Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

­  43 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

BİRİNCİ BÖLMƏ



ZEYNALOV AZƏRBAYCANA QARŞI

(31848/07 nömrəli ərizə)

QƏRAR


STRASBURQ

2013‐cü il 30 may



Bu qərar Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə

minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.

Zeynalov Azərbaycana qarşı işi üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:

Sədr – İzabel Berro‐Lefevr,

 

Hakimlər –

Elizabet Şteyner,

 

Xanlar Hacıyev,



 

Miryana Lazarova Traykovska,

 

Julia Laffranq,



Kseniya Turkoviç,

Dmitri Dedov,

və Bölmə katibinin müavini – Andre Uampax,

2013‐cü il 7 may tarixdə şikayətə qapalı məhkəmə iclasında baxaraq,

M Ü Ə Y Y Ə N  E T D İ:

PROSEDUR MƏSƏLƏLƏRİ

1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab Əhmədşah Məmmədşah oğlu Zeynalovun

(ərizəçi) “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Konvensiya)

34‐cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2007‐ci il 9 aprel tarixdə təqdim

etdiyi şikayət (31848/07 nömrəli) ilə başlanmışdır.

2. Ərizəçi Bakıda fəaliyyət göstərən hüquqşünas cənab A.Nağıyev tərəfindən təmsil olunmuşdur.

Azərbaycan Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.

3. Ərizəçi xüsusilə iddia etmişdir ki, Ali Məhkəmə tərəfindən barəsindəki cinayət işinə baxılan

zaman Konvensiyanın 6‐cı maddəsində nəzərdə tutulmuş təminatlara əməl olunmamışdır.

4. 2010‐cu il 10 noyabr tarixdə ərizə Hökumətə göndərilmişdir. Eyni zamanda, ərizənin

mümkünlüyü və mahiyyəti barədə eyni vaxtda qərar çıxarmaq qət olunmuşdur (29‐cu maddənin

1‐ci bəndi).



FAKTLAR

I.  İŞİN HALLARI

5. Ərizəçi 1935‐ci ildə anadan olmuşdur və Siyəzəndə yaşayır. O fermerdir.

6.  Ərizəçi  ilə  əvvəllər  Dəvəçi  adlanan  rayonun  Sədan  Bələdiyyəsi  (Bələdiyyə)  arasında  torpaq

sahəsinə mülkiyyət hüququ ilə bağlı baş vermiş mübahisədən sonra ərizəçi barəsində cinayət işi

başlanmışdır.




­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

7. 2004‐cü il 29 dekabr tarixdə Dəvəçi rayon məhkəməsi ərizəçi barəsində Cinayət Məcəlləsinin

188‐ci maddəsi (torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq

sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə) əsasında ittiham hökmü çıxarmış və onu yüz

şərti  maliyyə  vahidi  (550000  köhnə  Azərbaycan  manatı,  110  yeni  Azərbaycan  manatına

ekvivalentdir,  bu  da  öz  növbəsində  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  tərəfindən  dərc

edilmiş rəsmi mübadilə məzənnəsinə görə müvafiq vaxtda 84 avroya bərabər olmuşdur) məbləğində

cərimə cəzasına məhkum etmişdir. Məhkəmə qət etmişdir ki, ərizəçi qanunsuz olaraq bələdiyyəyə

məxsus olan 0,8 hektar torpaq sahəsini tutmuş və becərmişdir. Məhkəmə hökmü şahid ifadələri və

Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi  (DTXK)  tərəfindən  təqdim  edilmiş  məlumat  əsasında

çıxarmışdır.

8. Qeyri‐müəyyən tarixdə ərizəçi 2004‐cü il 29 dekabr tarixli hökmdən şikayət verərək sözügedən

torpaq sahəsinin ailəsinin fermer təsərrüfatına məxsus olan 50 hektarlıq böyük bir torpaq sahəsinin

bir  hissəsi  olduğunu  iddia  etmişdir.  2005‐ci  il  18  mart  tarixdə   Apellyasiya  Məhkəməsi  birinci

instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır.

9. Ərizəçi hüquqi məsələlərlə bağlı şikayət vermiş və aşağı məhkəmələrin faktları qiymətləndirən

zaman  səhvə  yol  verdiklərini  iddia  etmişdir.  2005‐ci  il  9  avqust  tarixdə  Ali  Məhkəmənin  hakim

N.H.‐nin da daxil olduğu üç nəfərdən ibarət tərkibi Apellyasiya Məhkəməsinin 2005‐ci il 18 mart

tarixli qərarını ləğv edərək işi yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Ali

Məhkəmə, xüsusilə ittiham hökmünün kifayət qədər əsaslandırılmadığını qeyd etmişdir.

10. Apellyasiya Məhkəməsi Ali Məhkəmənin nəticələrini nəzərə alaraq DTXK‐ya və bələdiyyəyə yeni

vəsatət göndərərək torpaq sahəsinin dəqiq yeri, ölçüləri və ona mülkiyyət hüququ ilə bağlı ətraflı

məlumat  verilməsinin  xahiş  etmişdir.  Bələdiyyə  bildirmişdir  ki,  rəsmi  sənədlərə  görə  mübahisə

predmeti olan torpaq sahəsi ərizəçiyə deyil, bələdiyyəyə məxsus olmuşdur. DTXK torpaq sahəsinin

yerində təftişini həyata keçirmiş və məhkəməyə sözügedən sahənin bələdiyyə mülkiyyətinin bir

hissəsi olduğunu bildirmişdir. 2006‐cı il 12 iyul tarixdə Apellyasiya Məhkəməsi yeni qərar qəbul

edərək Dəvəçi rayon məhkəməsinin 2004‐cü il 29 noyabr tarixli hökmünü qüvvədə saxlamışdır.

Məhkəmə qət etmişdir ki, ərizəçinin becərdiyi mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsus olmuş

və müvafiq qanunvericilik düzgün olaraq tətbiq olunmuşdur.

11. Ərizəçi bu qərardan şikayət vermişdir. 2006‐cı il 10 oktyabr tarixdə Ali Məhkəmənin hakim N.H.

da  daxil  olmaqla  üç  hakimdən  ibarət  tərkibi  ərizəçinin  şikayətini  araşdırmışdır.  Məhkəmə  qət

etmişdir ki, Apellyasiya Məhkəməsi bütün işə aidiyyəti olan və mümkün sübutları araşdırmış və

maddi  və  ya  prosessual  hüquq  normalarının  pozuntusuna  yol  verməmişdir.  Buna  görə  də  Ali

Məhkəmə ərizəçinin şikayətini rədd etmiş və Apellyasiya Məhkəməsinin 2006‐cı il 12 iyul tarixli

qərarını dəyişdirmədən saxlamışdır.

II.  MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

12. 2000‐ci ildə qəbul edilmiş Cinayət Prosessual Məcəlləsinin (CPM) hakimlərin işə baxılmasından

kənarlaşdırılması ilə bağlı müvafiq müddəalarında aşağıdakılar qeyd olunur:

“M a d d ə   1 0 9 .  Hakimə etiraz

109.1.  Hakimə  (məhkəmə  tərkibinə)  edilən etiraz  əsaslandırılmalıdır.  Etirazda  konkret  əsaslar

olmadıqda  o,  işə  baxan  məhkəmə  tərəfindən  baxılmamış  saxlanılır.  Hakimə  etiraz  o  halda  əsaslı

sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını

istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun:

109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və

azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya

cinayət  təqibi  ilə  bağlı  digər  materialın  baxılmasında  hakim  qismində  əvvəllər  iştirak  etdikdə

(hakimin  məhkəmə  nəzarəti  qaydasında  cinayət  işi  üzrə  məhkəməyədək  icraatda  materiallara

baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və

ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir);




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə