Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14

45 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 5. Keyfiyyətə nəzarət sisteminin mərhələləri 



Nəzarət sistemi aşağıdakı elementləri daxil edir (şəkil5): 

  keyfiyyətə  nəzarət  mərhələlərindən  asılı  olaraq  nəzarət  obyektlərini 

(şəkil5); 

  nəzarət əməliyyatları və onların ardıcıllığını; 

  nəzarət vasitələri, qaydaları və üsullarını; 

  nəzarətin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini; 

Sənədlər 

Məhsulun  

işlənmə  

mərhələləri 

Təcrübə nümunələri 

Əsas istehsalda istifadə olunan və müəssisəyə daxil 

olunan xammal, materiallar, yarımfabrikatlar, 

dəstləşdirici

 məmulatlar və ləvazimatlar 

Əsas istehsalın məhsulu 

Texnoloji proseslər və rejimlər 

İstehsal avadanlıqları və tərtibatlar 

İstehsalın  

mərhələsi 

Qablaşdırma 

Nəql olunma  

mərhələsi 

Yükboşaltma və nəqletmə şəraiti 

Məhsulun texniki vəziyyəti 

Məmulatın istifadə olunma rejimləri 

və şəraitləri 

İstismar xidmətinin reqlamenti  

və texnologiyası 

İstismar  

mərhələsi 



46 

 

  sənədləri; 



  müvafiq ixtisaslı icraçıları. 

Nəzarət sistemi aşağıdakıların  uyğunluğunu təmin etməlidir: 

  layihə-konstruktor işləmələrin müasir texniki səviyyəsinə, istehlakçılara və 

xarici bazarın tələblərinə; 

  layihələndirmədə  əsası  qoyulmuş  məhsulun  keyfiyyət  göstəricilərinin 

məhsulun istehsal prosesinə; 

  istehsal  olunan  məhsulun  keyfiyyət  səviyyəsinin,  standartların  və  texniki 

şərtlərin tələblərinə; 

  texnikanın  təmirinin  və  texniki  xidmətinin  keyfiyyətinin  normativ-texniki 

sənədlərin tələblərinə; 

  icraçıların əməklərinin  keyfiyyətinin təyin olunmuş tələblərə. 

əmək  və    keyfiyyəti    idarəetmə  sisteminin  effektivliyi  müəssisədə  nəzarət 

sisteminin düzgün təşkilindən və fəaliyyətindən asılıdır. 

Nəzarət sisteminin təşkili prinspial müddəalara əsaslanmalıdır [7,8]: 

1. Nəzarət  sistemi  istehsal  prosesinin  ayrılmaz  hissəsidir  və  ona  görə  baş 

texnoloqun  texnoloji  xidməti  yaxud  müvafiq  layihə-konstruktor  təşkilatları  ya 

texniki  nəzarət  xidmətinin  birbaşa  iştirakı  ilə  ya  da  onunla  razılaşma  əsasında 

texnologiya  eyni  zamanda  işlənib  hazırlanır  və  mütləq  təsdiq  olunmuş  texniki 

proseslərdə  qeyd  olunur.  Əgər  aparıcı  xidmət  müəssisədə  tək  deyilsə,  bu  zaman 

müəssisənin baş mühəndisinin sərəncamı ilə bu iş başqa bir xidmətə həvalə olunur. 

2. Texniki  nəzarət  sistemi  sistemli  yanaşma  əsasında,  yəni  məhsulun 

yaradılması, istehsalı və istismarı  mərhələlərini əhatə edən, öz aralarında qarşılıqlı 

əlaqələndirilmiş  elmi,  texniki,  iqtisadi  və  təşkilati  tədbirlərin  istifadə  olunması  ilə 

işlənib  hazırlanır.  Bütün  bu  tədbirlər  məhsulun  yüksək  keyfiyyətini  təmin 

etməlidir. 



47 

 

3. İstehsalatda  zay  məhsulun  alınmasının,  xüsusən  də  təkrarlanmasının 



mümkünlüyünü  istisna  etmək  üçün  nəzarət  sistemi  texnoloji  prosesin  gedişinə 

aktiv təsir etməlidir. Bu prinsipin pozulması aktiv nəzarəti passiv nəzarətə, texniki 

nəzarət xidməti işçilərini isə zay məhsul istehsalçılarına çevirir. 

4. Məhsulun  keyfiyyət  səviyyəsini  reqlamentləşdirən  normativ-texniki 

sənədlərin  tələbləri  müəssisə  işçiləri  tərəfindən  qeyri  şərtsiz  yerinə  yetirilməsidir        

(fəhlədən direktora qədər). 

5. Nəzarət  sisteminin  effektivliyi  müəssisədə  işin  keyfiyyətinin  yüksək 

göstəricilərinə  görə  mükafatlandırma  və  müəyyən  olunmuş  əmək  keyfiyyəti 

normalarını  pozanlara  qarşı  daima  fəaliyyətdə  olan  maddi,  inzibati  və  başqa 

cəzalandırma tədbirlərinin həyata keçirilməsi sistemi ilə təmin olunur. 

Müəssisədə  nəzarət  sisteminin  fəaliyyət  göstərməsini  təmin  etmək  üçün 

xüsusi  xidmət  -  texniki  nəzarət  şöbəsi  (TNŞ)  və  ya  texniki  nəzarət  idarəsi  (TNİ) 

yaradılır. 

Texniki  nəzarət  xidmətinin  ən  vacib  vəzifəsi  normativ-texniki  sənədlərin 

tələblərinə  uyğun  olmayan  məhsul  buraxılışının  qarşısının  alınması,  istehsalda 

nizam-intizamın  möhkəmləndirilməsi  və  buraxılan  məhsulun  keyfiyyətinə  görə 

bütün istehsal bölmələrinin məsuliyyətinin yüksəldilməsidir. 

Texniki nəzarət xidmətinin vəzifələrinə daxildir:    

  Nəzarət  sisteminin  effektivliyinin  təhlili,    aşağı  keyfiyyətli  məhsul 

buraxılışı  səbəblərinin  aradan  qaldırılması,  texniki  nəzarət  xidmətləri  işçilərinin 

əmək  məhsuldarlığının  yüksəldilməsi,  mütərəqqi    nəzarət  və  məhsulun 

keyfiyyətinin  qiymətləndirmə  üsullarının,  həmçinin  nəzarət  əməliyyatlarının 

mexanikləşdirmə  və  avtomatlaşdırma  vasitələrinin  tətbiqi  yolu  ilə  nəzarət 

sistemlərinin inkişafını və təkmilləşdirilməsini təmin etmək ; 

  hazır  məhsulun  təsdiq  olunmuş  texnoloji  proseslə  nəzərdə  tutulmuş  giriş, 

əməliyyat və qəbul nəzarəti və digər nəzarət əməliyyatları; 




48 

 

  texnoloji  proseslə  təsdiq  olunmamış,  lakin  normativ-texniki  sənədlərin 



tələblərinə  cavab  verən  məhsul  buraxılışını    təmin  etmək  üçün  lazım  olan  seçmə 

yoxlamalar; 

  texnoloji nizam-intizama riayət olunmasına seçmə nəzarət; 

  qəbul  olunmuş  məhsula  və  giriş  nəzarəti  nəticələrinə  görə    tədarükçülərə 

iradların  təqdim edilməsı üçün sənədlərin işlənməsi; 

  buraxılan  məhsulun  tədarükü  şərtləri  ilə  nəzərdə  tutulubsa,  müəssisənin 

başqa  bölmələrinin  işçiləri  ilə  birlikdə  sifarişçinin  nümayəndəsinə  hazır  məhsulun 

təqdim olunması; 

  iradların  qeydiyyatı  və  məhsulun    keyfiyyəti  haqqında  hesabatın  tərtib 

olunması; 

  məhsulun  sertifikatlaşdırmaya  hazırlanması  işlərində  iştirak  etmək  və 

məhsuun istehsalı prosesində sertifikatlaşdırma şərtlərinə əməl edilməsinə nəzarət; 

  sexlərdə,  sahələrdə  və  briqadalarda  məhsula,  həmçinin  özünənəzarətə 

keçirilmiş işçilərlə hazırlanmış məhsula vaxtaşırı seçmə nəzarət; 

  zay  malın  kənarlaşdırılmasına  və  çıxdaşlaşdırılmış  məhsulun  müvafiq 

markalaşdırılmasına nəzarət.  

Texniki nəzarət şöbəsi, əlavə olaraq, müəssisəyə xammalın, materialların və 

dəstləşdirici  məmulatların  tədarükünə  müqavilələrin  hazırlanmasında  iştirak  edir; 

təşkilat  standartların,  məhsulun  keyfiyyətinin  qiymətləndirilməsi  üzrə  sənədlərin 

təkmilləşdirilməsinə  dair  təkliflər  işləyib  hazırlayır,  yüksək  keyfiyyətli  məhsul 

buraxılışının stimullaşdırılması və keyfiyyətsiz məhsul buraxılışı üzrə mübarizənin 

təkmilləşdirilməsi üzrə təkliflər verir. 

Adətən,  istehsal  təşkilatlarının  texniki  nəzarət  xidmətinin  tərkibinə  üç  növ 

struktur  bölmələr  daxil  edilir  (şəkil  6).  Struktur  bölmə  altında  büro,  sektor, 

laboratoriya  və  s.,  yaxud  iki  və  ya  bir  neçə  icraçılardan  ibarət  olan  qrup,  və  ya 

texniki nəzarət xidməti üzərinə qoyulmuş bir və ya bir neçə funksiyanı tam yerinə 

yetirən ayrıca icraçı başa düşülür [7,8]. 



49 

 

Ümumi  səriştəli  bölmə  verilən  təşkilatın  bütün  istehsalatına  nəzarət  



məsələləri  ilə  məşğul  olur.  İri  müəssisələrdə    bu  texniki  büro,  orta  müəssisələrdə- 

texniki  nəzarət  xidmətinin texniki qrupu  və xırda  müəssisələrdə – texniki   nəzarət 

xidmətinin texniki büro vəzifəsini icra edən ümumi səriştəli mütəxəssisi  ola bilər. 

Xüsusi  (funksional)    səriştəli  bölmələ  müəssisənin  bütün  istehsalatı  üçün 

hər-hansı  bir  nəzarət  funksiyası  ilə  məşğuldur.  (məsələn,  giriş  nəzarəti  bürosu, 

çıxdaşların və reklamasiyaların  təhlili qrupu).  

Təbiidir  ki,  konkret  müəssisəyə  aid  edildikdə  bu  struktur  geniş  hüdudlarda 

dəyişə  bilər.  Verilən  müəssisəyə  və  ya  istehsalata  xas  olmayan  funksiyalar  istisna 

olunur.  Məs.  əgər  texniki  nəzarət  xidməti  tərkibində  hazır  məhsul  anbarında 

nəzarətlə  məşğul  olan  bölmə  yoxdursa,  bu  funksiya  ümumi  səriştəli  bölməyə- 

texniki nəzarət xidmətin texniki bürosuna- həvalə olunur.  

Əgər  texniki  nəzarət  xidməti  tərkibində  zay  malın  və  reklamasiyaların 

təhlilini  aparan  bölmə  nəzərdə  tutulmayıbsa,  bu  halda  məhsulun  təyin  olunmuş 

tələblərə  uyğun  olmaması  barədə  narazılıqların  qeydiyyatı  və  hesabatını  texniki 

nəzarət  xidmətinin  texniki  bürosu  apara  bilər.  Bir  çox  müəssisələrdə  müfəttişlik 

nəzarətini  texniki  büronun  iki-üç  nəfərdən  ibarət  qrupu  (bölmə)  aparır  və  bəzi 

hallarda isə bu işləri bir icraçıya tapşırırlar. 

Texniki  nəzarət  bölməsi  müəssisənin  digər  bölmələri  və  xidmətləri  ilə  sıx 

qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərir.  Müəssisənin  laboratoriyaları  texniki  nəzarət 

xidmətinin  tələbi  ilə  yeni  nəzarət  üsullarının  işlənməsi,  buraxılan  məhsulun 

keyfiyyətinin  yüksəldilməsi  üçün  tələb  olunan  sınaqları  və  məhsulun  əlavə 

tədqiqini  aparırlar,  ölçü  vasitələrinin  yoxlanmasını,  tənzimlənməsını  və  təmirini 

həyata keçirir. 

Sex  səriştəli  bölmələri  bir  konkret  sexdə  bütün    nəzarət  məsələləri  ilə 

məşğuldur.  



50 

 

Təbiidir  ki,  konkret  müəssisəyə  aid  edildikdə  bu  struktur  geniş  hüdudlarda 



dəyişə  bilər.  Verilən  müəssisəyə  və  ya  istehsalata  xas  olmayan  funksiyalar  istisna 

olunur.  Məs.  əgər  texniki  nəzarət  xidməti  tərkibində  hazır  məhsul  anbarında 

nəzarətlə  məşğul  olan  bölmə  yoxdursa,  bu  funksiya  ümumi  səriştəli  bölməyə- 

texniki nəzarət xidmətin texniki bürosuna həvalə olunur.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 6. Texniki nəzarət xidmətinin birtipli struktur  bölmələri 

Hazır mal anbarında nəzarət bölməsi 

 

 



Texniki büro 

Ümumi səriştəli texniki 

nəzarət xidməti bölməsi 

Giriş nəzarəti bölməsi 

İxrac olunan məhsulun nəzarəti  

üzrə bölmə 

Nəzarət sınaqları üzrə bölmə 

Xüsusi (funksional) 

səriştəli texniki xidmət 

bölməsi 


               Giriş nəzarəti bölməsi 

İstehsal və sınaq sexlərində texniki  

nəzarət bürosu 

Sex səriştəli texniki 

nəzarət xidməti bölməsi 

Tullantıların emal keyfiyyətinə  

nəzarət bölməsi 

Zay malın və reklamasiyaların  

təhlili bölməsi 



51 

 

Əgər  texniki  nəzarət  xidməti  tərkibində  zay  malın  və  reklamasiyaların 



təhlilini  aparan  bölmə  nəzərdə  tutulmayıbsa,  bu  halda  məhsulun  təyin  olunmuş 

tələblərə  uyğun  olmaması  barədə  narazılıqların  qeydiyyatı  və  hesabatını  texniki 

nəzarət  xidmətinin  texniki  bürosu  apara  bilər.  Bir  çox  müəssisələrdə  müfəttişlik 

nəzarətini  texniki  büronun  iki-üç  nəfərdən  ibarət  qrupu  (bölmə)  aparır  və  bəzi 

hallarda isə bu işləri bir icraçıya tapşırırlar. 

Texniki  nəzarət  bölməsi  müəssisənin    digər  bölmələri  və  xidmətləri  ilə  sıx 

qarşılıqlı  əlaqədə    fəaliyyət  göstərir.  Müəssisənin  laboratoriyaları  texniki  nəzarət 

xidmətinin  tələbi    ilə  yeni  nəzarət  üsullarının  işlənməsi,  buraxılan  məhsulun 

keyfiyyətinin  yüksəldilməsi  üçün  tələb  olunan  sınaqları    və  məhsulun  əlavə 

tədqiqini  aparırlar,    ölçü  vasitələrinin  yoxlanmasını,  tənzimlənməsını  və  təmirini 

həyata keçirir. 

Baş  mexanik  və  baş  energetik  şöbələri  texniki  nəzarət  xidməti  ilə  birgə 

texnoloji  avadanlığın  dəqiqliyinə  və  stabilliyinə  nəzarət  edirlər.  Maddi-texniki 

təchizat  xidməti  texniki  nəzarət  xidmətini  müəssisəyə daxil olan  məhsul  haqqında 

vaxtlı-vaxtında    məlumatlandırmalı  və  qoşma    sənədlərini  təqdim  etməlidir. 

Adətən, zay maldan yaranan itkilərin uçotunu aparmaq, zay məhsulun buraxılışnda 

təqsirkar  olan  şəxslər  tərəfindən    vurulmuş  zərərin  ödənilməsi  və  yüksək  əmək 

keyfiyyətinə  görə işçilərin  mükafatlandırılması üçün texniki nəzarət xidməti əmək 

və əməkhaqqı şöbəsinə   və mühasibata zay məhsul haqqında sənədləri təqdim edir. 

Yuxarıda  qeyd  olunanları  yekunlaşdıraraq    qeyd  etmək  olar  ki,  keyfiyyətə 

müasir  nəzarət  bütün  təşkilatı  əhatə  edən  mürəkkəb  sistemdir  və  keyfiyyət 

problemlərinin effektiv həlli onun uğurlu fəaliyyətindən  asılıdır. 



 

 

 


52 

 

Nəticə və təkliflər 

1. Məhsulun,  işin  və  xidmətin  yüksək keyfiyyəti satış  və rentabelliyi artırır, 

bu  isə  ölkənin  ixrac  potensialının  artırılmasına  səbəb  olur,  zəncirvari  reaksiya  ilə 

olkə  vətəndaşlarının  rifah  halının  və  həyat  səviyyəsinin  yüksəldilməsi  ilə  

nəticələnir.  Odur  ki,  istehsal  prosesinin  müxtəlif  səviyyələrində  daimi,  sistemli 

işlərin 

və 


tədbirlərin 

yerinə 


yetirilməsi 

ilə 


məsulun 

keyfiyyətinin  

yaxşılaşdırılmasını həyata keçirmək vacibdir.  

2. Keyfiyyətin  idarə edilməsi çoxlu  üsul və vasitələri özündə cəmləşdirir  və 

onlar  layihələndirmə,  istehsal  və  satış  mərhələsində    yüksək  keyfiyyətin  təmin 

edilməsinə  imkan  verir.  Keyfiyyətin  idarə  edilməsi  üçün  onun  qiymətləndirilməsi 

vacibdir,  lakin  keyfiyyətin  qiymətləndirilməsinin  müasir  üsulları  lazımı  tam 

informasiyanı  nəzərə  almağa  imkan  vermir.  Bu  isə  öz  növbəsində  keyfiyyətin  

qiymətləndirilməsi ilə bağlı qeyri ─ düzgün qərarların qəbuluna gətirib çıxarır.  

Istehsal  fəaliyyətiinin    bütün  sferasında  yüksək  keyfiyyətin  əldə  edilməsi 

onun  qiymətləndirilməsi  və  idarə  edilməsinin  kompleks  tədbirlərinin  tətbiqini 

zəruri edir. 

3.  keyfiyyətin  yüksəldilməsi  metodları  hər  müəssisəsdə  yaxşı  işləyə  və 

işləməyə  də  bilər.  Ona  görə  də  kompaniyalar  keyfiyyətin  yüksəldilməsi 

metodlarının  seçilməsi  sualına  çox  ehtiyatla  yanaşmalıdırlar  və  əlbəttə  bütün 

metodları  dərhal  tətbiq  etməməlidirlər.  Keyfiyyətin  təkmilləşdirilməsi  metodunun 

seçilməsi  zamanı  insan  faktorunu,  mədəniyyətin  təsirini  qiymətləndirməmək 

olmaz. 


4.  Tədqiqatlar  göstərir  ki,  məhsulun  keyfiyyət  səviyyəsinin  yüksəldilməsi 

əlavə xərclər tələb edən tədbirlərin həyata keçirilməsi yolu ilə mümkün olur. Məhz 

bu  göstəricilərdən  istifadə  etməklə  istehsalçı  və  istehlakçı  səviyyəsində  yeni 

texnikanın iqtisadi səmərəsinin təyin edilməsi həyata keçirilir. 




53 

 

5. Yuxarıda qeyd olunanları yekunlaşdıraraq  qeyd etmək olar ki, keyfiyyətə 



müasir  nəzarət  bütün  təşkilatı  əhatə  edən  mürəkkəb  sistemdir  və  keyfiyyət 

problemlərinin effektiv həlli onun uğurlu fəaliyyətindən  asılıdır. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


54 

 

Ədəbiyyat 

1.  Всеобщее  управление  качеством:  Учебник  для  вузов  /  Глудкин  ОП., 

Горбуяов  НМ.,  Гуров  А.И.,  Зорин  Ю.  В.  /  Под  ред.  Глудкина  ОП.  —  М.: 

Радио и связь, 1999. — 600 с. 

2. Свиткин М.З., Мацута В.Д., Рахлин КМ. Менеджмент качества и обеспечение 

качества продукции на основе международных стандартов ИСО. — СП6.: Изд-

во СП6 картфабрика ВСЕГЕИ, 1999. — 403 с. 

3. Фокс М.Дж. Введение в обеспечение качества: Модуль РРЖ№ 415а / Пер. 

с  англ.  под  общей  редакцией  Азарова  В.Н.  —  М.:  Фонд  Европейский  центр 

по качеству, 1999. — 118 с. 

4. ИСО 8402:1994. Управление качеством и обеспечение качества — Словарь // 

Системы  качества.  Межаународные  стандарты  ИСО  серии  9000.  —  В  трех 

томах: Том 2. — М.: 1997. — С. 2-8-1—2-8-22. 

5.  ГОСТ  Р  ИСО  9000—2001.  Системы  менеджмента  качества.  Основные 

положения и словарь. — М.; ИПК Издательство стандартов, 2001. — 30 с. 

6.  Сергеев  А.Г.,  Латышев  М.В.  Сертификация:  Учебное  пособие  для  студентов 

вузов. — М.: Издательская корпорация «Логос», 1999. — 248 с. 

7.  Аронов  И.З.,  Версан  В.Г.  Техническое  регулирование  —  инструмент 

инноваций // Стандарты и качество, — 2004, — №1. — С. 24—26. 

8.Ponomaryov S.V., Mişşenko S.V., Belobraqin V.Y. Məhsulun keyfiyyətinin 

idarə edilməsi: Dərs vəsaiti. – /рус дилиндян тяр

cцмя. Бакы: «Игтисад  

Uниверситети», няшриййаты, 2008. 

 

 

 

 

 



55 

 

Mündəricat 

Səh 

Giriş.................................................................................................................5 



1.Keyfiyyət məvhumuna yanaşmaların qısa səciyyəsi....................................6 

2. İSO 9000 seriyalı standartlar əsasında istehsal edilən məhsulların  

    keyfiyyətinin yüksəldilməsi istiqamətləri.................................................15 

3. Məhsulun keyfiyyət göstəricilərinin nomenklaturunun təhlili..................22 

4. Məhsulun istehsal keyfiyyətinə nəzarətin təşkili qaydaları ......................33 

5. Müasir nəzarət vasitələrinin təhlili............................................................43 

Nəticə və təkliflər..........................................................................................53 

Ədəbiyyat......................................................................................................55 



 

 

 



 

Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə