Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  37 ­

İnsanlar  bu  gün  həmişəkindən  daha  çox  bir  dövlətlə  məhdudlaşmayan  və  bir  neçə  ölkənin

yurisdiksiyasını əhatə edən məlumatların işlənməsi əməliyyatlarının birbaşa təsirinə məruz qalırlar.

Əlavə  Protokolun  tələblərindən  biri  kimi  Azərbaycanda  yaradılacaq  nəzarət  qurumunun  digər

ölkələrin  nəzarət  qurumları  ilə  əməkdaşlığının  formalaşdırılması  isə  ölkədə  fərdi  məlumatların

mühafizə  səviyyəsinin  daha  da inkişafına və  trans‐sərhəd  məlumat  axınının  tənzimlənməsinin

asanlaşdırılmasına xidmət edəcəkdir. Belə ki, nəzarət qurumları arasında beynəlxalq əməkdaşlıq

insanların  həm  beynəlxalq,  həm  də  milli  səviyyədə  öz  hüquqlarını  həyata  keçirmək  iqtidarında

olmalarına zəmanət verir.

Avropaya  inteqrasiya,  insan  hüquqları  və  əsas  azadlıqlarının  təmin  edilməsi,  hüquqi  dövlət

quruculuğunu  inkişaf  yolu  seçmiş  Azərbaycanın  Əlavə  Protokola  qoşularaq  ölkədə  fərdi

məlumatların mühafizəsi üzrə nəzarət qurumunu təsis etməsi, bununla da vətəndaşların ən mühüm

konstitusion hüquqlarından birinin həyata keçirilməsinə şərait yaratması yaxın gələcəkdə reallaşa

bilər. Nəzarət qurumu formalaşdırılarkən mövcud qabaqcıl təcrübənin nəzərə alınması bu işin daha

effektiv həyata keçirilməsinə kömək edəcəkdir.



İstifadə olunmuş ədəbiyyatlar:

1.  “Fərdi  məlumatların  avtomatlaşdırılmış  qaydada  işlənməsi  ilə  əlaqədar  şəxslərin  qorunması

haqqında” konvensiyanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu;

2.  “2009‐cu  il  18  mart  tarixli  referendum  nəticəsində  qəbul  edilmiş“AzərbaycanRespublikasının

Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum

Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və

əlavələr edilməsi barədə” Azərbaycan Respublikasinin Qanunu;

3. Explanatory report to Additional Protocol to the Convention for the Protection of Individuals with

regard to Automatic Processing of Personal Data regarding supervisory authorities and transborder

data flows;

4. Convention for the protection of individuals with regard to automatic processing of personal data,

Strasbourg, 28.I.1981;

5. Additional Protocol to the Convention for the Protection of Individuals with regard to Automatic

Processing of Personal Data regarding supervisory authorities and transborder data flows;

6. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu,

7.

http://conventions.coe.int/Treaty/Commun/ChercheSig.asp?NT=181&CM=8&DF=&CL=ENG

8. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun  icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2010‐cu il tarixli № 361 Fərmanı;

9. “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları”, Azərbaycan

Respublikası Prezidentinin 4 oktyabr 2010‐cu il tarixli Fərmanı ilə  təsdiq edilmişdir;

10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasinin 20 iyun 2014‐cü il tarixli № 995‐IVQD Qanunu;

11. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”

Azərbaycan Respublikasının 2014‐cü il 20 iyun tarixli 995‐IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikasi Prezidentinin 8 iyul 2014‐cü il tarixli № 221 Fərmanı;

12. Directive 95/46/EC on the protection of individuals with regard to the processing of personal data

and on the free movement of such data;

13. Data Protection in the European Union: the role of National Data Protection Authorities. European

Union Agency for Fundamental Rights, 2010;

14.  David  H.  Flaherty  “Protecting  Privacy  in  Surveillance  Societies:  Federal  Republic  of  Germany,

Sweden, France, Canada and the United States”, 1989 the University of North Carolina Press;

15.

http://www.bfdi.bund.de/DE/Oeffentlichkeitsarbeit/Taetigkeitsberichte/TB_node.htl

16.

https://www.ldi.nrw.de/mainmenu_Ueberuns/submenu_UnsereAufgaben/index.php

17. http://ico.org.uk/about_us/our_organisation/management_board

18.

http://www.cnil.fr/linstitution/qui­sommes­nous/

19.

http://zpd.gov.ua/dszpd/uk/index

20. http://personaldata.ge/en/legislation/national­legislation


­  38 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Məhkəmə aktları

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4‐43.8 və 48‐ci

maddələrinin şərh edilməsinə dair

28 oktyabr 2014‐cü il

Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona

Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi‐

hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektin nümayəndəsi Şirvan Apellyasiya Məhkəməsinin hakimi Vüsal Cəbrayılovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının

dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,

mütəxəssislər  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hakimi  Əsəd  Mirzəliyevin,  Bakı

Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin, Azərbaycan Respublikasının Mərkəzi Bankı

nəzdində  Azərbaycan  İpoteka  Fondunun  Hüquq  şöbəsinin  böyük  məsləhətçisi  Fərid

Hacıəbdülhəlimzadənin, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin Bank

nəzarətinin hüquqi təminat şöbəsinin aparıcı hüquq məsləhətçisi Fərid Bayramovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi

konstitusiya  icraatı  üzrə  açıq  məhkəmə  iclasında  Şirvan  Apellyasiya  Məhkəməsinin  “İpoteka

haqqında” Azərbaycan Respublikası Qanununun 43.4‐43.8 və 48‐ci maddələrinin şərh edilməsinə

dair müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin nümayəndəsinin və mütəxəssislərin

çıxışlarını,  ekspertin  rəyini  dinləyib,  iş  materiallarını  araşdırıb  müzakirə  edərək,  Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



MÜƏYYƏN  ETDİ:

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan

sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İpoteka haqqında” Azərbaycan Respublikası

Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.4‐43.8 və 48‐ci maddələrinin hərracın

təkrar keçirilməsi barədə müddəalarının, tələbkarın ipoteka predmetini əldə etməməsi əsası və

ona xitam verilməsi proseduru baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdən göründüyü kimi, Z.Səmədov fərdi yaşayış evinin yüklü edilməsi ilə bağlı ipotekaya

xitam verilməsinə dair iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət etmişdir.

İddia  onunla  əsaslandırılmışdır  ki,  Masallı  rayon  Məhkəməsinin  13  may  2010‐cu  il  tarixli

qətnaməsi  ilə  N.Hüseynovun  33.320  ABŞ  dolları  32  sent  məbləğində  kredit  borcunun  ipoteka

predmeti  olan  ona  məxsus  fərdi  yaşayış  evinə  yönəldilərək  evin  hərrac  yolu  ilə  satılması  qət

edilmişdir.

“Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Külək” MMC) tərəfindən birinci hərrac

28 fevral 2011‐ci il, təkrar hərrac 15 mart 2011‐ci il tarixlərində keçirilmişdir. Bundan sonra 5

aprel 2011‐ci il tarixində isə daha bir hərrac keçirilmiş və 12 aprel 2011‐ci il tarixində tələbkara

ipoteka predmetini 30 təqvim günü ərzində ilkin hərrac qiymətindən 25 faiz aşağı qiymətə almaq




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə