Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

­  24 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

qanundakı aşkar qadağanı qəsdən pozmuş olması baş vermiş kriminal nəticəyə görə onun daha sərt

cəzalandırılmasını şərtləndirir.

CM‐in  263‐1‐ci  maddəsi  cinayət  xarakterli  yol‐nəqliyyat  hadisəsinin xüsusi  subyekt  tərəfindən

törədilməsini nəzərdə tutur. Məlumdur ki, xüsusi subyekt tərəfindən törədilən cinayətlərdə şəxs

həm  cinayətin  «müəllifidir»,  həm  də  əməlin  ictimai təhlükəliliyini müəyyən  edən sistemaltı

elementlərdən biridir (3, 86). Xüsusi subyekt cinayətin subyekti üçün ümumi əlamətlərlə yanaşı,

konkret normanın dispozisiyasında təsbit edilən xüsusi əlamətlərə də malik olmalıdır. CM­in 263­1­ci

maddəsinin dispozisiyasında  iki  belə xüsusi  əlamət göstərilir:  1)  nəqliyyat  vasitəsini  idarə  edən

şəxsin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir

edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olması; 2)  nəqliyyat vasitəsini idarə

edən şəxsin  nəqliyyat  vasitəsini  idarə  etmək hüququna  malik olmaması.  Məlumdur  ki,  cinayətin

xüsusi subyektini xarakterizə edən əlavə əlamət müəyyən hallarda bəzi cinayət tərkiblərinin tövsif

əlaməti kimi çıxış edir (4, 297). Deməli, yuxarıda göstərilən əlamətlərdən hər hansı birinin olmaması

yol‐nəqliyyat hadisəsinin CM‐in 263‐1‐ci maddəsi üzrə tövsifini istisna edir.

Cinayət qanununun Xüsusi hissəsinin normalarının tətbiqində, ictimai təhlükəli əməlin tövsifində

ən mühüm  vəzifə  bu  əməlin  əlamətlərinin  konkret  cinayət  tərkibinin  əlamətlərinə  dəqiq

uyğunluğunun müəyyən edilməsidir. Bu işin uğurlu və birmənalı olmasının vacib şərtlərindən biri

isə Xüsusi hissənin normasının dispozisiyasında göstərilən tərkib əlamətlərinin hüquqi müəyyənlik

xüsusiyyətinə  malik olmasıdır.  Hər  bir  qanunun  və  ya  onun  hər hansı  bir müddəasının hüquqi

müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları

birmənalı və aydın olmalıdır (1, 256).

Qeyd  olunanlar  CM‐in  263‐1‐ci  maddəsi üzrə  məsuliyyət  məsələsinin  də  həllində  keçərlidir. Baş

vermiş yol‐nəqliyyat hadisəsini bu maddə üzrə tövsif etmək üçün nəqliyyat vasitəsini idarə edən

şəxsin sərxoş olması və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs olması cinayət‐

prosessual qanunvericilikdə müəyyən olunan qaydada mötəbər sübutlarla təsdiq edilməlidir.

Tədqiqat mövzusuna uyğun  olaraq  həmin  əlamətlərdən  birini  ‐  nəqliyyat  vasitəsini  idarə  etmək

hüququnun  olmamasını  nəzərdən  keçirək.  Zahirən  hər şey  kifayət  qədər  sadədir.  «Yol  hərəkəti

haqqında»  Azərbaycan Respublikası  Qanununun  33­cü  maddəsinin  I  hissəsinə  əsasən,  həmin

maddənin II hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı,

yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan

Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmə hüququna malikdir. Göründüyü kimi,

istinad  olunan  norma  nəqliyyat  vasitəsini  idarə  etmək hüququnun olması  üçün şəxsin  digər

əlamətlərlə (qanunda nəzərdə tutulan yaş həddinə çatmaq; sağlamlıq cəhətdən sürücülüyə yararlı

olmaq; yol hərəkəti qaydalarını bilmək; sürmə vərdişinə malik olmaq) yanaşı, müvafiq rəsmi sənədə

– sürücülük  vəsiqəsinə  malik olmasını  da  təsbit  edir. Sürücülük  vəsiqəsi  mexaniki  nəqliyyat

vasitələrini və tramvayı idarə etmək hüququnun mövcudluğunu təsdiq edən rəsmi sənəddir. Yalnız

bu hüquqi formallığı  rəhbər  tutaraq  demək  olar  ki, sürücülük  vəsiqəsi  olmayan şəxs  nəqliyyat

vasitəsini  idarə  etmək hüququ  olmayan şəxsdir.  Amma  məsələ  bu  dərəcədə  sadə  deyildir,  çünki

nəqliyyat  vasitələrinin növünə  və təyinatına görə sürücülük  vəsiqələrinin  kateqoriyaları

fərqləndirilir.  Bundan başqa, sürücülük  vəsiqələrinin etibarlılıq müddəti  məhduddur,  habelə

müəyyən hüquq pozuntularına görə  nəqliyyat  vasitəsini  idarə  etmək hüququnun müvəqqəti

məhdudlaşdırılması və bu hüquqdan müəyyən müddətə məhrum etmə də var. Bunları nəzərə alan

Azərbaycan Respublikası  Ali  Məhkəməsinin  Plenumu özünün  15  noyabr  2013­cü  il  tarixli,  «Yol

hərəkəti  və  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarının  pozulmasına  dair  cinayət  işləri  üzrə

məhkəmə təcrübəsi haqqında» Qərarının 4­cü bəndində qeyd edir ki, nəqliyyat vasitəsini idarə etmək

hüququ  olmayan  şəxs  dedikdə,  həmin  hüququ  ümumiyyətlə  əldə  etməmiş və  ya  ondan

qanunvericilikdə  nəzərdə  tutulmuş qaydada  məhrum  olunmuş, habelə  bu  hüququ  müvəqqəti

məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə

etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn,  yalnız  «B»  kateqoriyasına




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  25 ­

aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Plenumun

həmin Qərarı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasının dörd halına kifayət edəcək

aydınlıq  gətirmişdir.  Həqiqətən  də,  həmin  hallardan  hər hansı  birinin mövcudluğu  yol‐nəqliyyat

hadisəsi törətmiş şəxsə qabaqcadan məlumdur və o, nəqliyyat vasitəsini idarə etmək hüququnun

olmadığını, bu  hüquqdan  qanunvericilikdə  nəzərdə  tutulmuş qaydada  məhrum  olunduğunu,

bu hüququnun müvəqqəti məhdudlaşdırılmış olduğunu, yaxud sürücülük vəsiqəsinin kateqoriyasına

aid olmayan nəqliyyat vasitəsini idarə etdiyini dərk edir, qanunun bu vəziyyətdə nəqliyyat vasitəsini

idarə etməyi qadağan etməsinə məhəl qoymadan nəqliyyat vasitəsini idarə edərək  yol‐nəqliyyat

hadisəsi törədirsə,  onun  CM‐in  263‐1‐ci  maddəsi üzrə  məsuliyyətə  cəlb  edilməsi  heç  bir şübhə

doğurmayacaq.

Lakin qanunvericilikdə şəxsin nəqliyyat vasitəsini idarə etməsinin yolverilməz olduğu başqa bir hal

da  təsbit edilmişdir.  «Yol  hərəkəti haqqında»  Azərbaycan Respublikası  Qanununun  34­cü

maddəsinin V hissəsinə uyğun olaraq hər bir şəxsə verilən sürücülük vəsiqəsinin konkret etibarlılıq

müddəti vardır.  Həmin müddət  bitdikdən  sonra sürücülük  vəsiqəsi etibarsız sayılır  və

qanunvericiliklə müəyyən edilən qaydada onun sahibi vəsiqəsini dəyişdirməsə, belə şəxs sürücülük

vəsiqəsi olmayan şəxs sayılacaqdır. Həqiqətən də, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş

və onu dəyişdirməmiş şəxs formal hüquqi baxımdan sürücülük vəsiqəsi olmayan şəxsdir. Azərbaycan

Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 12 yanvar 2012­ci il tarixli, Q1­001­12 saylı Qərarı

ilə təsdiq olunmuş «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları

əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair» Təlimatın 5.10‐cu bəndində

qeyd olunur ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti keçmiş şəxslər sürücülük hüququ olmayan

şəxs qismində məsuliyyətə cəlb olunur. Təcrübədə bəzən sürücülük vəsiqəsinin konkret müddət

üçün  verilməsinə  dair  «Yol  hərəkəti haqqında»  Azərbaycan Respublikası Qanununun  yuxarıda

istinad olunan müddəası, habelə adı çəkilən Təlimatın həmin norması rəhbər tutularaq sürücülük

vəsiqəsinin etibarlılıq müddəti keçmiş şəxs  cinayət  xarakterli  yol‐nəqliyyat  hadisəsi törətmiş

olduqda onun CM­in 263­cü deyil, 263‐1‐ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə cəhd edilir. Bu

səbəbdən sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatdığı halda şəxsin nəqliyyat vasitəsini

idarə  etmək hüququ  olan şəxs sayılıb­sayılmaması  məsələsinə  həm  nəzəri baxımdan,  həm  də

qanunvericilik qaydasında aydınlıq gətirilməsi zəruridir.

Həqiqətən  də,  kifayət  qədər mübahisəli məqamdır:  bir  tərəfdən, şəxsin sürücülük  vəsiqəsinin

müddəti bitmişdir  və  yol  hərəkətinə  dair  qanunvericilik  belə şəxsin  nəqliyyat  vasitələrini  idarə

etməsinin yolverilməz olduğunu təsbit edir; digər tərəfdən, həmin şəxs sürücülük üçün irəli sürülən

bütün  tələblərə  cavab  verir  və  sadəcə  olaraq  onun  bu hüququ  təsdiq  edən  sənədinin etibarlılıq

müddəti ötürülmüşdür.

Hesab edirəm ki, bu məsələyə həm beynəlxalq, həm də milli qanunvericiliyin müddəaları, sürücülük

fəaliyyətinin mahiyyəti, habelə sürücülərə dair tələblər nəzərə alınmaqla aydınlıq gətirilməlidir.

 «Yol hərəkəti haqqında» 1968­ci il Vyana Konvensiyasının 41‐ci maddəsinin 3‐cü bəndində deyilir

ki, milli sürücülük vəsiqəsinin qüvvədə olma müddəti milli qanunvericilikdə məhdudlaşdırıla bilər.

Deməli,  beynəlxalq  qanunvericilik sürücülük  vəsiqəsinin qüvvədə olmasını müddətlə

məhdudlaşdırmağı üzv dövlətlərin öhdəsinə buraxır.  Buna uyğun  olaraq, ölkəmizdə sürücülük

vəsiqəsinin müddətli  verilməsi  nəzərdə tutulmuşdur.  «Yol  hərəkəti haqqında»  Qanunun  35­ci

maddəsinin  VIII  hissəsini  təhlil  etdikdə aydın  olur  ki, sürücülük  vəsiqəsinin etibarlılıq müddəti

bitdikdən  sonra  onun dəyişdirilməsinin  iki qaydası  nəzərdə  tutulur:  1) şəxsin sağlamlığı  barədə

tibbi arayış təqdim edilməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi; 2) belə tibbi arayış olmadan

sürücülük vəsiqəsinin dəyişdirilməsi. Fikrimcə, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdikdən

sonra şəxsin  nəqliyyat  vasitəsini  idarə  etmək hüququ  olan  və  ya  olmayan şəxs  hesab  edilməsi

məsələsində əsas diqqət məhz bu məqama (tibbi arayışın tələb edilib‐edilməməsinə) yetirilməlidir.

Bunu aydın şəkildə dərk etmək üçün sürücüyə dair tələbləri nəzərdən keçirək.

1 aprel 1975‐ci ildə Cenevrədə imzalanmış «Sürücülük vəsiqəsinin verilməsi və qüvvədə olmasına

dair minimal tələblər haqqında» BMT Sazişi, habelə bu Sazişə uyğun olaraq «Yol hərəkəti haqqında»




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə