Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  31 ­

Daxili  qanunvericilikdə  nəzarət  qurumunun  müdaxilə  səlahiyyətləri  müxtəlif  formada  ola  bilər.

Məsələn, qurum subyektin bunu etmək iqtidarında olmadığı təqdirdə məlumatı işləyəndən düzgün

olmayan və ya qeyri‐qanuni yolla əldə edilmiş məlumatı korrektə etmək və ya silməyə məcbur etmək

səlahiyyətinə  malik  olmalıdır.  Müdaxilə  hüququnun  həyata  keçirilməsinin  xüsusilə  effektiv  yolu

aglabatan müddət ərzində tələb olunan informasiyanı vermək istəməyən məlumat işləyənlərə qarşı

qadağaların qoyulması ola bilər. Bu hüquqa həmçinin məlumatların işlənməsi əməliyyatından əvvəl

rəyin verilməsi və ya işlərin milli parlamentlərə və ya digər dövlət qurumlarına göndərilməsi imkanı

daxil edilə bilər. Nəzarət qurumu ictimaiyyətə müntəzəm hesabatlar vermək, rəylərin nəşri və ya

digər ünsiyyət vasitələri ilə ictimaiyyəti məlumatlandırmaq hüququna malik olmalıdır.

Fərdin  hüquqlarını  qorumaga  töhvə  verməklə  yanaşı,  nəzarət  qurumu  həmçinin  subyekt  və

məlumatı işləyən arasında vasitəçi rolunu oynayır. Bu mənada nəzarət qurumunun fərdlərə və ya

informasiya istifadəçilərinə məlumatın qorunması ilə əlaqədar hüquq və öhdəliklər barədə məlumat

vermək səlahiyyətinə malik olması xüsusilə vacibdir. Bundan başqa hər bir fərd öz şəxsi məlumatının

işlənməsi hüquq və azadlıqları barədə nəzarət qurumuna iddia vermək hüququna malik olmalıdır.

Bu cür iddianın verilməsi Konvensiyanın 8‐ci maddəsinin d) bəndi və 10‐cu maddəsinə uyğun olaraq

fərdlərin hüquqlarını müdafiə etməsi üçün müvafiq vasitələrlə təmin edilməsinə kömək edir. Orada

hər bir şəxsin hüquqlarını məhkəmə yolu ilə müdafiə etmək hüququna malik olması xatırladılır.

Lakin  daxili  qanunvericilik  bu  cür  hüququn  şərti  kimi  iddianın  nəzarət  qurumuna  verilməsini

nəzərdə tuta bilər.

Tərəflər  nəzarət  qurumuna  prosessual  fəaliyyətə  cəlb  olunmaq  və  ya  səlahiyyətli  məhkəmə

qurumunun  diqqətinə  müvafiq  müddəaların  istənilən cür pozulmasını  çatdırmaq  hüququ

verməlidirlər. Bu hüquq təhqiqat aparılması hüququndan qaynaqlanır və qurumun fərdin müdafiə

hüququnun  pozulmasını  aşkar  etməsinə  gətirib  çıxara  bilər.  Tərəflər  bu  səlahiyyəti  nəzarət

qurumuna qərar vermək hüququ verməklə həyata keçirə bilərlər.

Nəzarət qurumunun səlahiyyətləri Əlavə Protokolun 1‐ci maddənin 2‐ci paraqrafında sadalananlarla

məhdudlaşmır.  Tərəflər  nəzarət  qurumlarının səlahiyyətlərini  daha  effektiv  etmək  üçün  digər

vasitələrə  də  malikdirlər.  Məsələn, hüquq  müdafiə  təşkilatlarına  onların  təmsil  etdiyi  şəxsin

hüquqları konvensiyanin 9‐cu maddəsi ilə məhdudlaşdirilmiş olduğu halda nəzarət qurumuna iddia

irəli  sürmək  hüququ  vermək  mümkündür. Nəzarət  qurumu  məlumatın  işlənməsi  əməliyyatının

legitimliyi barədə ilkin yoxlamalar aparmaq və məlumatların işlənməsi reyestrini ictimaiyyət üçün

açıq saxlaya bilmək hüququna malik ola bilər. Qurum fərdi məlumatların işlənməsi üzrə qanunverici,

tənzimləyici və ya inzibati tədbirlərin işlənib hazırlanma mərhələsində rəy vermək hüququna malik

ola bilər.

Öz funksiyalarını tamamilə müstəqil şəkildə həyata keçirməyən nəzarət qurumları fərdi hüquq və

azadlıqları effektiv şəkildə müdafiə edə bilməz. Bir çox amillər nəzarət qurumuna öz funksiyalarını

həyata keçirərkən müstəqilliyini qorumasına töhvə verir. Bunlara qurumun tərkibi, onun üzvlərini

təyin  etmə  metodu,  onların  funksiyalarını  icra  etmək  müddəti  və  onların  icrasını  dayandırmaq

şərtləri, quruma kifayət qədər resursların ayrılması və ya xaricdən əmrlər və ya qərarların icrasına

tabe olmadan qərarların verilməsi misal ola bilər.

Bu  müstəqilliyin  əks  tərəfi  kimi  qanunun  aliliyi  prinsipinə  uyğun  olaraq  nəzarət  qurumlarının

narazılığa  səbəb  olan  qərarlarından  məhkəmələrə  şikayət  verilməsi  imkanı  mövcud  olmalıdır.

Bundan əlavə, nəzarət qurumunun özünün məhkəmə səlahiyyətlərinə malik olmadığı hallarda, onun

müdaxiləsi  fərd  üçün  öz  hüquqlarını  məhkəmə  yolu  ilə  qorumaq  hüququnu  həyata  keçirmək

imkanına əngəl yaratmamalıdır.

Nəzarət  qurumları  arasında əməkdaşlığın  möhkəmləndirilməsi  Tərəflərdə  fərdi  məlumatların

mühafizə səviyyəsinin inkişafına töhvə verməlidir. Bu əməkdaşlıq Konvensiyanın IV fəslində nəzərdə

tutulmuş qarşılıqlı yardıma və Məşvərətçi Komitənin işinə bir əlavədir. Onun məqsədi fərdlərə şəxsi

məlumatlarının təkmilləşdirilmiş mühafizəsini təmin etməkdir. İnsanlar bu gün həmişəkindən daha

çox  bir  dövlətlə  məhdudlaşmayan  və  bir  neçə  ölkənin yurisdiksiyasını  əhatə  edən  məlumatların

işlənməsi əməliyyatlarının birbaşa təsirinə məruz qalırlar. Buna misal  olaraq  beynəlxalq  elektron




­  32 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

şəbəkələrin  inkişafı  və  xidmət  sənayesində  və  işgüzar  mühitdə  məlumatların  getdikcə  artan

transsərhəd axınını göstərmək olar. Nəzarət qurumları arasında beynəlxalq əməkdaşlıq insanların

həm  beynəlxalq,  həm  də  milli  səviyyədə öz  hüquqlarını  həyata  keçirmək  iqtidarında  olmalarına

zəmanət verir.

Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində mövcud vəziyyət

Azərbaycan Konvensiyanı 2010‐cu ildə imzalamış və ratifikasiya etmişdir. Ölkədə fərdi məlumatların

toplanması,  işlənməsi  və  mühafizəsi  ilə  bağlı  münasibətlərin  nizamlanması,  milli  informasiya

məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması ilə əlaqədar məsələlərin tənzimlənməsi,

bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq

və vəzifələrini müəyyən olunması məqsədilə 2010‐cu ilin may ayında “Fərdi məlumatlar haqqında”

Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən, fərdi məlumat dedikdə şəxsin

kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür.

Qanunda  fərdi  məlumatların  trans‐sərhəd  ötürülməsini  tənzimləyən  müddəa  olsa  da,  nəzarət

qurumları məsələsi bu Qanunda öz əksini tapmamışdır.

Azərbaycan Respublikası Əlavə Protokola qoşulmamış az sayda AŞ üzvündən biridir. Əlavə Protokola

qoşulmanın  zəruriliyi  Azərbaycan  Respublikasının  Avropa  İttifaqına  inteqrasiyası,  fərdi

məlumatların  mühafizəsi  ilə  bağlı milli  qanunvericiliyin  Aİ  qanunvericiliyinə  uyğunlaşdırılması,

Azərbaycan və Aİ arasında Assosiasiya Sazişinin razılaşdırılması ilə bağlı Aİ tərəfindən irəli sürülən

tələblərdən  biri  kimi  dəfələrlə  vurğulanmış  və  ölkəmiz  sözügedən  sənədə  qoşulmağa  dəvət

olunmuşdur.

Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində vahid müstəqil qurum yoxdur və bu sahədə

fəaliyyətin tənzimlənməsi bir neçə dövlət qurumu, o cümlədən Rabitə və Yüksək Texnologiyalar,

Daxili  İşlər,  Ədliyyə,  Milli  Təhlükəsizlik,  Vergilər  nazirlikləri  və  Xüsusi  Dövlət  Mühafizə  Xidməti

tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.

Belə  ki,  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyi  yazılı  tələbi  ilə  ümumi  istifadəli  informasiya

sistemlərinə açıq mənbələrdən daxil edilmiş fərdi məlumatların həmin informasiya sistemlərindən

təxirə salınmadan çıxarılmasını tələb etmək, barəsində fərdi məlumatların qanunsuz toplanması və

işlənilməsi, mühafizəsi təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərini

araşdırmaq, mülkiyyətçidən qanunvericiliklə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsini və

bu  barədə  ona  məlumat  verilməsini  tələb  etmək  hüquqlarına  malikdir. Nazirlik  həmçinin  fərdi

məlumatların  informasiya  sistemlərinin  dövlət  qeydiyyatını,  bu  barədə  məlumatları  apardığı

informasiya sistemlərinin dövlət reyestrinə daxil etmək funsiyalarını həyata keçirir.

Bundan əlavə, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik nazirlikləri

və  Xüsusi  Dövlət  Mühafizə  Xidməti  öz  səlahiyyətləri  daxilində  dövlət  reyestrinə  daxil  edilmiş

informasiya  sistemlərində  fərdi  məlumatların  toplanılmasının,  işlənilməsinin  və  mühafizəsinin

qanunvericiliyin  tələblərinə,  habelə  məlumatların  və  onların  işlənilmə  üsullarının  informasiya

sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu yoxlamaq, onlara həvalə edilmiş vəzifələrin

həyata  keçirilməsi  zamanı  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  mülkiyyətçilərə  və  ya

operatorlara sorğular vermək, habelə dövlət orqanlarından, mülkiyyətçilərdən və ya operatorlardan

ödənişsiz olaraq zəruri məlumatlar almaq hüququna malikdirlər. Fərdi məlumatların informasiya

sistemləri  dövlət  qeydiyyatından  keçirilərkən  mülkiyyətçinin  verdiyi  məlumatları,  o  cümlədən

informasiya sistemlərinin layihəyə uyğunluğunu yoxlamaq, müəyyən olunmuş qaydada informasiya

sistemlərinin  dövlət  ekspertizasını  təşkil  etmək,  fərdi  məlumatların  toplanılması,  işlənilməsivə

mühafizəsi  ilə  məşğul  olan  dövlət  orqanlarından,  hüquqi  və  fiziki  şəxslərdən  qanunvericiliyin

tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək, fərdi məlumatların toplanılması,

işlənilməsi və mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini pozmuş şəxslərin müəyyən

olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək, öz fəaliyyətini həyata keçirərkən

əldə olunan fərdi məlumatların konfidensiallığını təmin etmək səlahiyyətlərini də qeyd edilən dövlət

qurumları həyata keçirirlər.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə