Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

­  20 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Hüquq  münasibətlərinin  iradəvi  xarakter  daşıması  iki  mənada  başa  düşülməlidir:  geniş  və  ya

obyektiv mənada; məhdud və ya subyektiv mənada. Hüquq münasibətlərinin  obyektiv və ya geniş

mənada  iradəvi  xarakterə  malik  olması  onu  ifadə  edir  ki,  bu  münasibətlərdə  dövlət  iradəsi  əks

olunur.  Belə  ki,  dövlət  iradəsi ümümməcburi  davranış  qaydalarında,  yəni  hüquq  normalarında

təzahür  edir.  Bu  normalar  hüquq  münasibəti  iştirakçılarının  hüquq  və  vəzifələrini  tənzimləyir.

Həmin normalar onlar üçün məcburi qüvvəyə malikdir. Bu normalar vasitəsi ilə də dövlət iradəsi

konkret  hüquq  münasibətlərində öz  əksini  tapır. Özü  də  dövlət  iradəsi  hüquq  münasibəti

iştirakçılarının    iradəsindən  asılı  deyil.  Bu  mənadan  və  baxımdan  o,  obyektiv  iradədir. Hüquq

münasibətlərinin məhdud və ya subyektiv mənada iradəvi xarakterə malik olması onu ifadə edir

ki,  bu  münasibətlərdə  tərəflərin  (iştirakçıların)  subyektiv,  fərdi‐şəxsi  və  konkret  iradələri  əks

olunur. Hüquq normasının mövcudluğu hələ öz‐özlüyündə avtomatik olaraq hüquq münasibətinin

meydana  gəlməsinə  və  sonra  isə  fəaliyyət  göstərməsinə  dəlalət  etmir.  Bunun  üçün  vacibdir  ki,

tərəflərdən heç olmasa biri, öz iradəsini ifadə etsin və bildirsin. K.Marksın fikrincə, forması müqavilə

olan hüquq münasibətləri elə iradəvi münasibətlərdir ki, burada iqtisadi münasibətlər ifadə olunur.

O  göstərirdi  ki,  əmtəələrin  mübadiləsi  üzrə  hüquq  münasibətləri iradəvi  akta  əsaslanır.  Bu  cür

münasibətlər  iradəvi  münasibətlərdir  (2).    Hegel  iradəni  hüququn  çıxış  nöqtəsi  adlandırırdı(3).

Engels belə hesab edirdi ki, insanı fəaliyyət göstərməyə vadar edən nə varsa, hamısı mütləq onun

beyninə düşür və iradəsinə təsir edir. O yazırdı ki, cəmiyyət tarixində düşüncəyə və şüura malik

olan, qarşılarına müəyyən məqsəd qoyan, təfərrüatına qədər düşünən və ya ehtirasla hərəkət edən

insanlar fəaliyyət göstərirlər. Burada dərk edilmədən, düşünülmədən və arzu olunmadan məqsədsiz

heç nə edilmir (4).

Yaranmamışdan  əvvəl  hüquq  münasibətləri  əvvəlcə  tərəflərin  şüurundan  və  iradəsindən  keçir.

Sonra tərəflərin iradəvi aktı nəticəsində bu münasibətlərin əmələ gəlməsinin əsası və başlanğıcı

qoyulur. Deməli, hüquq münasibətləri şüurlu‐iradəvi mahiyyətə malik olan hadisədir.

Bir qayda olaraq, tərəflərin iradəsi hüquq münasibətinin yaranması və həyata keçirilməsi prosesinin

bütün mərhələlərində təzahür edir. Məsələn, alqı‐satqı, podrat, daşıma, kirayə, icarə, borc, kredit

və digər müqavilələr əsasında yaranan hüquq münasibətlərində tərəflərin iradəsi prosesin bütün

mərhələlərində  ifadə  olunur.  İctimai  münasibətlərin  hərəkətini  ifadə  edən  bu  cür  hüquq

münasibətləri mübahisəsiz olaraq həmişə iradəvi münasibətlərdir. Burada tərəflərin iradəsi hüquq

münasibətinin  yaranmasından  bu  münasibətin  həyata  keçirilməsi  başa  çatanadək  bütün

mərhələlərdə ifadə olunur.

Amma elə hüquq münasibətləri vardır ki, burada tərəflərin iradəsi prosesin hüquq münasibətinin

yaranması  kimi  mərhələsində  təzahür  etmir.  Bu  cür  münasibətlər  tərəflərin  iradəsindən  asılı

olmadan əmələ gəlir. İradə yalnız hüquq münasibətlərinin həyata keçirilməsi və icra mərhələsində

ifadə olunur. Belə ki, tərəflərin iradələrindən asılı olmadan əmələ gələn qarşılıqlı hüquq və vəzifələr

onların  iradələri  əsasında  həyata  keçirilir,  icra  edilir.  İctimai  münasibətlərin  qorunmasını  və

möhkəmləndirməsini ifadə edən hüquq münasibətləri bu cür münasibətlərə misal ola bilər. Məsələn,

vətəndaş minik avtomobilini sürərkən öz qonşusunun əmlakını zədələyərək, onu yararsız hala salır

və zərər vurur. Bununla delikt öhdəliyi, yəni zərər vurmaq nəticəsində hüquq münasibəti yaranır.

Bu münasibətə görə vətəndaş (zərərvuran) qonşunun (zərərçəkmişin) əmlakına vurduğu zərərin

əvəzini  ödəyir.  Prosesin  bu  mərhələsində,  yəni  zərərin  əvəzini  ödəmək  vəzifəsinin  icrası

mərhələsində artıq iradə ifadə olunur. Belə ki, vətəndaş (zərərvuran) öz vəzifəsini  başa düşərək

icra edir. Baxmayaraq ki, burada  prosesin bütün mərhələlərində tərəflərin iradəsi ifadə olunmur,

bu cür münasibətləri iradəvi münasibətlər hesab etmək olar.

O.S.İoffe göstərir ki, ictimai istehsal münasibətlərinin qorunmasını ifadə edən hüquq münasibətləri

(məsələn, delikt öhdəlikləri və s.) qeyri‐iradəvi münasibətlərdir. Müəllif bunu onunla izah edir ki,

həmin münasibətlər tərəflərin iradəsindən asılı olmadan əmələ gəlir. Bundan əlavə o, göstərir ki,

K.Marks yalnız müqavilə münasibətlərini iradəvi münasibətlər hesab edir. Onun fikrincə, K.Marksın

sözlərindən  belə  nəticə  çıxarmaq  olmaz  ki,  bütün  hüquq  münasibətləri iradəvi  münasibətdir.

Fikrimizcə,  O.S.İoffenin  irəli  sürdüyü  fikir  və  mülahizələr,  inandırıcı  görünmür  və  o,  Marksın



­  21 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

fikrindən  düzgün  nəticə çıxarmamışdır.  Belə  ki,  Marks  heç  bir  vaxt  “yalnız  müqavilə

münasibətlərinin (hüquq münasibətlərinin) iradəvi münasibət olması barədə” fikir söyləmir. Marks,

sadəcə olaraq, həmin münasibətlərin iradəvi olmasını göstərir (5). Üçüncüsü, hüquq münasibətləri

konkret şəxslər arasında mövcud olan ikitərəfli (qarşılıqlı) münasibətlərdir. O, subyektsiz (şəxssiz)

mücərrəd əlaqə  deyildir.  İstənilən  hüquq  münasibəti,  heç  olmazsa,  iki  subyekt  arasında  yaranır.

Həmin münasibətlərdə tərəf rolunda çıxış edən subyektləri həmişə konkret olaraq müəyyən etmək

mümkündür.  Hətta  belə  onları  adbaad  çağırmaq  da  olar.  Məsələn,  alıqı‐satqı  hüquq  münasibəti

alıcı‐satıcı, icarə hüquq münasibəti icarəyə verən – icarəçi, daşıma hüquq münasibəti daşıyıcı –yük

göndərən,  mülkiyyət  hüquq  münasibəti  mülkiyyətçi  ‐ əhatə  dairəsi  bilinməyən    üçüncü  şəxslər

(“hamı  və  hər  kəs”)  və  s.  arasında  əmələ  gəlir.  Özü  də  subyektlərdən  (hüquq  münasibəti

iştirakçılarından) biri ya hüquqlara malik olur, digəri isə vəzifə daşıyır, ya da ki hər iki subyekt eyni

vaxtda və zamanda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar. Məsələn, bank əmanəti

müqaviləsindən  əmələ  gələn  hüquq  münasibətində  bank  yalnız  vəzifə  (əmanəti  əmanətçiyə

qaytarmaq vəzifəsi) daşıyır, əmanətçi isə yalnız hüquqa (əmanətinin faizi ilə verilməsini tələb etmək

hüququna) malikdir. Alqı‐satqı, icarə, podrat, kirayə və s. müqavilələrdən yaranan münasibətlərdə

çıxış edən tərəflər eyni vaxtda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar.

Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir‐biri ilə

bağlayır və əlaqələndirir. Hüquq elmi onları subyektiv hüquq və hüquqi vəzifə adlandırır. Bax, bu

hüquq  və  vəzifələrin  vasitəsi  ilə  hüquq  münasibəti  iştirakçıları  arasında  həmişə  ikitərəfli  əlaqə

yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə

iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və

ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq

digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Məsələn, banka əmanətə

pul qoyan vətəndaş (əmanətçi) həmin pulun qaytarılmasını tələb etmək hüququna malikdir. Bankın

üzərinə əmanəti qaytarmaq kimi vəzifə düşür ki, bu vəzifə vətəndaşın malik olduğu hüquqa uyğun

gəlir (AR  MM‐in 944­cü maddəsi).

Hüquq münasibəti həmişə ikitərəfli əlaqə deməkdir. Bu münasibətdə iştirak edən tərəflər bir‐biri

ilə  qarşılıqlı  hüquq  və  vəzifələrlə  bağlıdır.  Onların  hərəkətləri  əlaqələndirilir,  uzlaşdırılır,  idarə

olunur. Göstərdiyimiz cəhət və xüsusiyyətlər digər ictimai münasibətlərdə (məsələn, siyasi, əxlaq,

estetik və s. münasibətlərdə) müşahidə olunmur.

İctimai münasibətlərin digər növlərində olduğu kimi, hüquq münasibətləri də müxtəlif subyektlər

­ dövlət, dövlət və qeyri‐hökumət təşkilatları, vətəndaşlar arasında əlaqələri təşkil edir. Lakin, digər

əlaqələrdən fərqli olaraq bu əlaqə hüquqi xarakter daşıyır, hüquq normalarına əsaslandığına görə

hüquqi  əlaqə  hesab  edilir. Hüquq  ictimai münasibətlərə  təsir  edərək  insanlar arasındakı  faktiki

ictimai  əlaqələrə hüquqi  forma  verir.  Bu  mənada hüquq münasibətləri  real  əlaqələrin hüquqi

ifadəsidir.

Hüquq  münasibətlərinin  tərəfləri  həmişə  subyektiv  hüquqlara  malik  olur  və  hüquqi  öhdəliklər

daşıyır.  Hüquq  münasibətlərinin  məzmunu  onun  iştirakçılarının  idarəsinin  ifadəsi,  hüquq

normasının  fəaliyyəti  və  habelə  hüquqtətbiqedici  orqanların  müvafiq  qərarları  nəticəsində

formalaşır. Onu da qeyd etmək lazımdır ki, hüquq münasibətlərinin meydana gəlməsi və həyata

keçirilməsi  üçün  sadalanan  bütün  əsasların  eyni  zamanda  mövcud  olması  mütləq  deyil.  Adətən

hüquqi  nizamasalma  hüquqtətbiqedicinin  müdaxiləsi  olmadan  baş  verir.  Normativ  hüquqi  əsas

olmadıqda  hüquq  münasibəti  qanunvericilikdəki  boşluqları  formalaşdırır.  Əgər  hüquq

münasibətlərinin  iştirakçıları  arasındakı  münasibət  dispozitiv  normalarla  nizama  salınırsa,

iştirakçılar qarşılıqlı hüquq və vəzifələrin məzmununu özləri müəyyən edə bilərlər.

Tərəflərin dəqiq müəyyən olunması dərəcəsi müxtəlif ola bilər:

1. vəzifə daşıyan tərəfin dəqiq müəyyən edilməsi;

2. yalnız səlahiyyətli tərəfin dəqiq müəyyən edilməsi. Vəzifə daşıyan tərəfin müəyyən edilməməsi;

3. Hər iki tərəfin dəqiq müəyyən edilməsi.

Bilavasitə qanundan irəli  gələn  hüquq  münasibətləri  çox  az  konkretləşdirilir.  Müvafiq hallarda



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə