Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14

41 

 

Məmulatın istismara yararlılıq dərəcəsini təyin edən  kəmiyyət və keyfiyyət 



əlamətləri üzrə nəzarəti də fərqləndirmək lazımdır. 

Kəmiyyət əlaməti üzrə nəzarət zamanı məmulatların ən vacib parametrlərinin  

konkret  ədədi  qiymətləri  təyin  olunur.  Aydındır  ki,  müəyyən  sayda  birtipli 

məmulatların  nəzarəti  zamanı  eyni  parametrlərin  ölçülən  (nəzarət  olunan) 

qiymətləri  dəyişəcəkdir.  Bu  dəyişmələr  həm  sistematik  həm  də  təsadüfi  xarakter 

daşıya  bilər.  Nəzarət  olunan  parametrlərin  sistematik  dəyişməsi  zamanı  onların 

əmələ  gəlmə  səbəbini  öyrənmək  olar  və  texnoloji  prosesə  təsir  etməklə  bu 

meyletmələri aradan qaldırmaq olar. 

Nəzarət  olunan  kəmiyyətlərin  təsadüfi  dəyişmələri  adətən  müəyyən 

sərhədlərdə  yerləşir.  Bu  halda  göstərilən  fasiləsiz  təsadüfi  kəmiyyətlərin  yaranma 

ehtimalının  paylanması,  bir  qayda  olaraq,  normal  qanuna  tabedir.  Analoji    diskret 

təsadüfi kəmiyyətlər əksər hallarda Puasson qanunu üzrə paylanma ilə  xarakterizə 

olunur. 


Keyfiyyət  əlaməti  üzrə  nəzarət  zamanı    nəzarət  olunan  parametrin  verilmış 

müsaidələrə  düşməsi  təyin  olunur  və    əgər  bu  təmin  olunursa,  məmulat  yararlı 

hesab edilir. Əks halda məmulat zay məhsul kimi qəbul edilir. 

Göstərilən  iki  növ  qəbul  nəzarətlərini  müqayisə  etsək,  görmək  olar  ki, 

keyfiyyət  əlaməti  üzrə  nəzarət  sadə  və  iqtisadi  cəhətdən  səmərəli  olduğu  halda, 

kəmiyyət əlaməti üzrə nəzarət bir sıra hallarda zaylılığın aşkar olunma  səbəblərini 

aşkar etmək və texnoloji prosesə təsir göstərmək üçün şərait yaradır. 

Nəzarət  obyektlərinin  seçilməsi  və  funksiyaların  icraçılar  arasında 

paylanması  istehsalatın  konkret  şəraitindən  və  istehsal  olunan  məhsulun 

xarakterindən  asılıdır.Bunun  üçün  təşkilatlarda  əsas  nəzarət  əməliyyatlarının  və 

onların icraçılarının birtipli sxemləri işlənib hazırlana bilər. 



42 

 

Bu  hal  da  nəzarət  vasitələrində  təyin  olunur.  Nəzarətin  aparılması  üçün 



texniki  qurğu,  maddə  və  ya  material  nəzarət  vasitəsi  adlanır.  Adətən  nəzarət 

vasitələri  və  onların  xarakteristikaları  qəbul  qaydaları,  təhlil  və  ölçmələr 

standartlarında göstərilir.  

5. Müasir nəzarət vasitələrinin təhlili 

Müasir nəzarət vasitələri  bir çox hallarda avtomatik vasitələrdir. Avtomatik 

nəzarət  vasitəsi  nəzarət  əməliyyatını  insanın  iştirakı  olmadan  həyata  keçirir. 

Nəzarət  obyektinin  nəzarət  olunan  əlamətləri  haqqında  informasiyanın  alınması, 

təyin  olunmuş  qiymətlərlə  müqayisə  olunması    və  nəzarət  olunan  əlamətlərin 

tapşırılmış  tələblərə  uyğunluğu  haqqında  qərarın  verilməsi  avtomatik    olaraq  

yerinə yetirilir. 

Nəzarət  vasitələrinin  seçilməsində  onların  dəqiqliyinə  olan  tələblərin 

əsaslandırılması  böyük  məna  daşıyır.  Sistematik  xəta  və  orta  kvadratik  meyletmə 

nəzarət  prosesində  2,5–3  dəfə  müvafiq  nəzarət  olunan  parametrlərin  qiymətindən 

az  olmamalıdır.  Digər  tərəfdən  nəzarət  olunan  parametrin  yüksək  dəqiqliyi 

olmadığı halda yüksək dəqiqliyə malik olan nəzarət vasitələrinin istifadə olunması 

məqsədəuyğun deyil,  bəzi hallarda is yol verilməzdir. 

Keyfiyyətə  nəzarət  sistemlərində  statistik  nəzarət    üsulları  xüsusi  yer  tutur 

və  onlar  qəbul  və  cari    nəzarətdə  geniş  istifadə  olunurlar.  Digər  tərəfdən  qəbul 

nəzarətində  belə  üsullarla  hazırlanmış  partiyada  zay  məhsul  təyin  olunduğu  halda 

cari  nəzarətdə  statistik  üsulları  istifadə  edərək  zay  malın  əmələ  gəlməsini 

qabaqcadan  müəyyən  edərək  texnoloji  prosesin  davamlı  olaraq  stabilliyini  təyin 

edirlər.  Belə  nəzarət  növünü  kütləvi  və  böyük  seriyalı    istehsalda  təşkilatın 

sexlərində birbaşa aparılması məqsədəuyğundur. 

Statistik  cari  nəzarəti  tətbiq  etmək  üçün  aşağıdakı  məsələləri  həll  etmək 

lazımdır (şəkil 4) [5,6]:   




43 

 

  nəzarətə uğranılacaq məmulatın parametrlərini seçmək; 



  seçmə həcmini təyin etmək; 

  nəzarətin aparılma müddətlərini, seçmələrin ardıcıllığını və qaydasını təyin 

etmək; 

  nəzarət metodikasını və şəraitini  təyin etmək; 



  nəzarət  olunan  məmulatın  əsas  parametrlərinin  qeydiyyatı  üçün  sənədlərin 

formasını işləmək. 

Təbiidir ki, nəzarətin operativliyini yüksəltmək üçün minimal sayda ən vacib 

parametrləri  seçmək  lazımdır.  Bu  halda  seçilmiş  parametrlərin  cəmliyi  (ola  bilsin 

ki, bir ümumiləşlirilmiş parametr) məmulatın keyfiyyətini təyin etsin.  

Qeyd etmək  lazımdır ki,  məmulatın bütün  böhran  parametrləri  göstərilməli 

və  bunların  hər  birinin  təyin  olunmuş  buraxılabilən  hüdudlardan  çıxmasını  istisna 

etmək  lazımdır.  Statistik  hesabatların  qaydaları  və  formaları,  keyfiyyətə  statistik 

nəzarətin  təşkili  və  aparılması  və  onların  müxtəlif  formaları  və  üsulları 

göstərilməlidir. 

Qeyd etməliyik ki, keyfiyyətə nəzarət – keyfiyyətin idarə olunma sisteminin 

mütləq  funksiyasıdır.  Ona  görə  də  təşkilatda  keyfiyyəti  idarəetmə  sisteminin 

effektivliyi  keyfiyyətə  nəzarət  sisteminin  düzgün  təşkil  olunmasından  asılıdır. 

Nəzarət  sistemi  –  nəzarət  vasitələrinin  toplusu  olaraq  müvafiq  sənədlərdə  təyin 

olunmuş qaydalarla qarşılıqlı əlaqədədir. 



44 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 4. Keyfiyyətə statistik nəzarətin tətbiqi mərhələləri 

 

Nəzarət sistemi aşağıdakı elementləri daxil edir (şəkil 5): 



 

Keyfiyyət nəzarətinə uğradılan  

məmulatların 

Seçmə  


həcminin 

Nəzarətin vaxtaşırı aparılmasının və seçmələrin qaydasının və 

ardıcıllığının 

Nəzarət metodikasının  

və şəraitinin  

Nəzarət olunan məmulatın  

parametrlərinin qeydiyyatı üçün  



Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə