qəbul edilənədək, həmin qərara dair fikir bildirməməlidir.” Əgər hakimlər istər dövlət ittihamçısının,
istərsə də zərərcəkmiş şəxs və ya onun qanuni nümayəndəsinin vəsatəti ilə təqsirləndirilən şəxsə
daha ağır ittihamın irəli sürülməsi barədə vəsatətlərini təmin edirsə, deməli, o, üstüörtülü şəkildə
olsa da təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsinin zəruriliyi ilə razılaşmış olur ki,
bu da işin mümkün nəticəsi barədə onun fikrinin açıqlaması hesab olunmalıdır. Yaranmış
vəziyyətdən çıxış yolu isə aşağıdakı kimi görünür. Bu halda, əgər təqsirləndirilən şəxsə qarşı daha
ağır yeni, yenilənmiş və ya əlavə ittiham irəli sürülərsə, məhkəmə artıq həmin tərkibdə işə baxmağa
səlahiyyətli olmayacaq və işə baxılması başqa hakimə və ya məhkəmə tərkibinə tapşırılmalıdır.
Digər yol isə, dövlət ittihamçısı, zərərəçəkmiş şəxs, onun qanuni nümayəndəsi (nümayəndəsi)
tərəfindən təqsirləndirilən şəxsə ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün vəsatət
qaldırmaq hüququ ilə yanaşı, qanunverici məhkəmənin də bunu öz təşəbbüsü ilə həyata keçiriməsi
hüququnu tanımalıdır. Lakin burada Ali Məhkəmə və Konstitusiya Məhkəməsi məhkəmələrin bu
hüququnun tanınmasına qarşı vahid cəbhə yaratmaları vəziyyəti daha da çıxılmaz edir. Belə halda
məhkəmə baxışı qanunun tələblərinə əsaslanmaq əvəzinə, daha çox subyektiv təşəbbüslərə yol açır
ki, bu da məhkəmələrin pozulmuş hüquqların bərpasına etinasız münasibət göstərməsi,
fəaliyyətsizliyi görüntüsü yaradır.
Məlumdur ki, Konstitusiyanın 127‐ci maddəsinin VII hissəsinə və CPM‐in 32.1‐ci maddəsinə müvafiq
olaraq Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi
əsasında həyata keçirilir. Yəni məhkəmə işə ədalətlə və qərəzsiz baxılmasını təmin etməli, tərəflərə
öz prosessual vəzifələrini həyata keçirmək və mövqelərini müdafiə etmək üçün bərabər imkanlar
yaratmalıdır.
Konstitusiya Məhkəməsi isə bu prinsiplə bağlı öz mövqeyini belə ortaya qoyur ki, çəkişmə yalnız
bitərəf məhkəmənin mövcudluğu halında mümkün olduğundan məhkəmənin tərəflərin prosessual
funksiyalarını (ittiham, yaxud müdafiə) öz üzərinə götürməsi yolverilməzdir. (bax: Konstitusiya
Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul
2011‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012‐ci il tarixli Qərarı).
Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐Prosessual
Məcəlləsinin 409‐cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002‐ci il tarixli Qərarında bir qədər
də irəli gedərək qeyd etmişdir ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda
müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışı zamanı ittihamın
ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan
məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham
irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya
digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə
nəzərdə tutulmamışdır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsinin
43.1.1, 314.2‐ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət
təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008‐ci il tarixli Qərarında
əks etdirdiyi hüquqi mövqeyinə görə çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə
hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual
səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud
onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
Biz isə bu fikirdəyik ki, çəkişmə prinsipi güləşmə prinsipi kimi qəbul edilməməli, hakim isə idman
arbitri rolunu oynamamalıdır. Əgər məhkəmədə ədalət mühakiməsi yalnız cəkişən tərəflərin
mübarizəsinin nəticəsi kimi qiymətləndiriləcəksə, onda daha məhkəməyə (arbitrə) nə ehtiyac vardır.
Elə bu nəticəni cinayət prosesini həyata keçirən istintaq və təhqiqat orqanı da fiksə edə bilərdi. Digər
tərəfdən,məhkəmə əgər təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla mütləq bağlıdırsa,onda
çəkişmə prinsipi də boş ibarədən başqa bir şey deyildir.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
16
17
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Çünki Azərbaycan Respublikası Konstitusiyasının 125‐ci maddəsinin (Məhkəmə hakimiyyətinin
həyata keçirilməsi) VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin
etməlidir. Habelə CPM‐nin 25.2‐ci maddəsinə əsasən “Hakimlər cinayət prosesini həyata keçirən
orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər.”
CPM‐nin 8‐ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri cinayətləri tezliklə açmaq,
cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri
ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini
müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət
mühakiməsini həyata keçirməkdən və s. ibarətdir.
Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında
yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında,
qərəzsiz və ədalətlə baxmalıdırlar. (CPM 28.1 m.)
Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi
yoxdur. (CPM m. 33.3 m.)
Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur
daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az
əhəmiyyət verilməsi yolverilməzdir. (CPM 33.4 m.)
Bu halda məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün
onların kifayət etməsinə əsasən qiymət verməli, hakim qanunu və vicdanını rəhbər tutaraq
sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına
görə qiymətləndirməlidir. CPM‐nin 25.3.‐cü mad. əsasən “Hakimlər cinayət işlərini və ya cinayət
təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri
sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.”
Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki,
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 29 noyabr 1985‐ci il tarixli qətnaməsi ilə təsdiq
edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT‐nin Əsas prinsipləri”nə müvafiq olaraq
məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı,
onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının
təmin edilməsini də tələb edir.
“Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik
prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından,
qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6‐cı maddəsi ilə
təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur.
Mövqeyimizin doğruluğunu təsdiq edən saydıqlarımızdan savayi, kifayət qədər hüquq normaları
mövcuddur.
Daha sonra CPM‐nin 318.3‐cü maddəsinə əsasən cinayətin tövsifinin dəyişməsi nəticəsində
məhkəmə aidiyyətinin dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən məhkəmədə
işin baxılmasına xitam verilir və iş ümumi qaydada aidiyyəti üzrə baxılmaq üçün müvafiq
məhkəməyə göndərilir. Daha bir məntiqi sual: istintaq orqanı cinayət işinin icraatına xitam verərsə
məhkəmə nə etməlidir? Yəqin ki,istintaq orqanının müvafiq qərarına əsasən məhkəmə baxışına
xitam verməlidir.İcraat dayandırıldıqda isə məhkəmə baxışı da dayandırılmış vəziyyətdə qalır.
Qeyd etdiklərimizlə bağlı,bəzi hakimlərin CPM‐nin 318 və 391.8‐1‐ci maddələrinin Məcəllədən
çıxarılması barədə fikirlərinin tam əsassız olması qənaətinə gələrək,bunun cinayət‐prosessual
qanunvericiliyinin prinsip və şərtlərinə daban‐dabana zidd olduğunu bildirir və CPM‐nin 318‐ci
maddəsinin aşağıdakı mətndə verilməsini məqsədəmüvafiq hesab edirik:
Maddə 318. Məhkəmə araşdırmasının hədləri
318.1. Məhkəmə araşdırması yalnız təqsirləndirilən şəxsə münasibətdə və ancaq ona qarşı irəli
sürülmüş ittiham üzrə aparılır.
318.2. Əgər məhkəmə araşdırması zamanı (nəticəsində) kifayət qədər əsaslar olarsa, məhkəmə