Etiraf etmək lazımdır ki, cinayət işlərinə baxan məhkəmələr üçün cəza təyini məsələsi əvvəlki
qanunvericiliyin qüvvədə olduğu vaxt ən mürəkkəb və ən problematik məsələlərdən biri olduğu
kimi, yeni qanunların qəbulundan sonra da bu məsələ eyni dərəcədə mürəkkəb və problematik
olaraq qalmaqdadır.
Yeni qanunların qəbulundan sonrakı Ali Məhkəmənin Plenumu tərəfindən ilk qəbul olunmuş
qərarlardan birinin də məhz bu məsələ‐ cəza təyini məsələsi ilə bağlı olması da cəza təyini
məsələsinin nə dərəcədə aktual və əhəmiyyətli olduğunu göstərir.
Qərarın özünə gəldikdə isə, qeyd etmək lazımdır ki, həmin Qərarın cəza təyini ilə bağlı bütün
məsələləri əhatə etməsi, nəzərdə tutulmuş izahların konkret, əhatəli və dolğun olması və praktiki
əhəmiyyəti baxımından məhkəmələr üçün olduqca zəruri olan və gündəlik iş fəaliyyətlərində istifadə
edilən ən vacib qərarlardan biridir.
Həmin qərarda cəza təyininin bir çox başqa məsələləri ilə yanaşı, CM‐nini 62‐ci maddəsinin (cinayətə
görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi), eləcə də CM‐nin 65‐ci maddəsinin
(residivə görə cəzanın təyin edilməsi) tətbiqi ilə bağlı olan məsələlərə dair də vacib və zəruri izahlar
verilmişdir.
Bizim hazırkı yazımız residivə görə cəza təyini məsələsi ilə bağlı olduğundan və cinayətin residivi
zamanı residivi nəzərə almadan cəza təyin edilərkən hökümdə həm də CM‐nin 62‐ci maddəsinə
istinad edilməsinin zəruri olduğunu iddia edənlərin də mövqeylərini əsasladırarkən məhz Plenumun
həmin qərarına istinad etdiklərindən, qeyd edilən qərarın cinayətlərin residivi zamanı cəza təyini
məsələri ilə bağlı olan hissəsinin daha diqqətlə nəzərdən keçirilməsini əhəmiyyətli hesab edirik.
Həmin Qərardan görünür ki, qərarın 11 və 12‐ci hissələri cinayətlərin residivi zamanı cəza təyini,
habelə residivi nəzərə almadan cəza təyini məsələlərinə izahı ilə bağlıdır. Qərarın 11‐ci hissəsinin
2ci abzasında isə konkret olaraq CM‐nin 65.3‐cü maddəsində nəzərdə tutulmuş qaydalarına uyğun,
yəni cinayətin residivi nəzərə alınmadan cəza təyini məsələsindən bəhs edir.
Cinayətlərin residivi halında residivi nəzərə almadan cəzanın təyin edilməsi şərtləriniqaydasını
tənzimləyən CM‐nin 65.3‐cü maddəsinini izahını verən həmin hissəni diqqətlə nəzərdən keçirdikdə
müəyyən olunur ki, Plenum həmin qərarında bəzi həmkarlarımızın mövqeyini, yəni CM‐nin 65.3‐cü
maddəsinin tətbiqi(cinayətin residivi zamanı residivi nəzərə almadan cəza təyini) zamanı hökümün
nəticə hissəsində həm də CM‐nin 62‐ci maddəsinə istinad edilməli olmasını əsaslandıra biləcək hər
hansı göstəriş nəzərdə tutulmamışdır.
Plenum qərarının 11‐ci hissəsindən görünür ki, həqiqətən də orada hökümün nəticə hissəsinədə
CM‐nin 62‐ci maddəsinə istinad edilməsinə dair göstəriş nəzərdə tutulmuşdur, lakin həmin abzası
daha diqqətlə öyrənərkən açıq aşkar aydın olur ki, bu göstəriş heç də CM‐nin 65.3‐cü maddəsinin
deyil, yalnız CM‐nin 65.2‐ci maddəsinin tətbiqi ilə əlaqələndirilmişdir.
Bununla bağlı iki vacib məsələnin qeyd olunmasını zəruri hesab edirik.
Birincisi, cinayətlərin residivi zamanı AR CMnin 65.3cü maddəsinə əsasən residivi nəzərə almadan
cəza təyin edərkən hökümün nəticə hissəsində həm də CM‐nin 62‐ci maddəsinə istinad eldilməsi
ilə bağlı mövqeyin cinayət qanunvericiliyinin tələbləri baxımından əsassız olduğu kimi, Ali
Məhkəmənin Plenumunun 25.07.2004‐cü il tarixli 4¹li Qərarı baxımından da əsassız odmasının
müəyyən edilməsi ilə bağlıdır.
İkincisi, Plenumun həmin qərarının istinad olunan 11‐ci hissəsinin, daha doğrusu onun 2ci
abzasının mətni ilə bağlıdır.
Belə ki, hazırkı yazımızda müzakirə olunan məsələnin araşdırılması zamanı diqqət çəkən maraqlı
bir məqam da otaya çıxmışdır. Məlum olmuşdur ki, bəzi həmkarlarımızın müzakirə olunan məsələdə
fərqli mövqeydə olmaları bir tərfdən həmin qərarın tam təhlil edilmədən öyrənilməsi ilə bağlı olsa
da, digər tərəfdən isə həm də həmin qərarın 11‐ci hisəsinin 2‐ci abzasının mətni ilə bağlıdır.
Həmin abzası diqqətlə təhlil etdikdə məlum olur ki, həmin abzasın mətni işlənərkən orada AR CMnin
65.2, 65.3 və 62‐ci maddələrinin yazılışının ardıcıllığında, çox güman ki, texniki səbəbdən yanlışlığa
yol verilmişdir ki, bu da öz növbəsində həmin abzasda nəzərdə tutulmuş göstərişlə bağlı müəyyən
sualların yaranmasına səbəb olmuşdur.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
8
9
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Cinayətin residivi və residivə görə cəza təyin edilməsi ilə bağlı qanunvericiliyinin tətbiqi zamanı
prakikada ortaya çıxan bəzi problemli məsələlərə dair hazırkı yazımızı tamamlayaraq, sonda bu
problemlərin həllinə xidmət edə biləcəyi qənatində olduğumuz bəzi təkliflərimizi də bölüşmək
istərdim.
Birincisi: fikrimizcə Ali Məhkəmənin Plenumunun 25.07.2004‐cü il tarixli 4¹li Qərarının 11ci
hissəsinin 2‐ci abzasındakı yanlışlıq aradan qaldırılmaqla, onun düzəldilməsi və həmin abzasın
yenidən işlənməsinə ehtiyac vardır.
İkincisi isə qanunvericilik qaydasında Cinayət Məcəlləsinin cinayətlərinin residivi və onun növlərini
tənzimləyən 18‐ci və residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65‐ci maddələrində onların
bir qədər «yumşaldılması» istiqamətində müvafiq dəyişiklik edilməsini zəruri hesab edirik.
Cinayət Məcəlləsinin 18‐ci maddəsində təsbit edilmiş residivin müəyyən olunması zamanı nəzərə
alınmayan hallarn dairəsinə CM‐nin 15‐ci maddəsinin təsnifatına əsasən
böyük ictimai təhlükə
törətməyən cinayətlərə görə məhkulluqlaın da daxil edilməsini, eləcə də CM‐nin 65.2‐ci maddəsində
təsbit edilmiş residivə görə daha ciddi cəza növünün son həddinin yarısından, üçdə birinə, təhlükəli
residivə görə nəzərdə tutulmuş üçdə ikidən, xüsusilə təhlükəli residivə görə nəzərdə tutulmuş
dörddə üçdən isə daha ciddi cəza növünün son həddinin yarısından az olmayan həddə edirilməsini
məqsədəmüvafiq hesab edirik.
Fikrimmizcə, cinayətin residivini və onun növlərini, eləcə də residivə görə cəzanın təyin edilməsini
tənzimləyən normalara təklif edilən dəyişikliklər (yuxarıda da qeyd edilmişdir ki, Rusiya
Federasiyasının CM müvafiq (Maddə 18 və 68) normalarında da bu məsələ məhz təklif olunan
qaydada təsbit olunmuşdur) cinayət qanunun əsas prinsiplərini müəyyən edən CM‐nin 8‐ci (Maddə
8. Ədalət prinsipi) və 9‐cu (Maddə 9. Ədalət prinsipi) maddələrinin tələbləri baxımından zəruri
olmaqla yanaşı, həm də residivə görə cəza təyin edilməsi zamanı cinayət əməlinin törədilməsi
şəraiti, tərəflərin münasibəti (həm cinayət hadisəsinə qədər, həm də ondan sonrakı) təqsirləndirilən
şəxsin şəxsiyyətini səciyyələndirən hallar, o cümlədən onun ailə vəziyyəti, təhsili, yaşı, təhsilni
davam etdirməsi, işləyibişləməməsi, zərərçəkmiş şəxsin cinayət hadisəsinin baş verməsindəki
«rolu», təqsirləndirilən şəxsin məhkəmə iclasındakı davranışı və sair bu kimi hər bir cinayət işi
üçün fərdi xarakter daşıyan xüsusiyyətlərin nəzərə alınması və nəticə etibarı ilə qanuni və əsaslı
olmaqla yanaşı, həm də konkret işə baxan məhkəmənin mülahizə sərbəstliyinə, başqa sözlə isə
məhkəmənin həm də «görünən» ədalətli qərar qəbul etməsinə əlavə təminat vermiş olardı.