Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  33 ­

Həmçinin  fərdi  məlumatların  informasiya  sistemlərinin  dövlət  reyestrinin aparılması,  fərdi

məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv

edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə

edilmişdir.  Qaydalara  əsasən,  informasiya  sistemlərini  dövlət  qeydiyyatından  keçirdikdən  sonra

onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.

Fərdi  məlumatların  informasiya  ehtiyatlarının  formalaşdırılması  və  informasiya  sistemlərinin

yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət xüsusi razılıq (lisenziya) əsasında

həyata  keçirilir.  Fərdi  məlumatların  informasiya  ehtiyatlarının  formalaşdırılması  və  informasiya

sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi lisenziyalaşdırılan fəaliyyət növlərinin

siyahısına  daxil  edilmişdir  və  bu  sahədə  fəaliyyətin  lisenziyalaşdırılması  Rabitə  və Yüksək

Texnologiyalar Nazirliyinə tapşırılmışdır.

Bundan  başqa,  Azərbaycan  Respublikası  ilə  digər  dövlətlər  arasında  bağlanmış  beynəlxalq

müqavilələrə  uyğun  olaraq, bu  dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikası

ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikası

Nazirlər Kabinetinin müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya Vergilər Nazirliyi vasitəsilə

həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.

Qeyd  edilən  səlahiyyətlərə  baxmayaraq,  bu  sahədə  əlaqələndirmənin  aparılması  ilə  bağlı

səlahiyyətlərin  olmaması  fərdi  məlumatların  mühafizəsi  ilə  bağlı  qanunvericiliyin  pozulması

hallarına  qarşı  kompleks  mübarizənin  aparılmasında  çətinliklər  yaratmaqdadır. Azərbaycan

Respublikasının Əlavə Protokola qoşulacağı təqdirdə öz üzərinə fərdi məlumatların mühafizəsi üzrə

vahid müstəqil qurum yaratmaq öhdəliyi götürəcəyi və ölkəmizdə yaxın gələcəkdə bu cür qurumun

fəaliyyət göstərəcəyi gözlənilir.

Bu  baxımdan  nəzarət  qurumlarının  yaradılmış  olduğu  və  fəaliyyət  göstərdiyi  bir  sıra  ölkələrin

təcrübəsinə nəzər salmaq, onların üstün və çatışmayan cəhətlərini araşdırmaq faydalı olardı.



Beynəlxalq təcrübə

Aİ  ölkələri: Şəxsi  məlumatların  mühafizəsi  və  bu  cür  məlumatların  sərbəst  axını  ilə  əlaqədar

fərdlərin mühafizəsi üzrə Direktivə uyğun olaraq Aİ ölkələrinin hər biri öz ərazisində bir milli nəzarət

qurumu təyin etməli olsa da, Avstriya, Niderland kimi ölkələr ümumi səlahiyyətlərə malik bir fərdi

məlumatların  mühafizəsi  qurumu  və  sektorlar  üzrə  (məsələn,  səhiyyə,  poçt  və  ya

telekommunikasiya)  bir  neçə  nəzarət  qurumu  təyin  etmişdir.  Almaniya  və  İspaniyada  bir  milli

nəzarət qurumu və regional və federal səviyyədə onunla eyni funksiyaları yerinə yetirən bir neçə

nəzarət qurumları fəaliyyət göstərir. Xatırladaq ki, Əlavə Protokol AŞ üzv‐dövlətlərinə milli hüquq

sisteminin xüsusiyyətlərindən asılı olaraq bir və ya daha çox nəzarət qurumu yaratmaq seçimi verir.

Bir  çox  Aİ  ölkələrində    (məsələn,  Rumıniya)  fərdi  məlumatların  mühafizəsi  üzrə  qurumun  təsis

edilməsinə qədər şəxsi həyatın toxunulmazlığı hüququna hörmət edilməsinə nəzarət Ombudsman

təsisatlarına  həvalə  olunsa  da,  Finlandiya  kimi  bəzi  üzv‐dövlətlərdə  hələ  də  bu  funksiyanı

Ombudsman həyata keçirir.

Struktur  səviyyəsində  bəzi  ölkələrdə  nəzarət  qurumlarının  müstəqil  olmaması  Aİ‐də narahatlıq

doğuran məsələlərdəndir. Litva, Latviya, Estoniya, İrlandiya və Birləşmiş Krallıqda nəzarət qurumları

məmurlarının  öz  vəzifələrini  müstəqil  şəkildə  yerinə  yetirə  bilməməsi onların  təyin  edilməsi

proseduru ilə əlaqələndirilir. Maliyyə müstəqilliyi və ixtisaslaşmış peşəkar heyət nəzarət qurumları

üçün  yalnız fərdi  məlumatların  effektiv mühafizəsi  üçün  deyil,  həmçinin  hökumətdən  asılılığın

aradan  qaldırılması  üçün  vacib  amillərdir.  Belə  ki,  Avstriya,  Bolqarıstan,  Rumıniya,  Kipr,  Fransa,

Yunanıstan, İtaliya, Latviya, Niderland, Portuqaliya və Slovakiya kimi ölkələrin nəzarət qurumlarının

məhdud  iqtisadi  və  insan  resursları  səbəbindən  öz  funksiyalarını  lazımi  qaydada  həyata  keçirə

bilmirlər.

Operativ  səviyyədə  üzv‐ölkələrdə  nəzarət  qurumlarının  təhqiqat  aparmaq,  fərdi  məlumatların

işlənməsi  zamanı  müdaxilələr  həyata  keçirə  bilmək, hüquqi  məsləhət  vermək  və  prosessual

fəaliyyətə  cəlb   oluna   bilmək  kimi  səlahiyyətlərə  malik olmaması narahtalıq  doğurur. Məsələn,




­  34 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Avstriya, Macarıstan və Polşada nəzarət qurumları fərdi məlumatı qeyri‐qanuni işləyəndən bu cür

fəaliyyəti dayandırmaq xəbərdarlığı ilə bağlı qərarını həyata keçirmək hüququndan məhrumdur.

Belçika və Almaniyada isə nəzarət qurumu məlumatın silinməsi, məhv edilməsi və ya işlənilməsinə

qadağa qoyulması kimi hüquqlara malik deyil. Birləşmiş Krallıq və Fransada nəzarət qurumunun

mümayəndələri məhkəmə orderi olmadan fərdi məlumatların işləndiyi binalara daxil ola bilməz.

Bundan əlavə, qanunverici üçün konkret tələb nəzərdə tutulmadığından əksər Aİ ölklərində şəxsi

həyat və fərdi məlumatların mühafizəsinə təsir göstərən qanunvericlik aktları hazırlanarkən nəzarət

qurumunun mümkün rəy və tövsiyələri nadir hallarda nəzərə alınır.

Almaniya: Almaniya Federativ Respublikası sadəcə əyalətlərdən deyil, hər birinin orijinal suveren

hüquqları  və  qanunvericilik  öhdəlikləri  olan  16  torpaqdan  ibarət  federal dövlətdir.  Dövlətin  ali

səlahiyyətləri  federal  və  torpaq  hökumətləri  arasında  bölünmüşdür.  İdarəçiliyin  bu  cür  federal

sistemi  öz  təsirini  fərdi  məlumatların  mühafizəsinə  nəzarətdədə  göstərir.  Almaniyada  fərdi

məlumatların mühafizəsi üzrə qanunlar və tənzimləmələrlə uyğunluğa nəzarət etməyə məsul olan

müxtəlif qurumlar mövcuddur.

Almaniyada inzibati tapşırıq və fəaliyyətin əksər hissəsi dövlət səviyyəsində həyata keçirilir və fərdi

məlumatların  mühafizəsi  sahəsində  qanunlarla  uyğunluğa  nəzarət  dövlət  hakimiyyətinin

səlahiyyətidir.  Bu  funksiya  müstəqil  nəzarət  qurumlarına  ‐  fərdi  məlumatların  mühafizəsi  üzrə

müvəkillərə  həvalə  edilmişdir.  Fərdi  məlumatların  mühafizəsi  üzrə  Federal  Müvəkkil  dövlət

qurumları və təşkilatları, o cümlədən yerli hökumət qurumları üzərində nəzarət hüququnu həyata

keçirir. 1978‐ci ildə təsis edilmiş Federal Müvəkkil vəzifəsinə namizəd Almaniya Federal Hökuməti

tərəfindən  irəli  sürülür,  Parlament  tərəfindən  beş  il  müddətinə  seçilir.  2006‐cı  ildə  Alman

İnformasiya  azadlığı  Aktının  qəbul  edilməsindən  sonra  Federal  Müvəkkil  Fərdi  məlumatların

mühafizəsi və informasiya azadlığı üzrə Federal Müvəkkil adlanmağa başlamışdır. Federal hökumət

nəzarəti altında federal qurumlar və digər dövlət orqanlarının fərdi məlumatların mühafizəsi üzrə

qanunlar və tənzimləmələrinə riayət Federal Müvəkkil tərəfindən nəzarət olunur. Federal nazirliklər,

Federal Məşğuliyyət Agentliyi və digər federal agentliklər, Federal Sərhəd Polisi və Almaniya Federal

Polisi  Fərdi  məlumatların  mühafizəsi  üzrə  Federal  Müvəkkilin  nəzarətindən  azad  olan  dövlət

təşkilatlarıdır. Federal Müvəkkil ildə iki dəfə öz fəaliyyəti barədə hesabat verir.

Əksər  torpaqlarda  nəzarət  fərdi  məlumatların  mühafizəsi  üzrə  müvəkkillər  tərəfindən  həyata

keçirilir. Məsələn Şimali Rayn Vestfaliya torpağında dövlət sektoru üzərində nəzarət Şimali Rayn

Vestfaliya Fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə Müvəkkilə məxsusdur.

Sözügedən  torpaqda  dövlət  qurumlarına  nazirliklər,  gənclər  üçün  rifah  ofisləri,  polis  idarələri,

məktəblər, bələdiyyə xəstəxanaları, əmanət bankları, Sənaye və Ticarət Palataları və s. daxildir. Fərdi

məlumatların  mühafizəsi  və  informasiya  təhlükəsizliyi  üzrə  Müvəkkil  həmçinin  Şimali  Rayn

Vestfaliyada  inzibati  funksiyalar  həyata  keçirən  təsisatlar  olaraq  parlamentə,  məhkəmələrə,

prokurorluq orqanlarına nəzarət edir.

Özəl sektorda fərdi məlumatların mühafizəsi üzərində nəzarət torpaqların səlahiyyətinə aid olsa da,

telekommunikasiya və poçt xidmətləri şirkətləri istisna təşkil edir. Bu cür şirkətlərə nəzarət hüququ

federal  hökumət  tərəfindən  təyin  edilən  Fərdi  məlumatların  mühafizəsi  üzrə  Federal  Müvəkkilə

məxsusdur. Biznes  şirkətinə  onun  mənzil‐qərərgahının  yerləşdiyi  bölgə  üzərində  yurisdiksiyaya

malik olan qurum tərəfindən nəzarət edilir.

Böyük  Britaniya: Böyük  Britaniyada  1984‐cü  ildən  fəaliyyət  göstərən  İnformasiya  Müvəkkilinin

Ofisi (İMO) rəsmi informasiyanın açıqlığını və fərdi məlumatların mühafizəsini təşviq edən müstəqil

qurumdur. İMO fərdi məlumatları toplayan, istifadə edən və saxlayan təşkilar və fərdlərə nəzarət

etmək  üçün  cinayət  mühakiməsi,  qeyri‐cinayət  məcburi  tədbirləri  və  auditdən  istifadə  edir.  O,

həmçinin məlumatı işləyənə pul cəriməsi bildirişi göndərmək hüququna malikdir. İşin hallarından

asılı olaraq İMO bu tədbirlərin kombinasiyasından da istifadə edə bilər. Bunlardan başqa İMO:

­

təşkilatlara İMO‐nu müəyyən müddət ərzində informasiya ilə təmin etmək tələbini özündə əks



etdirən informasiya bildirişləri göndərmək;


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə