Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   2   3   4   5   6   7   8   9   ...   32

­  10 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

Əhməd Fərhadov

Vəkillərin Kollegiyasının üzvü

CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA

MƏHKƏMƏ ARAŞDIRMASININ HƏDLƏRİNİN

AKTUAL MƏSƏLƏLƏRİ

“Azərbaycan  Respublikasında  məhkəmə  sisteminin  müasirləşdirilməsi  və  “Azərbaycan

Respublikasının  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında”

Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası

Prezidentinin 19 yanvar 2006‐cı il tarixli Fərmanı məhz insan və vətəndaş hüquq və azadlıqlarının

müdafiəsinin  təmininə,  məhkəmə  sisteminin  müasirləşdirilməsinə,  məhkəmə  hakimiyyətinin

möhkəmlənməsinə  yönəlmişdir.  Demokratik  və  hüquqi  dövlət  olan  Azərbaycanda  ədalət

mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CM‐nin, CPM‐in, Azərbaycan Respublikasının digər

qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəa və tələblərinə ciddi əməl edilməsi

məhkəmə və cinayət prosesi iştirakçılarının əsas vəzifələrindən biri olmaqla ədalət mühakiməsi bu

hüquqi  baza  ilə  şərtləndirilən  prosessual  hüquq  normalarına  uyğyn  həyata  keçirilməli  və

məhkəmələr tərəfindən cinayət‐prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət

olunmalıdır.

Lakin buna baxmayaraq, bu gün məhkəmə hüquq təcrübəsində “məhkəmə baxışının hədləri” anlayışı

hələ  qəti  həllini  tapmamış  hüquqi  mübahisə  mövzularından  biri  olmaqla  vaxtaşırı  gündəmi

dolaşmaqdadır. Bu məsələni sabit düşüncə mövqeyinə çəkməyə dəfələrlə tanınmış hüququşünaslar,

Ali Məhkəmə, Konstitusiya Məhkəməsi tərəfindən cəhd göstərilsə də natamamlıq və kolliziya yenə

də qalmaqdadır. Məncə bunun əsas səbəbi məsələyə qüvvədə olan hüquqi aktların kontekstindən

yanaşılmaması, cinayət prosessual qanunvericiliyin bir sıra prinsip və şərtlərinin fikir yürüşündə

əsassız diskvalifikassiyası, məhkəmə təcrübəsinin ehkam həddinə qaldırılmasıdır.

Qanunları rəsmi şərh edən Konstitusiya Məhkəməsinin mövqeyinə görə cinayət prosesində hədd

kateqoriyası məcburi prosessual şərt olmaqla “məhkəmə baxışının hədləri” təqsirləndirilən şəxsə

qarşı  irəli  sürülmüş  və  məhkəmədə  müdafiə  edilən  ittihama  uyğun  məhkəmə  tədqiqatının  və

qərarının qanunla müəyyən edilmiş sərhədləridir.

Nə qədər ki, hüquqi terminlər doğru seçilməmiş və ifadə tərzi mükəmməl formaya salınmamışdır,

sərgilənən mövqe ilə tam razılaşmaq olmaz və bu məsələdə aydın fikir yaratmaq qeyri‐mümkündür.

Əvvəlcə, ondan  başlayaq  ki,  Azərbaycan  Respublikası  CPM‐nin  318‐ci  maddəsinin  adı  düzgün

müəyyənləşdirilməmişdir.  Normativ‐hüquqi  aktlar  haqqında  Azərbaycan  Respublikasının

Konstitusiya Qanununun 30.6‐cı maddəsinə əsasən normativ hüquqi aktın maddəsi  tamamlanmış

normativ müddəanı əks etdirən əsas struktur elementi olmaqla, onun mahiyyətini əks etdirən ada

malik olmalıdır. Bildiyimiz kimi hazırda qüvvədə olan cinayət prosessual qanunvericiliyinə görə

cinayət mühakimə icraatı —məhkəməyədək, BİM, AİM, KİM‐də aparılan icraatdır. Məhkəməyədək

icraat ibtidai araşdırma adlanmaqla cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə aparılır.

(bax: CPM m.7.0.8; 7.0.22 ). BİM, AİM, KİM‐də aparılan icraat isə “məhkəmə baxışı” adlanır. Halbuki

məhkəməyədək icraat “ibtidai araşdırma” yox, ”ibtidai tədqiqat” (расследование) adlandırılmalı,

ali  tədqiqat  kimi  isə  məhkəmə  baxışı  götürülməli  idi.  Məhkəmə  baxışı  isə  cinayət  işlərinə,

məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham  qaydasında  şikayətlərə



­ 11 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

ilkin baxılması; məhkəmə baxışının açılışı; məhkəmə istintaqı; məhkəmə çıxışları və təqsirləndirilən

şəxsin  son  sözü;  yekun  məhkəmə  qərarının çıxarılması;  məhkəmə  hökmünün  və  digər  yekun

qərarının qüvvəyə minməsi; cəzaların icra edilməsi, məhkumluğun götürülməsi kimi mərhələlərdən

ibarətdir. Bu mövqe qismən də olsa  “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”

Avropa Konvensiyasının 6‐cı mad. 1 hissəsinin məntiqi mənasından da irəli gəlir. Belə ki, həmin

maddəyə əsasən  “hər kəs... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında

yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, işinin ağlabatan müddətdə ədalətli və açıq

araşdırılması hüququna malikdir”. Cinayət işləri ilə bağlı həmin müddətlərin hesablanması zamanı

“ağlabatan  müddət”  həm  ibtidai  araşdırma  müddətini,  həm  də  hökmün  çıxarılmasına  kimi  olan

məhkəmə baxışı müddətini əhatə edir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə müddətin

hesablanması şəxs barəsində hökmün qanuni qüvvəyə minməsinə və ya onun barəsində cinayət

təqibinə  xitam  verilməsinə  kimi  davam  edir.  Lakin  bizim  fikrimizcə  cəzaların  icra  edilməsi,

məhkumluğun götürülməsi də (ödənilməsi yox) məhkəmə baxışı mərhələsinə aiddir. Məsələn: eyni

işi üzrə cəzanın dəyişdirilməsi, cəzadan şərti olaraq azad etmə, cəzanın çəkilməmiş hissəsini daha

yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və

azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün

icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə və s. məhz məhkəmə baxışı ilə həll olunur.

Məhkəmə araşdırması yalnız BİM və AİM‐də məhkəmə istintaqı formasında aparılır. Ona görə də

CPM‐nin 318‐ci maddəsinin adında “məhkəmə baxışının hüdudları” ifadəsi doğru hesab edilə bilməz.

O,  “məhkəmə  araşdırmasının  hüdudları”  şəklində  yazılmalıdır.  Çünki  məhkəmə araşdırması

bilavasitə  təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülmüş  ittihamla bağlı  olmaqla  məhkəmə  istintaqı

formasında  həyata  keçirilən  cinayət  prosessual  icraatdır. Rusiya  Federasiyası  CPM‐nin  252‐ci

maddəsində də fikirlərimizi təsdiq edən ifadə tərzi vardır. Orada belə yazılmışdır:

Ñòàòüÿ 252. Ïðåäåëû ñóäåáíîãî ðàçáèðàòåëüñòâà

1.  Ñóäåáíîå  ðàçáèðàòåëüñòâî  ïðîâîäèòñÿ  òîëüêî  â  îòíîøåíèè  îáâèíÿåìîãî  è  ëèøü  ïî

ïðåäúÿâëåííîìó åìó îáâèíåíèþ.

2. Èçìåíåíèå îáâèíåíèÿ â ñóäåáíîì ðàçáèðàòåëüñòâå äîïóñêàåòñÿ, åñëè ýòèì íå óõóäøàåòñÿ

ïîëîæåíèå ïîäñóäèìîãî è íå íàðóøàåòñÿ åãî ïðàâî íà çàùèòó.

Yəni “1. Məhkəmə araşdırması yalnız təqsirləndirilən şəxsə münasibətdə və ancaq ona qarşı irəli

sürülmüş ittiham üzrə aparılır.

2. Məhkəmə araşdırmasında ittihamın dəyişdirilməsinə məhkəməyə verilmiş təqsirləndirilən şəxsin

vəziyyəti pisləşmədiyi və onun müdafiə hüququ pozulmadığı halda yol verilir.”

Qanunverici oxşar hüquqi məsələ üzrə hüquqi terminləri qayğısız tərcümə etməklə kateqoriyaları

ümumiləşdirmişdir. Belə ki, “разбирательства” heç vaxt “baxış” kimi tərcümə edilə bilməz və onun

yeganə düşgün tərcüməsi “araşdırma”dır.

Azərbarcan Respublikası CPM‐nin 318.1.‐ci maddəsinə əsasən isə  “Məhkəmə baxışı zamanı Cİ, MSİ

və  XİQŞ‐ə  yalnız  təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülmüş  və  ya  məhkəməyə  verilən  ittiham

daxilində baxılır.” Məhz bunu əldə bayraq edən bəzi hüquqşünaslar belə qənatdədirlər ki,istintaq

orqanı Cİ, MSİ, xüsusi ittihamçı isə XİQŞ materiallarında təqsirləndirilən şəxsə qarşı məhkəmədə

hansı ittiham irəli sürərlərsə, məhkəmə də bu həddə işə baxmalıdır. Hətta məhkəmədə ittihamin

maksimal  həddinin  düzgün  müəyyənləşdirilmədiyi  sübuta  yetsə  belə.  Halbuki  CPM‐nin  318‐ci

maddəsində  məhkəmənin  ittihamın  həddini  aşması  üçün iki  istisna  halı  təsbit  olunmuşdur.

Bunlardan biri ittihamın həddindən aşağı,ikincisi isə yuxarı yönəli istisnalardır. Qanunverici birinci

istisna halını belə ifadə etmişdir: “Məhkəmə baxışı??? nəticəsində məhkəmə təqsirləndirilən şəxsin

əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə??? tövsif etmək, habelə ona qarşı irəli sürülmüş

ittihamdan  ayrı‐ayrı  bəndləri  çıxartmaq  hüququna  malikdir.”  Bir  çox  hüququşünaslar  “yüngül

cinayət” anlayışını qəbul etməyərək Azərbaycan Respublikası CM‐nin 15‐ci maddəsində cinayətlərin

təsnifatında belə kateqoriya cinayətin olmadığını əsas gətirirlər. Bəs əgər cinayət əməli xüsusilə

ağır, yaxud az ağırdırsa, onda niyə “ağır cinayətdən” ifadəsinə də eyni dərəcədə hiddət göstərilmir.

Məncə, bunu dramatikləşdirmək lazım deyil və sadəcə olaraq, qanunverici CM‐nin “ağır sanksiyalı”



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə