47
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
materiallara görə ərizəçi nisbətən xırda hüquq pozuntusu törətmiş və bunun da nəticəsində
bələdiyyəyə hər hansı maddi ziyan dəyməmişdir. Belə ki, bələdiyyə onun torpaq sahəsini qanunsuz
olaraq becərmiş ərizəçidən heç zaman maddi təzminat ödənilməsini tələb etməmişdir. Mülkiyyətlə
bağlı bu mübahisənin həll olunması üçün alternativ və güman ki, daha uyğun mexanizmlərin olduğu
görünsə də (misal üçün, mülki hüquqi qaydada qadağa qoyulması), ən sərt vasitəyə əl atılmışdır:
ərizəçi cinayət qanunvericiliyinə əsasən məhkum edilmiş və cəzalandırılmışdır. Belə olan halda,
barəsindəki cinayət işinə qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən
baxılması ərizəçi üçün prinsip məsələsi olmuşdur (bax: mutadis mutandis, “Diasenko Rumıniyaya
qarşı” (Diacenco v. Romania, no. 124/04, § 46, 7 February 2012)). Hazırkı işin xüsusi hallarına görə
Məhkəmə hesab edir ki, baxılan məsələ ərizəçi üçün obyektiv baxımdan vacib olmuşdur və ona
əhəmiyyətli dərəcədə ziyan vurulmadığını bildirmək olmaz.
23. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Ali Məhkəmə son qərarı ilə aşağı məhkəmələrin ərizəçinin
məhkum edilməsinə və təxminən 84 avro məbləğində cərimə olunmasına dair qərarlarını
dəyişdirmədən saxlamışdır.
24. Məhkəmə qeyd edir ki, tərəflərdən heç biri ərizənin maddi durumu barədə aydın məlumat təqdim
etməmişdir. Bununla belə, Məhkəmə bildirir ki, ərizəçi fermer olmuş və qohumları ilə birgə kiçik
fermer təsərrüfatında fəaliyyət göstərmişdir.
25. Buna görə də Məhkəmə Hökumətin etirazını rədd edir. Bundan əlavə, şikayət digər əsaslara görə
mümkünsüz deyil. Bu səbəbdən də o, mümkün elan edilməlidir.
B. Ərizənin mahiyyəti
26. Hökumət qəbul etmişdir ki, eyni hakimin eyni cinayət işində iki dəfə Ali Məhkəmənin hakimi
kimi iştirak etməsi ölkədaxili qanunvericiliyə ziddir. Lakin o bildirmişdir ki, işin xüsusi faktları
nəzərə alınarsa, ərizəçinin Konvensiyanın 6‐cı maddəsində təsbit edilmiş hüquqları pozulmamışdır.
Hökumət bildirmişdir ki, Ali Məhkəmə iki məhkəmə baxışında fərqli qərarlar qəbul etmişdir. Ali
Məhkəmənin 2005‐ci il 9 avqust tarixli qərarında N.H. da daxil olmaqla üç hakimdən ibarət tərkib
ərizəçinin hüquqi məsələlərlə bağlı kassasiya şikayətini təmin etmiş və Apellyasiya Məhkəməsinin
2005‐ci il 18 mart tarixli qərarını ləğv edərək işi yenidən baxılması üçün göndərmişdir. Ali Məhkəmə
qeyd etmişdir ki, işdə olan sübutlar yenidən araşdırılmalıdır. 2006‐cı il 10 oktyabr tarixli qərarında
isə Ali Məhkəmənin N.H.‐nin də daxil olduğu üç nəfərdən ibarət tərkibi Apellyasiya Məhkəməsinin
2006‐cı il 12 iyul tarixli yeni qərarını dəyişdirmədən saxlamış və ərizəçinin hüquqi məsələlərlə bağlı
kassasiya şikayətini əsassız hesab etmişdir. Hökumətin mövqeyinə görə ərizəçinin işinə milli
məhkəmələr tərəfindən Konvensiyanın 6‐cı maddəsində təsbit olunmuş təminatlara uyğun olaraq
baxılmışdır.
27. Ərizəçi şikayətini təkrarlamışdır.
28. Məhkəmə qeyd edir ki, bu şikayətdə qaldırılmış ilk məsələ işə ikinci dəfə baxan Ali Məhkəmə
tərkibinin qanun əsasında yaradılmış məhkəmə hesab edilə bilinib‐bilinməməsidir. Hazırkı işdə bu
məsələ hakim N.H.‐nin obyektiv qərəzsizliyi ilə bağlı istənilən şübhədən daha böyük önəm təşkil
edir. Bu baxımdan ərizəçi qeyd etmişdir ki (Hökumət də bunu izahatlarında qəbul etmişdir), Ali
Məhkəmənin tərkibi hakimlərin işə baxmaqdan kənarlaşdırılmasına dair ölkədaxili qanunvericiliyin
tələblərinə zidd olaraq təşkil olunmuşdur.
29. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6‐cı maddəsi Razılığa Gələn Dövlətləri apellyasiya və ya
kassasiya məhkəmələri təsis etməyə məcbur etmir. Lakin belə məhkəmələrin mövcud olduğu
hallarda 6‐cı maddədə təsbit edilmiş təminatlara əməl olunmalıdır (bax: Brualla Qomez de la Torre
İspaniyaya qarşı” (
Brualla Gómez de la Torre v. Spain, 19 December 1997, § 37,
Reports of Judgments
and Decisions 1997VIII)).
30. “Qanun əsasında yaradılmış” ifadəsi yalnız məhkəmənin mövcudluğu üçün hüquqi bazanın
olmasını deyil, eyni zamanda, məhkəmənin onun fəaliyyətini və hər bir işdə tərkibinin
formalaşmasını tənzimləyən konkret qaydalara əməl etməsi məsələsini ehtiva edir (digər qərarlarla
yanaşı bax: “Buskarini San Marinoya qarşı” (Buscariniv. San Marino (dec.), no. 31657/96,
48
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
4 May 2000); Lavents Latviyaya qarşı” (Lavents v. Latvia, no. 58442/00, § 114, 28 November 2002)
və
“Sokurenko və Striqan Ukraynaya qarşı” (Sokurenko and Strygun v. Ukraine,
nos. 29458/04 and 29465/04, § 24, 20 July 2006)). Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin
mənasında qanun anlayışı yalnız məhkəmə orqanlarının yaradılması və səlahiyyətini tənzimləyən
qanunvericiliyi deyil, eyni zamanda, ölkədaxili qanunvericiliyin pozulduğu təqdirdə bir və ya
bir‐neçə hakimin işə baxılmasında iştirakının qanun pozuntusuna səbəb olacağı istənilən
müddəasını əhatə edir (digər qərarlarla yanaşı bax: yuxarıda qeyd edilmiş Lavents işi, 114‐cü
bənd; “Qorqiladze Gürcüstana qarşı” (Gorguiladzé v. Georgia, no. 4313/04, § 68, 20 October 2009)
və “Pandcikidze və Digərləri Gürcüstana qarşı” (Pandjikidzé and Others v. Georgia, no. 30323/02, §
104, 27 October 2009)).
31. Hazırkı işdə Məhkəmə qeyd edir ki, Hökumətin də etiraf etdiyi kimi Cinayət Prosessual
Məcəlləsinin 109‐cu maddəsinə görə hakim əvvəllər adi yurisdiksiyalı məhkəmələrin üç
səviyyəsindən hər hansı birində baxılmasında iştirak etdiyi işdə iştirak etməkdən
kənarlaşdırılmalıdır (yuxarıda 12‐ci bəndə bax). Müvafiq ölkədaxili məhkəmə təcrübəsi də bu
qaydanın aydın təfsirini vermişdir. Buna görə belə vəziyyətdə olan hakim hətta tərəflər etiraz
etmədikdə belə işə baxmaqdan avtomatik olaraq kənarlaşmalıdır (yuxarıda 14‐cü bəndə bax).
Hazırkı işdə hakim N.H. məhz belə bir vəziyyətdə olduğundan Məhkəmə belə bir nəticəyə gəlir ki
(yuxarıda da qeyd edildiyi kimi Hökumət bunu qəbul edir), ərizəçinin eyni cinayət işi üzrə hüquqi
məsələlərlə bağlı ikinci kassasiya şikayətinə baxmış Ali Məhkəmənin tərkibi müvafiq ölkədaxili
qanunvericiliyin tələblərinə zidd olmuşdur. Buna görə də burada Konvensiyanın 6‐cı maddəsinin
1‐ci bəndinin mənasında qanun əsasında yaradılmış məhkəmə olmamışdır.
32. Beləliklə də, Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi pozulmuşdur.
II. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI
33. Ərizəçi, həmçinin Konvensiyanın 6‐cı maddəsi əsasında şikayət edərək barəsində həyata
keçirilmiş cinayət prosesində ona hüquqi yardımın təmin edilmədiyini bildirmişdir.
34. Lakin Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq barəsində şikayət edilən məsələlərin
onun səlahiyyətinə aid olan hissəsi ilə bağlı qeyd edir ki, bu materiallar Konvensiyada və ya
Protokollarda təsbit edilmiş hüquq və azadlıqların hər hansı pozuntusu faktını üzə çıxarmır. Buradan
belə çıxır ki, ərizə bu hissədə açıq‐aşkar əsassızdır və Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin
a) yarımbəndi və 4‐cü bəndinə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 41‐Cİ MADDƏSİNİN TƏTBİQİ
35. Konvensiyanın 41‐ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər
Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün
hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi
barədə qərar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
36. Ərizəçi ona vurulmuş maddi ziyana görə 100000 avro məbləğində kompensasiyanın
ödənilməsini tələb etmişdir. Bu məbləğ əldə buraxılmış faydanı ehtiva edirdi, belə ki, o və on səkkiz
ailə üzvü bir‐neçə il ərzində hər hansı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilməmişdir.
37. Hökumət iddia olunan pozuntu ilə tələb arasında hər hansı səbəbiyyət əlaqəsinin olmadığını və
ərizəçinin tələblərini təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilmədiyini qeyd etmişdir.
38. Məhkəmə təsbit edilmiş pozuntu ilə iddia olunan maddi ziyan arasında hər hansı səbəbiyyət
əlaqəsi müəyyən etməmişdir; buna görə də o, tələbi rədd edir.