Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   24   25   26   27   28   29   30   31   32

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  54 ­

mübarizə  sahəsində  vergi  orqanlarının  hüquq‐mühafizə  orqanları  ilə,  o  cümlədən,  xarici

dövlətlərin hüquq‐mühafizə qurumları ilə işgüzar münasibətlər yaradır və zəruri hallarda xidməti

vəzifələrinin icrası zamanı vergi orqanlarının əməkdaşlarının şəxsi təhlükəsizliyini təmin etmək

üçün müəyyən edilmiş qaydada tədbirlər görür.

Hüquqşünas bildirib ki, yuxarıda qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün Departamentə

Azərbaycan Respublikası CM‐nin 192‐ci (Qanunsuz sahibkarlıq), 193‐cü (Yalançı sahibkarlıq) və

213‐cü (Vergi ödəməkdən yayınma), 213.1 (Aksiz vergisini ödəməkdən yayınma) maddələri üzrə

cinayət işlərinin təhqiqatı və istintaqı başlanması, habelə Azərbaycan Respublikası prezidentinin

"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28.09.2002‐ci il

tarixli  Fərmanı  ilə  CM‐nin  192,193,  və  213‐cü  maddələrilə  cinayət  işləri  başlandıqda  bu

cinayətlərin  ibtidai  istintaqı  zamanı  həmin  məcəllənin  daha  26  maddəsində  nəzərdə  tutulan

cinayətlər üzrə, o cümlədən, 178‐ci (Dələduzluq), 179‐cu (Mənimsəmə və ya israf etmə), 308‐ci

(Vəzifə səlahiyyətlərindən sui‐istifadə etmə), 309‐cu (Vəzifə səlahiyyətini aşma), 311‐ci (Rüşvət

alma),  312‐ci  (Rüşvət  vermə),  313‐cü  (Vəzifə  saxtakarlığı),  314‐cü  (Səhlənkarlıq)  və  iqtisadi

fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı digər maddələr üzrə ibtidai istintaqın aparılması

səlahiyyəti də Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə verilmişdir.

Əgər vergi cinayətlərini kriminalistik baxımdan nəzərdən keçirsək, demək olar ki, onların əsasında

vergi  orqanlarının  simasında  dövlət  və  vergi  ödəyiciləri  arasında  olan  konflikt  dayanır.  Vergi

cinayətlərinin yaranması səbəbləri nəinki digər sahələr üzrə olan  cinayətlərdən, həmçinin iqtisadi

sahədə olan cinayətlərdən də öz spesifik cəhətləri ilə fərqlənir. Bu cinayətlərin törədilməsinə əsas

təkan verəcək səbəblər kimi aşağıdakıları qeyd etmək olar:

­

Ölkənin iqtisadi həyatında baş verən köklü dəyişikliklərin doğurduğu iqtisadi səbəblər (məsələn,



istehsalın aşağı düşməsi və ya kapitalın xaricə daşınması),

­

Vergi qanunvericiliyinin yetkin olmaması, onda olan qeyri‐stabillikdən yaranan hüquqi səbəblər,



­

Vətəndaşların əksəriyyəti  üçün  səciyyəvi  olan  vergi  sisteminə  mənfi  münasibətdən  doğan

psixoloji səbəblər.

Hüquqşünasın sözlərinə görə, vergi cinayətlərini törədə biləcək şəxslərin dairəsi kifayət qədər

geniş  aparıla  bilər.  Bir  çox  hallarda  bu  kateqoriya  cinayətlər  qabaqcadan  əlbir  olan  şəxslər

tərəfindən  törədilə  bilir.  Eyni  zamanda  bir  faktoru  da  nəzərə  almaq  lazımdır  ki,  təcrübədə  bu

cinayəti törədən elə şəxslərə rast gəlinir ki, onlar bu cinayəti bilməyərəkdən törədirlər. Konkret

desək,  onlar  bu  cinayətin  əsl  icraçısının  tapşırıqlarını  yerinə  yetirərək,  cinayət  törətdiklərinin

fərqində olmurlar. Ona görə də cinayətin törədilməsinə birbaşa aidiyyatı ola biləcək şəxslərinin

dairəsinin müəyyən edilməsi bu tip cinayətlərin istintaqı üçün böyük əhəmiyyətə malikdir. Bu ,

müstəntiqi böyük həcmli lazımsız işlərin yerinə yetirilməsindən azad edir. “İstintaq və məhkəmə

təcrübəsi,  eyni  zamanda  elmi  tədqiqatlar  göstərir  ki,  vergi  cinayətlərini  törədənlərin  böyük

əksəriyyəti kişilərdir. Bu kateqoriyadan olan işlər üzrə cinayətlərin törədilməsində təqsirkar olan

20 yaşından aşağı olan şəxslərə isə ümumiyyətlə rast gəlinmir.  Statistikaya əsasən, vergi cinayəti

törədənlərin böyük əksəriyyəti ali təhsilli, hətta elmlik dərəcəsi olan insanlardır.” –deyə hüquq

məsləhətçisi bildirib.

Sonda  hüquqşünas  sözlərinə  əlavə  edib  ki,  vergiləri  və  məcburi  dövlət  sosial  sığorta  haqlarını

ödəməkdən yayınma əməli başlıca olaraq iki qrup üsulla törədilə bilər: 1) vergilərin və məcburi

dövlət sosial sığorta haqlarınınödəyicisi tərəfindən saxta mühasibat və vergi sənədlərinin tərtib

edilməsi, həmin sənədlərə yanlış məlumatların daxil edilməsi, əmlakın, gəlirlərin və ümumiyyətlə,

vergitutma  obyektinin  gizlədilməsi,  işçilərin  sayının  düzgün  göstərilməməsi,  işçilərlə  əmək

münasibətlərinin rəsmiləş‐dirilməsi, onların real əmək haqlarının gizlədilməsi və s. üsullarla; 2)

mühasibat  və  vergi  sənədlərində  hər  şeyin  qaydasında  olmasına  baxmayaraq,  vergilərin  və

məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi. Vergiləri ödəməkdən yayınma fiziki şəxslər

tərəfindən daha çox qanunvericilikdə nəzərdə tutulmuş hallarda gəlirlər haqqında bəyənnamə

təqdim  etməməklə,  gəlirlərin  həcmini  azaltmaqla  və  ya  xərclərin  həcmini  artırmaqla, əmlakı

uçotdan gizlətməklə, öz fəaliyyəti və əlavə gəlir mənbələri haqqında məlumatları təhrif etməklə,

bəyannamə  verməyə  borclu  olan  şəxs  olduğunu  gizlətməklə,  vergi  güzəştləri  əldə  etmək  üçün

saxta sənədlər təqdim etməklə və digər üsullarla, hüquqi şəxslər tərəfindən isə mühasibat və vergi

sənədlərinə gəlirlərin azaldlmasına, xərclərin artırılmasına və ya vergi tutulması üçün əhəmiyyət

kəsb edən digər faktların qəsdən saxtalaşdırılmasına yönəlmiş həqiqətə uyğun gəlməyən, yalan

məlumatların daxil edilməsi, əmlakın gizlədilməsi, təşkilatın həyata keçirdiyi kommersiya və ya

başqa təsərrüfat‐maliyyə əməliyyatlarının qeydiyyata alınmaması və s. üsullarla törədilə bilər.

Mənbə: http://anspress.com/index.php?a=3&lng=az&pid=300791



­  55 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Mənzili kirayə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?

Yeni  dərs  ilinin  başlaması  ilə  bərabər  paytaxtımızda  kirayə

bazarı  daha  da  canlanır.  Bəs  kirayə  ev  axtaranlar  nələri

bilməlidirlər?  Mənzili  kirayə  götürərkən  yazılı  müqavilə

bağlamaq lazımdırmı?

Bununla bağlı suallara Bakı Hüquq Mərkəzinin (BHM) hüquq

məsləhətçisi, vəkil Dünyamin Novruzov aydınlıq gətirib.

“Təcrübə  göstərir  ki,  əksər  hallarda  mənzili  kirayəyə

götürərkən kirayəyə verənlə kirayəçi şifahi razılığa gəlirlər.

Lakin  bu  hal  sonradan  hər  iki  tərəf  üçün  müəyyən

problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, (A)

kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki,

bu vəziyyətdə kirayəçi çətin vəziyyətdə qalar. Çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq

elə də asan deyil. (B) Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada

artırdığını bildirə bilər. (C) Kirayəçi mənzilə və ya qonşulara zərər vurduğu halda tərəflər arasında

müqavilənin  olması  kirayəyə  verənin  ona  dəymiş  zərəri  məhkəmə qaydasında  tələb  etməsinə

kömək edəcəkdir.” – deyə vəkil bildirib.

Hüquqşünas  eyni  zamanda  bildirib  ki,  qeyd  olunanlar  müqavilə  bağlanmasının  zəruriliyini

şərtləndirən  faktiki  amillərdir.  Qüvvədə  olan  mülki  qanunvericiliyin  tələbinə  görə  daşınmaz

əmlakın  dövlət  reyestri  obyektlərinə  dair  sərəncam  verilməsi  haqqında  müqavilələr  notariat

qaydasında təsdiqlənməlidir. Əgər mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa,

ondan  həmin  hüquq  da  dövlət  qeydiyyatına  alınmalıdır.  (“Daşınmaz əmlakın  dövlət  reyestri

haqqında” qanunun 19.1‐ci maddəsi).

Mənbə: http://news.milli.az/society/305350.html

Azərbaycanda 250‐dən artıq vətəndaşa pulsuz hüquqi yardım göstərilmişdir

“Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi”  ictimai  birliyi  Azərbaycan

Respublikasının  Prezidenti  yanında  Qeyri‐Hökümət  Təşkilatlarına

Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Virtual Hüquqi

Klinika”  adlı    layihəsi  başa  çatmışdır.  Layihənin  əsas  məqsədi

Azərbaycan  Respublikası  vətəndaşlarının  virtual  ortamda  peşəkar

hüquqşünaslar  tərəfindən  pulsuz  hüquqi  yardım  almalarına  şərait

yaradılmasından ibarət idi.

İctimai birliyin rəhbərliyi layihə ilə bağlı öz fikirlərini bölüşmüşdür:

“Əvvəla,  bildirmək  istəyirik  ki,  belə  bir  layihə  ilə  vətəndaşlarımıza,

xüsusilə  də  aztəminatlı  insanlara  heç  bir  təmənna  olmadan hüquqi

yardım göstərilməsi, bir insan və hüquqşünas kimi bizi çox sevindirir.

Bu  layihəmizin  reallaşmasına  dəstək  olduqlarına  görə  Azərbaycan  Respublikasının  Prezidenti

yanında Qeyri‐Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığımızı bildiririk. Qısaca

qeyd etməliyik ki, layihə ərzində ümümilikdə, vətəndaşlar tərəfindən göndərilmiş 207 sual peşəkar

hüquqşünaslar tərəfindən virtual ortamda aydın və dolğun şəkildə cavablandırılmışdır. Sevindirici

haldır ki, təxmin olunduğu kimi, suallar təkcə paytaxt Bakıdan yox, ölkəmizin bir çox regionlarında,

hətta xarici ölkələrdə yaşayan (Türkiyə və Rusiya) vətəndaşlarımız tərəfindən də göndərilmişdir.”

Mərkəzdən eyni zamanda bildirilib ki, layihə çərçivəsində əvvəlcədən nəzərdə tutulmasa da 50‐ə

yaxın vətəndaşa telefon vasitəsilə (İctimai Birliyin telefonlarına gələn zənglər)  hüquqi məsləhət

verilmişdir. Əsasən, bölgələrdən zəng vuran vətəndaşlar, layihədən xəbərdar olsalar da internetə

çıxışları  olmadığı  üçün,  ya  da  internetdən  istifadə  etmə  bacarıqları  olmadığı  üçün  zəng  etməli

olmuşlar. Bu vətəndaşların əksəriyyəti yaşlı insanlar olmuşlar.

Mənbə:http://qafqazinfo.az/xeber­250­dn­artq­vtndaa­pulsuz­huquqi­yardm­gostrilib.html



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə