Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   2   3   4   5   6   7   8   9   ...   32

olunmuş,  bununla yanaşı  Məhkəmə  F.Abdullayevin  barəsində cəzanı yüngülləşdirən halların

məcmusunu müstəsna hal olduğunu müəyyən etmiş və  Azərbaycan Respublikası CM­nin 65.3­cü

maddəsinə  əsasən  və  istinadən,  ona  residivi  nəzərə  almadan qazancından  20  faiz dövlət  nəfinə

tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzası təyin etmişdir.

Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM‐nin 67.1‐ci maddəsinə əsasən əvvəlki hökmlə

təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsini sonuncu hökmlə təyin edilmiş islah işləri

cəzası  ilə  qismən birləşdirərək,  F.Abdullayevə  qəti  olaraq qazancından  20  faiz dövlət  nəfinə

tutulmaqla 1(bir) il 2(ik) ay müddətinə islah işləri cəzası təyin etmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi.

 Maddə 132. Döymə

Bu Məcəllənin 128‐ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair

zorakı hərəkətlərə fiziki ağrı yetirmə ‐

İki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək

müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmənin həmin hökmü ilə F.Abdullayevin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin 132‐ci maddəsindən də görünür ki, həmin maddənin sanksiyasından 200 manatadək

cərimə cəzası, 240 saatadək müddətə ictimai işlər cəzası və  6 ayadək müddətə azadlıqdan məhrum

etmə cəzası ilə yanaşı, həm də bir ilədək müddətə islah işləri cəzası da nəzərdə tutulmuşdur.

Belə olan halda aydın olur ki, Nəsimi Rayon Məhkəməsi F.Abdullayev barəsində 24 avqust 2010‐cu

il  tarixli hökmü  ilə  onu  Azərbaycan Respublikası  CM‐nin  132‐ci  maddəsi  ilə  təqsirli  bilərək,

Azərbaycan Respublikası CM­nin 65.3­cü maddəsinə istinad edərək, residivi nəzərə almadan, cəza

təyin etmənin ümumi qaydasına əsasən ona həmin maddədə müəyyən olunmuş cəza növü üzrə və

həm  də  həmin  maddədə müəyyən olunmuş  hədd  daxilində  cəza  təyin etmişdir. Başqa sözlə,

Məhkəmə F.Abdullayevə cəza təyin edərkən, ona təqsirli bilindiyi maddədə nəzərdə tutulan cəza

növünü  və  maddədə müəyyən  edilən  hədd  daxilində  cəza  təyin  etdiyindən, hökümdə  həm  də

Azərbaycan Respublikası CM‐nin 62‐ci maddəsinə istinad etmək üçün əsaslar olmamışdır, başqa

sözlə, Məhkəmə təqsirləndirilən şəxs F.Abdullayev barəsində Azərbaycan Respublikası CM­nin 62­ci

maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin etmədiyindən, onun barəsində olan həmin

hökmün nəticə hissəsində, dövlət ittihamçısının protestindəki mövqeyinə görə həm də Azərbaycan

Respublikası CM‐nin 62‐ci maddəsinə istinad edilməsi qətiyyən yolverilməzdir.

Qeyd olunanlardan da aydın olur ki, hökmdən protest verən dövlət ittihamçısının protestdə əksini

tapmış və heç bir maddi hüquq norması və normativ aktla əsaslanmayan mövqeyi, yəni məhkəmənin

F.Abdullayev barəsindəki həmin hökmündə Azərbaycan Respublikası CM­nin 65.3­cü maddəsi ilə

yanaşı,  həm  də  Azərbaycan Respublikası  CM‐nin  62‐ci  maddəsinə  də  istinad  etməli olmasının

zəruriliyi ilə bağlı mövqeyi hüquqi baxımdan əsaslı sayıla bilməz.

Bu  məsələ  ilə bağlı  fikir mübadiləsi aparılarkən  hakim həmkarlarımın,  eləcə  də dövlət

ittihamçılarının böyük əksəriyyətinin eyni mövqeydə,  yəni cinayətin residivi zamanı CM­nin 65.3­cü

maddəsi tətbiq edilərkən həm də CM‐nin 62‐ci maddəsinə istinad edilməsinin zəruri olmasını  və

bu vaxt onların bəzilərinin əsas kimi mövcud məhkəmə təcrübəsinə, bəzilərinin  isə Ali Məhkəmənin

Plenumunun yuxarıda istinad olunan Qərarına istinad etdikləri məlum olmuşdur.

Məlumat üçün bildirmək istəyirdik ki, yuxarıda da qeyd edildiyi kimi, cinayət qanunvericiliyinin bir

çox instutlarının, o cümlədən də residivə görə cəza təyin etmə ilə bağlı məsələlərdə eyniyyət təşkil

edən  Rusiya Federasiyasının  Cinayət  Məcəlləsinin  analoji normalarının  tətbiqi  ilə bağlı  həmin

ölkənin  cinayət hüququ  sahəsində tanınmış mütəxəssislərinin,  eləcə  də yuxarı  məhkəmə

orqanlarının bu məsələ ilə bağlı elmi əsaslandırılmış və praktik baxımdan öz təsdiqini tapan və bizim

hazırki yazıdakı mövqeyimizlə üst­üstə düşən oturuşmuş mövqeyi mövcuddur.

Məsələn: Başkırdıstan Respublikası, Ufa şəhəri, Demski rayon məhkəməsi 31 avqust 1998‐ci il tarixli

hökmü ilə Kudakayevi RF CM‐nin 30‐cu maddəsinin 3‐cü hissəsi və 105‐ci maddəsinin 1‐ci hissəsi

(qəsdəq adam öldürməyə cəhd etmə) ilə təqsirli bilərək 7 (yeddi ) il müddətinə azadlıqdan məhrum

etmə cəzasına məhkum etmişdir. Rayon məhkəməsi Kudakayevin 21 avqust  1991‐ci il tarixli hökmə



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  6 ­




­  7 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

görə ödənilməmiş məhkumluğunun‐yəni  cinayətin  residivinin olmasını müəyyən etmiş,  bunula

belə,  cinayət  hadisəsinin  məhz  zərərçəkmişin  təhriki  ilə yaranmış mübahisə  zəminində baş

verməsini  və  təqsirləndirilən şəxsin  səmimi neşman olmasını  RF  CM‐nin  61‐ci  maddəsinin  1‐ci

hissəsinin  «k»  bəndinə  əsasən yüngülləşdirici  hallar  kimi,  həmin yüngülləşdirici halları  və

Kudakayevin şəxsiyyətini müstəsna hallar kimi qiymətləndirmiş və RF CM‐nin 64 ‐cü maddəsini

(qanunla konkret cinayətə görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması )

tətbiq etməklə həmin cəzanı təyin etmişdir.

Başkordıstan Respublikası Ali Məhkəməsinin CİÜMK, sonradan isə həmin məhkəmənin Rəyasət

Heyəti prokurorun protestini təmin etməmiş və hökmü dəyişdirmədən qüvvədə saxlamışlar.

Rusiya Federasiyası

Baş  prokurorunun müavininin  protesti əsasında işə baxmış  RF  Ali

Məhkəməsinin CİÜMK 20 sentiyabr 2000­ci il tarixli qərarı ilə protesti təmin etmiş və Kudakayev

barəsində olan hökmü dəyişdirərək, ona Demsk rayon məhkəməsi tərəfindən təyin edilmiş 7(yeddi)

il azadlıqdan məhrum etmə cəzasını azaldaraq 5 (beş) il 6(altı) aya endirmişdir.

Ali Məhkəmə həmin iş üzrə aşağı məhkəmələr tərəfindən işin faktikin hallarına, əməlin tövsifinə,

təqsirin sübut olunmasına, eləcə də yüngülləşdirici halların və məhkumun şəxsiyyətinin müstəsna

hal  kimi  qiymətlədirilməsinin  və  buna görə  də  onun  barəsində  RF  CM‐nin  64‐cü  maddəsinin

tətbiqinin mümkünlüyünü dair  gəldiyi nəticəni əsaslı hesab etmiş, lakin bunula yanaşı maddi hüquq

normasının tətbiqi və təfsirində aşkar səhvə yol verildiyini müəyyən etmişdir. Ali Məhkəmə həmin

qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsinin RF CM‐nin 64‐cü maddəsinin tətbiqini

mümkün  hesab  etməsinə  baxmayaraq,  məhkum    Kudakayevə  RF  CM‐nin  105‐ci  madəsinin  1‐ci

hissəsində nəzərdə tutulan 6 ildən 15 ildək azadıqdan məhrum etmə cəzasının   həddi daxilində,

yəni 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir, halbuki CM­nin  64­cü

maddənin  tətbiqi zamanı  məhkuma    6  ildən aşağı  həddə  cəza  təyin  edilməsini  tələb  edir.  Ali

Məhkəmə göstərmişdir ki, məhkum Kudakayevin əməlində  cinayətinin residivinin olması CM­nin

64­cü maddəsində nəzərdə tutulmuş cəza təyin edilməsi qaydalarını dəyişdirə bilməz. Məhkəmə

həmin qərarında, həmçinin, aydın şəkildə göstərmişdir ki, cinayətin residivi zamanı, residiv nəzərə

alınmadan  cəza  təyin  edilərkən,  əgər  təyin  edilən  cəza  maddənin sanksiyası  həddində  olduqda

(Kudakayevin işində olduğu  kimi)  bu  zaman  həm  də  CM‐nin  64‐cü  maddəsinə  istinad  edilməsi

yolverilməzdir. (Mənbə: Bülleten ¹ 5 Verxovnoqo Suda RF)

Beləliklə də, tam əminliklə demək olar ki, cinayətlərin residivi zamanı residivi nəzərə almadan cəza

təyini zamanı (CM. Maddə 65.3) maddənin sanksiyası həddində cəza təyin edildikdə CM‐nin 62‐ci

maddəsinə istinad edilməsinin qanuni əsası yoxdur.

Bəzi həmkarlarımın  bununla bağlı mövcud  məhkəmə təcrübəsinə əsaslanmalarına  gəldikdə  isə,

yəqin ki, heç kimi inandırmağa  ehtiyac yoxdur ki, məhkəmə təcrübəsi yalnız qanuna əsaslanmalıdır

və yalnız bu halda məhkəmə təcrübəsinə əsaslanmaqla hansısa məsələyə aydınlıq gətirmək, onu

izah etmək olar, qanuna uyğun olmayan məhkəmə təcrübəsi isə heç bir halda əsaslı hesab edilə

bilməz.

Bu  məsələ  ilə bağlı  Azərbaycan Respublikası  Ali  Məhkəməsinin  25.06.2003‐cü  il  tarixli  Plenum



Qərarına istinad edənlərin də mövqeyi ilə razılaşmaq olmaz.

Ali Məhkəmənin Plenum qərarlarının təyinatı və işə baxan məhkəmələr üçün onların əhəmiyyəti

barədə yuxarıda bəhs edildiyindən, bir daha onların təkrarlanmasına lüzum görmürük.

Ali Məhkəmənin Plenumunun həmin qərarının özünün daha diqqətlə öyrənilməsini isə zəruri hesab

edirik.

Birinci yazımızda da qeyd etmişdik ki, yeni qanunların qəbul edilməsindən sonra onların  tətbiqi



zamanı təcrübədə  yaranan çətinliklər  və anlaşılmamazlıqların  izah  edilməsi  ilə bağlı müxtəlif

məsələlərə  dair  Ali  Məhkəmənin  Plenumu  tərəfindən    məhkəmələr  (həmçinin  digər  sahələrdə

çalışan praktiki hüquqşünaslar üçün) üçün mühüm praktiki əhəmiyyətə malik xeyli sayda  olduqca

mühüm qərarlar qəbul olunmuşdur.

Belə  qərarlardan  biri  də  «Məhkəmələr  tərəfindən  cinayət cəzalarının  təyin  edilməsi təcrübəsi

haqqıda» 25 iyun 2003­cü il tarixli 4 ¹­li qərardır.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə