2
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Müsahibələr və mövqelər
İkram Şirinov
Vəkillərin İxtisas Komissiyasının üzvü, hakim
CİNAYƏT PROSESSUAL QANUNVERİCİLİYİN
AKTUAL MƏSƏLƏLƏRİ (II YAZI)
RESİDİVƏ GÖRƏ CƏZA TƏYİN
EDİLMƏSİ BARƏDƏ
Bundan əvvəlki yazımızda cinayət mühakimə icraatı zamanı məhkəmə baxışının hədlərini
tənzimləyən AR CPM‐nin 318‐ci maddəsinin praktikada tətbiqi zamanı ortaya çıxan bir sıra aktual
məsələlərə dair şəxsi mülahizələrimizi bildirmişdik.
Hazırkı yazımızda isə cinayət işlərinə baxılması zamanı teztez qarşılaşdığımız və eyni dərəcədə də
aktual olan bir məsələyə ‐ cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi ilə bağlı
məsələlərə münasibət bildirmək istərdik.
Məlum olduğu kimi, əvvəlki qanunvericilikdən fərqli olaraq yeni Cinayət Məcəlləsində cinayətin
residivinə münasibətdə mühüm irəliləyiş edilmiş və ayrıca normada residivin anlayışı verilmiş və
onun növləri müəyyən olunmuşdur. (Azərbaycan Respublikası Cinayət Məcəlləsi. Maddə 18.
Cinayətlərin residivi və onun növləri).
Yeni cinayət qanunu həm də, əvvəlki qanundan fərqli olaraq residivə görə cəza təyin edilməsinin
də xüsusi qadasını müəyyən etmişdir. (Azərbaycan Respublikası Cinayət Məcəlləsi. Maddə 65.
Residivə görə cəzanın təyin edilməsi)
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, eyni hüquq məkanına daxil olan və bizim Cinayət
Məcəlləmizlə demək olar ki, əksərən eyniyyət təşkil edən və 1996‐cı ildə qəbul olunmuş Rusiya
Federasiyasının Cinayət Məcəlləsində də cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi
ilə bağlı oxşar institutlar mövcuddur.
(Óãîëîâíûé Êîäåêñ Ðîññèéñêîé Ôåäåðàöèè. Ñòàòüÿ 18. Ðåöèäèâ ïðåñòóïëåíèé. Ñòàòüÿ 68.
Íàçíà÷åíèå íàêàçàíèÿ ïðè ðåöèäèâå ïðåñòóïëåíèé.)
Elə yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, qeyd olunan cinayət qanunları arasında əksər
məsələlərin tənzimlənməsində mahiyyət və prinsiplər baxımından oxşarlıqların olması ilə yanaşı,
müəyyən fərqli məqamlar da mövcuddur. Məsələn, bizim hazırkı yazımızın mövzusu olan
cinayətlərin residivi və ona görə cəza təyin edilməsi məsələsində qanunvericilik normalarının tam
oxşarlığı zəmnində, bir sıra fərqlər də mövcuddur.
Belə ki, bizim qüvvədə olan cinayət qanunumuzda (AR CM Maddə 18) nəzərdə tutulandan fərqli
olaraq, qonşu ölkənin cinayət qanununda (RF CM Maddə 18) residivin növlərinin müəyyən
edilməsində, habelə cinayətlərin residivi zamanı qəsdən törədilmiş olsa belə, böyük ictimai təhlükə
törətməyən cinayətə görə məhkumluğun nəzərə alınmaması təsbit edilmişdir.
Bundan başqa, residivə görə cəza təyin edilməsi zamanı bizim qanunvericiliyə əsasən (AR CM Maddə
65.) residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə
görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
3
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Lakin RF CM‐nin residivə görə cəza təyin edilməsini tənzimləyən anoloji normasında (RF CM Maddə
68) fərqli qayda, yəni residivin növlərindən – sadə, təhlükəli və ya xüsusi təhlükəli olmasından asılı
olmayaraq cinayət qanununun xüsusi hissəsnin maddəsində nəzərdə tutulmuş daha ciddi cəza
növünün yuxarı həddinin üçdə birindən az olmayan cəzanın təyin edilməsini nəzərdə tutur.
Göründüyü kimi, bizim qanunvericilikdə residivin növlərinin müəyyən olunması, residivin özünün
müəyyən edilməsi zamanı nəzərə alınmamalı hallara münasibətdə, eləcə də residivə görə cəza təyin
edilməsində çox sərt qaydalar müəyyən edilmişdir ki, bu da, fikrimizcə, ən azından təqsirə görə
məsuliyyət (Maddə7.), ədalət prinsipi(Maddə 8.) və humanizim prinsipini (Maddə 9.) müəyyən
edən cinayət qanununun fundamental prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına uyğun
gəlmir və hesab edirik ki, qanunvericilik qaydasında cinayət qanununun istinad olunan (Azərbaycan
Respublikası Cinayət Məcəlləsi. Maddə 18; Məddə 65.) normalarının «yumşaldılma»sına ehtiyac
vardır.
Bununla yanaşı, residivə görə cəza təyin edilməsini tənzimləyən Azərbaycan Respublikasının
Cinayət Məcəlləsin 65‐ci maddəsinin özünün praktiki tətbiqi ilə bağlı da məhkəmə təcrübəsində
fərqli yanaşmalar mövcuddur ki, bizim yazımız da əslində məhz bu məsələyə həsr olunmuşdur.
Birinci yazımızda olduğu kimi, bu yazımızda da, onun daha anlaşılan olması üçün, fikirlərimizi
məhkəmə praktikasından konkret cinayət işinə müraciət etməklə diqqətə çatdırmaq istərdik.
Belə ki, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2010‐cu il tarixli, 1(006)‐360/2010 saylı hökmü
ilə Abdullayev Fərhad Rufik oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132‐ci maddəsi ilə
təqsirli bilinmiş və barəsində cinayətin residivi nəzərə alınmadan Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 65.3‐cü maddəsi tətbiq edilməklə, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir)
il müddətinə islah işləri cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1‐ci
maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2009‐cu il tarixli, 1(006)‐319/2009 saylı
hökmü ilə Abdullayev Fərhad Rafik oğluna təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsi
sonuncu hökm ilə ona təyin olunmuş islah işləri cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq
qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 2 (iki) ay müddətinə islah işləri cəzası təyin
edilmişdir.
Nəsimi Rayon Məhkəməsinin həmin hökümdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti
verilmişdir.
Dövlət ittihamçısı tərəfindən verilmiş həmin protestdən aydın olur ki, ittiham tərəfi həmin hökmlə
təqsirləndirilən şəxs F.Abdullayev tərəfindən törədilmiş əməlin hüquqi tövsifi, həmin cinayət
əməlinin baş verməsi faktını, həmin cinayət əməlinin məhz F.Abduldlayev tərəfindən törədilməsini,
əməlin sübut olunubolunmamasını, həmçinin də hökmlə ona təyin olunmuş cəzanın təqsirləndirilən
şəxsin şəxsiyyətinə və onun islah olunması üçün cəzanın məqsədini təmin edib‐etməməsini və
nəhayət təyin olunmuş cəzanın ədalətliyi məsələsini mübahisələndirməmiş, başqa sözlə, hökmün
bu məziyyətləri ilə tam razılaşmışdır.
Protestdə yalnız F.Abdullayev barasində olan hökmün nəticə hissəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 62‐ci maddəsinə istinad edilməməsinin düzgün olmadığı göstərilmiş və
apelyasiya instansiyası məhkəməsindən «protestin əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə
alınmaqla» hökmün dəyişdirilməsi xahiş olunmuşdur.
Dövlət ittihamsının protestində əks olunmuş hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmənin
hökmü ilə t/ş F.Abdullayevə AR CM‐nin 65.3‐cü maddəsi tətbiq edilməklə cinayətin rensidivi nəzərə
alınmadan cəza təyin edildiyindən, hökmün nəticə hissəsində həm də CM‐nin 62‐ci maddəsinə
istnad edilməli olduğu halda, məhkəmə bu tələbə əməl etməmiş və bununla da qanun pozuntuzuna
yol vermişdir.
Dövlət ittihamçısı protestin əsaslandırıcı hissəsində isə yalnız Azərbaycan Respublikası Ali
Məhkəməsinin 25.06.2003‐cü il tarixli Plenum Qərarına istinad etmiş, başqa hər hansı maddi hüquq
normasına normativ hüquqi akta istinad etməmişdir.
Fikrimizcə, dövlət ittihamçısının həmin hökümdən vermiş olduğu protestində əks olunmuş, eləcə
də məhkəmə praktikasında da teztez rast olunan bu mövqeyi hüquqi baxımdan açıqaşkar