Referat Buraxılış işi Məhsulun istehsal keyfiyyətinə nəzarət sistemlərinin



Yüklə 372,49 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix02.10.2017
ölçüsü372,49 Kb.
#2567
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   14

13 

 

b)  Informasiyanın kəmiyyət və ya keyfiyyət xarakterli olmasından asılı olmayaraq 



ilk informasiya cüt müqayisə üçün matritsanın qurulmasında keyfiyyətə çevrilir 

və  bir  alternativin  digəri  ilə  müqayisəli  qiymətləndirilməsini  ifadə  edir. 

Kəmiyyət  informasiyasının  bu  halda  qacılmaz  itkisi  idarəetmə  qərarlarının 

qəbulunda neqativ hallara gətirib çıxarır, bu isə qeyri ─ adekvat və ya səmərəsiz 

qərar variantının  qəbuluna imkan yaradır. 

Qeyd  olunduğu  kimi,  bazar  münasibətləri  şəraitində  rəqabətqabiliyyətli 

məhsul  istehsal  etməyin  yolları  müxtəlifdir  və  ümumi  halda  bu  yol,  məhsulun 

keyfiyyətnin  yüksəldilməsi  və  istehsal  xərclərinin  azaldılmasından  keçir.  Beləki, 

məhz sənaye və elm tutumlu texnologiya millətin intelektual səviyyəsini müəyyən 

edir,  Ümumi  Daxili  Məhsulun  formalaşmasının,  ölkə  büdcəsinin  doldurulmasının 

əsas  mənbələrindən  sayılır.  Sənaye  müəssisəsinin  səviyyəsinin  yüksəldilməsi, 

rəqabətqabiliyyətli 

məhsul 

istehsalı 



məsələsinin 

həlli 


elmin 

ən 


son 

nailiyyətlərindən  istifadə    edilməsini,  yeni  texnika  və  texnologiyanın  istehsalata 

tətbiqini  şərtləndirir.  

Bu  məsələlər  bazar  iqtisadi  münasibətlərini  seçmiş  ölkələr,  o  cümlədən 

Aazərbaycan  Respublikası  üçün  daha  aktualdır.  Beləki,  yeni  texnoloji  həllərə 

əsaslanmış,  özündə  elm  tutumlu  məsələləri  birləşdirən  yüksək  keyfiyyətli  məhsul 

istehsalı,  həm  də  dünya  bazarlarında  yeni  seqmentlərin  əldə  edilməsi  deməkdir. 

Müasir  dövrdə    sənayenin    texniki  səviyyəsinin    dəyişdirilməsi    ilə  məhsulun 

keyfiyyətinin  yüksəldilməsinin  aktual  problemləri  aşağıdakılardır:  məhsulun 

keyfiyyət  göstəricisinin  dəqiqləşdirilməsi,  istehsalın  texniki  səviyyəsinin 

təkmilləşdirilməsi,  məmulatın,  sahənin  müəssisələrində  tətbiq  üçün  qəbul  

olunabilən    və  təlabat  dinamikası  ilə  uzlaşan  keyfiyyət  göstəriciləri  sisteminin 

işlənməsi,  baxılan  məlumatın  keyfiyyət  səviyyəsini  qiymətləndirən  üsulların     

işlənməsi,    məmulatın  keyfiyyət  səviyyəsini  səciyyələndirən,    daha  böyük  xüsusi     

çəkiyə  malik  göstəricilərin  iqtisadi  tədqiqatının  aparılması,  istehsalin  texniki 

səviyyəsinin  məmulatın  keyfiyyətinə  təsirini  əks  etdirən  modellərin  qurulması, 




14 

 

təhlili  və  interpretasiysı,  istehsalın  texniki  silahlanmasına  yönəldilən  vəsaitlərin 



optimal bölüşdürülməsi. 

İstehsal vasitələrinin dəyişdirilməsi müəssisələrin idarəedilməsi xarakterinin 

dəyişməsinə  adekvat  deyildir,    bu  məsələnin  həllində  məhsulun  keyfiyyətinin 

yüksəldilməsi  məsələsi  öz  həllini  tam  olaraq  tapmamışdır.  Istehsalın  texniki 

səviyyəsi  və  məhsulun  keyfiyyət  göstəricilərinin  qarşılıqlı  əlaqələndirilməsi, 

keyfiyyətin 

nəzərdə 

tutulan 


dəyişdirilməsi 

və 


istehsal 

səviyyəsinin 

yaxşılaşdırılması  baxımından  xüsusi  əhəmiyyətə  malikdir.  Digər    tərəfdən  isə 

keyfiyyət  göstəriciləri  və  səmərəli  fəaliyyətinin  qarşılıqlı  əlaqəsi  bazarda  tələbi 

qiymətləndirməyə və istehlak  qabiliyyətinə təsir edən bəzi keyfiyyət göstəricilərini 

aşkara çıxarmağa  imkan  verəcəkdir.  Keyfiyyətin  bu  göstəriciləri  istehsalın  texniki 

səviyyəsinin  müəyyən  göstəriciləri  ilə  daha  sıx  əlaqədədir,  onların  dəyişməsi 

məmulatın  keyfiyyət  xarakteristikalarına  daha  çox  təsir  edir  və  bu  isə  bütövlükdə 

səmərəli  fəaliyyətini  müəyyən  edir.  Istehsalın  texniki  səviyyəsinin  məhsulun 

keyfiyyəti  və    səmərəlilik  göstəricilərinə  təsiri  aşağıdakılarla  şərtlənir:  istehsalın 

səmərəliliyinin yüksəldilməsinin  planlaşdırılmasının  mövcud sistemi verilən dövr 

üçün  onun  faktiki  vəziyyəti  və  kompleks  qiymətləndirilməsini  lazımı  səviyyədə 

nəzərə  almır,  istehsal  və  statistik  hesabatlarda    istehsalın  texniki  səviyyəsi  və 

səmərəlilik  göstəricilərinin  dəyişməsi  tədbirlərini  qiymətləndirən  göstəricilərin 

çoxu  yoxdur,  istehsalın  faktiki  vəziyyətini,  texniki  səviyyəsini,  texniki  səviyyə  və 

keyfiyyət  göstəriciləri  arasındakı  qarşılıqlı  əlaqəni  qiymətləndirən  təhlil  üsulları 

lazımı  səviyyədə    işlənilməmişdir,  məhsulun  keyfiyyəti  və  bu  sahədə  təcrübi 

həyata keçirilə bilən tədbirlər arasında qarşılıqlı əlaqələr zəifdir. 



2. İstehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi 

istiqamətləri 

 

Məhsulun keyfiyyəti və onun yüksəldilməsi məsələləri həmişə ictimai diqqət 



mərkəzində  olmuşdur.  İnkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələrdə  ciddi  rəqabət 

mübarizəsi  keyfiyyətin  artırılması  proqramlarının  hazırlamasına  yol  açdı.  Lazımi 




15 

 

keyfiyyət  xarakteristikalı  məhsul  istehsal  etməyə  müəssisələrin  qabiliyyətinin 



qiymətləndirilməsi 

obyektiv 

göstəricilərin 

hazırlanması 

(təkmilləşdirməsi) 

ehtiyacını  yaratdı.  Bu  xarakteristikalar  məhsulun  uyğunluq  sertifikatıyla  təsdiq 

edilir.  Bundan  başqa  bir  çox  müəssisə-istehsalçılar  beynəlxalq  standartlara  uyğun 

olan  keyfiyyət  sistemlərini  müəssisələrində  tətbiq  etməyə  başladılar.  Keyfiyyət 

problemi haqqında danışaraq, qeyd etmək lazımdır ki, bu anlayış arxasında həmişə 

istehlakçı  durur.  Məhz  o  ən  üstün  istehlak  xüsusiyyətlərini  seçir.  Keyfiyyətin 

təminatı  böyük  xərclər  tələb  edir.  Yaxın  vaxtlara  qədər  keyfiyyət  xərclərində  əsas 

hissə  fiziki  işə  düşürdü.  Amma  bu  gün  intellektual  əməyin  payı  yüksəkdir. 

Keyfiyyət  problemi  alimlər,  mühəndislər  və  menecerlərin  iştirakı  olmadan  həll 

edilmir.  Keyfiyyətə  peşəkar  təsir  etmək  üçün  bu  işdə  iştrak  edənlərin  ahəngdar 

uyğunluğu  olmalıdır.  Lakin  keyfiyyətin  yüksəldilməsində  əsas  məqsədlərdən  biri 

də  keyfiyyət  və  sənaye  məhsulundan  istifadənin  effektivliyi  arasında  düz  asılılıq 

yaratmaqdır.  Bu  məqsədə  nail  olmaqla  xərclərin  azalmasına  və  bazar  payının 

artımına  gətirərək  məhsuldan  istifadənin  təsirliliyinin  artmasına  imkan  yaradır. 

Məhsulun  ən  əhəmiyyətli  növləri  üzrə  cəmiyyətin  lazımi  ehtiyaclarının  miqdarca 

təmin  olunmasına  çalışmaq  məhsulların  keyfiyyətninin  yüksəldilməsinin  birinci 

obyektiv  şərti  oldu.  XX  əsrin  başlanğıcında  dünya  istehlakının  təmin  olunması 

üçün  kütləvi  istehsalın  inkişafını  doğuran  məhsul  miqdarının  şiddətli  artması 

dururdu. İstehlakçı nə istehsal edilirdi hamısını praktik olaraq alırdı. Eyni zamanda 

istehsalın  həcminin  artması  keyfiyyətin  (fərdi  istehsalla  müqayisədə)  aşağı 

düşməsinə  gətirib  çıxardı.  XX  əsrın  ikinci  yarısında  bazarın  təmin  olunması 

müddətində  istehsalın  həcminin  artması  həmçinin  rəqabətin  artmasına  gətirib 

çıxardı.  Bu  öz  növbəsində  alıcıların  ehtiyaclarının  tam  təmin  olunması  üçün 

keyfiyyətin artırılması və ona münasibətin dəyişikliyi ehtiyacının vadaredici motivi 

oldu.  Ehtiyacın  (dəbə  uyğunluq  dərəcəsi,  istifadədə  rahatlıq  və  s.)  təmin 

olunmasının  səviyyəsi  və  əldə  edilmiş  malın  bütün  istismar  vaxtı  ərzində  xərclər 

alıcı üçün daha əhəmiyyətli oldu. Artıq keçən əsrin ikinci yarısında dünya xammal 

resurslarının  məhdudluğu  keyfiyyətə  münasibətin  dəyişikliyinin  ikinci  obyektiv 




Yüklə 372,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə