A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Dünyada 10 ən kriminal rayon
1. Mərkəzi park, San‐Pedro‐Sula, Honduras.
Bu şəhər dünyanın ən təhlükəli şəhəri – “dünyanın ölüm
paytaxtı” adlanır. Bu şəhər sanki narkotik alverçiləri arasında
olan döyüş meydanıdır. Burada yerləşən binaların
əksəriyyətini güllə izləri bəzəyir. Pəncərədən ətrafa
boylanmaq , həyətə baxmaq çox təhlükəlidir. Bu şəhərdə atəş
səsləri hətta turustik rayonlarda da eşidilir. Mərkəzi parkda
gəzmək isə heç kəsə məsləhət görülmür. Çünki, burada sıx
ağacların olması bir çox cinayətlərin gizlin törədilməsinə şərait yaradır. 100000 əhalisi olan bu
şəhərdə 2013‐cü ildə 169 qətl hadisəsi qeydə alınıb.
2. LaLaxa, Akapulko, Meksika.
Günəşli Akapulko şəhərində əsas qayda odur ki, sənə yaxınlaşan
insanın nə təklif etməsindən asılı olmayaraq, ondan bir bəhanə
gətirərək uzaqlaşmaq lazımdır. Sadəcə “Asta la vista” demək və
dərhal gözdən itmək lazımdır. Bu şəhərdə də təxminən 100000 əhali
olmasına baxmayaraq, keçən il 123 qətl hadisəsi baş vermişdir.
Akapulko şəhərinin La‐laxa rayonu xüsusiə təhlükəlidir. Belə ki,
yerli polislərin dediklərinə görə, burada cinayətkarlıq təkcə
narkotik alveri ilə kifayətlənmir. Xüsusilə son zamanlar
cinayətkarlar varlı biznesmenləri oğurlayaraq onları yaxınlarına pul
qarşılığında qaytarırlar.
3. Benedito Bentes, Maseyo, Braziliya.
Braziliyanın Maseyo şəhəri öz otlaqları, çoxsaylı şəkər qamışı
plantasiyaları və çox növlü cinayətləri ilə tanınır. Burada hər 100000
nəfərə təxminən 130 ölüm faktı qeydə alınır. Bu şəhərin ən təhlükəli
rayonu isə Benedito Bentesdir. Bu əraziyə demək olar ki, polislər və
xüsusi mühafizəçilər tərəfindən nəzarət yoxdur.
4. Dyumeyn Strit, Nyu‐Orlean, Luiziana ştatı, ABŞ.
Dyumeyn Stritin sakinləri söyləyirlər ki, bu rayonda heç vaxt
sakitlik olmayıb. Xüsusilə Katrina” qasırğasının gəlişi ilə bu
ərazidə narkotik alverçilərinin, avtomobil oğrularının və s. sahələr
üzrə cinayətkarların sayı qat‐qat artıb.
5. Denhem Taun, Kinqston, Yamayka.
Kinqston şəhərinin qərbində yerləşən Denhem Taun şəhərin ən kriminal
rayonlarından hesab olunur. Belə ki, burada hər 100000 nəfərə 50 qətl
hadisəsi qeydə alınır. Rayonun əksər hissəsi alçaq, etibarsız və yoxsul
yaşayış evlərindən ibarətdir.
58
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
6. Kollec‐roud, Ferbanks, Alyaska ştatı, ABŞ.
ABŞ zorlama cinayətlərinin törədilmə sayına görə bir çox ölkələri
qabaqlayır. Bu cinayətlərin ən çox törədildiyi 3 şəhərdən biri də
Ferbanks şəhəridir. Belə ki, burada hər 100000 nəfərdən 191‐i bu
cinayətin qurbanı olur.
7. Nyanqa, Keyptaun, CAR.
Cənubi Afrika Respublikasının rəsmi danışıq dillərindən olan kosa
dilində bu rayonu adı “ay” mənasını verir. Nyanqa – Keyptaunun ən
köhnə rayonlarından hesab olunur və onun sakinləri əsasən
qaradərililərdir. Bura həmçinin Keyptaunun ən kasıb və kriminal
ərazilərindən hesab olunur. Təsadüfi deyil ki, Nyanqanı CAR‐ın
qətllər paytaxtı” adlandırırlar.
8. Via‐Del‐Tritone, Roma, İtaliya.
Romada qətl və oğurluq halları digər böyük şəhərlərə
nisbətdə o qədər də çox deyildir. Narkotik ticarəti
burada o qədər də inkişaf etməyib, eyni zamanda
mafioz qruplaşmaların fəaliyyətləri də İtaliyanın
digər regionlarına baxdıqda burada zəifdir. Lakin,
İtaliya bankların qarət olunmasına görə Avropada
liderdir. Belə ki, Avropa Birliyinə daxil olan ölkələrdə
bank qarətlərinin statistikasına nəzər saldıqda,
İtaliyanın payına bu cinayətlərin 42 %‐i düşür. Təkcə
Via‐Del‐Tritone rayonunda onlarla bank yerləşir.
9. Vera Kruz, Modesto, Kaliforniya ştatı, ABŞ.
Modesto – xüsusilə sürücülər üçün cəhənnəmi andırır. Amerika
Milli cinayətkarlıqla mübarizə bürosunda reytinqə görə ən çox
yol qəzaları burada baş verir. Ümumiyyətlə, bu şəhərdə şəxsi
həyat və mülkiyyət əleyhinə çoxlu cinayətlər baş verir. Son
zamanlarda, xüsusilə qrup halında törədilən cinayətlərin sayı
artmışdır. Odur ki, təkcə sürücülər üçün yox, eyni zamanda
piyadalar və turistlər üçün bura təhlükəli ərazi hesab edilir.
10. Metropoliten, Dehli, Hindistan.
Amerikalı jurnalistlərin hazırladığı “Risklər
xəritəsi”nə əsasən, adam oğurluğu cinayətinin
statistikasına görə Hindistan Meksikadan sonra
ikinci yeri tutur. Məsələn, 2011‐ci ildə 8000 belə
faktdan 3000‐dən çoxu Dehlidə baş vermişdi. Bu
şəhərdə tez‐tez qətl və zorlama cinayətlərinə də
rast gəlinir. Yerli polis orqanları xəbərdarlıq edir
ki, Dehlidə ən təhlükəli ərazilər metro stansiyalarının ətraflarıdır.
59
60
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
“Sualınıza vəkil cavab versin!” rubrikası
*
Sual 1. Atamın vəfatından sonra ona məxsus mənzil
mənə və 3 qardaşıma keçmişdir. Lakin mərhumun
bir şəxsə pul borcu da vardı. Qardaşlarımdan ikisi
ölkədə olmadığından həmin şəxs borcun hamısını
yalnız məndən və digər qardaşımdan tələb edir. Bu,
nə qədər haqlıdır? Mən və ölkədə yaşayan qardaşım
borcun hamısını ödəməliyikmi?
Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra ‐ MM) 500.1‐ci maddəsinə görə, əgər
öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini
öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız
birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. MM‐in 500.2‐ci
maddəsinə görə, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə
əsasən əmələ gəlir. MM‐in 1306.1‐ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının
mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi
tam ödəməyə borcludurlar.
Göründüyü kimi, MM‐in 1306.1‐ci maddəsi vərəsələrin birgə borclu kimi çıxış etməsini təsbit edir.
MM‐in 500.1‐ci maddəsi isə birgə borclu anlayışını müəyyənləşdirərkən birgə borcluların hər
birinin öhdəliyin qismən deyil, tam icrasında iştirak etmək öhdəliyi daşıdığını vurğulayır. Bu
baxımdan, kreditorun (yəni konkret halda, borc verənin) borcun hamısını vərəsələrdən birindən
və ya bir neçəsindən tələb etmək hüququ vardır. Bu həm də kreditorun haqlı mənafelərinin
müdafiəsi baxımından əhəmiyyət kəsb edir. Çünki kreditorun üzərinə vərəsələrdən hər birini
ayrılıqda müəyyənləşdirib borcun qismən (yəni onlarn mirasdakı payına uyğun hissədə) icrasını
tələb etmək kimi əlavə yükün qoyulması ədalətli olmazdı.
Beləliklə, kreditorun tələbi MM‐in 500 və 1306.1‐ci maddələrinə əsaslanmaqla tamamilə haqlıdır.
Siz və qardaşınız həmin borcu ödədikdən sonra digər vərəsələrdən onların əvəzinə ödəmiş
olduğunuz borcu reqres qaydasında geri tələb etmək hüququna maliksiniz (MM, 509.1‐ci maddə).
Sual 2. Yol qəzası nəticəsində mənə məxsus maşına zərər dəymişdir. Avtomobilimi könüllü
şəkildə sığortalatdırmışdım. Bilmək istəyirəm, maşınıma dəyən zərərin müəyyənləşdirilməsi
necə olacaq?
Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925‐ci maddəsi sığorta hadisəsi nəticəsində
dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi qaydasını müəyyənləşdirir. Həmin maddənin
tələbinə görə, zərəri sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların
nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində
sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş
predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə,
sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta
fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10‐cu maddəsinin tələbini nəzərə
almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq
şəxs vasitəsilə qiymətləndirir. Zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı
barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta
fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10‐cu maddəsinin tələbi nəzərə
alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
Dostları ilə paylaş: |