Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14

32 

 

texnikanın 



yeni 

naliyyətlərindən 

istifadəni, 

inovasiyalı 

texnika 

və 


texnologiyalardan  istifadəni  birləşdirir  və  işlərin  bu  istiqamətdə  qurulması 

rəqabətqabiliyyətli məhsul  istehsalına zəmin yarada bilər.  

Keçmiş  ittifaq  dövründə  mövcud  olan  standartlar  və  keyfiyyəti  idarə  edən 

beynəlxalq İSO ─ 9000 standartı arasında  ideologiya  və prinsip  baxımından  xeyli 

oxşarlıq  mövcud  idi.  Odur  ki,  həmin  vaxtlar  ittifaqda  buraxılan  məhsulun 

keyfiyyətinin  aşağı  olması  heç  də  o  zaman  fəaliyyətdə  olan    keyfiyyət  sisteminin 

qeyri  təkmil  olması  ilə  əlaqədar  olmamışdır.  Müəssisədə  məhsulun  keyfiyyətinin 

idarə  edilməsinin  tətbiqi  inzibati  üsullarla    aparılmış,  onun  vacibliyi  ikinci  plana 

keçmiş və odurki, bu, formal olaraq  həyata keçirilmişdir. 

Bazar  münasibətləri  şəraitində  keyfiyyətin  səmərəli  sisteminin  yaradılması 

üçün obyektiv daxili və xarici ilk şərtlər yaradılmışdır. Xarici tərəfdaşlar istehsalçı 

müəssisələr  üçün  ilk  şərt  kimi  məhsulun  keyfiyyətinin  idarə  edilməsində  İSO  ─ 

nun  tələblərinə  əməl  edilməsini  qoyurlar.  Odurki,  bu  standartlara  əsasən 

keyfiyyətin  sistemli  idarə  edilməsinə  keçid  müəssisəsinin    beynəlxalq  bazara 

çıxmasının    mühüm  şərtidir.  Rəqabətqabiliyyətli  məhsul  istehsal  etməyin  yolu 

istehsal xərclərini azaltmaq, məhsulun keyfiyyətini yüksəltməkdən  keçir.  

 

4. Məhsulun istehsal keyfiyyətinə nəzarətin təşkili qaydaları  

 

 



 

Təşkilatın  uğurlu    biznesi  üçün  buraxılan  məhsulun    keyfiyyətinə  nəzarət 

böyük  məna  daşıyır.  Keyfiyyətə  nəzarətin  təşkili  -    normativ-texniki  sənədlərin 

tələblərinə  tam  uyğun  olan  məhsulun    istehsalının    təmin  olmasına  yönəlmiş  

inzibati tədbirlər sistemidir.  Keyfiyyətə  nəzarət anlayışı  altında   məhsulun   və  ya 

prosesin   xassələrinin kəmiyyət  və keyfiyyət xarakteristikalarının  texniki  tələblərə 

uyğunluğunun yoxlanılması başa düşülür. 



33 

 

 



Məhsul,  onun  yaradılma  prosesləri,  tətbiq  edilməsi,  nəql  olunması, 

saxlanılması, texniki  xidməti və təmiri, həmçinin  müvafiq texniki sənədlər texniki 

nəzarət obyekti ola bilər. 

Nəzarət  obyekti  obyektin    xassələrinin  kəmiyyət    və  keyfiyyət 

xarakteristikalarına    malik  olan  ayrı-ayrı  əlamətlərlə  xarakterizə  olunur  və  onlara 

nəzarət olunmalıdır. Bu  halda  nəzarət olunan  xassələrin tərkibi  nəzarət obyektinin 

özündən asılıdır. 

 

Texniki  nəzarətin  vacib  tərkib  hissəsi  məhsulun  xassələrinin  kəmiyyət  və 



keyfiyyət xarakteristikalarını müəyyən edən məhsulun  keyfiyyətinə  nəzarətdir. 

 

İstehsal şəraitindən  asılı olaraq məhsulun hazırlanması prosesində məhsulun 



artan  keyfiyyət  göstərilicilərini  təmin  edən  müəssisədaxili  nəqlolunma,  saxlanma, 

qablaşdırma  və  istehlakçıya  göndərilmə  prosesində  xammala,  materiala  və 

dəstləşdirici  məmulatlara  nəzarət  olunmalıdır.  Texnoloji  proseslərə  nəzarətdə 

texnoloji nizam-intizama nəzarət olunmasına ciddi diqqət  yetirilməlidir.  



 

Nəzarətin  mahiyyəti  nəzarət  olunan  obyektin  vəziyyəti,  onun  xassələri  və 

göstəriciləri  haqqında  alınmış  informasiyanın    çertyojlarda,  texniki  şərtlərdə, 

standartlarda,  məhsulun  tədarükü  üzrə  müqavilələrdə  və  digər  sənədlərdə  təyin  

olunmuş tələblərlə tutuşdurulmasından ibarətdir. Nəzarət üsulu kimi təyin olunmuş 

prinsiplərin  və  nəzarət  üsullarının  istifadə  olunma    qaydaları  başa  düşülməlidir. 

Nəzarət  üsuluna    nəzarətin  aparılma  texnologiyası,  nəzarət  olunan  əlamətlər, 

nəzarət vasitələri və nəzarətin  dəqiqliyi daxildir. 

 

Nəzarət  prosesinə  nəzarət  obyekti,  nəzarət  üsulu,  nəzarətin  icraçıları  və 



nəzarətin aparılması üçün sənədlər daxil edilir. 

 

Nəzarət prosesində həmçinin nəzarət nümunələri də istifadə olunur. Nəzarət 



nümunəsi – müəyyən  edilmiş qaydada  təsdiq olunmuş məhsul vahidi və ya onun 


34 

 

müəyyən  hissəsidir  (probudur).  Bu  nümunələrin  xarakteristikaları  belə  məhsulun 



hazırlanmasında və nəzarətində əsas kimi götürülür. 

 

     Nəzarətin  növünü  müəyyən  əlamət  üzrə    nəzarətin  təsnifatlaşdırma 



qruplaşdırılması  kimi  təyin  edirlər.  Şəkil  3-də  keyfiyyətə  istehsalat  nəzarəti 

növlərinin  təsnifatlaşdırılması  göstərilmişdir. 

 

Aşağıdakı keyfiyyətə nəzarət növləri  fərqləndirilir: 



1)  Qəbul nəzarəti (hazır məhsul  olmaya da bilər)  

2) texnoloji  proseslərin vəziyyətinin qiymətləndirilməsi və onların nizamlanma 

zəruriliyi barədə  qərarın qəbul olunması üçün nəzarət. 

 

Dağıdıcı nəzarət məhsulu sonrakı  istifadəsi  üçün yararsız edir və, bir qayda 



olaraq, böyük vəsait sərfləri  ilə bağlıdır;  onun nəticələri müəyyən dərəcədə qeyri 

doğruluqla xarakterizə olunur. 

 

Bu  səbəblərə  görə  son  zamanlar  dolayı  müşahidə  nəticələrinə,  həmçinin  ən 



yeni  rentgen  və  infraqırmızı  texniki  vasitələrinin,  elektronikanın  və  s.  tətbiqinə 

əsaslanmış nəzarət üsullarının işlənməsinə böyük diqqət yetirilir. 

       Dağıdıcısız  nəzarət  üsulları  dedikdə  məmulatın  keyfiyyətinə    (dağıdıcı 

nəzarətdən  fərqli  olaraq),    parametrlərinə  və  xarakteristikalarına  malik  olmayan 

dolayı əlamətlər üzrə aparılan nəzarət üsulları başa  düşülür. 

 

 



 

 

 



 


Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə