A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
31
Daxili qanunvericilikdə nəzarət qurumunun müdaxilə səlahiyyətləri müxtəlif formada ola bilər.
Məsələn, qurum subyektin bunu etmək iqtidarında olmadığı təqdirdə məlumatı işləyəndən düzgün
olmayan və ya qeyri‐qanuni yolla əldə edilmiş məlumatı korrektə etmək və ya silməyə məcbur etmək
səlahiyyətinə malik olmalıdır. Müdaxilə hüququnun həyata keçirilməsinin xüsusilə effektiv yolu
aglabatan müddət ərzində tələb olunan informasiyanı vermək istəməyən məlumat işləyənlərə qarşı
qadağaların qoyulması ola bilər. Bu hüquqa həmçinin məlumatların işlənməsi əməliyyatından əvvəl
rəyin verilməsi və ya işlərin milli parlamentlərə və ya digər dövlət qurumlarına göndərilməsi imkanı
daxil edilə bilər. Nəzarət qurumu ictimaiyyətə müntəzəm hesabatlar vermək, rəylərin nəşri və ya
digər ünsiyyət vasitələri ilə ictimaiyyəti məlumatlandırmaq hüququna malik olmalıdır.
Fərdin hüquqlarını qorumaga töhvə verməklə yanaşı, nəzarət qurumu həmçinin subyekt və
məlumatı işləyən arasında vasitəçi rolunu oynayır. Bu mənada nəzarət qurumunun fərdlərə və ya
informasiya istifadəçilərinə məlumatın qorunması ilə əlaqədar hüquq və öhdəliklər barədə məlumat
vermək səlahiyyətinə malik olması xüsusilə vacibdir. Bundan başqa hər bir fərd öz şəxsi məlumatının
işlənməsi hüquq və azadlıqları barədə nəzarət qurumuna iddia vermək hüququna malik olmalıdır.
Bu cür iddianın verilməsi Konvensiyanın 8‐ci maddəsinin d) bəndi və 10‐cu maddəsinə uyğun olaraq
fərdlərin hüquqlarını müdafiə etməsi üçün müvafiq vasitələrlə təmin edilməsinə kömək edir. Orada
hər bir şəxsin hüquqlarını məhkəmə yolu ilə müdafiə etmək hüququna malik olması xatırladılır.
Lakin daxili qanunvericilik bu cür hüququn şərti kimi iddianın nəzarət qurumuna verilməsini
nəzərdə tuta bilər.
Tərəflər nəzarət qurumuna prosessual fəaliyyətə cəlb olunmaq və ya səlahiyyətli məhkəmə
qurumunun diqqətinə müvafiq müddəaların istənilən cür pozulmasını çatdırmaq hüququ
verməlidirlər. Bu hüquq təhqiqat aparılması hüququndan qaynaqlanır və qurumun fərdin müdafiə
hüququnun pozulmasını aşkar etməsinə gətirib çıxara bilər. Tərəflər bu səlahiyyəti nəzarət
qurumuna qərar vermək hüququ verməklə həyata keçirə bilərlər.
Nəzarət qurumunun səlahiyyətləri Əlavə Protokolun 1‐ci maddənin 2‐ci paraqrafında sadalananlarla
məhdudlaşmır. Tərəflər nəzarət qurumlarının səlahiyyətlərini daha effektiv etmək üçün digər
vasitələrə də malikdirlər. Məsələn, hüquq müdafiə təşkilatlarına onların təmsil etdiyi şəxsin
hüquqları konvensiyanin 9‐cu maddəsi ilə məhdudlaşdirilmiş olduğu halda nəzarət qurumuna iddia
irəli sürmək hüququ vermək mümkündür. Nəzarət qurumu məlumatın işlənməsi əməliyyatının
legitimliyi barədə ilkin yoxlamalar aparmaq və məlumatların işlənməsi reyestrini ictimaiyyət üçün
açıq saxlaya bilmək hüququna malik ola bilər. Qurum fərdi məlumatların işlənməsi üzrə qanunverici,
tənzimləyici və ya inzibati tədbirlərin işlənib hazırlanma mərhələsində rəy vermək hüququna malik
ola bilər.
Öz funksiyalarını tamamilə müstəqil şəkildə həyata keçirməyən nəzarət qurumları fərdi hüquq və
azadlıqları effektiv şəkildə müdafiə edə bilməz. Bir çox amillər nəzarət qurumuna öz funksiyalarını
həyata keçirərkən müstəqilliyini qorumasına töhvə verir. Bunlara qurumun tərkibi, onun üzvlərini
təyin etmə metodu, onların funksiyalarını icra etmək müddəti və onların icrasını dayandırmaq
şərtləri, quruma kifayət qədər resursların ayrılması və ya xaricdən əmrlər və ya qərarların icrasına
tabe olmadan qərarların verilməsi misal ola bilər.
Bu müstəqilliyin əks tərəfi kimi qanunun aliliyi prinsipinə uyğun olaraq nəzarət qurumlarının
narazılığa səbəb olan qərarlarından məhkəmələrə şikayət verilməsi imkanı mövcud olmalıdır.
Bundan əlavə, nəzarət qurumunun özünün məhkəmə səlahiyyətlərinə malik olmadığı hallarda, onun
müdaxiləsi fərd üçün öz hüquqlarını məhkəmə yolu ilə qorumaq hüququnu həyata keçirmək
imkanına əngəl yaratmamalıdır.
Nəzarət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi Tərəflərdə fərdi məlumatların
mühafizə səviyyəsinin inkişafına töhvə verməlidir. Bu əməkdaşlıq Konvensiyanın IV fəslində nəzərdə
tutulmuş qarşılıqlı yardıma və Məşvərətçi Komitənin işinə bir əlavədir. Onun məqsədi fərdlərə şəxsi
məlumatlarının təkmilləşdirilmiş mühafizəsini təmin etməkdir. İnsanlar bu gün həmişəkindən daha
çox bir dövlətlə məhdudlaşmayan və bir neçə ölkənin yurisdiksiyasını əhatə edən məlumatların
işlənməsi əməliyyatlarının birbaşa təsirinə məruz qalırlar. Buna misal olaraq beynəlxalq elektron
32
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
şəbəkələrin inkişafı və xidmət sənayesində və işgüzar mühitdə məlumatların getdikcə artan
transsərhəd axınını göstərmək olar. Nəzarət qurumları arasında beynəlxalq əməkdaşlıq insanların
həm beynəlxalq, həm də milli səviyyədə öz hüquqlarını həyata keçirmək iqtidarında olmalarına
zəmanət verir.
Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində mövcud vəziyyət
Azərbaycan Konvensiyanı 2010‐cu ildə imzalamış və ratifikasiya etmişdir. Ölkədə fərdi məlumatların
toplanması, işlənməsi və mühafizəsi ilə bağlı münasibətlərin nizamlanması, milli informasiya
məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması ilə əlaqədar məsələlərin tənzimlənməsi,
bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq
və vəzifələrini müəyyən olunması məqsədilə 2010‐cu ilin may ayında “Fərdi məlumatlar haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən, fərdi məlumat dedikdə şəxsin
kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür.
Qanunda fərdi məlumatların trans‐sərhəd ötürülməsini tənzimləyən müddəa olsa da, nəzarət
qurumları məsələsi bu Qanunda öz əksini tapmamışdır.
Azərbaycan Respublikası Əlavə Protokola qoşulmamış az sayda AŞ üzvündən biridir. Əlavə Protokola
qoşulmanın zəruriliyi Azərbaycan Respublikasının Avropa İttifaqına inteqrasiyası, fərdi
məlumatların mühafizəsi ilə bağlı milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması,
Azərbaycan və Aİ arasında Assosiasiya Sazişinin razılaşdırılması ilə bağlı Aİ tərəfindən irəli sürülən
tələblərdən biri kimi dəfələrlə vurğulanmış və ölkəmiz sözügedən sənədə qoşulmağa dəvət
olunmuşdur.
Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində vahid müstəqil qurum yoxdur və bu sahədə
fəaliyyətin tənzimlənməsi bir neçə dövlət qurumu, o cümlədən Rabitə və Yüksək Texnologiyalar,
Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Vergilər nazirlikləri və Xüsusi Dövlət Mühafizə Xidməti
tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yazılı tələbi ilə ümumi istifadəli informasiya
sistemlərinə açıq mənbələrdən daxil edilmiş fərdi məlumatların həmin informasiya sistemlərindən
təxirə salınmadan çıxarılmasını tələb etmək, barəsində fərdi məlumatların qanunsuz toplanması və
işlənilməsi, mühafizəsi təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərini
araşdırmaq, mülkiyyətçidən qanunvericiliklə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini və
bu barədə ona məlumat verilməsini tələb etmək hüquqlarına malikdir. Nazirlik həmçinin fərdi
məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatını, bu barədə məlumatları apardığı
informasiya sistemlərinin dövlət reyestrinə daxil etmək funsiyalarını həyata keçirir.
Bundan əlavə, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik nazirlikləri
və Xüsusi Dövlət Mühafizə Xidməti öz səlahiyyətləri daxilində dövlət reyestrinə daxil edilmiş
informasiya sistemlərində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin
qanunvericiliyin tələblərinə, habelə məlumatların və onların işlənilmə üsullarının informasiya
sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu yoxlamaq, onlara həvalə edilmiş vəzifələrin
həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyətçilərə və ya
operatorlara sorğular vermək, habelə dövlət orqanlarından, mülkiyyətçilərdən və ya operatorlardan
ödənişsiz olaraq zəruri məlumatlar almaq hüququna malikdirlər. Fərdi məlumatların informasiya
sistemləri dövlət qeydiyyatından keçirilərkən mülkiyyətçinin verdiyi məlumatları, o cümlədən
informasiya sistemlərinin layihəyə uyğunluğunu yoxlamaq, müəyyən olunmuş qaydada informasiya
sistemlərinin dövlət ekspertizasını təşkil etmək, fərdi məlumatların toplanılması, işlənilməsivə
mühafizəsi ilə məşğul olan dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən qanunvericiliyin
tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək, fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini pozmuş şəxslərin müəyyən
olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək, öz fəaliyyətini həyata keçirərkən
əldə olunan fərdi məlumatların konfidensiallığını təmin etmək səlahiyyətlərini də qeyd edilən dövlət
qurumları həyata keçirirlər.