Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   24   25   26   27   28   29   30   31   32

­  61 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Beləliklə,  zərərin  miqdarını  müəyyələşdirmək  hüququ  sığortaçıya  məxsusdur.  Əgər  Siz

sığortaçının  qiymətləndirməsi  ilə  razı  olmasanız,  onda  qiymətləndirmə  müstəqil  ekspert

tərəfindən aparılacaqdır. Əgər tərəflər arasında razılıq əldə edilməzsə, onda mübahisə məhkəmə

qaydasında həll edilməli olacaqdır. Məhkəmə təcrübəsi göstərir ki, bir qayda olaraq məhkəmələr

bu cür işlərdə ekspertiza təyin etməklə dəymiş zərərin miqdarını müəyyənləşdirirlər.



Sual 3. Atamdan miras qalmış əmlak mənim və iki qardaşımın ümumi mülkiyyətindədir. İndi

bizim  aramızda  mülklə  bağlı  mübahisə  var  və  baxılmaqdadır.  Mən  həmin  evə  baxış

keçirilməsini tələb edə bilərəm?

Cavab.  Azərbaycan  Respublikası  Mülki  prosessual  məcəlləsinin  (bundan  sonra  ‐  MPM)  91‐ci

maddəsinə görə, xarici görünüşünə, xüsusiyyətlərinə, olduğu yerə və digər əlamətlərinə görə iş

üçün əhəmiyyətli  olan  halların  müəyyən  edilmə  vasitəsi  ola  bilən  əşyalar  maddi  sübutlardır.

MPM­in 202.1­ci maddəsinə görə, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi

və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində

müayinə aparılması haqqında qərardad çıxarır. MPM‐in 202.2‐ci maddəsinə görə, işdə iştirak edən

şəxslər  və  nümayəndələr  yerində  müayinənin  vaxtı və  yeri  haqqında  xəbərdar  edilirlər,  lakin

onların  gəlməməsi  müayinənin  aparılmasına  mane  olmur.  Zəruri  hallarda  ekspertlər,

mütəxəssislər və şahidlər də çağırılır. MPM‐in 202.3‐cü maddəsinə görə, müayinənin nəticələri

məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar,

sxemlər,  çertyojlar,  hesablamalar,  sənədlərin  surətləri,  müayinə  zamanı  çəkilmiş  videoyazılar,

yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola

əlavə edilir.

Göründüyü kimi, Siz məhkəmədən mübahisəli evə yerində baxış keçirməsini tələb edə bilərsiniz.

Bu məsələyə məhkəmə tərəfindən müvafiq qərardadın qəbulu ilə münasibət bildiriləcəkdir.

Sual 4. Mülkiyyətimdə olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişəm. Lakin bu zaman

zəruri  icazələri  almamışam.  Məhkəmə  qərarı  ilə  həmin  evi  sənədləşdirmək  istəyirəm.

Məhkəməyə  müraciət  edərək  həmin  fərdi  yaşayış  evinə mülkiyyət  hüququ  üzrə  daşınmaz

əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən

edilməsini tələb edə bilərəm?

Cavab. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra – MPM) tələbinə

görə, xüsusi icraat qaydasında məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan

istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır

(307.2.6‐cı maddə). MPM‐in 306, 307.2.6, 308 və 310‐cu maddələrinin analizi belə bir nəticəyə

gəlməyə  əsas  verir  ki,  məhkəmə  tərəfindən  bu  cür faktın  müəyyən  edilməsi  üçün  aşağıdakı

şərtlərin  məcmu  halda  mövcudluğu  tələb  edilir:  1)  Əmlak  daşınmaz  əmlak  kateqoriyasına  aid

olmalıdır; 2) Ərizəçidə əmlaka dair hüququnun olmasını təsdiq edən sənəd olmuşdur, lakin həmin

sənəd  itirilmişdir;  3)  Daşınmaz əmlaka  dair  hüquq  barəsində  mübahisə  yoxdur;  4)  müvafiq

səlahiyyətli dövlət orqanları hüquq müəyyən edici sənədin təkrarən verilməsindən imtina etmişlər

və ya həmin sənədin bərpası mümkün deyildir. Yalnız bu 4 şərtin eyni vaxtda mövcudluğu halında

işə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Əgər ərizəçinin daşınmaz əmlaka dair hüquq

müəyyən  edici  sənədi  ümumiyyətlə  olmamışdırsa  və  ya  onların  bərpası,  dublikatının  alınması

mümkündürsə, onda ərizə MPM‐in 306.4‐cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Başqa

sözlə,  xüsusi  icraat  qaydasında  müəyyənləşdirilən  fakt  əmlakın  mülkiyyət  hüququ  ilə  şəxsin

məxsusluğunu ilkin müəyyənləşdirən, hüquq yaradıcı fakt kimi çıxış edə bilməz. Təsadüfi deyildir

ki,  qüvvədə  olan  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi məhkəmə  mülkiyyət  hüququ  üzrə

daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək  faktının

müəyyən  edilməsini  əvvəllər  mülkiyyətçi  olmayan




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  62 ­

şəxsin əmlaka mülkiyyət hüququnu əldə etməsi əsası kimi nəzərdə tutmur. Bu mənada, mülkiyyət

hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək

faktının  müəyyən  edilməsi  ərizəçinin  qanunla  qorunan  marağının  başqa  yolla  müdafiəsinin

mümkün olmadığı hallarda ərizəçinin əvvəllər mövcud olmuş hüququn müəyyənləşdirilməsi, bu

hüququn təsdiqi üsulu kimi çıxır edir.

Beləliklə, yuxarıda göstərilənlərə əsasən və xüsusi icraat işləri subyektiv hüququn deyil, “qanunla

qorunan  marağın”  müdafiəsi  ilə  xarakterizə  olunduğundan  xüsusi  icraat  qaydasında  göstərilən

tələblə çıxış etməyiniz əsaslı hesab oluna bilməz.



Sual 5. Turizm firmalarından biri ilə müqavilə bağlayaraq ailə üzvlərimlə birlikdə Türkiyə

Respublikasına səyahət etmiş, lakin oteldəki şərait müqavilə şərtlərinə uyğun olmadığından

istirahət  edə  bilməyərək  geri  qayıtmışıq.  Firma ödədiyim  pulu  geri  qaytarmışdır.  Lakin

firmanın təqsirindən mənə və ailə üzvlərimə həm də mənəvi ziyan vurulduğunu düşünürəm.

Mənəvi ziyanın ödənilməsini tələb edə bilərəm?

Cavab.  “Turizm  haqqında”  qanunun  6‐cı  maddəsinin 1.4‐cü  hissəsinə  görə,  turist  ...  mənəvi

zərərlərin  əvəzinin  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada

ödənilməsini tələb etmək hüququna malikdir.

“İstehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında”  qanunun    5‐ci  maddəsinin  I  hissəsinə  görə,

istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin)

keyfiyyətinin  normativ  sənədlərə,  müqavilə  şərtlərinə  uyğunluğu  barədə  və  həmçinin  mal  (iş,

xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb

etmək hüququna malikdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 12‐ci maddəsinə görə, istehlakçıların

bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya

dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa

hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.

Beləliklə, Sizin və ailə üzvlərinizin mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnuz

vardır. Turizm firmasının müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində istehlakçı

kimi hüquqlarınızın pozulma faktının müəyyənləşdirilməsi iddianızın təmin olunması üçün yetərli

olacaqdır. Zərərin məbləğinin müəyyənləşdirilməsi səlahiyyəti isə məhkəməyə məxsusdur.



Sual  6. Anam  atama  qarşı  məhkəmədə  boşanma  barədə  iddia  qaldırmışdı.  Rayon

məhkəməsinin  qətnaməsi  ilə  tərəflər  arasındakı  nikahın  pozulması  qət  edilmişdi.  Lakin

qətnamənin qəbulundan bir neçə gün sonra atam vəfat etmişdir. Eşitdiyimə görə boşanmış

şəxslər bir‐birindən sonra vərəsə ola bilməzlər. Bilmək istərdim, anam mərhum atamın qanun

üzrə vərəsəsi hesab olunurmu?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1‐ci maddəsinə görə qanun üzrə

vərəsəlik zamanı birinci növbədə ‐ ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq,

arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  23.1‐ci  maddəsinə  görə  nikah  ...  məhkəmə

qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən

nikaha xitam verilmiş sayılır.

Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinin  233.1‐ci  maddəsinə  görə  məhkəmə

qətnaməsindən  şikayət  verilməmişdirsə,  qəbul  edildiyi  gündən  1  ay  keçdikdən  sonra  qanuni

qüvvəyə minir.

Göründüyü kimi,  atanız   nikaha  xitam  verilməsi  barədə  məhkəmə  qətnaməsi  qanuni  qüvvəyə




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə