Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

­  47 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

materiallara görə  ərizəçi  nisbətən  xırda hüquq  pozuntusu  törətmiş  və  bunun  da  nəticəsində

bələdiyyəyə hər hansı maddi ziyan dəyməmişdir. Belə ki, bələdiyyə onun torpaq sahəsini qanunsuz

olaraq becərmiş ərizəçidən heç zaman maddi təzminat ödənilməsini tələb etməmişdir. Mülkiyyətlə

bağlı bu mübahisənin həll olunması üçün alternativ və güman ki, daha uyğun mexanizmlərin olduğu

görünsə də (misal üçün, mülki hüquqi qaydada qadağa qoyulması), ən sərt vasitəyə əl atılmışdır:

ərizəçi  cinayət  qanunvericiliyinə  əsasən  məhkum  edilmiş  və  cəzalandırılmışdır.  Belə  olan  halda,

barəsindəki  cinayət  işinə  qanun  əsasında  yaradılmış  müstəqil  və  qərəzsiz  məhkəmə  tərəfindən

baxılması ərizəçi üçün prinsip məsələsi olmuşdur (bax: mutadis mutandis“Diasenko Rumıniyaya

qarşı” (Diacenco v. Romania, no. 124/04, § 46, 7 February 2012)). Hazırkı işin xüsusi hallarına görə

Məhkəmə  hesab  edir  ki,  baxılan  məsələ  ərizəçi  üçün  obyektiv  baxımdan  vacib  olmuşdur  və  ona

əhəmiyyətli dərəcədə ziyan vurulmadığını bildirmək olmaz.

23. Bundan əlavə, Məhkəmə qeyd edir ki, Ali Məhkəmə son qərarı ilə aşağı məhkəmələrin ərizəçinin

məhkum  edilməsinə  və  təxminən  84  avro  məbləğində  cərimə  olunmasına  dair  qərarlarını

dəyişdirmədən saxlamışdır.

24. Məhkəmə qeyd edir ki, tərəflərdən heç biri ərizənin maddi durumu barədə aydın məlumat təqdim

etməmişdir. Bununla belə, Məhkəmə bildirir ki, ərizəçi fermer olmuş və qohumları ilə birgə kiçik

fermer təsərrüfatında fəaliyyət göstərmişdir.

25. Buna görə də Məhkəmə Hökumətin etirazını rədd edir. Bundan əlavə, şikayət digər əsaslara görə

mümkünsüz deyil. Bu səbəbdən də o, mümkün elan edilməlidir.

B.  Ərizənin mahiyyəti

26. Hökumət qəbul etmişdir ki, eyni hakimin eyni cinayət işində iki dəfə Ali Məhkəmənin hakimi

kimi  iştirak  etməsi  ölkədaxili  qanunvericiliyə  ziddir.  Lakin  o  bildirmişdir  ki,  işin  xüsusi  faktları

nəzərə alınarsa, ərizəçinin Konvensiyanın 6‐cı maddəsində təsbit edilmiş hüquqları pozulmamışdır.

Hökumət bildirmişdir ki, Ali Məhkəmə iki məhkəmə baxışında fərqli qərarlar qəbul etmişdir. Ali

Məhkəmənin 2005‐ci il 9 avqust tarixli qərarında N.H. da daxil olmaqla üç hakimdən ibarət tərkib

ərizəçinin hüquqi məsələlərlə bağlı kassasiya şikayətini təmin etmiş və Apellyasiya Məhkəməsinin

2005‐ci il 18 mart tarixli qərarını ləğv edərək işi yenidən baxılması üçün göndərmişdir. Ali Məhkəmə

qeyd etmişdir ki, işdə olan sübutlar yenidən araşdırılmalıdır. 2006‐cı il 10 oktyabr tarixli qərarında

isə Ali Məhkəmənin N.H.‐nin də daxil olduğu üç nəfərdən ibarət tərkibi Apellyasiya Məhkəməsinin

2006‐cı il 12 iyul tarixli yeni qərarını dəyişdirmədən saxlamış və ərizəçinin hüquqi məsələlərlə bağlı

kassasiya  şikayətini  əsassız  hesab  etmişdir.  Hökumətin  mövqeyinə  görə  ərizəçinin  işinə  milli

məhkəmələr tərəfindən Konvensiyanın 6‐cı maddəsində təsbit olunmuş təminatlara uyğun olaraq

baxılmışdır.

27. Ərizəçi şikayətini təkrarlamışdır.

28. Məhkəmə qeyd edir ki, bu şikayətdə qaldırılmış ilk məsələ işə ikinci dəfə baxan Ali Məhkəmə

tərkibinin qanun əsasında yaradılmış məhkəmə hesab edilə bilinib‐bilinməməsidir. Hazırkı işdə bu

məsələ hakim N.H.‐nin obyektiv qərəzsizliyi ilə bağlı istənilən şübhədən daha böyük önəm təşkil

edir. Bu baxımdan ərizəçi qeyd etmişdir ki (Hökumət də bunu izahatlarında qəbul etmişdir), Ali

Məhkəmənin tərkibi hakimlərin işə baxmaqdan kənarlaşdırılmasına dair ölkədaxili qanunvericiliyin

tələblərinə zidd olaraq təşkil olunmuşdur.

29. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6‐cı maddəsi Razılığa Gələn Dövlətləri apellyasiya və ya

kassasiya  məhkəmələri  təsis  etməyə  məcbur  etmir.  Lakin  belə  məhkəmələrin  mövcud  olduğu

hallarda 6‐cı maddədə təsbit edilmiş təminatlara əməl olunmalıdır (bax: “Brualla Qomez de la Torre



İspaniyaya qarşı” (Brualla Gómez de la Torre v. Spain, 19 December 1997, § 37, Reports of Judgments

and Decisions 1997­VIII)).

30.  “Qanun  əsasında  yaradılmış”  ifadəsi  yalnız  məhkəmənin  mövcudluğu  üçün  hüquqi  bazanın

olmasını  deyil,  eyni  zamanda,  məhkəmənin  onun  fəaliyyətini  və  hər  bir  işdə  tərkibinin

formalaşmasını tənzimləyən konkret qaydalara əməl etməsi məsələsini ehtiva edir (digər qərarlarla

yanaşı bax: “Buskarini San Marinoya qarşı” (Buscariniv. San Marino (dec.), no. 31657/96,



­  48 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

4 May 2000); “Lavents Latviyaya qarşı” (Lavents v. Latvia, no. 58442/00, § 114, 28 November 2002)



“Sokurenko  və  Striqan  Ukraynaya  qarşı”  (Sokurenko  and  Strygun  v.  Ukraine,

nos. 29458/04 and 29465/04, § 24, 20 July 2006)). Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin

mənasında qanun anlayışı yalnız məhkəmə orqanlarının yaradılması və səlahiyyətini tənzimləyən

qanunvericiliyi  deyil,  eyni  zamanda,  ölkədaxili  qanunvericiliyin  pozulduğu  təqdirdə  bir  və  ya

bir‐neçə  hakimin  işə  baxılmasında  iştirakının  qanun  pozuntusuna  səbəb  olacağı  istənilən

müddəasını  əhatə  edir  (digər  qərarlarla  yanaşı  bax:  yuxarıda  qeyd  edilmiş “Lavents”  işi,  114‐cü

bənd; “Qorqiladze Gürcüstana qarşı” (Gorguiladzé v. Georgia, no. 4313/04, § 68, 20 October 2009)

və “Pandcikidze və Digərləri Gürcüstana qarşı” (Pandjikidzé and Others v. Georgia, no. 30323/02, §

104, 27 October 2009)).

31. Hazırkı  işdə  Məhkəmə  qeyd  edir  ki,  Hökumətin  də  etiraf  etdiyi  kimi  Cinayət  Prosessual

Məcəlləsinin  109‐cu  maddəsinə  görə  hakim  əvvəllər  adi  yurisdiksiyalı  məhkəmələrin  üç

səviyyəsindən  hər  hansı  birində  baxılmasında  iştirak  etdiyi  işdə  iştirak  etməkdən

kənarlaşdırılmalıdır  (yuxarıda  12‐ci  bəndə  bax).  Müvafiq  ölkədaxili  məhkəmə  təcrübəsi  də  bu

qaydanın  aydın  təfsirini  vermişdir.  Buna  görə  belə  vəziyyətdə  olan  hakim  hətta  tərəflər  etiraz

etmədikdə  belə  işə  baxmaqdan  avtomatik  olaraq  kənarlaşmalıdır  (yuxarıda  14‐cü  bəndə  bax).

Hazırkı işdə hakim N.H. məhz belə bir vəziyyətdə olduğundan Məhkəmə belə bir nəticəyə gəlir ki

(yuxarıda da qeyd edildiyi kimi Hökumət bunu qəbul edir), ərizəçinin eyni cinayət işi üzrə hüquqi

məsələlərlə  bağlı  ikinci  kassasiya  şikayətinə  baxmış  Ali Məhkəmənin  tərkibi  müvafiq  ölkədaxili

qanunvericiliyin tələblərinə zidd olmuşdur. Buna görə də burada Konvensiyanın 6‐cı maddəsinin

1‐ci bəndinin mənasında qanun əsasında yaradılmış məhkəmə olmamışdır.

32. Beləliklə də, Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi pozulmuşdur.

II.  KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI

33.  Ərizəçi,  həmçinin  Konvensiyanın  6‐cı  maddəsi  əsasında  şikayət  edərək  barəsində  həyata

keçirilmiş cinayət prosesində ona hüquqi yardımın təmin edilmədiyini bildirmişdir.

34. Lakin Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq barəsində şikayət edilən məsələlərin

onun  səlahiyyətinə  aid  olan  hissəsi  ilə  bağlı  qeyd  edir  ki,  bu  materiallar  Konvensiyada  və  ya

Protokollarda təsbit edilmiş hüquq və azadlıqların hər hansı pozuntusu faktını üzə çıxarmır. Buradan

belə çıxır ki, ərizə bu hissədə açıq‐aşkar əsassızdır və Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin

a) yarımbəndi və 4‐cü bəndinə uyğun olaraq rədd edilməlidir.

III.  KONVENSİYANIN 41‐Cİ MADDƏSİNİN TƏTBİQİ

35. Konvensiyanın 41‐ci maddəsində bildirilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər

Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün

hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi

barədə qərar çıxarır.”

A.  Ziyan

1.  Maddi ziyan

36.  Ərizəçi  ona  vurulmuş  maddi  ziyana  görə  100000  avro  məbləğində  kompensasiyanın

ödənilməsini tələb etmişdir. Bu məbləğ əldə buraxılmış faydanı ehtiva edirdi, belə ki, o və on səkkiz

ailə üzvü bir‐neçə il ərzində hər hansı kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilməmişdir.

37. Hökumət iddia olunan pozuntu ilə tələb arasında hər hansı səbəbiyyət əlaqəsinin olmadığını və

ərizəçinin tələblərini təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilmədiyini qeyd etmişdir.

38. Məhkəmə təsbit edilmiş pozuntu ilə iddia olunan maddi ziyan arasında hər hansı səbəbiyyət

əlaqəsi müəyyən etməmişdir; buna görə də o, tələbi rədd edir.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə