45
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
109.2. Bu Məcəllənin 109.1‐ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim
özü‐özünə etiraz etməlidir.
13. Aşağıda ölkə məhkəmələri tərəfindən çıxarılmış müvafiq qərarlara yenidən baxılması və Avropa
Məhkəməsi tərəfindən Konvensiyanın pozuntusu müəyyən edildikdən sonra yeni hallar üzrə işə
baxılmasına dair CPM‐də əks olunmuş müddəalar qeyd edilmişdir:
M a d d ə 4 5 5 . Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar
üzrə baxılması üçün əsaslar
455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması
üçün əsaslar aşağıdakılardır:
455.0.2.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının
məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham
qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında"
Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi; ...
M a d d ə 4 5 6 . Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə ‐məhkəmə
aktlarına baxılması
456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması
hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
456.2. Bu məcəllənin 455.0.1‐ci və 455.0.2‐ci maddələrində nəzərdə tutulan əsaslar olduqda,
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız
hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil
olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını
və məruzə edilməsini tapşırır. İşə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan
Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır....
M a d d ə 4 5 9 . İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan
Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə
əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq
haqqında qərar
“459.0. Bu məcəllənin 455.0.2‐ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən
baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul
etmək hüququna malikdir:
459.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə
kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya
qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya
xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə
müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
459.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3‐cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya
instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın
dəyişdirilməsi barədə;
459.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında
çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
14. Hakimə və ya məhkəmə tərkibinə etiraza dair qaydaların tətbiqi ilə bağlı məhkəmə təcrübəsi
barədə 2005‐ci il 24 noyabr tarixli 3 nömrəli qərarında Ali Məhkəmənin Plenumu bildirmişdir ki,
hakimin işə baxmaqdan kənarlaşdırılması üçün müvafiq hüquqi əsaslar olduqda, o, tərəflərin etirazı
olmadıqda belə, öz razılığı ilə prosesdən kənarlaşmalıdır. Plenum prosesdən belə
46
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
kənarlaşmaq tələbini hakimin hüquqi vəzifəsi kimi müəyyən edir (3.2‐ci bənd). Birinci instansiya
məhkəməsində cinayət işinə baxılmasında artıq iştirak etmiş hakim eyni cinayət işinə yenidən
baxılması zamanı iştirak etməməlidir (13‐cü bənd).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6‐CI MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
15. Ərizəçi şikayət edərək bildirmişdir ki, eyni hakim onun hüquqi məsələlərlə bağlı verdiyi iki
ardıcıl kassasiya şikayətinə baxmış Ali Məhkəmənin hər iki tərkibində iştirak etmişdir. O qeyd
etmişdir ki, eyni hakimin işə ikinci dəfə baxılmasında iştirak etməsi ölkədaxili prosessual
qanunvericiliyin tələblərini pozmuşdur və buna görə də Ali Məhkəmənin bu cür qaydada təşkil
olunmuş tərkibi qərəzsiz ola bilməzdi. Konvensiyanın 6‐cı maddəsinin müvafiq hissəsində qeyd
olunur:
Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən...məhkəmə vasitəsi ilə...işinin
ədalətli...araşdırılması hüququna malikdir.
A. Ərizənin mümkünlüyü
16. Hökumət hazırkı işdə ərizəçiyə əhəmiyyətli dərəcədə ziyan vurulub‐vurulmadığını
dəqiqləşdirməyi Məhkəmədən xahiş etmişdir.
17. Ərizəçi bununla bağlı fikrini bildirməmişdir.
18. Məhkəmə hesab edir ki, belə vəziyyətdə o, ərizəçinin şikayətinin Konvensiyanın 35‐ci maddəsinin
2010‐cu ilin 1 iyun tarixində qüvvəyə minmiş Konvensiyaya 14‐cü Protokol ilə dəyişiklik edilmiş
redaksiyasına əsasən mümkün olub‐olmadığını müəyyənləşdirməlidir. 14 saylı Protokol 35‐ci
maddəyə mümkünlük ilə bağlı yeni tələb əlavə etmişdir. Burada qeyd olunur:
3. Məhkəmə 34‐cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə
baxmır:
(b) əgər ərizəçiyə “əhəmiyyətli dərəcədə ziyan” vurulmamışdırsa, bir şərtlə ki, Konvensiyada və
onun Protokollarında müəyyən edilmiş insan hüquqlarına hörmət ərizənin mahiyyəti üzrə
araşdırılmasını tələb etməsin; bununla yanaşı ölkə daxili məhkəmə tərəfindən lazımı şəkildə
baxılmamış heç bir iş bu əsasla rədd edilə bilməz”.
19. Məhkəmə təkrar edir ki, yeni müddəa qüvvəyə mindiyi tarixdən etibarən, artıq mümkünsüz elan
edilmiş işlər istisna olmaqla, Məhkəmədə baxışı gözlənilən bütün işlərə tətbiq olunur (bax:
“Qaftoniuk Rumıniyaya qarşı” (
Gaftoniuc v. Romania (dec.), no. 30934/05, § 29, 22 February 2011)).
20. Məhkəmə qeyd edir ki, Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin b) yarımbəndi ilə təsbit
edilmiş meyarın başlıca elementi ərizəçiyə əhəmiyyətli dərəcədə ziyan vurulub‐vurulmadığıdır
(bax: “İonesku Rumıniyaya qarşı” (Ionescu v. Romania (dec.), no. 36659/04, § 32, 1 June 2010 və
“Korolyov Rusiyaya qarşı” (
Korolev v. Russia (dec.), no. 25551/05, 1 July 2010)).
21. De minimis non curat praetor kimi ümumi prinsipdən irəli gələn mümkünlük meyarı belə bir
fikirlə sıx bağlıdır ki, hüquq pozuntusu sırf hüquqi nöqteyi‐nəzərdən nə qədər real olsa da,
beynəlxalq məhkəmənin diqqətini çəkmək üçün minimum ağırlıq səviyyəsinə malik olmalıdır. Bu
minimum səviyyənin qiymətləndirilməsi təbiət etibarı ilə nisbi xarakter daşıyır və işin bütün
hallarından asılıdır. Pozuntunun ağırlığı qiymətləndirilən zaman istər ərizəçinin subyektiv fikirləri,
istərsə də konkret işin obyektiv halları nəzərə alınmalıdır (yuxarıda qeyd edilmiş Korolyov işi).
Əhəmiyyətli dərəcədə ziyanın vurulmadığını müəyyənləşdirən zaman mübahisə olunan məsələnin
maddi baxımdan nəticələri və ya işin ərizəçi üçün əhəmiyyəti kimi meyarlar nəzərə alına bilər (bax:
yuxarıda qeyd edilmiş “İonesku” işi, 34‐cü bənd).
22. Hazırkı işdə Məhkəmə hesab edir ki, şikayətin predmetini təşkil edən ölkədaxili proseslərin
ərizəçi barəsində ittiham hökmünün çıxarılması ilə bitməsi faktı nəzərə alınmalıdır. İşdə olan