maddəsindən “yüngül sanksiyalı” maddəsinə tövsif etmək... şəklində yazmaqla mübahisəyə son
qoya bilər. Təqsirləndirilən şəxsin əməli heç vaxt cinayət əməlinə tövsif olunmur, əksinə, cinayət
əməli CM‐nin müvafiq maddəsinə tövsif oluna bilər. Məhkəmə baxışı gedişində ittihamın
yüngülləşdirilə biləcəyi hal aşkar edildikdə məhkəmə cinayət prosesi tərəflərinin fikrini də
öyrənməli və ittihamın yüngülləşdirilməsi üçün kifayət qədər əsaslar olduqda ittihamı dəyişərək
təqsirləndirilən şəxsə yeni ittiham elan etməli və yüngülləşdirilmiş ittiham üzrə məhkəmə baxışını
davam etdirməlidir.
2‐ci istisna halı isə Azərbaycan Respublikası CPM‐nin 318.2‐ci maddəsində öz əksini tapmış və
kifayət qədər məchul olmaqla mübahisəlidir. Bunun bir səbəbi isə “Normativ hüquqi aktlar
haqqında Konstitusiya Qanununda normativ hüquqi aktlar və onların struktur bölmələrindən ən
əsası olan maddələrlə bağlı tələblərə riayət olunmamasədər. CPM‐nin 318.2‐ci maddəsində deyilir:
“Məhkəmə baxışı??? zamanı təqsirləndirilən şəxsin hərəkətlərində??? daha ağır cinayətin
əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə
irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır.” Burada qanunverici təqsirləndirilən
şəxsin “hərəkətlərində” ağır cinayətin əlamətlərinin mövcudluğunu əsas götürmüşdür ki,bu da
düzgün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM‐nin 14.1‐ci maddəsinə əsasən “Bu
Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya
hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.” Yəni cinayətin törədilməsi həm hərəkət,
həm də hərəkətsizlikdə ifadə olunur.
Qanunvericiliyə əsasən daha ağır cinayət (ittiham) dedikdə təqsirləndirilən şəxsin törətmiş olduğu
cinayət əməlinin CM‐nin xüsusi hissəsinin sanksiyasında daha ağır cəza nəzərdə tutan maddəsinə
tövsifi, ona yeni cinayət epizodu‐cinayət hadisələri üzrə ittihamın elan edilməsi, ittihama CM‐nin
61‐ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların daxil edilməsi, habelə ittihamın
başqa formada ağırlaşması (məsələn: ziyanın məbləğinin artması,iştirakçılıqla törədilmiş cinayətdə
şəxsin rolunun artması,cinayətə hazırlığın cəhdlə əvəz edilməsi və s.) başa düşülür. XİQŞ
materiallarına baxıldıqda isə xüsusi ittihamçının vəsatəti ilə məhkəmə təqsirləndirilən şəxsə qarşı
irəli sürülmüş ittihamı ya CM‐nin 147‐ci maddəsindən 148‐ci maddəsinə, yaxud 165.1‐ci
maddəsindən 166.1‐ci maddəsinə və ya əksinə dəyişə bilər.
Sözsüz ki, CPM‐nin 318.2‐ci maddəsində söhbət Cİ və MSİ materiallarından gedir. Çünki XİQŞ
materialları üzrə məhkəmə baxışında dövlət ittihamçısı olmur və ittiham fiziki şəxslər tərəfindən
irəli sürülür. Maddənin bu göstərişi hakimlərin müstəqilliyi haqqında qanunların tələblərinə ziddir.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127‐ci maddəsinin birinci hissəsinə uyğun olaraq
hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
tabedirlər. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının
nəticələrinə əsaslanmalıdır.
Bu, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100‐cü, CPM‐nin 25.1‐ci
maddəsində, habelə digər qanunvericilik aktlarında da təsbit olunmusdur. Ona görə də dövlət
ittihamçısının vəsatətinin məhkəmələr üçün imperativ xarakter daşıyan prosessual hərəkət olması
barədə qanunvericinin mövqeyi, anlaşılan subyektiv istəyə söykənən qanunsuz ibarədən başqa bir
şey deyildir. CPM‐nin 91.5.38‐ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət
prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən
həll edilən məsələlər üzrə öz fikrini bildirmək hüququna malikdir. Əgər dövlət ittihamçısının vəsatəti
məhkəmə ücün məcburi imperativ xarakter daşıyırsa, onda daha təqsirləndirilən şəxsin və ya onun
müdafiəçisinin fikrini dinləməyə nə ehtiyac vardır?
Həmçinin burada CPM‐nin 318‐ci maddəsinin müvafiq müddəsı ilə ziddiyyət təşkil edən 391.8‐1‐ci
maddə də səpkili şəkildə AİM‐də ittihamın həddi ilə bağlı prokurorluğun mövqeyini əks etdirir.
Hərçənd burada birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdən verilmiş protestdən
söhbət getsə də ittihamın həddi ilə bağlıdır. Belə ki, qeyd olunan maddəyə əsasən Apellyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə
edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
12
13
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan
Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya
protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat
materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.” Göründüyü
kimi dövlət ittihamçısının ittihamın həddi ilə bağlı mövqeyi (vəsatəti) məhkəmə üçün məcburi
olduğu halda, Baş prokurorun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan
Muxtar Respublikasının prokurorunun mövqeyi (protesti) isə belə qüvvəyə malik deyildir. Bu isə
absurddur.
Digər tərəfdən, bu halda məhkəmənin CPM‐nin 318.2‐ci maddəsinə əsasən “müvafiq olaraq Cİ və
ya MSİ materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi
məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora
göndərilməsi barədə əsaslandırılmış qərar çıxarması” barədə göstərişi isə məhkəmə və ibtidai
araşdırma təcrübəsinə uyğun gəlməyən müddəadır. Məhkəmənin bu qərarından təqsirləndirilən
şəxsin və ya zərərçəkmişin şikayət vermək hüququ isə qanunla nəzərdə tutulmamışdır. Bununla
da tərəflərin hüququ əsaslı surətdə pozulmuş olur. Halbuki CPM‐nin 91.5.31‐ci maddəsinə əsasən
təqsirləndirilən şəxs hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya
əlavə kassasiya qaydasında şikayət vermək və həmin qərarların surətlərini almaq hüququna
malikdir. Göründüyü kimi qanunverici burada “məhkəmənin digər yekun qərarlarını”
yox,ümumiyyətlə “qərarlarını” nəzərdə tutmuşdur. CPM‐nin 384‐cü maddəsində isə məhkəmənin
CPM‐nin 318.2‐ci maddəsində adı cəkilən qərarlarından müstəqil surətdə şikayət verilməsi nəzərdə
tutulmamışdır. CPM‐nin 384.5‐cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti
vermək hüququna malik olan şəxslər məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi
tərəfindən qəbul edilmiş digər qərarlardan narazı olduqlarını cinayət işi üzrə yekun məhkəmə
qərarından verdikləri müvafiq olaraq apellyasiya şikayətində və ya apellyasiya protestində
əsaslandırmaq hüququna malikdirlər. Ziddiyyət göz qabağındadır.
Qeyd etmək yerinə düşərdi ki, CPM‐nin 91.1‐ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya
məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs
təqsirləndirilən şəxs kimi tanınır və bu qərarın çıxarılmasi ona qarşı ittihamın irəli sürülməsi hesab
olunur. CPM‐nin 297.0.2.‐ci maddəsinə əsasən isə MSİ materialları üzrə toplanılmış sübutlar və
təhqiqat zamanı araşdırılmış hallar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı
ittihamın irəli sürülməsinə imkan verdikdə, prosessual rəhbərliyi həyata keçirən prokuror böyük
ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə
dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsini təsdiq
etmək və bütün materialları məhkəməyə göndərmək hüququna malikdir. Yəni prosessual rəhbərliyi
həyata keçirən prokuror yekun protokolunu təsdiq etdikdən sonra cinayət qanunu ilə nəzərdə
tutlmuş əməli törədən şəxs “təqsirləndirilən şəxs” hesab olunur. Burada işlədilən “başqa ittiham”
anlayışı isə maddənin məntiqi anlayışına heç uyğun deyildir. Belə ki, Cİ və MSİ materiallarında
təqsirləndirilən şəxsə qarşı başqa ittiham məhkəmə iclasında məhkəmə tərəfindən ancaq yüngül
sanksiyalı maddələrlə irəli sürülə bilər.İstintaq orqanı isə məhkəmənin təqsirləndirilən şəxsə qarşı
daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işini, MSİ materiallarını
prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarsa
da istintaq orqanı təqsirləndirilən şəxsə qarşı yalnız həm ağır sanksiyalı yeni ittiham, həm əlavə
ittiham, yüngül sanksiyalı yeni ittiham, yaxud ittihama cəzanı ağırlaşdıran hallar daxil edərək
yenilənmiş ittiham irəli sürə bilər, işin icraatına xitam verə, icraatı dayandıra bilər və s.
Qanunverici 10 gün müddəti qəti olaraq müəyyən etmişdir. Belə çıxır ki, bu müddətin ötürülməsi,
ona riayət edilməməsi ibtidai araşdırma müddətinin ötürülməsi hesab olunur. Onun ötürülməsindən
sonra həyata keçirilən prosessual hərəkətlərin etibarsız hesab edilərərk ləğv olunmasına səbəb
olacaqdır.
Lakin istər Cİ, istərsə də MSİ materialları üzrə 10 gün müddətində təqsirləndirilən şəxsə qarşı daha
ağır ittihamın irəli sürülməsi (işin prokurorluğa qaytarılması, orada yenidən icraata qəbul olunması,