdə  proses  və  əməyin  nəticələrinin  daim 

təkmilləşdiril  məsinə  istiqamətlənmək,  məhsulun  keyfiyyəti  deyil,  prosesin 

keyfiyyətinə  nəzarətə  istiqamətlənmək,  qüsurun  buraxılmasının  qarşısının 

alınmasına  istiqamətlənmək,  qalxan  axın,  daha  doğrusu  sonrakı  əməliyyatdan 

əvvəlki əməliyyata prinsipi ilə yaranan problemlərin təhlili və ciddi tədqiqi, “sənin 

istehlakçın  –  sonrakı  istehsal  əməliyyatının  icraçısıdır”  prinsipinin      yeridilməsi,  

əməyin  nəticəsinə  görə  cavabdehliyin  bilavasitə  icraçıya  şamil  edilməsi,  insan 

amillərindən aktiv  istifadə, qulluqçu  və işçilərin yaradıcılıq potensialının   inkişafı, 

“Normal insana pis işləmək ayıbdır” prinsipini həyata keçirmək. 

Yapon  ”möcüzə”sinin  əsas  konsepsiyası  mükəmməl  texnologiya,  idarəetmə 

və ya qulluqdur. Yapon müəssisələrində personalın keyfiyyətin təmin olunmasında 

iştirakı  üçün  proqram  işlənilmiş  və  “beş  sıfır”  adlanır.  Bu  qısa  qaydalar  şəklində 

formalaşmışdır: yaratmamaq (qüsurun yaranması üçün şərait), ötürməmək (qüsurlu 

məhsulu  sonrakı  mərhələyə),  qəbul  etməmək  (əvvəlki  mərhələdən  qüsurlu 

məhsulu), dəyişdirməmək (texnoloji rejimi), təkrar etməmək (səhvləri). 

Beləliklə, Yapon müəssisələrində keyfiyyətə münasibətdə aşağidakıları əsas    

olaraq fərqləndirirlər: idaretmə və texnologiya sahəsində elmi işlərin geniş tətbiqi, 

istehsalda  nəzarət  və  təhlil,  bütün  idarəetmə  əməliyyatlarında  kompüterlərdən 

yüksək səviyyədə istifadə, insanin imkanlarından maksimum istifadə etmək, bunun 




11 

 

ücün  yaradıcılıq  aktivliyinin  stimullaşdırılması  tədbirləri  görülür,  öz  firmasına 



patriotik tərbiyyə aşılanır, personalın sistemli və daimi öyrədilməsi həyata keçirilir. 

 

Əgər  Yaponiya  və  ABŞ  uzun  illər  ərzində  keyfiyyətin  yüksəldilməsi      



proqramını  reallaşdırırsa  keyfiyyət  məsələlərində  aktiv  siyasət  yürüdürsə, 

keyfiyyətin  uzun  müddətli  planlaşdırılmasını  həyata  keçirirsə,  Avropada  

keyfiyyətin  idarə edilməsi keyfiyyətə nəzarət səviyyəsində qalmışdır (bəzi   halları 

çıxmaq şərti ilə). 

Tarixin  sonrakı  inkişafı  rəqabətqabiliyyətli  məhsul  istehsalı  baxımından 

strategiyanın  həyata  keçirilməsi  üçün  aşağıdakıların  olması  vacibliyi  yaranmışdır: 

vahid  qanunvericilik  tələbləri  (direktivlər),  vahid  standartlar,vahid  yoxlama 

prosesləri  (bu  firmanın    bazar  konyuktura  tələblərinə  cavab  verməsini  müəyyən 

etmək üçün vacibdir). 

Keyfiyyət məsələləri həllində Avropa yanaşmasının fərqləndirici xüsusiyyəti 

aşağidakilardir: keyfiyyətin qiymətləndirilməsi və təsdiqi ilə əlaqədar bütün işlərin 

yerinə  yetirilməsi    üçün  qanunvericilik  bazası,  milli  standart,  qayda  və 

sertifikatlaşdırma proseduru tələblərinin uyğunlaşdırılması, məhsulun və keyfiyyət 

sisteminin sertifikatlaşdırılması üzrə işlərin yerinə yetirilməsi səlahiyyəti olan milli 

təşkilat  şəbəkəsi  və  regional  infrastrukturun  yaradılması,  laboratoriyaların 

akreditasiyası, keyfiyyət üzrə  müəssisələrin qeydiyyatı və s. 

Qeyd etmək lazımdır ki, İSO ─ 9002 norması  layihə qərarlarının,  məhsulun 

və  kommersiya  müqavilələrinin  mütləq  qiymətləndirilməsini  nəzərdə  tutur. 

Keyfiyyətin  idarə  edilməsi  səhvlərin  qarşısının  alınması  onların  düzəldilməsi  və 

nəzarətini  əhatə  edir.  Əgər  müəssisə  bazarda  rəqabətqabiliyyətliliyə  can  atırsa,  bu 

halda  ancaq  keyfiyyətə  nəzarətin  maliyyələşdirilməsi  qəbul  edilməlidir.  Yüngül 

sənaye  müəssisələrində  keyfiyyətə  ancaq  tsiklin  axırıncı  mərhələsində,  yəni 

istehsal  olunmuş  hazır    məhsulda  tam  nəzarəti  təmin    edirlər.  Belə  yanaşmada 

məhsulun  keyfiyyətinin  aşağı  olması  səbəblərinin  aşkar  edilib  onların  aradan 

qaldırılması  mümkün  olmur.  Müəssisələr  tərəfindən  səhvlərin  qarşısının  alınması 



12 

 

baxımından  keyfiyyətin  idarə  edilməsi  məsələsi  həll  olunmur  ki,  bu  da  öz  əksini 



istehsal tsiklinin sonrakı mərhələlərində  büruzə verir. 

Inkişaf  etmiş  ölkələrdə  keyfiyyətə  yanaşma  başqa  səciyyə  daşıyır,  beləki, 

xərclərin  keyfiyyətlə  əlaqədar  bölgüsü  çox  fərqlənir.  Yəni,  nəzarət  və  səhvlərin 

qarşısının  alınmasına  sərf  olunan  xərclərə  mənfəət  gətirən  kapital  qoyuluşu  kimi, 

səhvlərin düzəldilməsinə çəkilən xərclərə isə itki kimi baxırlar. Təbiidirki, bu halda 

müəssisə  itkinin  azaldılması  və  vəsaitləri  səhvlərin  qarşısının  alınmasına 

yönəltməyə  cəhd  edir.  Bunun  üçün  keyfiyyətin  idarəedilməsi  üsullarından  geniş 

istifadə  olunur.  Ən  yaxşısının  seçilməsi  üçün  müxtəlif  variantların,  o  cümlədən  

keyfiyyətin 

qiymətləndirilməsinin 

tətbiqi 

zəruridir, 

çünki 

keyfiyyətin 



qiymətləndirilməsi  onun  idarə  edilməsinin  ayrılmaz  hissəsidir.  Məhsulun 

keyfiyyəti  kompleks  göstəricidir  və  onun  səviyyəsinə  müxtəlif  amilllər  təsir  edir. 

Onun  qiymətləndirilməsi  üçün  spesifik  üsuldan  istifadə  olunması  vacibdir.  Bu 

məqsədlə  iqtisadi ədəbiyyatda tədqiqatçı T. Saatinin ierarxiyanın təhlili  üsulundan 

istifadə olunması qeyd edilir. Bu  üsulun  məğzi ondan  ibarətdir ki, problemin  həlli 

üçün    onu  dekompozisiya  yolu  ilə  ayrı  ─  ayrı  kiçik  tərkib  hissələrinə  ayırırlar. 

Bundan  sonra  ardıcıl  işlənmə  və  cüt  müqayisə  yolu  ilə  qərar  qəbul  edən  şəxslərin 

düşüncələrinə  müvafiq  həllər  yerinə  yetirilir.  Matritsa  ilə  işin  nəticəsi  olaraq 

element  və  ierarxiya  arasındakı  qarşılıqlı  nisbi  əlaqə  dərəcəsi  hesablanır  və 

alternativlər nöqteyi nəzərindən ən yaxşısı seçilir. 

Qeyd  etməliyik  ki,  fikrimizcə  irarxiyanın  təhlili  üsulunun  aşağıdakı 

çatışmayan cəhətləri vardir: 

a)  alternativlər  sayının  artması  ilə  bu  alternativ  səviyyələrə    müvafiq  olaraq  

bütün  matritsaların  yenıdən  qurulması  vacibliyi  yaranır.  Təəssüfki,  bu  zaman 

əvvəllər  əldə  edilmiş  informasiyadan  istifadə  etmək  mümükün  olmur,  bu  da  öz 

növbəsində  alternativlərin  seçilməsi  üçün  bütün  məqamların  yenidən  tam  olaraq  

hesablanması  zərurəti  yaradır.  Bu  iş  alternativlər  sayının  çox,  dəyişən  mühitin 

məcmuunun böyüklüyündən asılı olaraq daha kritik hala gəlib çıxır.  




Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə