61
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Beləliklə, zərərin miqdarını müəyyələşdirmək hüququ sığortaçıya məxsusdur. Əgər Siz
sığortaçının qiymətləndirməsi ilə razı olmasanız, onda qiymətləndirmə müstəqil ekspert
tərəfindən aparılacaqdır. Əgər tərəflər arasında razılıq əldə edilməzsə, onda mübahisə məhkəmə
qaydasında həll edilməli olacaqdır. Məhkəmə təcrübəsi göstərir ki, bir qayda olaraq məhkəmələr
bu cür işlərdə ekspertiza təyin etməklə dəymiş zərərin miqdarını müəyyənləşdirirlər.
Sual 3. Atamdan miras qalmış əmlak mənim və iki qardaşımın ümumi mülkiyyətindədir. İndi
bizim aramızda mülklə bağlı mübahisə var və baxılmaqdadır. Mən həmin evə baxış
keçirilməsini tələb edə bilərəm?
Cavab. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra ‐ MPM) 91‐ci
maddəsinə görə, xarici görünüşünə, xüsusiyyətlərinə, olduğu yerə və digər əlamətlərinə görə iş
üçün əhəmiyyətli olan halların müəyyən edilmə vasitəsi ola bilən əşyalar maddi sübutlardır.
MPMin 202.1ci maddəsinə görə, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi
və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində
müayinə aparılması haqqında qərardad çıxarır. MPM‐in 202.2‐ci maddəsinə görə, işdə iştirak edən
şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin
onların gəlməməsi müayinənin aparılmasına mane olmur. Zəruri hallarda ekspertlər,
mütəxəssislər və şahidlər də çağırılır. MPM‐in 202.3‐cü maddəsinə görə, müayinənin nəticələri
məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar,
sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar,
yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola
əlavə edilir.
Göründüyü kimi, Siz məhkəmədən mübahisəli evə yerində baxış keçirməsini tələb edə bilərsiniz.
Bu məsələyə məhkəmə tərəfindən müvafiq qərardadın qəbulu ilə münasibət bildiriləcəkdir.
Sual 4. Mülkiyyətimdə olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişəm. Lakin bu zaman
zəruri icazələri almamışam. Məhkəmə qərarı ilə həmin evi sənədləşdirmək istəyirəm.
Məhkəməyə müraciət edərək həmin fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə daşınmaz
əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən
edilməsini tələb edə bilərəm?
Cavab. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra – MPM) tələbinə
görə, xüsusi icraat qaydasında məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan
istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır
(307.2.6‐cı maddə). MPM‐in 306, 307.2.6, 308 və 310‐cu maddələrinin analizi belə bir nəticəyə
gəlməyə əsas verir ki, məhkəmə tərəfindən bu cür faktın müəyyən edilməsi üçün aşağıdakı
şərtlərin məcmu halda mövcudluğu tələb edilir: 1) Əmlak daşınmaz əmlak kateqoriyasına aid
olmalıdır; 2) Ərizəçidə əmlaka dair hüququnun olmasını təsdiq edən sənəd olmuşdur, lakin həmin
sənəd itirilmişdir; 3) Daşınmaz əmlaka dair hüquq barəsində mübahisə yoxdur; 4) müvafiq
səlahiyyətli dövlət orqanları hüquq müəyyən edici sənədin təkrarən verilməsindən imtina etmişlər
və ya həmin sənədin bərpası mümkün deyildir. Yalnız bu 4 şərtin eyni vaxtda mövcudluğu halında
işə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Əgər ərizəçinin daşınmaz əmlaka dair hüquq
müəyyən edici sənədi ümumiyyətlə olmamışdırsa və ya onların bərpası, dublikatının alınması
mümkündürsə, onda ərizə MPM‐in 306.4‐cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Başqa
sözlə, xüsusi icraat qaydasında müəyyənləşdirilən fakt əmlakın mülkiyyət hüququ ilə şəxsin
məxsusluğunu ilkin müəyyənləşdirən, hüquq yaradıcı fakt kimi çıxış edə bilməz. Təsadüfi deyildir
ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi məhkəmə mülkiyyət hüququ üzrə
daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının
müəyyən edilməsini əvvəllər mülkiyyətçi olmayan
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
62
şəxsin əmlaka mülkiyyət hüququnu əldə etməsi əsası kimi nəzərdə tutmur. Bu mənada, mülkiyyət
hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək
faktının müəyyən edilməsi ərizəçinin qanunla qorunan marağının başqa yolla müdafiəsinin
mümkün olmadığı hallarda ərizəçinin əvvəllər mövcud olmuş hüququn müəyyənləşdirilməsi, bu
hüququn təsdiqi üsulu kimi çıxır edir.
Beləliklə, yuxarıda göstərilənlərə əsasən və xüsusi icraat işləri subyektiv hüququn deyil, “qanunla
qorunan marağın” müdafiəsi ilə xarakterizə olunduğundan xüsusi icraat qaydasında göstərilən
tələblə çıxış etməyiniz əsaslı hesab oluna bilməz.
Sual 5. Turizm firmalarından biri ilə müqavilə bağlayaraq ailə üzvlərimlə birlikdə Türkiyə
Respublikasına səyahət etmiş, lakin oteldəki şərait müqavilə şərtlərinə uyğun olmadığından
istirahət edə bilməyərək geri qayıtmışıq. Firma ödədiyim pulu geri qaytarmışdır. Lakin
firmanın təqsirindən mənə və ailə üzvlərimə həm də mənəvi ziyan vurulduğunu düşünürəm.
Mənəvi ziyanın ödənilməsini tələb edə bilərəm?
Cavab. “Turizm haqqında” qanunun 6‐cı maddəsinin 1.4‐cü hissəsinə görə, turist ... mənəvi
zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
ödənilməsini tələb etmək hüququna malikdir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 5‐ci maddəsinin I hissəsinə görə,
istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin)
keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş,
xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb
etmək hüququna malikdir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 12‐ci maddəsinə görə, istehlakçıların
bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya
dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa
hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
Beləliklə, Sizin və ailə üzvlərinizin mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnuz
vardır. Turizm firmasının müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində istehlakçı
kimi hüquqlarınızın pozulma faktının müəyyənləşdirilməsi iddianızın təmin olunması üçün yetərli
olacaqdır. Zərərin məbləğinin müəyyənləşdirilməsi səlahiyyəti isə məhkəməyə məxsusdur.
Sual 6. Anam atama qarşı məhkəmədə boşanma barədə iddia qaldırmışdı. Rayon
məhkəməsinin qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması qət edilmişdi. Lakin
qətnamənin qəbulundan bir neçə gün sonra atam vəfat etmişdir. Eşitdiyimə görə boşanmış
şəxslər bir‐birindən sonra vərəsə ola bilməzlər. Bilmək istərdim, anam mərhum atamın qanun
üzrə vərəsəsi hesab olunurmu?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1‐ci maddəsinə görə qanun üzrə
vərəsəlik zamanı birinci növbədə ‐ ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq,
arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 23.1‐ci maddəsinə görə nikah ... məhkəmə
qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən
nikaha xitam verilmiş sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.1‐ci maddəsinə görə məhkəmə
qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni
qüvvəyə minir.
Göründüyü kimi, atanız nikaha xitam verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə