Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

25 

 

  məhsulun, işin və xidmətin keyfiyyət ideologiyasının təbliği və  



     populyarlaşdırılması, 

  keyfiyyət menecmenti sisteminin tətbiqi, 

  müəssisələr üçün təşkilati ─ texniki şəraitin yaradılması, 

  iqtisadiyyatın inkişafı  mərhələlərində qərarların qəbulunda keyfiyyət amilinin 

uçotu. 

Bu  mənada  keyfiyyətlə  bağlı  milli  siyasətin  reallaşdırılması  aşağıdakılarla 



formalaşır: 

  keyfiyyətin təmin olunması üzrə tədbirlər planı, 

  mülkiyyət  formasından  asılı  olmayaraq  ictimai  təşkilat,  müəssisə  və  

firmalarda, reqionlarda keyfiyyət sahəsində siyasət yeritmək, 

  müəssisələrdə keyfiyyət  məsələləri üzrə proqramların işlənməsi. 

Beləliklə,  məhsulun  keyfiyyəti  mürəkkəb  ierarxiya  formasında  təsvir  edilir 

və  bura  kəmiyyət  (qiymət,  ölçü  və  s.),  keyfiyyət  (sınaq,  münasiblik,  dizayn  və  s.) 

tərkibli amillər daxil edilə bilər. 

Bazar  münasibətləri  şəraitində  Azərbaycan  Respublikasında  ictimai 

istehsalin  inkişafının  nəinki  intensivləşdirmə  yollarına,  həmçinin  məhsul,  iş  və 

xidmətlərin  keyfiyyətinin  yaxşılaşdırılması  mümkünlüyü  yollarına  da  çox  mühüm 

diqqət yetirilir. Yuxarıda qeyd olunduğu kimi, məhsulun keyfiyyəti onun  məcmuu 

xərclərini səciyyələndirirki, bunlar da məhsulun təyinatına müvafiq olaraq bu və ya 

digər istehlakın təmin edilməsi qabiliyyəti ilə şərtlənir.      

Məhsulun  keyfiyyəti  –  onun  yaradılması,  istismarı  və  ya  istifadəsi  zamanı 

meydana çıxan xüsusiyyətlərdir. Məhsulun keyfiyyəti onun  istehlak dəyəri  ilə sıx 

əlaqədardır. Istehlak dəyəri ancaq  müəyyən keyfiyyət səviyyəsinə müvafiq olaraq  

mövcud  ola  bilərki,  bu  zaman  bu  və  ya  digər  təlabat  ödənilmiş  olsun,  məhz 

məhsulun “faydalılığı” onu istehlak dəyərli edir. 



26 

 

 



Keyfiyyət göstəriciləri – tək, kompleks və  ümumiləşdirici ( inteqral olurlar). 

Tək  ğöstərici  məhsulun  bir  xassəsini  (məsələn:  kütlə,  həcm,  sıxlıq,  yanacağın 

istilik  vermə  qabiliyyəti,  benzinin  oktan  ədədi,  neftdə  nəmliyin  miqdarı  və  s.) 

səciyyələndirir.  Məhsulun  keyfiyyətinin  ümumiləşdirici  (inteqral)  göstəricisi 

Istehsalat  Birliyi  və  ya  sənaye  sahəsində  müəssisədə  hazırlanmış  məhsulun  elə 

xassələr  məcmususnu  nəzərdə  tutur  ki,  onların  köməyi  ilə  məhsulun  keyfiyyətini 

qiymətləndirmək  mümkün  olsun.  Belə  göstəricilərə  məhsulun  reallaşdırılması 

həcmində  əla  keyfiyyyətli  məhsulun  həcmi  və  onun  sıxlığı,    yüksək  keyfiyyətli 

məhsuldan istifadənin iqtisadi  səmərəsi və s. aid etmək olar.  

 

Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsinə  bu  xassələri  səciyyələndirən 



göstəricilərin  nomenklatur  və  siyahısının  əsaslandırılmasından  başlamaq  lazımdır. 

Bu  göstəricilər  məhsulun  keyfiyyətinin  mütləq  və  nisbi  səviyyəsini  müəyyən  

etməyə  imkan  verir.  Məhsulun  keyfiyyətinin  mütləq  səviyyəsi  onun  səviyyəsinin 

müəyyən  anını  səciyyələndirən  göstəricilər  əsasında  təyin  edilir.  Məhsulun 

keyfiyyətinin nisbi səviyyəsi onun təşkmilləşmə dərəcəsini müəyyən etməyə imkan 

verir.  Bu  zaman  müqayisə  üçün    seçilmiş  göstəricilər  baza  göstəriciləri  adlanır. 

Baza  göstəricisi  rolunu  xaricdə  və  ölkədə  istehsal  olunan  ən  yaxşı  məhsul 

nümunələri  oynaya  bilərki,  bu  məhsulların  da  keyfiyyət  göstəricilərinin  gələcək 

inkişaf  tendensiyası  məlum  olmalıdır  və  ya  o  keyfiyyət  göstəriciləri  müvafiq 

normativ  sənədlərdə əks olunmalıdır.  

Məhsulun  keyfiyyət  göstəricilərinin  nomenklaturunun  obyektiv  seçilməsi 

üçün  onların  elmi  əsaslandırılmış  təsnifatı  olmalıdır.  Bu  məqsədlə  xalq 

təsərrüfatında istehsal edilən  məhsulların hamısı aşağıdakı kimi qruplaşdırılmış və 

hər bir qrupda qiymətləndirmədə spesifik xüsusiyyətləri  ilə seçilən göstəricilərdən 

istifadə edilir: 1) xammal və təbii yanacaq, 2) sərf olunan materiallar və məhsullar, 

3)  sərf  olunan  məmulatlar,  4)  təmir  olunmayan  məmulatlar,  5)  təmir  olunan 

məmulatlar,  6)  stasionar  tikililər.  Qeyd  etmək    lazımdır  ki,  məhsulun  keyfiyyətini 

qiymətləndirmək  üçün  ən  mürəkkəb  və  geniş  göstəricilər  nomeklaturası  5  ─  ci 




27 

 

bəndlə  əlaqədardır.  Bunlara  maşınlar,  dəzgahlar,  qazma  qurğuları,  seysmik 



stansiyalar,  cihazlar,    aparat  və  digər  qeyri  stasionar  texniki  qurğular  aiddir.    Bu 

nomenklaturda aşağı ─ dakı göstərcilər qrupu fərqləndirilir: 

1. Təyinat  göstəriciləri  –  bunlar  təyinatına  müvafiq  verilən  məhsulun  texniki 

təkmilləşməsini  səciyyələndirir.  Məhsulun,  dəzgahların  məhsuldarlığı, 

mühərrikin  gücü,  qazma  qurğusunun  məhsuldarlığı,  avtomaşınların  qaldırma 

qabiliyyəti və s.  

2. Texnoloji  göstəricilər  –  bunlar  verilən  məhsulun  hazırlanması  zamanı 

səmərəli  konstruktor  və  texnoloji  qərarları,  istehsal  şəraitini  səciyyə    ─ 

ləndirir.  Bura  aiddir:  materiallardan  səmərəli  istifadə  əmsalı,  məhsulun 

hazırlanmasında əmək, material və enerji  tutumluluğu və s. 

3. Saxlanılma  göstəriciləri  –  bu,  məhsulun  öz  istismar  parametrlərini,  onların 

nəqli,  anbar  və  ya  digər    saxlanma  hallarında  saxlaya  bilməsi  xassəsini  

səciyyələndirir. Məsələn, saxlanılmanın orta müddəti. 

4. Təmirə  yararlılıq  göstəriciləri  –  bunlar  maşınların  işində    əngəllərin    üzə 

çıxarılması,  aradan  qaldırılması,  texniki  qulluq  və  təmirlərin  yerinə 

yetirilməsinin  minimal  vəsait,  vaxt  və  əmək    sərfi  ilə  başa  çatdırılması  kimi 

səciyyələnir.  Məsələn,  verilən  vaxtda  maşınların  bərpası  ehtimalı,    texniki 

qulluğun  davamiyyəti və s. 

5. İmtinasızlıq  göstəriciləri  –  məmulatın  müəyyən  vaxt  ərzində  lazım  olmayan 

fasilələrsiz  iş  qabiliyyətinin  saxlanılması  xassəsi  ilə  səciiyyələnir.  Bu  qrupa  

aşağıdakı  göstəricilər  aidd  edilir:  dayanmaların  intensivliyi,  birinci 

dayanmaya qədər məmulatın işinin davamiyyəti və s. 

6. Uzunömürlülük  göstəriciləri  –  məmulata  müəyyən  texniki  qulluq  və  təmir 

üçün  vacib  fasilələri  nəzərə  allmaqla    onun  sərhəd  həddinə  qədər  iş 

qabiliyyətini  saxlamaq  xassəsini  səciyyələndirir.  Bura  aiddir:  bu    məmulatın 

sonrakı istismarının məqsədə uyğun olması ilə çıxarılan qərar. 

7. Erqonomik göstəricilər  “insan ─ məmulat ─ mühit” sistemini səciyyələndirir. 



Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə