Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

­  51 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Lakin milli Ali Məhkəmə mahiyyəti üzrə qərar qəbul etmək üçün faktiki əsasların olmaması səbəbi

ilə aşağı məhkəmənin qərarını ləğv etmişdir. Belə olan halda, hakimin obyektiv qərəzsizliyi yalnız

o zaman sarsıla bilər ki, həmin hakim həmin işə aşağı (və ya yuxarı) məhkəmədə baxılması zamanı

iştirak etsin. Beləliklə, hakimlərin obyektiv qərəzsizliyini qorumaq məqsədi daşıyan təhlükəsizlik

tədbirləri  elə  bir  qaydada  yaradılmalıdır  ki,  həmin  hakimin  özü  üzərində  nəzarəti  həyata  keçirə

bilməməsi təmin olunsun və bununla da maraqlar münaqişəsi aradan qaldırılsın. İşin materialından

göründüyü kimi, müvafiq hakim iki dəfə işə eyni qisimdə baxmışdır.

Məhkəmə bu cür maraqlar münaqişəsinin qarşısını almağa yönəlmiş ölkədaxili qanunvericiliyi təfsir

etməyə meylsiz olmuşdur. Halbuki, onun bunu etməsinin qarşısını heç nə almamışdır, belə ki, Cinayət

Prosessual Məcəlləsinin 109.1.6‐cı maddəsinin mətni (qərarın 12‐ci bəndinə bax) çox geniş şəkildə

müəyyən edilmişdir. Belə formal yanaşma Razılığa Gələn Dövlətlərin milli məhkəmə sistemlərinin

fəaliyyətinə mənfi təsir göstərə və heç bir ağlabatan və proporsional əsas olmadan çətinliklər yarada

bilər.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  52 ­



Yerli mətbuat səhifələrindən

“Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?!”

Son günlər ölkə vətəndaşı kimi hər birimizi narahat edən və təbii olaraq müzakirə olunan əsas

mövzulardan  biri  də Xankəndində  qondarma  məhkəmə  qarşısına  çıxarılan  həmyerlilərimiz  ilə

bağlı məsələdir. Bu məsələ ilə bağlı ölkə ictimaiyyətindən müxtəlif fikirlər səsləndirilir, təkliflər

verilir  və  təşəbbüslər  irəli  sürülür.  Xüsusilə,  bu  həssas  məsələyə hüquqi  aspektdən  yanaşma,

problemin həllinin hüquqi mexanizmləri hamıda böyük maraq doğurur.

“Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi”  İctimai  Birliyinin  sədri,  Vəkillər  Kollegiyası  Rəyasət

Heyətinin  üzvü,  hüquq  elmləri  üzrə  fəlsəfə  doktoru  Anar  Bağırov  son  günlər  ən  çox  müzakirə

olunan mövzu ilə bağlı öz fikirlərini bölüşüb.

“Bu yaxınlarda həmyerlilərimizin iştirakı ilə Xankəndində səhnəyə qoyulmuş “məhkəmə teatrı”

bir  azərbaycanlı  kimi

məni  də  çox  narahat  edir.

Lakin  bir  hüquqşünas

kimi məni narahat edən daha

bir

nüans  da



bu

problemin 

həllinin,

s o y d a ş l a r ı m ı z ı n

müdafiəsinin  düzgün  hüquqi

m e x a n i z m l ə r i n i n

tapılmasıdır. 

Son 


günlər

mətbuatda 

bəzi

h ü q u q ş ü n a s l a r ı m ı z ı n



qondarma  məhkəmə

qarşısına 

çıxarılan

g i r o v l a r ı m ı z ı n

hüquqlarının qorunması üçün

Xankəndinə  getmək

təşəbbüsü ilə çıxış etmələrinə

rast gəldim. Onların bu

təşəbbüslərində olan xeyirxah

niyyətlərini 

təqdir

edirəm, lakin hesab edirəm ki,



bu  yanlış  hüquqi  mexanizmdir.  Qoy  bəzi  həmkarlarım  inciməsinlər,  onlara    sualım  var.  Bəs

hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?! Bu, dolayısı

yolla qondarma Dağlıq Qarabağ rejimini qəbul etmək, düşmən dəyirmanına su tökməkdir” – deyə

A.Bağırov bildirib.

“Bizə aydındır ki, vətəndaşlarımız ölkəmizin ərazisində sərbəst hərəkət etmək hüquqlarından xoş

məramla istifadə etmişlər. Lakin ermənilər bu hadisəyə saxta don geyindirmiş, həmvətənlərimizi

diversant kimi qələmə vermişlər. Bu hadisə bir daha sübut edir ki, azərbaycanlılardan heç biri, o

cümlədən hüquqşünaslarımız ora gedəcəkləri təqdirdə analoji hallardan siğortalanmayıb. Dağlıq

Qarabağda olan  “bespredel” rejimdən hər şey gözləmək mümkündür” – deyə vəkil bildirib.

Hüquqşünas daha bir önəmli məqama diqqət yetirib. Belə ki, vəkilin sözlərinə görə, Avropa İnsan

Hüquqları  Konvensiyasının  5‐ci  və  6‐cı  maddələrində  göstərilmişdir ki, hər  bir  şəxs  yalnız

səlahiyyətli  məhkəmə  tərəfindən  məhkum  olunduqdan  sonra  qanuni  həbs  oluna  bilər,  eyni

zamanda hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış

müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Burada  isə  qanun  əsasında  yaradılmış  və  səlahiyyətli  məhkəmədən  söhbət  gedə  bilməz.  Hətta

qorxaq  qondarma    Dağlıq  Qarabağ  rejimi tərəfindən  bu  “məhkəmədə”  “hakimlik”  edən  şəxsin

kimliyi gizlədilir. Bununla aşkarlıq prinsipi də pozulmuşdur. A.Bağırov bildirir ki, həmin qondarma

məhkəmə qanunsuz olduğu üçün təbii olaraq onun qəbul edəcəyi istənilən qərar heç bir hüquqi

qüvvəyə  malik  ola  bilməz.  Ona  görə,  soydaşlarımız  nəinki  azad  olunmalı,  əksinə  bu  biabırçı

“məhkəmə”ni quranlar, onda iştirak edənlər (hakim və s.) qanun qarşısında ciddi cavab verməli,

məsuliyyətə cəlb olunmalıdırlar.

“Fikrimcə həmyerlilərimizin müdafiəsi üçün ən optimal yol Ermənistan barəsində Avropa İnsan

Hüquqları  Məhkəməsinə  şikayət  ərizəsi  təqdim  etməkdir.  Belə  ki,  Şahbaz  Quliyev  və  Dilqəm

Əhmədovun  qanunsuz  olaraq  tutulması  ilə  bağlı  məsələyə  Avropa  İnsan  Hüquqları

Konvensiyasının norma və prinsiplərinin pozulması nöqteyi‐nəzərindən baxılması zəruridir.



­  53 ­

Məhz bu baxımdan Ermənistanın adı çəkilən şəxslərin qanunsuz tutulması və Avropa Konvensiyası

ilə  tanınmış  hüquq  və  azadlıqlarının  pozulması  ilə  nəticələnmiş  hərəkətlərə  görə  məsuliyyəti

meydana  çıxa  bilər.  Çünki  “Dağlıq  Qarabağ  Respublikası”nın  beynəlxalq  hüququn  subyekti

sayılmaması mübahisəsizdir. Eyni zamanda nəzərə almalıyıq ki, Dağlıq Qarabağ və ətraf rayonlar

üzərində  nəzarət  etmək  kimi  bir  hüquqa  malik  olmasa  belə,  Ermənistan öz  işğalçı  siyasəti

nəticəsində  həmin  ərazi  üzərində  hərbi  və  iqtisadi  baxımdan  effektiv  nəzarəti  həyata  keçirir.

Qısacası,  Dağlıq  Qarabağ  Azərbaycan  Respublikasının  ayrılmaz  tərkib  hissəsidir.  Beləliklə  də,

münaqişə  Azərbaycan  Respublikasının  daxili  məsələsidir.  Bu  baxımdan  hər  hansı  kənar  dövlət

tərəfindən bu məsələyə müdaxilə edilməsi beynəlxalq hüquq baxımından tamamilə yolverilməzdir”

– deyə tanınmış hüquqşünas qeyd edib.

Anar Bağırov: “Bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, soydaşlarımızın Avropa

Konvensiyasının 3‐cü (“İşgəncələrin qadağan olunması”), 5­ci (“Azadlıq və toxunulmazlıq hüququ”),

6‐cı  (“Ədalətli  məhkəmə  araşdırması  hüququ”)  və  8‐ci  (“Şəxsi  həyata  və  ailə  həyatına  hörmət

hüququ”)  maddələri  ilə  tanınmış  hüquqları  kobud  şəkildə  pozulmuşdur  və  Ermənistan  dövləti

buna görə məsuliyyət daşımalıdır. Avropa Məhkəməsinin buna bənzər işlər üzrə müxtəlif dövlətlərə

qarşı kifayət qədər qərarları da vardır (“İlaşku və digərləri Moldova və Rusiyaya qarşı”, “Katan və

digərləri Moldova və Rusiyaya qarşı”, “Drozd və Yanoçek Fransa və İspaniyaya qarşı” işlər və s. )”.

“Sonda bildirmək istəyirəm ki, hal‐hazırda “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin vəkil üzvləri

tərəfindən Xankəndində girov saxlanılan həmyerlilərimizin hüquqlarının effektiv müdafiəsi üçün

populizmdən  çox‐çox  uzaq  olan  lazımi  hüquqi  tədbirlər  görülməkdədir  və  yaxın  zamanlarda

ictimaiyyətə bu barədə dolğun məlumat veriləcəkdir” – deyə hüquqşünas qeyd edib.



Mənbə: http://www.qafqazinfo.az/xeber­azrbaycan­huququnaslar­hrkt­kecdi­t101497.html

Vergi cinayətləri nə zaman, necə və kimlər tərəfindən törədilir?

Təcrübə göstərir ki, bazar münasibətlərinin

formalaşması  və  sürətli  inkişaf  müasir

Azərbaycanda  müsbət  amillərlə  yanaşı,

həm  də  çətin,  ziddiyyətli  və  mürəkkəb

proseslərin yaranmasına təkan verir. Belə

ki, ölkəmiz müstəqillik qazandıqdan sonra,

bazar  münasibətlərinin  inkişafının  ilk

illərindən  etibarən  dövlət  çox  saylı vergi

ödəyicilərinin vergi ödəməkdən yayınması

halları  ilə  qarşılaşır.  Şübhəsiz  ki,  bu  hal

büdcənin  gəlir  hissəsindən  əhəmiyyətli

dərəcədə  itkilərin  müşahidə  olunması  ilə

nəticələnir.  Bununla  əlaqədar,  hüquq‐mühafizə  orqanlarının  qarşısında  vergidən  yayınanlarla

mübarizə kimi məsul bir vəzifə durur. Çünki, statistika göstərir ki, vergi cinayətləri ilbəil artır.

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi İsrafil Əlili vergi cinayətləri, onların istintaqı,

bu  cür  cinayətlərin  törədilməsinə  şərait  yaradan  amillər,  vergi  cinayətlərinin  subyektləri  və  s.

barədə qısa məlumat verib.

Hüquqşünas: “Ölkəmizin vergi sistemində cinayətlərin ibtidai araşdırılmasını və əməliyyat‐axtarış

tədbirlərini həyata keçirən struktur kimi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai

Araşdırılması  Departamenti  fəaliyyət  göstərir.  Vergilər  Nazirliyi  yanında  Vergi  Cinayətlərinin

İbtidai  Araşdırılması  Departamenti  vergi  ödəməkdən  yayınma və  vergi  orqanlarının

səlahiyyətlərinə  aid  edilmiş  digər  cinayətlər  üzrə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada

yoxlayır, təhqiqat və istintaq aparır, əməliyyat‐axtarış fəaliyyətini həyata keçirir, daha sonra vergi

ödəməkdən yayınma və vergi orqanlarının  səlahiyyətlərinə  aid  edilmiş  digər  cinayətlərə  qarşı

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə