Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   14

22 

 

keyfiyyətinin    kəmiyyət  istifadəsinin    elmi  əsaslandırılması  üsulunun  işlənməsi 



onun  istehsalının  texniki  hazırlıq  mərhələsində  optimal  qərarların  qəbulunda  əsas  

istiqamətlərdəndir.  Iqtisadiyyatda  belə  bir  problemin  aktuallığı  tədqiqatçıların 

diqqətini cəlb etmiş,  bu sahədə xeyli işlər görülmüşdür. 

Məlumdurki,  məhsulun  keyfiyyəti  tam  olaraq  onun  istehlak  dəyəri  ilə  təyin 

edilir.  Odurki,  məhsulun  keyfiyyətini  təyin  edərkən  ancaq  istehsal  prosesində  

özünü  göstərən  və  istehlak  dəyəri  ilə  heç  bir  əlqəsi  olmayan  istehsal  –  texnoloji 

göstəricilərdən  kənarlaşmaq  vacibdir.  Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsi 

zamanı  həmişə birinci səviyyənin amilllərini ─ bu keyfiyyətə təsir edən  və birinci 

səviyyənin amilllərinə təsir edən amillərdən fərqləndirirlər.  

Ədəbiyyatın  [6,7,8]  təhlili  göstərir  ki,  iqtisadi  münasibətlərdən  asılı  olaraq 

keyfiyyət  məfhumu  müxtəlif  cür  izah  olunur.  Beləki,  inzibati  amirlik  şəraitində  

keyfiyyət  istehsalçı  nöqteyi  –  nəzərindən  izah  olunur.  Bazar  münasibətində  isə 

keyfiyyət  istehlakçının  nöqteyi  –  nəzərindən  izah  olunur.  Qeyd  olunduğu  kimi 

məmulatın  keyfiyyəti  onun  istehlakı  prosesində  özünü  biruzə  verir.  Məhsulun 

keyfiyyəti  məfhumu  onun  istehlakçı  tələblərinə  uyğunluğu  nöqteyi  nəzərindən 

məhz  bazar  iqtisadi  münasibətləri  şəraitində  formalaşmışdır.  Məhsulun 

keyfiyyətinə yanaşmanın belə ideyası xüsusi elm sahəsi ─ kvalimetriyada öz əksini 

tapmışdır.  Kvalimetriya  latın  sözü  “qualis”  (keyfiyyətcə  necədir)  və  yunan    sözü 

“metrio” (ölçürəm) sözlərinin birləşməsindən əmələ gəlmişdir, qeyd olunduğu kimi 

“Kvalimetriyanın əsas vəzifələri məmulatların zəruri keyfiyyət göstəricilərini və bu 

göstəricilərin  optimal  qiymətlərini  təyin  etmək,  keyfiyyətin  kəmiyyətcə 

qiymətləndirilməsi üsullarını işləmək,   məmulatların tip ölçülərinin və parametrik 

sıralarının  optimallaşdırılması  metodunu,  zamana  görə  keyfiyyətin  dəyişməsini 

hesablama  metodikasını  və  məhsulun  keyfiyyətinin  erqonomik  əlamətlərinin 

kəmiyyətcə qiymətləndirilməsi metodikasını yaratmaqdır.  

Məhsulun  keyfiyyəti  bir  neçə  parametrlərlə  qiymətləndirilə  bilər.  Bununla 

belə    keyfiyyətə  təkcə  istehsalçı  və    istehlakçı  mövqeyindən  baxılmamalıdır.  Belə 



23 

 

ki, texniki şərtlərdə qeyd olunmuş keyfiyyətin texniki ─ istismar, istismar və başqa 



parametrləri  təmin  olunmasa,  məhsulun  sertifikatlaşdırılmasını  həyata  keçirmək 

olmaz.  Keyfiyyətin  qiymətləndirilməsi  üçün  mühüm  olan  müxtəlif  fiziki  xassələr 

məhz istehlak dəyərində öz əksini tapır. Keyfiyyətin qiymətləndirilməsinin mühüm 

xassələri  aşağıdakılardır:  texniki  səviyyə  (məhsulda  elmi  –  texniki  üstünlüklərin 

maddiləşməsini əks etdirir), estetik səviyyə (estetik hiss etmə və görmə ilə əlaqədar 

kompleks  xassələri  səciyyələndirir),  istismar  səviyyəsi  (məhsulun  istifadəsinin 

texniki  tərəfi  ilə  əlaqədardır,  məsələn  məmulata  qulluq,    təmir  və  s.),  texniki 

keyfiyyət  (məmulatın  istismarında  gözlənilən  və  faktiki  istehlak  xassələrinin 

harmonik  əlaqələrini  nəzərdə  tutur,  məsələn  funksional  dəqiqlik,  etibarlılıq,  ömür 

müddəti və s.). 

Keyfiyyətin  müasir  idarəedilməsi  nəzəriyyəsinə  görə,  məhsul  istehsal 

edildikdən  sonra  bu  idarəetmə  səmərəli  sayıla  bilməz,  bu  fəaliyyət  məhsulun 

istehsal prosesində həyata keçirilməlidir. Keyfiyyət çoxlu sayda  təsadüfü, yerli  və 

subyektiv  amillərin  məcmusunun  fəaliyyəti  ilə  təyin  edilir.  Bu  amillərin 

keyfiyyətin  səviyyəsinə  təsirinin  qarşısını  almaq  üçün  keyfiyyətin  idarəedilməsi 

sistemi  vacibdir.  Bu  zaman    ayrı  ─  ayrı  epizodik  çalışmalar  deyil,  keyfiyyətin 

müəyyən    səviyyəsinin  əldə  edilməsi  üçün    kompleks  xarakterli  tədbirlər 

görülməllidir.  Keyfiyyətin  idarə  edilməsi  sistemi  mühit,  məqsəd,  proqram  və  s. 

məfhumları ilə əlaqədə tədqiq edilməlidir. Idarəetmə nəzəriyyəsində idarə edən və 

idarə  olunan  sistemləri  fərqləndirirlər.  Idarəolunan  sistemlər  müxtəlif    səviyyəli 

təşkilatın idarəedilməsi ilə təmsil olunur.  

Təbiidirki,  keyfiyyət  menecmentinin  başqa  konsepsiyaları  da  mövcuddur, 

burada  isə  keyfiyyətin  idarəetmə  obyekti  kimi  tam  dərk  edilməsi  üçün 

konsepsiyanın  kiçik  hissəsi  göstərilmişdir.  Idarəedici  sistem  yuxarı  səviyyəli 

rəhbərlikdən  başlanır  və  bu  rəhbərlikdə    məsələni  belə  qoymalıdır:  müəssisə 

(firma)  keçən  illə  (dövrlə)  müqayisədə  keyfiyyət  menecmenti  baxımından  daha 




24 

 

böyük  imkana  malikdir.  Menecment  obyekti  kimi  keyfiyyətə  aşağıdakılar  xasdır: 



planlaşdırma, təhlil, nəzarət. 

Tədqiqatlar  göstərirki,  keyfiyyətin  təmin  olunması  prosesi  aşağıdakı 

iriləşdirilmiş  mərhələlərdən  ibarətdir:  bazarda  analoji  məmulatın  keyfiyyət 

səviyyəsinin  qiymətləndirilməsi,  istehlakçının  tələblərinin  təhlili,  uzunmüddətli 

planlaşdırma,    keyfiyyət  səviyyəsinin  planlaşdırılması,  standartların  işlənməsi,  

konstruksiya  və  texnoloji  işlənmə  prosesində  keyfiyyyətin  layihələndirilməsi,  ilk 

xammal  və  alınan  materialların    keyfiyyətinə  nəzarət,  istehsal  prosesində 

əməliyyatlar  üzrə nəzarət, qəbul etmə  nəzarəti, istismar şəraitində (satışdan sonra) 

məmulatın keyfiyyətinə nəzarət, istehlakçı rəylərinin təhlili. 

Sonra bütün tsikl yenidən təkrar olunur. Bu sadalanan mərhələnin hər biri  

özlüyündə  çoxlu  proses,  əməliyyat  və  icraçı  fəaliyyətinə  bölünür.  Keyfiyyət 

problemi  bütövlükdə,  o  cümlədən  neft  ─  qaz  kompleksinin  baza  sahəsi  olan 

neftmaşınqayırma  sənayesi  üçün  dövlət  əhəmiyyətli  bir  məsələdir.  Odurki, 

fikrimizcə keyfiyyət problemi və Azərbaycanın milli 

  maraqları baxımından bu əlaqə aşağıdakılarla səciyyələnir: 

  iqtisadi ─ rəqabətqabiliyyətlilik, 

  sosial ─ tələbatın, təhlükəsizliyin ödənilməsi, 

  beynəlxalq ─  Azərbaycan Respublikasının nüfuzu, 

  informasiya ─ daxili və xarici informasiya bazarında yerinin  

     möhkəmləndirilməsi, 

  ekoloji ─ ətraf mühitin  sağlamlaşdırılması. 

Məlumdur  ki,  mütləq  təhlükəsizlik  mövcud  deyildir.  Mümkün  təhlükəsizlik 

dərəcəsi  qəbul  edilə  bilən  risklə  cəmiyyətin  imkanları  arasındakı  kompramisə 

əsaslanır. Fikrimizcə, keyfiyyət problemi sahəsində milli siyasətin əsas istiqamət ─  

ləri aşağıdakılardır: 



Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə