təqsirləndirilən şəxsə yeni və ya əlavə ittihamın, yenilənmiş ittihamın irəli sürülməsi, onun yenidən
təqsirləndirilən şəxs qismində dindirilməsi, əlavə iş materialları ilə tərəflərin tanış edilməsi, yeni
ittiham aktının tərtibi, habelə prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin ittiham
aktı ilə daxil olduğu vaxtdan 5 gün müddətində müəyyən qərarlardan birini qəbul etmək hüququnu
və s. nəzərə alsaq) əksərən praktiki cəhətdən mümkünsüz olur. Və əgər nəzərə alsaq ki, CPM‐nin
287‐ci maddəsinə əsasən tərəflər 48 saat müddətində vəsatət, onun rədd edilməsindən 48 saat
ərzində şikayət də verə bilərlər, bu müddətin yetərsizliyi aydın görünər. İstintaq təcrübəsində belə
hallarda istintaq və həbs müddətləri (əgər həmin müddətlər kifayət etmirsə) uzadılır və
məhkəmənin müvafiq qərarının icrası ən azı bir ay çəkir. Ən başlıcası isə, qətimkan tədbiri kimi həbs
müddətindən fərqli olaraq, məhkəmənin ibtidai araşdırma müddətlərini müəyyən etmək və ya onları
məhdudlaşdırmaq səlahiyyəti yoxdur. Məhkəmə cinayət prosesini həyata keçirən istintaq və təhqiqat
orqanına ancaq məhkəmə tapşırıqları göndərdiyi hallar üçün müddət müəyyən edə bilər və bu
müddətlər qanunverici tərəfindən CPM‐də təsbit olunmuşdur. Lakin Cİ istintaq orqanında müvafiq
vəzifəli şəxs tərəfindən icraata qəbul edilib istintaq və prosessual hərəkətləri aparılırsa, ittiham aktı
tərtib edilib məhkəməyə göndərilirsə, yaxud işin icraatına xitam verilir, dayandırılırsa, onda bunun
üçün istintaq müddəti tələb olunur. İstintaq müddəti isə istintaq orqanı tərəfindən uzadıla və ya
müəyyənləşdirilə bilər. Yuxarıda qeyd etdiyimiz kimi məhkəmənin belə bir səlahiyyəti yoxdur və
CPM‐nin 318.2‐ci maddəsində müddətin müəyyən edilməsi sirf məhkəmə səlahiyyətlərinin
aşılmasıdır.
CPM‐nin 294.3‐cü madəsinə əsasən “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə
şikayətə baxarkən və ya böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək
sadələşdirilmiş icraat şəklində təhqiqatın gedişində məhkəməyədək sadələşdirilmiş prosedur
daxilində aparıtması mümkün olmayan istintaq hərəkətlərinin aparılması zərurəti yarandıqda,
təhqiqatçının və ya müstəntiqin vəsatəti, yaxud öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanması haqqında qərar qəbul etmək və ibtidai
istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq hüququna malikdir. “Məhkəmənin MSİ
materiallarını prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə müvafiq
qərarından sonra MSİ materialları üzrə cinayət işi başlaması mütləqdir. Çünki MSİ materialları üzrə
ibtidai araşdırma müddəti 10 gündür və bu müddətin uzadılması imkanı qanunvericilikdə nəzərdə
tutulmamışdır.
Əgər təcrübə bunu diktə edirsə, onda Cİ, MSİ materiallarının əlavə (təkmili) ibtidai araşdırma
aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əvvəlki cinayət
prosessual qanunvericiliyin tələblərindən imtina edilməsinin ibtidai araşdırmanın tezliyi prinsipiniə
gözlənilən töhfəni verməməsi şübhəsizdir.
CPM‐nin 318.2‐ci maddəsində daha sonra deyilir ki, “Bundan sonra ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli
sürülərsə, məhkəmə baxışı məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və
məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir.” Bu ifadə tərzi də qeyri
mükəmməl olmaqla qanunvericinin kateqoriyaları necə qarışdirdiğını bir daha aydın sübut edir.
Prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham
o vaxt irəli sürülə bilər ki,ibtidai araşdırma ya MSİ formasında,ya da ibtidai araşdırma onun özü
tərəfindən aparılmış olsun. Yeni ittiham əsas etibarı ilə ibtidai istintaq aparan müstəntiq tərəfindən
irəli sürülə bilər. Qanunverici ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror
tərəfindən ittiham aktının təsdiq edilməsi hüququnu onun ittiham irəli sürməsi kimi
qiymətləndirmişdir ki, bu da yolverilməzdir. Çünki CPM‐nin 290.3.1‐cü mad. əsasən “cinayət işi
ittiham aktı ilə daxil olarkən ibtidai araşdırmaya prosessual rəhbəriyi həyata keçirən prokuror işin
məhkəməyə göndərilməsi üçün əsasların kifayət olmasını hesab etdikdə ittiham aktını təsdiq etmək
barədə qərar qəbul etməlidir”. Bu ifadə ittihamın irəli sürülməsi kimi təfsir edilə bilməz.
Burada şəksiz haqlı sayılan digər məntiqi sual isə budur: Əgər prosessual rəhbərliyi həyata keçirən
prokuror və ya müstəntiq tərəfindən təqsirləndirilən şəxsə qarşi yeni yox, əlavə ittiham irəli
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
14
15
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
sürülərsə, necə olacaq? Onda məhkəmə iclasında bu ittiham elan edilmədən proses
təzələnməlidirmi? Göründüyü kimi qanunverici hüquqi terminlərdən ehtiyatsız istifadə etməklə
kifayət qədər problem yaratmışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının
Konstitusiya Qanununa əsasən normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən
və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır. Normativ hüquqi aktın məzmununda
qeyri‐müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə hamin
normaları aktı qəbul etmiş normayaratma orqanı və ya Konstitusiya Məhkəməsi rəsmi şərh edir.
Ona görə də maddənin mətnindəki “yeni ittiham” sözü “yeni və ya əlavə ittiham” sözü ilə əvəz
edilməli,yaxud onun əvəzinə “dəyişdirilmiş ittiham” yazılmalıdır. İttihamın dəyişdirilməsi 3 cür baş
verə bilər: birincisi, təqsirləndirilən şəxsə yeni ittihamın elan edilməsi, ikincisi, yenilənmiş ittihamın
elan edilməsi, üçüncüsü isə ona əlavə ittihamın elan edilməsi ilə. Birinci halda yeni ittihamla
təqsirləndirilən şəxsin məsuliyyəti həm ağırlaşdırıla,həm də yüngülləşdirilə bilər. İkinci‐üçüncü
halda isə təqsirləndirilən şəxsin məsuliyyəti yalnız ağırlaşır.
CPM‐nin 318.2‐ci maddəsində daha sonra deyilir: “Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin
hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya
onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada
qərar çıxara bilər.” Bu halda isə analoji qərarın qəbul edilməsi barədə qanunvericinin göstərişi
imperativ deyil və məhkəmənin mülahizəsinə buraxılmışdır. Lakin zərərçəkmişin nümayəndəsini
isə qanunvericinin kənarda qoyması təəssüf doğurmaqla CPM‐nin 102.5‐ci maddəsinə ziddir.Belə
ki,müvafiq maddəyə əsasən “Zərər çəkmiş şəxsin... nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin
ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.” Həmçinin
CPM‐nin 101.6‐cı maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin qanuni
nümayəndəsi də zərərçəkmiş şəxsin nümayəndəsi kimi eyni hüquqi vəziyyətdə olmaqla, CPM‐nin
101.11‐ci maddəsinə əsasən şəxsən və ya təmsil etdiyi şəxsin nümayəndəsinin köməyi ilə
hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.
Təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə
zərər çəkmiş şəxsin gəldiyi nəticə ilə bağlı verdiyi vəsatət onun şəxsiyyətinin ayrılmaz hüququları
hesab edilə bilməz. Yalnız cinayət təqibi XİQ həyata keçirildikdə bu hüquq xüsusi ittihamçının
şəxsiyyətinin ayrılmaz hüquqularını təşkil edə bilər. Qanunverici isə göründüyü kimi zərəcəkmiş
şəxsi xüsusi ittihamçı ilə eyniləşdirmir. Fikrimizcə, qanunverici bu hüququ həm dövlət ittihamçısına,
həm zərərçəkmiş şəxsə (xüsusi ittihamçıya), onların qanuni nümayəndələrinə və nümayəndələrinə
tanımalıdır.
Belə ki, CPM‐nin 28.4‐ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən
məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam
və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; şübhəli və ya təqsirləndirilən şəxsi
həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran
halları nəzərə almaq vəzifələrini yerinə yetirməlidirlər.
Belə təsəvvür edək ki, iş üzrə bir neçə təqsirləndirilən şəxs vardır və onların mənafeləri arasında
ziddiyyət mövcuddur. Bu halda onlar və ya müdafiəçiləri digər təqsirləndirilən şəxsin əməlinin
CM‐nin daha ağır sanksiyalı maddəsinə tövsüf edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edə
bilərmi? Əgər bilərsə, onda bu vəsatət təmin oluna bilərmi?
Yaxud zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın yüngülləşdirilməsi,
habelə ittihamdan ayrı‐ayrı bəndlərin çıxarılması barədə məhkəməyə vəsatətlə müraciət edə
bilərmi? Fikrimizcə, hə. Belə ki, CPM‐nin 87.6.22‐ci maddəsinə əsasən zərərçəkmiş şəxs ona qarşı
cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında verdiyi şikayətdən imtina
etmək hüququna malikdirsə, deməli bu hüquqa da malikdir.
Burada aydınlaşdırılması zəruri olan bir məqam da vardır. Məlumdur ki, məhkəmə işin mümkün
nəticələri barədə müşavirə otaqından kənar heç bir fikir və ya rəy söyləyə, qərar qəbul edə bilməz.
Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 99‐cu
maddəsinə əsasən “Hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar