olunmuş, bununla yanaşı Məhkəmə F.Abdullayevin barəsində cəzanı yüngülləşdirən halların
məcmusunu müstəsna hal olduğunu müəyyən etmiş və Azərbaycan Respublikası CMnin 65.3cü
maddəsinə əsasən və istinadən, ona residivi nəzərə almadan qazancından 20 faiz dövlət nəfinə
tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzası təyin etmişdir.
Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM‐nin 67.1‐ci maddəsinə əsasən əvvəlki hökmlə
təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsini sonuncu hökmlə təyin edilmiş islah işləri
cəzası ilə qismən birləşdirərək, F.Abdullayevə qəti olaraq qazancından 20 faiz dövlət nəfinə
tutulmaqla 1(bir) il 2(ik) ay müddətinə islah işləri cəzası təyin etmişdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsi.
Maddə 132. Döymə
Bu Məcəllənin 128‐ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair
zorakı hərəkətlərə fiziki ağrı yetirmə ‐
İki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məhkəmənin həmin hökmü ilə F.Abdullayevin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 132‐ci maddəsindən də görünür ki, həmin maddənin sanksiyasından 200 manatadək
cərimə cəzası, 240 saatadək müddətə ictimai işlər cəzası və 6 ayadək müddətə azadlıqdan məhrum
etmə cəzası ilə yanaşı, həm də bir ilədək müddətə islah işləri cəzası da nəzərdə tutulmuşdur.
Belə olan halda aydın olur ki, Nəsimi Rayon Məhkəməsi F.Abdullayev barəsində 24 avqust 2010‐cu
il tarixli hökmü ilə onu Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsi ilə təqsirli bilərək,
Azərbaycan Respublikası CMnin 65.3cü maddəsinə istinad edərək, residivi nəzərə almadan, cəza
təyin etmənin ümumi qaydasına əsasən ona həmin maddədə müəyyən olunmuş cəza növü üzrə və
həm də həmin maddədə müəyyən olunmuş hədd daxilində cəza təyin etmişdir. Başqa sözlə,
Məhkəmə F.Abdullayevə cəza təyin edərkən, ona təqsirli bilindiyi maddədə nəzərdə tutulan cəza
növünü və maddədə müəyyən edilən hədd daxilində cəza təyin etdiyindən, hökümdə həm də
Azərbaycan Respublikası CM‐nin 62‐ci maddəsinə istinad etmək üçün əsaslar olmamışdır, başqa
sözlə, Məhkəmə təqsirləndirilən şəxs F.Abdullayev barəsində Azərbaycan Respublikası CMnin 62ci
maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin etmədiyindən, onun barəsində olan həmin
hökmün nəticə hissəsində, dövlət ittihamçısının protestindəki mövqeyinə görə həm də Azərbaycan
Respublikası CM‐nin 62‐ci maddəsinə istinad edilməsi qətiyyən yolverilməzdir.
Qeyd olunanlardan da aydın olur ki, hökmdən protest verən dövlət ittihamçısının protestdə əksini
tapmış və heç bir maddi hüquq norması və normativ aktla əsaslanmayan mövqeyi, yəni məhkəmənin
F.Abdullayev barəsindəki həmin hökmündə Azərbaycan Respublikası CMnin 65.3cü maddəsi ilə
yanaşı, həm də Azərbaycan Respublikası CM‐nin 62‐ci maddəsinə də istinad etməli olmasının
zəruriliyi ilə bağlı mövqeyi hüquqi baxımdan əsaslı sayıla bilməz.
Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılarkən hakim həmkarlarımın, eləcə də dövlət
ittihamçılarının böyük əksəriyyətinin eyni mövqeydə, yəni cinayətin residivi zamanı CMnin 65.3cü
maddəsi tətbiq edilərkən həm də CM‐nin 62‐ci maddəsinə istinad edilməsinin zəruri olmasını və
bu vaxt onların bəzilərinin əsas kimi mövcud məhkəmə təcrübəsinə, bəzilərinin isə Ali Məhkəmənin
Plenumunun yuxarıda istinad olunan Qərarına istinad etdikləri məlum olmuşdur.
Məlumat üçün bildirmək istəyirdik ki, yuxarıda da qeyd edildiyi kimi, cinayət qanunvericiliyinin bir
çox instutlarının, o cümlədən də residivə görə cəza təyin etmə ilə bağlı məsələlərdə eyniyyət təşkil
edən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin analoji normalarının tətbiqi ilə bağlı həmin
ölkənin cinayət hüququ sahəsində tanınmış mütəxəssislərinin, eləcə də yuxarı məhkəmə
orqanlarının bu məsələ ilə bağlı elmi əsaslandırılmış və praktik baxımdan öz təsdiqini tapan və bizim
hazırki yazıdakı mövqeyimizlə üstüstə düşən oturuşmuş mövqeyi mövcuddur.
Məsələn: Başkırdıstan Respublikası, Ufa şəhəri, Demski rayon məhkəməsi 31 avqust 1998‐ci il tarixli
hökmü ilə Kudakayevi RF CM‐nin 30‐cu maddəsinin 3‐cü hissəsi və 105‐ci maddəsinin 1‐ci hissəsi
(qəsdəq adam öldürməyə cəhd etmə) ilə təqsirli bilərək 7 (yeddi ) il müddətinə azadlıqdan məhrum
etmə cəzasına məhkum etmişdir. Rayon məhkəməsi Kudakayevin 21 avqust 1991‐ci il tarixli hökmə
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
6
7
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
görə ödənilməmiş məhkumluğunun‐yəni cinayətin residivinin olmasını müəyyən etmiş, bunula
belə, cinayət hadisəsinin məhz zərərçəkmişin təhriki ilə yaranmış mübahisə zəminində baş
verməsini və təqsirləndirilən şəxsin səmimi neşman olmasını RF CM‐nin 61‐ci maddəsinin 1‐ci
hissəsinin «k» bəndinə əsasən yüngülləşdirici hallar kimi, həmin yüngülləşdirici halları və
Kudakayevin şəxsiyyətini müstəsna hallar kimi qiymətləndirmiş və RF CM‐nin 64 ‐cü maddəsini
(qanunla konkret cinayətə görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması )
tətbiq etməklə həmin cəzanı təyin etmişdir.
Başkordıstan Respublikası Ali Məhkəməsinin CİÜMK, sonradan isə həmin məhkəmənin Rəyasət
Heyəti prokurorun protestini təmin etməmiş və hökmü dəyişdirmədən qüvvədə saxlamışlar.
Rusiya Federasiyası
Baş prokurorunun müavininin protesti əsasında işə baxmış RF Ali
Məhkəməsinin CİÜMK 20 sentiyabr 2000ci il tarixli qərarı ilə protesti təmin etmiş və Kudakayev
barəsində olan hökmü dəyişdirərək, ona Demsk rayon məhkəməsi tərəfindən təyin edilmiş 7(yeddi)
il azadlıqdan məhrum etmə cəzasını azaldaraq 5 (beş) il 6(altı) aya endirmişdir.
Ali Məhkəmə həmin iş üzrə aşağı məhkəmələr tərəfindən işin faktikin hallarına, əməlin tövsifinə,
təqsirin sübut olunmasına, eləcə də yüngülləşdirici halların və məhkumun şəxsiyyətinin müstəsna
hal kimi qiymətlədirilməsinin və buna görə də onun barəsində RF CM‐nin 64‐cü maddəsinin
tətbiqinin mümkünlüyünü dair gəldiyi nəticəni əsaslı hesab etmiş, lakin bunula yanaşı maddi hüquq
normasının tətbiqi və təfsirində aşkar səhvə yol verildiyini müəyyən etmişdir. Ali Məhkəmə həmin
qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsinin RF CM‐nin 64‐cü maddəsinin tətbiqini
mümkün hesab etməsinə baxmayaraq, məhkum Kudakayevə RF CM‐nin 105‐ci madəsinin 1‐ci
hissəsində nəzərdə tutulan 6 ildən 15 ildək azadıqdan məhrum etmə cəzasının həddi daxilində,
yəni 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir, halbuki CMnin 64cü
maddənin tətbiqi zamanı məhkuma 6 ildən aşağı həddə cəza təyin edilməsini tələb edir. Ali
Məhkəmə göstərmişdir ki, məhkum Kudakayevin əməlində cinayətinin residivinin olması CMnin
64cü maddəsində nəzərdə tutulmuş cəza təyin edilməsi qaydalarını dəyişdirə bilməz. Məhkəmə
həmin qərarında, həmçinin, aydın şəkildə göstərmişdir ki, cinayətin residivi zamanı, residiv nəzərə
alınmadan cəza təyin edilərkən, əgər təyin edilən cəza maddənin sanksiyası həddində olduqda
(Kudakayevin işində olduğu kimi) bu zaman həm də CM‐nin 64‐cü maddəsinə istinad edilməsi
yolverilməzdir. (Mənbə: Bülleten ¹ 5 Verxovnoqo Suda RF)
Beləliklə də, tam əminliklə demək olar ki, cinayətlərin residivi zamanı residivi nəzərə almadan cəza
təyini zamanı (CM. Maddə 65.3) maddənin sanksiyası həddində cəza təyin edildikdə CM‐nin 62‐ci
maddəsinə istinad edilməsinin qanuni əsası yoxdur.
Bəzi həmkarlarımın bununla bağlı mövcud məhkəmə təcrübəsinə əsaslanmalarına gəldikdə isə,
yəqin ki, heç kimi inandırmağa ehtiyac yoxdur ki, məhkəmə təcrübəsi yalnız qanuna əsaslanmalıdır
və yalnız bu halda məhkəmə təcrübəsinə əsaslanmaqla hansısa məsələyə aydınlıq gətirmək, onu
izah etmək olar, qanuna uyğun olmayan məhkəmə təcrübəsi isə heç bir halda əsaslı hesab edilə
bilməz.
Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.06.2003‐cü il tarixli Plenum
Qərarına istinad edənlərin də mövqeyi ilə razılaşmaq olmaz.
Ali Məhkəmənin Plenum qərarlarının təyinatı və işə baxan məhkəmələr üçün onların əhəmiyyəti
barədə yuxarıda bəhs edildiyindən, bir daha onların təkrarlanmasına lüzum görmürük.
Ali Məhkəmənin Plenumunun həmin qərarının özünün daha diqqətlə öyrənilməsini isə zəruri hesab
edirik.
Birinci yazımızda da qeyd etmişdik ki, yeni qanunların qəbul edilməsindən sonra onların tətbiqi
zamanı təcrübədə yaranan çətinliklər və anlaşılmamazlıqların izah edilməsi ilə bağlı müxtəlif
məsələlərə dair Ali Məhkəmənin Plenumu tərəfindən məhkəmələr (həmçinin digər sahələrdə
çalışan praktiki hüquqşünaslar üçün) üçün mühüm praktiki əhəmiyyətə malik xeyli sayda olduqca
mühüm qərarlar qəbul olunmuşdur.
Belə qərarlardan biri də «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi
haqqıda» 25 iyun 2003cü il tarixli 4 ¹li qərardır.