Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14

38 

 

məhsulun  vacibliyindən  və  mürəkkəbliyindən,    həmçinin  zaylılıq  nəticələrinin  



xarakterindən asılıdır. 

Statistik  nəzarətdə  məhsul  partiyasının  yalnız  bir  hissəsinə  nəzarət 

olunduğuna  görə  istənilən  hər    nəzarət  planı  üçün  sıfırdan  fərqli  ehtimalla  yanlış 

qərarın  qəbul  olunması  halı  mövcuddur:  müəyyən  edilmiş    tələblərə  uyğun 

olmayan  məhsul  partiyasını  qəbul  etmək  və  ya  müəyyən  edilmiş    tələblərə  uyğun 

olan  məhsulu  zay  məhsul  kimi  qəbul  etmək.  Göstərilən  yanlış    qərarlar  itkilərlə 

nəticələnir,  birinci  halda  –  istehlakçının,  ikinci  halda  –  tədarükçünün.    Seçmənin 

həcmini  böyütməkləitkiləri  azaltmaq  olar,  bu  isə  yalnız    nəzarətə  sərf  olunan 

xərcləri böyütməklə əldə edilə bilər. Nəzarətə sərf olunan  və səhv qərarların qəbul 

edilməsi səbəbindən yaranan sərf ümumi xərclər minimumdursa, nəzarət planlarını  

optimal saymaq olar. 

Giriş  nəzarəti  -  tədarükçünün  istehlakçıya  (sifarişçiyə)  daxil  olmuş  və 

istehlakçı      müəssisədə  hazırlanmada,  təmirdə  və  ya  istismarda  istifadə  olunması 

üçün  nəzərdə  tutulmuş  məhsuluna  nəzarətdir.  Bu  nəzarətə  ilkin  materiallar, 

xammal,    yarımfabrikatlar,  tədarükçülərin  hazır  məhsulu,  texniki  sənədlər  və  s., 

başqa sözlə desək, istehlakçı müəssisədə bundan sonrakı istehsalda istifadə olunan 

hər bir şey uğradılır. 

Məhsulun və ya prosesin aparılmasında və ya müəyyən əməliyyat bitdikdən 

sonra  həyata  keçirilən  əməliyyat  nəzarətinin    böyük  əhəmiyyəti    var. 

Əməliyyatlarda  vaxtı-vaxtında  zay  malın  aşkar  olunması  onun  istehlakçıya 

çatmasının  qarşısını  alır  və  zay  malın  aşkar  olunmasının  gecikdirilməsi  ilə  bağlı 

olan  qeyri-istehsal  itkilərinin  azaldılması  yolu  ilə  istehsal  effektivliyinin 

yüksəldilməsinə yönəlmişdir. 

Bir  çox  hallarda  istehsal  texnologiyası  və  nəzarət  texnologiyası  arasındakı  

dəqiq  sərhəddi  təyin  etmək  mümkün  olmur,  çünki  bunların    hər  ikisi  kompleks 

şəkildə  yaxud  eyni  zamanda  aparılır,  məsələn,  mürəkkəb  avadanlıqların 



39 

 

sazlanmasında.  Belə  nəzarət  fasiləsiz  olmalıdır  və  məhsulun  keyfiyyətini  təyin 



edən bütün texnoloji əməliyyatları əhatə etməlidir, qabaqcadan işlənmiş sxem üzrə 

aparılmalıdır.  Bu  zaman  texnoloji  əməliyyatların  aparılması  zamanı  və  onlar  başa 

çatdıqdan  sonra  aparılan  əməliyyatlar  göstərilməlidir.  Əməliyyat  nəzarəti  məcburi 

surətdə  texnoloji proseslərin elə əməliyyatlarında aparılır ki, burada  qüsurların və 

ya qüsurlu məmulatların yaranması ehtimalı  daha böyük olsun, məhsul vahidlərini 

sonrakı  istehsal  sahəsinə  ötürərkən    xüsusi  məsuliyyətli  və  son  əməliyyatlarda. 

Kütləvi  istehsal  şəraitində  bu  məsələnin  daha  tam  həllini  yuxzarıda  nəzərdən 

keçirdiyimiz  texnoloji  əməliyyatların  statistik  tənzimləmə  üsullarından  istifadə 

etməklə həyata keçirirlər. 

Hazır məhsula nəzarət –istehsal prosesinə nəzarətin sonuncu mərhələsidir ki, 

bu  zaman  bütün  hazır  məmulatın  və  ya  sistemin  kompleks  yoxlamaları,  lazım 

gəldikdə  isə  tənzimləməsi  və  sazlanması    həyata  keçirilir.  Beləliklə,  belə  nəzarət-

məhsula    elə    nəzarətdir  ki,  bunun  nəticəsi  əsasında  onun    tədarükə  yaxud 

istifadəyə  yararlı  olunması  haqqında  qərar  qəbul  olunur.  Göstərilən  nəzarətin 

nəticələri  müvafiq  sənədlərdə    mütləq  qeyd  olunur.  Hazırlanmış  məhsulun 

nəzarətlə  əhatə  olunma  dolğunluğundan  və  istehsal  növündən  asılı  olaraq  hazır 

məhsulun nəzarəti tam  və ya seçmə ola bilər. 

Məhsulun  saxlanma  və  nəql  olunma  keyfiyyətinə  nəzarət  onun  təyinatına 

görə  istifadə  olunma  anına  qədər  əmək  məhsullarının  xarakteristikalarının 

dəyişməz  saxlanması    üçün  imkan  yaradır.  Beləliklə,  nəzarət  bütün  texnoloji 

prosesi,  onun  nəticələrini,  məhsulun  həyat  siklinin  sonrakı  mərhələlərini  əhatə 

etməlidir və qüsurlu materialların, yarımfabrikatların, pəstahların və məmulatların, 

düyünlərin    və  yığım  vahidlərinin  sonrakı  hazırlanma  mərhələlərinə  keçməsinin 

qarşısını almaqla yanaşı məhsulun istehlakçı tərəfindən istifadə edilməsinin lazımi 

keyfiyyətini təmin etməlidir. 

 Yuxarıda  sadalanan  nəzarət  növləri  sıralarında    müfəttişlik  nəzarəti  xüsusi 

yer  tutur.  Müfəttişlik  nəzarəti  –  içərisindən    aşkar  olunmuş  çıxdaş  məhsul 




40 

 

kənarlaşdırılmış  nəzarətdən  keçmiş  məhsulun  nəzarətidir.  Bu  nəzarət  texniki 



nəzarət  xidmətinin  və  ya  nəzarət  avtomatlarının  işinin  keyfiyyətinin  yoxlanılması 

zərurəti yarandığı halda həyata keçirilir. Xüsusi hallarda müfəttişlik nəzarəti xüsusi 

növ  məhsulların  nəzarət  nəticələrinin  doğruluğunu  yüksəltmək  üçün  sifarişçinin 

nümayəndələri tərəfindən aparılır. 



Fövri  nəzarət  –  keyfiyyətə  texniki  nəzarətin  aparılması  planlarında  nəzərdə 

tutulmamış  məhsul  və  ya  proseslərin  keyfiyyətinə  nəzarətdir.  Fövri  nəzarət 

müəssisə  standartlarında  müəyyən  olunmuş  hallarda  və  təsadüfi  vaxt  anlarında 

aparılır.  Bu  nəzarət  aparılan  nəzarət  əməliyyatların  düzgünlüyünün  yoxlanması, 

texnoloji  nizam-intizamın  yoxlanması  və  s.  üçün  aparılır.  Nəzarətin  effektivliyi 

onun qəflətən aparılmasından asılıdır. 

Keyfiyyət  göstəriciləri  informasiyanın  alınması  vasitələrindən  asılı  olaraq 

gözəyarı,  orqanoleptik  və  alət  nəzarətlərini  fərqləndirmək  lazımdır.  Əmək 

məhsulun  keyfiyyətinə  nəzarətin  ilk  iki  növü  subyektivdir  və  ona  görə    istənilən 

ekspert üsullarının çatışmazlıqları bunlara  da məxsusdur.  



Alət  nəzarəti  nəzarət  olunan  obyektin  keyfiyyəti  barədə  daha  doğru 

məlumatın alınmasını təmin edir. 

Məhsulun  nəzarətə  qəbul  olunma  xarakterindən  asılı  olaraq  fasiləsiz 

nəzarəti,  məsələn,  konveyerdə,  axımda  nəzarəti  və  məhsul  partiyasının  nəzarətini 

fərqləndirirlər.  

Fasiləsiz  nəzarət  texnoloji  proseslərin  qeyri-stabilliyi  şəraitində,  yəni 

kəmiyyət və keyfiyyət xarakteristikalarının daima təmin olunması tələb  olunduqda 

aparılan  nəzarətdir.Bu  nəzarət  bir  qayda  olaraq  avtomatik  nəzarət  vasitələri  ilə 

həyata keçirilir. 



Məhsul partiyasına nəzarət və ya vaxtaşırı nəzarət – sabit istehsalda və stabil 

texnoloji proseslərdə məhsul vahidlərinin yoxlanılmasıdır. 




Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə