A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
54
mübarizə sahəsində vergi orqanlarının hüquq‐mühafizə orqanları ilə, o cümlədən, xarici
dövlətlərin hüquq‐mühafizə qurumları ilə işgüzar münasibətlər yaradır və zəruri hallarda xidməti
vəzifələrinin icrası zamanı vergi orqanlarının əməkdaşlarının şəxsi təhlükəsizliyini təmin etmək
üçün müəyyən edilmiş qaydada tədbirlər görür.
Hüquqşünas bildirib ki, yuxarıda qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün Departamentə
Azərbaycan Respublikası CM‐nin 192‐ci (Qanunsuz sahibkarlıq), 193‐cü (Yalançı sahibkarlıq) və
213‐cü (Vergi ödəməkdən yayınma), 213.1 (Aksiz vergisini ödəməkdən yayınma) maddələri üzrə
cinayət işlərinin təhqiqatı və istintaqı başlanması, habelə Azərbaycan Respublikası prezidentinin
"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28.09.2002‐ci il
tarixli Fərmanı ilə CM‐nin 192,193, və 213‐cü maddələrilə cinayət işləri başlandıqda bu
cinayətlərin ibtidai istintaqı zamanı həmin məcəllənin daha 26 maddəsində nəzərdə tutulan
cinayətlər üzrə, o cümlədən, 178‐ci (Dələduzluq), 179‐cu (Mənimsəmə və ya israf etmə), 308‐ci
(Vəzifə səlahiyyətlərindən sui‐istifadə etmə), 309‐cu (Vəzifə səlahiyyətini aşma), 311‐ci (Rüşvət
alma), 312‐ci (Rüşvət vermə), 313‐cü (Vəzifə saxtakarlığı), 314‐cü (Səhlənkarlıq) və iqtisadi
fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı digər maddələr üzrə ibtidai istintaqın aparılması
səlahiyyəti də Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə verilmişdir.
Əgər vergi cinayətlərini kriminalistik baxımdan nəzərdən keçirsək, demək olar ki, onların əsasında
vergi orqanlarının simasında dövlət və vergi ödəyiciləri arasında olan konflikt dayanır. Vergi
cinayətlərinin yaranması səbəbləri nəinki digər sahələr üzrə olan cinayətlərdən, həmçinin iqtisadi
sahədə olan cinayətlərdən də öz spesifik cəhətləri ilə fərqlənir. Bu cinayətlərin törədilməsinə əsas
təkan verəcək səbəblər kimi aşağıdakıları qeyd etmək olar:
Ölkənin iqtisadi həyatında baş verən köklü dəyişikliklərin doğurduğu iqtisadi səbəblər (məsələn,
istehsalın aşağı düşməsi və ya kapitalın xaricə daşınması),
Vergi qanunvericiliyinin yetkin olmaması, onda olan qeyri‐stabillikdən yaranan hüquqi səbəblər,
Vətəndaşların əksəriyyəti üçün səciyyəvi olan vergi sisteminə mənfi münasibətdən doğan
psixoloji səbəblər.
Hüquqşünasın sözlərinə görə, vergi cinayətlərini törədə biləcək şəxslərin dairəsi kifayət qədər
geniş aparıla bilər. Bir çox hallarda bu kateqoriya cinayətlər qabaqcadan əlbir olan şəxslər
tərəfindən törədilə bilir. Eyni zamanda bir faktoru da nəzərə almaq lazımdır ki, təcrübədə bu
cinayəti törədən elə şəxslərə rast gəlinir ki, onlar bu cinayəti bilməyərəkdən törədirlər. Konkret
desək, onlar bu cinayətin əsl icraçısının tapşırıqlarını yerinə yetirərək, cinayət törətdiklərinin
fərqində olmurlar. Ona görə də cinayətin törədilməsinə birbaşa aidiyyatı ola biləcək şəxslərinin
dairəsinin müəyyən edilməsi bu tip cinayətlərin istintaqı üçün böyük əhəmiyyətə malikdir. Bu ,
müstəntiqi böyük həcmli lazımsız işlərin yerinə yetirilməsindən azad edir. “İstintaq və məhkəmə
təcrübəsi, eyni zamanda elmi tədqiqatlar göstərir ki, vergi cinayətlərini törədənlərin böyük
əksəriyyəti kişilərdir. Bu kateqoriyadan olan işlər üzrə cinayətlərin törədilməsində təqsirkar olan
20 yaşından aşağı olan şəxslərə isə ümumiyyətlə rast gəlinmir. Statistikaya əsasən, vergi cinayəti
törədənlərin böyük əksəriyyəti ali təhsilli, hətta elmlik dərəcəsi olan insanlardır.” –deyə hüquq
məsləhətçisi bildirib.
Sonda hüquqşünas sözlərinə əlavə edib ki, vergiləri və məcburi dövlət sosial sığorta haqlarını
ödəməkdən yayınma əməli başlıca olaraq iki qrup üsulla törədilə bilər: 1) vergilərin və məcburi
dövlət sosial sığorta haqlarınınödəyicisi tərəfindən saxta mühasibat və vergi sənədlərinin tərtib
edilməsi, həmin sənədlərə yanlış məlumatların daxil edilməsi, əmlakın, gəlirlərin və ümumiyyətlə,
vergitutma obyektinin gizlədilməsi, işçilərin sayının düzgün göstərilməməsi, işçilərlə əmək
münasibətlərinin rəsmiləş‐dirilməsi, onların real əmək haqlarının gizlədilməsi və s. üsullarla; 2)
mühasibat və vergi sənədlərində hər şeyin qaydasında olmasına baxmayaraq, vergilərin və
məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi. Vergiləri ödəməkdən yayınma fiziki şəxslər
tərəfindən daha çox qanunvericilikdə nəzərdə tutulmuş hallarda gəlirlər haqqında bəyənnamə
təqdim etməməklə, gəlirlərin həcmini azaltmaqla və ya xərclərin həcmini artırmaqla, əmlakı
uçotdan gizlətməklə, öz fəaliyyəti və əlavə gəlir mənbələri haqqında məlumatları təhrif etməklə,
bəyannamə verməyə borclu olan şəxs olduğunu gizlətməklə, vergi güzəştləri əldə etmək üçün
saxta sənədlər təqdim etməklə və digər üsullarla, hüquqi şəxslər tərəfindən isə mühasibat və vergi
sənədlərinə gəlirlərin azaldlmasına, xərclərin artırılmasına və ya vergi tutulması üçün əhəmiyyət
kəsb edən digər faktların qəsdən saxtalaşdırılmasına yönəlmiş həqiqətə uyğun gəlməyən, yalan
məlumatların daxil edilməsi, əmlakın gizlədilməsi, təşkilatın həyata keçirdiyi kommersiya və ya
başqa təsərrüfat‐maliyyə əməliyyatlarının qeydiyyata alınmaması və s. üsullarla törədilə bilər.
Mənbə: http://anspress.com/index.php?a=3&lng=az&pid=300791
55
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Mənzili kirayə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?
Yeni dərs ilinin başlaması ilə bərabər paytaxtımızda kirayə
bazarı daha da canlanır. Bəs kirayə ev axtaranlar nələri
bilməlidirlər? Mənzili kirayə götürərkən yazılı müqavilə
bağlamaq lazımdırmı?
Bununla bağlı suallara Bakı Hüquq Mərkəzinin (BHM) hüquq
məsləhətçisi, vəkil Dünyamin Novruzov aydınlıq gətirib.
“Təcrübə göstərir ki, əksər hallarda mənzili kirayəyə
götürərkən kirayəyə verənlə kirayəçi şifahi razılığa gəlirlər.
Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən
problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, (A)
kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki,
bu vəziyyətdə kirayəçi çətin vəziyyətdə qalar. Çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq
elə də asan deyil. (B) Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada
artırdığını bildirə bilər. (C) Kirayəçi mənzilə və ya qonşulara zərər vurduğu halda tərəflər arasında
müqavilənin olması kirayəyə verənin ona dəymiş zərəri məhkəmə qaydasında tələb etməsinə
kömək edəcəkdir.” – deyə vəkil bildirib.
Hüquqşünas eyni zamanda bildirib ki, qeyd olunanlar müqavilə bağlanmasının zəruriliyini
şərtləndirən faktiki amillərdir. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə daşınmaz
əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat
qaydasında təsdiqlənməlidir. Əgər mənzil kirayəsi müqaviləsinin müddəti on bir aydan çoxdursa,
ondan həmin hüquq da dövlət qeydiyyatına alınmalıdır. (“Daşınmaz əmlakın dövlət reyestri
haqqında” qanunun 19.1‐ci maddəsi).
Mənbə: http://news.milli.az/society/305350.html
Azərbaycanda 250‐dən artıq vətəndaşa pulsuz hüquqi yardım göstərilmişdir
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri‐Hökümət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Virtual Hüquqi
Klinika” adlı layihəsi başa çatmışdır. Layihənin əsas məqsədi
Azərbaycan Respublikası vətəndaşlarının virtual ortamda peşəkar
hüquqşünaslar tərəfindən pulsuz hüquqi yardım almalarına şərait
yaradılmasından ibarət idi.
İctimai birliyin rəhbərliyi layihə ilə bağlı öz fikirlərini bölüşmüşdür:
“Əvvəla, bildirmək istəyirik ki, belə bir layihə ilə vətəndaşlarımıza,
xüsusilə də aztəminatlı insanlara heç bir təmənna olmadan hüquqi
yardım göstərilməsi, bir insan və hüquqşünas kimi bizi çox sevindirir.
Bu layihəmizin reallaşmasına dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri‐Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığımızı bildiririk. Qısaca
qeyd etməliyik ki, layihə ərzində ümümilikdə, vətəndaşlar tərəfindən göndərilmiş 207 sual peşəkar
hüquqşünaslar tərəfindən virtual ortamda aydın və dolğun şəkildə cavablandırılmışdır. Sevindirici
haldır ki, təxmin olunduğu kimi, suallar təkcə paytaxt Bakıdan yox, ölkəmizin bir çox regionlarında,
hətta xarici ölkələrdə yaşayan (Türkiyə və Rusiya) vətəndaşlarımız tərəfindən də göndərilmişdir.”
Mərkəzdən eyni zamanda bildirilib ki, layihə çərçivəsində əvvəlcədən nəzərdə tutulmasa da 50‐ə
yaxın vətəndaşa telefon vasitəsilə (İctimai Birliyin telefonlarına gələn zənglər) hüquqi məsləhət
verilmişdir. Əsasən, bölgələrdən zəng vuran vətəndaşlar, layihədən xəbərdar olsalar da internetə
çıxışları olmadığı üçün, ya da internetdən istifadə etmə bacarıqları olmadığı üçün zəng etməli
olmuşlar. Bu vətəndaşların əksəriyyəti yaşlı insanlar olmuşlar.
Mənbə:http://qafqazinfo.az/xeber250dnartqvtndaapulsuzhuquqiyardmgostrilib.html